17
diqqət yetirmiş müəllif təbii fəlakətlə birlikdə gürcü
hökmdarlarının da Arranın, Gəncənin mədəni həyatına
vurduqları ağır zərbələri nəzərdən qaçırmamışdır.
Azərbaycanın orta çağlardakı mədəni təkamülü prosesini
əks etdirən mənbələr arasında ərəbdilli müəlliflərin əsərləri
mühüm yer tutur.
7
Tarixçi, fəqih və ilahiyyatçı Əbu Cəfər
Məhəmməd ibn Cərir ət-Təbərinin (838-923) «Tarix ər-rüsul və-
l-müluk» («Peyğəmbərlərin və padşahların tarixi») əsərində
başlıca diqqət əsasən siyasi tarix məsələlərinə yönəldilmişdir.
Çoxcildlik bu əsər Yaxın Şərq ölkələrinin (eləcə də
Azərbaycanın) orta çağlar tarixinin öyrənilməsində mühüm
mənbədir.
Əsərdə
ərəblərin
Azərbaycanı
işğal
etməsi,
Xürrəmilər, Babək hərəkatı (816-837), Məzyədilər sülaləsi və
Sacilər dövləti haqqında geniş məlumatlar da vardır və bu
məlumatlar əsasında Azərbaycan mədəniyyətinin inkişaf
şəraitinin öyrənilməsi mümkündür. Ərəb Xilafətinin siyasi
həyatında türklərin rolu və Azərbaycanda onların fəaliyyəti
haqqında ət-Təbərinin məlumatları o dövrdə ölkədə baş vermiş
etnik proseslər barədə müəyyən təsəvvür yaratması ilə də
əhəmiyyətlidir. Ət-Təbərinin əsəri ərəb işğallarında bilavasitə
iştirakçı və şahid olmuş şəxslərin məlumatlarına əsaslandığı
üçün
ərəb
qaynaqları
arasında
ən
mötəbəri kimi
qiymətləndirilir.
8
Ət-Təbərinin əsərində 915-ci ilədək baş vermiş
tarixi hadisələr (əsasən hərbi-siyasi qarşıdurmalar) öz əksini
tapmışdır.
828/829-cu ildə dünyasını dəyişmiş Əbu Məhəmməd
Əbdülməlik ibn Hişamın «Kitabül-tican fi müluk himyər»
(«Himyər hökmdarları haqqında taclar kitabı») adlı əsərində
beşinci ərəb xəlifəsi, Xilafətdə Əməvilər sülaləsinin banisi I
Müaviyyə (661-680) ilə cağdaş olmuş Übeyd ibn Şəriyyə əl-
Curhumi barədə maraqlı yazı verilmişdir. Əbu Məhəmməd ibn
Hişamın kitabı əslində əl-Curhuminin I Müaviyyə ilə
söhbətlərinin inikasıdır. Əsərin fəsillərindən biri «Übeyd ibn
Şəriyyə əl Curhuminin əxbarı» («Xəbərləri») adlanır. Bu fəsildə
Azərbaycan tarixinə aid olan parçanı ilk dəfə Z.M.Bünyadov çap
etdirmiş, onu ərəb işğalına qədərki Azərbaycan və onun türkdilli
18
əhalisi haqqında mötəbər bir qaynaq kimi qiymətləndirmiş,
«Azərbaycanın XI-XII əsrlərdə türkləşdiyini» iddia edən
araşdırıcıların qeyri-obyektiv mövqedə olduqlarını ilkin mənbə
məlumatı ilə sübut etmişdir.
9
Əbülabbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazurinin
«Kitab fütuh əl-buldan» («Ölkələrin fəthi kitabı») tədqiq olunan
dövrün Azərbaycan mədəniyyətinə dair müəyyən məlumatlar
verən dəyərli qaynaqlardan biridir. Təqribən 820-892-ci illərdə
yaşamış, fars mənşəli əl-Bəlazuri Abbasilər sarayına yaxın
olmuşdur. Əsərdə ərəb ordularının Azərbaycana hücumu,
ölkənin işğal olunması, müxtəlif ərəb qəbilələrinin Azərbaycana
köçürülməsi, inzibati idarələrdə, dəftərxanalarda ərəb dilinin
işlənməsi, ərəb qrafikasının tarixi haqqında müfəssəl məlumatlar
verilmişdir. Ərəb ordu başçılarının Azərbaycan vilayət və şəhər
rəhbərləri ilə bağladıqları müqavilələr, müxtəlif Azərbaycan
şəhərləri haqqında məlumatlar da vətən tarixinin bu dövrünü
araşdıranlar üçün əhəmiyyətlidir. Əl-Bəlazuri ərəb qəbilələrinin
tədricən Arranda və Azərbaycanda məskunlaşmasına, işğal
olunmuş ərazilərdə onların qalalar, qəsrlər, müxtəlif təyinatlı
binalar yaratmasına xüsusilə diqqət yetirmişdir.
10
Əbu Yusif Yəqub ibn İbrahim əl-Kufinin (731-798)
«Kitab əl-xərac» («Xərac haqqında kitab») əsəri mövzunun
ətraflı surətdə araşdırılmasına yardım edən qaynaqlardan biridir.
«Əbu Yusif» adı ilə məşhurlaşmış bu ərəb qanunşünası «Əl-
Xərac» əsərini xəlifə Harun ər-Rəşidin (786-809) göstərişi ilə
yazmışdır. Əbu Yusif həmin dövrdə Bağdadın qazısı olmuşdur.
Əsərdə xəlifə üçün mühüm olan iqtisadi-maliyyə məlumatları
verilmişdir. «Kitab əl-xərac» elə bir mənbədir ki, Xilafətin VII-
VIII əsrlər tarixini tədqiq edərkən onsuz keçinmək olmaz»
11
. Əl-
Kufinin əsərindəki məlumatlar mədəniyyətin inkişafının
iqtisadi-siyasi mühitini anlamaq baxımından əhəmiyyətlidir.
Əbu Məhəmməd Əhməd ibn Əsəm əl-Kufinin (926-cı ildə
vəfat etmişdir) «Kitab əl-fütuh» («Fəthlər kitabı») əsəri
Xilafətin, eləcə də ərəb işğalına məruz qalmış ölkələrin tarixinin
ilk dövrünə dair mühüm qaynaqlardan biri kimi qiymətləndirilir.
«Kitab əl-fütuh» («Fəthlər kitabı») 3 cilddən (və 8 hissədən)
19
ibarət olan əsərdir və 632-866-cı illərin tarixi hadisələrini əks
etdirir.
12
Əl-Kufinin əsəri belə bir cəhətilə dəyərlidir ki, burada
başqa ərəb müəlliflərinin əsərlərində olmayan məlumatlar var.
13
Əsərdə Azərbaycanın Ərdəbil, Beyləqan, Bərdə, Yunan,
Bərzənd, Dərbənd şəhərləri, həmin şəhərlərin əhalisinin yaşayış
tərzi, Babək hərəkatı, Beyləqanda və Bərdədə ərəblərə qarşı baş
vermiş üsyanlar, ərəb-Xəzər müharibələri haqqında məlumatlar
vardır. Əl-Kufi Azərbaycan şəhərləri barədə digər ərəb
müəlliflərinə nisbətən daha geniş məlumatlar verir. Bu müəllif
orta çağlar ərzində Azərbaycanın şimalında başlıca dayaq
məntəqəsi olmuş Dərbənd şəhərinin təsvirinə daha çox diqqət
yetirmişdir.
Əbu Hənifə əd-Dinəvərinin (895-ci ildə dünyasını də-
yişmişdir) «Kitab əl-əxbar ət-tivəl» («Uzun rəvayətlər kitabı»)
əsərində Babəkin başçılığı altında davam etmiş müqavimət
hərəkatının son mərhələsinə dair məlumatlar diqqətəlayiqdir.
897-ci ildə vəfat etmiş Əhməd əl-Yəqubinin «Tarix» əsərində
tarixi hadisələrin şərhi 872/873-cü ilədək davam etdirilmişdir.
Bu əsərdə Azərbaycan tarixinə dair verilmiş materiala başqa
mənbələrdə təsadüf edilmir.
14
Coğrafiyaşünas Əbülhəsən Əli ibn
əl-Hüseyn ibn Əli əl-Məsudinin (956-cı ildə vəfat etmişdir)
«Müruc əz-zəhəb və məadin əl-cəvahir» («Qızıltəmizləmə
yerləri və əlvan daş mədənləri») və «Kitab ət-tənbih və-l-işrəf»
(«Xəbərdarlıq və təkrar yoxlama kitabı») əsərləri tədqim olunan
dövrün mühüm qaynaqlarındandır. Həmin əsərlər müəllifin
böyük səyahət müşahidələrinin nəticəsidir. «Bu əsərlər
Abbasilər Xilafətinin mədəni həyatı haqqında ən yaxşı
hesabatdır. Bunlarda hər bir ölkə, vilayət, şəhər və xalqın tarixi
və coğrafiyası haqqında məlumat verilir».
15
995-ci ildə vəfat etmiş Əbülfərəc Məhəmməd ibn İshaq
ən-Nədiminin «əl-Fihrist» əsərində xürrəmilər hərəkatının
meydana gəlməsi, bu hərəkatın ilk mərhələsi haqqında mühüm
məlumatlar vardır. Əsər dövrün ərəb və qeyri-ərəb xalqlarının
ərəb dilində və ərəb qrafikasında müxtəlif elmlərə aid tərtib
etdikləri kitablar, əsər müəllifləri, onların həyat və fəaliyyəti,
mövcud olan əsərlərin müsbət və mənfi cəhətləri haqqında
Dostları ilə paylaş: |