Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   6   7   8   9   10   11   12   13   ...   60
Ekologiya

Edafik faktorlar
Torpaq örtüyü, onu əmələgətirən faktorlar və funksiyaları haqqında «Litosfer» fəslində geniş məlumat 
verilir. İndi isə ondan edafik faktor kimi bitkilərin həyatında rolundan danışılacaq. Edafik faktorlar 
bitkilərin böyümə və inkişafı şəraiti sayılır. Onlar kimyəvi və fiziki faktorlara bölünür. Kimyəvi 
faktorlara – torpağın reaksiyası, duz rejimi, udma qabiliyyəti, torpağın elementar kimyəvi tərkibi və 
udulmuş kationların tərkibi; fiziki faktorlara torpağın su və hava rejimləri, torpağın sıxlığı və qalınlığı, 
qranulometrik tərkibi, strukturu və s. aiddir; bioloji faktorlar da ayırırlar (Xrustalyev, Matişev, 1996), 
bura torpaqda məskunlaşan bitki və heyvan orqanizmləri daxildir. Yuxarıda göstərilənlərdən torpağın 
nəmliyi, temperaturu, strukturu, məsaməliyi, torpaq mühitinin reaksiyası, torpağın duzluluğu ən mühüm 
ekoloji faktorlar hesab edilir. Torpaq litosferin əksər süxurları kimi adi bərk cisim olmayıb bərk 
hissəcikləri hava və su ilə əhatələnən mürəkkəb üçfazalı sistemdir. Onun boşluqları qaz qarışıqları və su 
məhsulları ilə dolduğu üçün orada bir çox mikro və makroorqanizmlərin həyatı üçün əlverişli olan 
olduqca müxtəlif şərait yaranmışdır. Yerüstü havaya nisbətən torpaqda temperatur dəyişkənliyi 
hamarlanmış (mülayimləşdirilmiş), qrunt suyunun mövcudluğu və yağıntıların hopması su ehtiyatı 
yaradaraq, su və yerüstü mühit arasında rütubətlilik rejimini təmin edir. Torpaqda bitki qalıqlarının və 
ölmüş heyvanların üzvi və mineral maddələri toplanır. Bütün bunlar torpaqda həyatın dolğunluğunu 
təyin edir. Torpaqda yerüstü bitkilərin kök sistemi yerləşir. Torpaqda bitki, göbələk, külli miqdarda 
göy-yaşıl, yaşıl, sarı-yaşıl yosunlar (2000 növdən artıq) məskunlaşır. Onlar həm torpağın səthində, həm 
də üst qatlarında yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə zənginləşdirir, göy-yaşıl 
yosunların bəzi növləri isə havadan azotu fiksə edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər 
inkişaf edir. Bir qram qara torpaqda 10 milyarda (bəzən artıq), yaxud 10t//ha-dək canlı orqanizmlər olur, 
sporlu-sporsuz bakteriyalar, ibtidailər, aktinomisetlərə təsadüf edilir. Bütün bu canlı orqanizmlər torpaq 
üçün onun cansız komponentləri kimi xarakterikdir. B.İ.Vernadski torpağı təbiətin biokos cisminə aid 
edir və orada həyatın dolğunluğunu canlı orqanizmlərin olması ilə izah edir. Torpaq litosferin 
süxurlarından bitkilərə həyat, heyvanlara və insana qida verən münbitliyi ilə fərqlənir. Torpağın 
münbitliyi – onun bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubətlik və s. ilə təminetmə və 
məhsulvermə qabiliyyətidir. Torpağın münbitliyi iki cür olur: təbii (potensial) və süni (effektiv). Təbii 
münbitlik təbii ekoloji faktorlar və torpaqəmələgətirən proseslərin kombinasiyasından və qarşılıqlı 
təsirindən asılı olur. Süni münbitlik insanların torpağa aqronomik təsirindən yaradılır. Təbii münbitlik 
sabit xassə deyil, dinamik xassədir və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da 
arta bilər. Məlum odduğu kimi, torpaq bərk, maye və qazşəkilli komponentlərdən ibarət olub özündə 
canlı makro və mikroorqanizmləri cəmləşdirir (bitki və heyvan). Bərk komponentlər torpaqda üstünlük 


təşkil edib mineral və üzvi hissələrdən ibarətdir. Torpağın üzvi hissəsi mürəkkəb üzvi maddə sayılan 
humusdan ibarətdir. Humus torpağın bitki və heyvan qalıqlarının fizikibiokimyəvi çevrilməsi 
nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsidir. Humusun tərkibinə humin turşuları (torpağın 
məhsuldarlığı üçün ən vacib olan) və fulfoturşular daxildir. Humusda mikroorqanizmlərin köməyi ilə 
bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. Humus torpağın 
məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. Torpaqda humusun miqdarı faizin onda bir 
hissəsindən 20-25%-ə çatır. Qaratorpaq humusla ən zəngin və ən münbit torpaq hesab olunur. Torpağın 
maye komponenti müxtəlif vəziyyətlərdə ola bilər: 1) azad(qravitasiya) su – torpağın daha 
iri məsamələrini tutaraq öz ağırlıq qüvvəsi ilə tədricən aşağı sızır; 2) əlaqəli (hiqroskopik və pərdə suyu) 
su – torpaq hissəciklərinin səthi ilə möhkəm adsorbsiya olunaraq onların üzərində pərdə əmələ gətirir; 
3) kapilyar su-kiçik məsamələri tutaraq orada müxtəlif istiqamətlərdə hərəkət edə bilər; 4) buxar suyu – 
torpaq havasının tərkibində olur. Bitkinin kök sistemi üçün ən asan istifadə oluna bilən (əlverişli) azad 
və kapilyar, çətin istifadə oluna bilən əlaqəli (pərdə) su forması hesab olunur, buxar halında olan su isə 
böyük rol oynamır. Torpaqda olan bütün su kütləsinin, torpağın bərk komponentlərinin kütləsinə olan 
nisbəti (faizlə) torpağın nəmliyi (rütubətliyi) adlanır. Müxtəlif torpaq tiplərində və müxtəlif vaxtlarda 
suyun miqdarı eyni olmur. Qravitasiya suyu çox olduqda torpağın rejimi su hövzəsinin rejiminə yaxın 
olur. Quru torpaqda yalnız bağlı su qalır. Lakin hətta ən quru torpaqda havanın nəmliyi torpaq səthindəki 
havanın nəmliyindən çox olur. Odur ki, torpaq orqanizmləri torpaq səthindəki orqanizmlərə nisbətən 
qurumağa az məruz qalır. Torpağın bütün maye komponentləri torpağın məhlulu adlanır. Onun 
tərkibində nitratlar, bikarbonatlar, fosfatlar, sulfatlar və digər duzlar, həmçinin suda həll olan üzvi 
turşular, onların duzları, əsasən azad və kapilyar suda olan şəkər olur. Əlaqəli suda maddələr çətin həll 
olur. Məhlulun konsentrasiyası torpağın rütubətliyindən asılıdr. Torpaq məhlulunun tərkibi və 
konsentrasiyası torpağın reaksiyasını müəyyən edir (pH). Bitki və torpaq heyvanları üçün neytral 
reaksiya (pH=7) daha əlverişli sayılır. Torpağın strukturu və məsaməliyi qida maddələrinin bitki və 
heyvanlar üçün istifadə edə bilmə dərəcəsini müəyyən edir. Molekulyar qüvvə ilə torpaq hissəciklərinin 
bir-birilə birləşməsi torpağın strukturunu yaradır. Onların arasındakı boşluqlar məsamə adlanır. 
Torpağın ümumi həcminə görə onda olan bütün məsamələrin həcmlərinin cəminin faizlə ifadəsi torpağın 
məsaməliyi adlanır. Torpağın quruluşu. Torpaqəmələgəlmə prosesi yuxarıdan aşağıya doğru gedərək, 
intensivliyi getdikcə azalır. Mülayim zonada bu proses 1,5-2,0 m dərinlikdə sönür. Torpağın şaquli 
kəsiyində torpaqəmələgəlmə prosesinin xarakteri də dəyişir. Torpaqəmələgəlmə prosesində ayrılan və 
torpaq səthinə müəyyən dərəcədə paralel yerləşən, nisbətən oxşar qatlara torpağın genetik horizontları 
deyilir. Onlar bir-birindən və ana süxurdan rənginə, strukturuna, quruluşuna, tərkibinə və digər 
əlamətlərinə görə seçilir. Torpağın genetik horizontlarının birliyi torpaq profilini əmələ gətirir. Profildə 
əsas üç horizont ayrılır: 1) üst çürüntü-akkumlyativ və ya humus horizontu (A), bu horizontda üzvi 
maddələr toplanır və dəyişir, birləşmələrin bir hissəsi su ilə yuyularaq aşağı qatlara aparılır; 2) yuyulma 
– illuvial qat, burada yuxarıdan yuyulan maddə çökərək mineral formalara çevrilir, karbonatlar, gips, 
gilli minerallar toplanır və s. Bu horizont tədricən ana süxura - horizonta (C) keçir. Torpağın mühüm 
ekoloji faktorları. Qeyd edildiyi kimi bu faktorlar fiziki və kimyəvi faktorlara bölünür. Fiziki faktorlara 
torpağın nəmliyi, temperaturu, strukturu və məsaməliyi daxildir. Torpağın nəmliyi, daha doğrusu 
bitkilər üçün istifadə olunan nəmlik bitkinin kök sisteminin sorucu gücündən və suyun fiziki 
vəziyyətindən asılıdır. Asan istifadə olunan «azad» su əvvəlcə iri məsamələrdən tez sızaraq, sonra isə 
xırda məsamələrdən tədricən sızaraq torpağın dərin qatlarına gedir; bağlı və kapilyar rütubətlik torpaqda 
uzun müddət qalır. Rütubətliyin bitkilər tərəfindən istifadəsi torpağın susaxlama qabiliyyətindən 
asılıdır. Torpaq nə qədər gilli və quru olarsa, susaxlama qabiliyyətinin gücü yüksək olur. Torpağın 
nəmliyi çox aşağı olub, yalnız istifadə oluna bilməyən möhkəm bağlı su qaldıqda bitki quruyur, hiqrofil 
heyvanlar (yağış soğulcanı və b.) aşağı rütubətli qatlara keçərək yağış düşənə qədər orada «yuxuya» 
gedir. Lakin bir sıra çoxayaqlılar hətta torpağın quru həddində belə, aktiv həyatsürmə qabiliyyətinə 
malikdir. Torpağın temperaturu xarici mühitin temperaturundan asılıdır, lakin aşağı temperatur 
keçirməsi sayəsində temperatur rejimi xeyli stabildir, 0,3 m dərinliyində temperaturun dəyişmə 
amplitudu 20-dən aşağıdır, bu hal torpaq heyvanları üçün vacib olub komfort temperatur şəraiti 
axtarmaq üçün torpağın aşağı qatlarına keçməyə ehtiyac olmur. Temperaturun sutkalıq dəyişməsi yalnız 


1 m dərinliyə qədər hiss olunur. Yayda torpağın temperaturu havanın temperaturundan aşağı, qışda isə 
yuxarı olur. Torpağın strukturu və məsaməliyi onun aerasiyasının yaxşılaşmasını təmin edir. Torpaq 
soğulcanları gilli, gillicəli və qumluca torpaqlarda aktiv hərəkət edərək onun məsaməliyini artırır. Sıx 
torpaqlarda aerasiya çətinləşir və oksigen limitləşdirici faktor ola bilər, lakin torpaq orqanizmlərinin 
çoxu sıx gilli torpaqlarda da yaşaya bilir. Torpaq horizontları məməlilər (məs. gəmiricilər) üçün də 
yaşayış mühiti sayılır. Mühüm kimyəvi faktorlara torpaq mühitinin reaksiyası və duzluluğu sayılır. 
Mühitin reaksiyası bir çox heyvan və bitkilər üçün olduqca mühüm faktor hesab olunur. Quru iqlim 
şəraitində neytral və qələvi, rütubətli rayonlarda isə turş torpaqlar üstünlük təşkil edir. Taxılların çoxu 
neytral və zəif qələvi torpaqlarda (məs. qaratorpaq) yaxşı məhsul verir. Duzlu torpaqlarda suda həll 
olan duzların (xloridlər, sulfatlar, karbonatlar) miqdarı izafi həddə çatır. Bu torpaqlar çox vaxt qrunt 
sularının torpaq horizontuna qədər qalxması ilə əlaqədar təkrar şorlaşma nəticəsində əmələ gəlmişlər. 
Duzlu torpaqların şoran və şorakət tipləri mövcuddur. Şorakət torpaqlarda natrium-karbonat üstünlük 
təşkil edir, bu torpaqların reaksiyası (pH) 8-9-a çatır. Duzlu torpaqların özünəməxsus flora və faunası 
var. Burada bitkilər duzların konsentrasiyası və tərkibinə davamlıdır, lakin müxtəlif bitki növləri 
müxtəlif cür uyğunlaşmışdır. Duzadavamlı bitkilər halofitlər adlanır. Duzlaq coğanı adlanan halofit 
növü 20%-dən artıq torpağın duzluluğuna dözür. Bununla belə torpaq soğulcanları torpağın zəif 
duzluluğuna uzun müddət davam gətirə bilmir. Torpağın canlı sakinləri (orqanizmləri) Torpağın 
müxtəlifliyi onun müxtəlif ölçülü orqanizmlər üçün müxtəlif mühit yaratmağa imkan verir. 
Mikroorqanizmlər üçün torpaq hissəciklərinin səthinin cəmi xüsusi əhəmiyyət kəsb edir, belə ki, onların 
üzərində mikrobların əksər hissəcikləri adsorbsiya olunur. Torpaq mühitinin mürəkkəbliyi çox müxtəlif 
fəaliyyətli qruplaşmaların – aerobların və anaerobların, üzvi və mineral birləşmələrdən istifadə edənlərin 
məskunlaşması üçün müxtəlif cür şərait yaradır. Mikroorqanizmlərin yayılması üçün torpaqda kiçik 
mənbələr (yuvacıqlar) xarakterikdir, belə ki, hətta bir neçə millimetr məsafədə müxtəlif ekoloji zonalar 
bir-birini əvəz edə (dəyişə) bilər. Mikrofauna (ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.) 
adlanan qruplaşmada birləşən kiçik torpaq heyvanları üçün torpaq mikro su hövzəsi hesab olunur. 
Əslində onlar su orqanizmləridir. Onlar qravitasiya və kapilyar su ilə dolmuş torpaq məsamələrində 
yaşayırlar, həyatlarının bir hissəsini isə mikroorqanizmlər kimi pərdə suyunun hissəcikləri səthində 
adsorbsiya olunmuş vəziyyətdə keçirə bilir. Bu növlərin çoxu su hövzələrində yaşayır. Lakin onların 
torpaq formaları şirin su növlərindən kiçik olur, bununla yanaşı, əlverişsiz dövrlərin sonunu gözləyərək 
uzun müddət sistalaşmış vəziyyətdə qalmaq qabiliyyətinə malikdirlər. Halbuki, şirin su amyoblarının 
ölçüləri 50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 10-15 mkm olur. Qamçılıların 
ölçüləri xüsusilə kiçik, cəmi 2-5 mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə olur və bədənlərinin 
formalarını kəskin dəyişə bilirlər. Hava ilə tənəffüs edən bir qədər iri heyvanlar üçün torpaq kiçik 
mağara sistemi sayılır. Belə heyvanlar mezofauna adlanan qrupda birləşir. Torpaq mezofaunasının 
nümayəndələrinin ölçüləri millimetrin onda bir hissəsindən 2-3 mm-ə qədər olur. Bu qrupa əsasən 
buğumayaqlılar, gənələrin bir sıra qrupları, ilk qanadsız həşəratlar, qanadlı həşəratların xırda növləri və 
s. daxildir. Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma üzvləri yoxdur. Onlar torpaq boşluqlarının 
divarları ilə sonluqlarının köməyi ilə və ya qurdşəkilli qıvrılaraq sürünürlər. Su buxarları ilə doymuş 
torpaq havası onlara örtükləri ilə tənəffüs etməyə imkan yaradır. Bir çox növlərin traxeya sistemi 
yoxdur. Belə heyvanlar qurumağa qarşı çox həssasdırlar. Havanın rütubətliyinin dəyişməsindən 
qorunmaq üçün əsas üsul torpağın dərinliyinə doğru hərəkət etməkdir. Lakin torpaq boşluqları ilə 
hərəkət etmək dərinliyə doğru miqrasiyanı məsamələrin diametrlərinin kiçilməsi məhdudlaşdırır, odur 
ki, torpaq boşluqları ilə yalnız ən kiçik növlər üçün mümkün olur. Mezofaunanın bir qədər iri 
nümayəndələri torpaq havasında nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara malikdir: 
bunlardan bədəndə qoruyucu pulcuqları qismən su, hava keçirməyən örtükləri, tənəffüsü təmin edən 
primitiv sistemli epikutikula ilə başdanbaşa qalındivarlı zirehi göstərmək olar. Torpaq su ilə basıldıqda 
mezefaunanın nümayəndələri həyatını havanın qovuqcuqlarında keçirir. Hava heyvanların tüklə və 
pulcuqlarla örtülü sukeçirməyən bədənlərinin ətrafında yığılaraq saxlanılır. Havanın qovuqcuqları xırda 
heyvanlar üçün özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür. Torpağın mikro və mezofaunasının 
nümayəndələri torpaq donuşluğunu keçirmək qabiliyyətinə malikdirlər, belə ki, növlərin əksəriyyəti 
donmağa məruz qalan qatlardan aşağıya keçə bilmir. Bədənlərinin ölçüləri 2...20 mm olan torpaq 


heyvanları makrofaunanın nümayəndələri sayılır. Bura həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər, 
torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit olub hərəkət etmələrinə böyük mexaniki 
müqavimət göstərir. Bu nisbətən iri formalar torpağın hissəciklərini aralayaraq onun təbii boşluqlarını 
genişləndirmək, yaxud yeni izlər (yollar) açmaq yolu ilə hərəkət edirlər. Hər iki hərəkət üsulu 
heyvanların xarici quruluşunda iz buraxır. Qazıma (eşmə) yolu ilə hərəkət etməmək yalnız bədənləri 
kiçik en kəsiyə malik olan növlər üçün xasdır, əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə malikdir 
(çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə təzyiq göstərmək hesabına torpaq hissəciklərini 
aralayaraq hərəkət edənlərdən torpaq soğulcanları, uzunayaqlılara aid milçəyin sürfələrini və b. 
göstərmək olar. Bir çox növlər torpaqda ekoloji cəhətdən sərfəli hərəkət tipi uyğunlaşması (qazıma və 
arxasınca yolu bağlama) inkişaf etmişdir. Qazıma torpağı yumşaltmaq və hissəciklərini kürümək yolu 
ilə aparılır. Bura müxtəlif həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində qazıma və kürümək 
üçün xüsusi uyğunlaşmalar olur. Haqqında danışılan ekoloji qrupun əksər növlərində qaz mübadiləsi 
xüsusi tənəffüs orqanlarının köməyi ilə yerinə yetirilir, lakin bununla yanaşı, qaz mübadiləsi örtük 
vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə (məs. torpaq soğulcanı, enxitreid) tənəffüs edir. 
Torpaqeşən (yereşən) heyvanlar əlverişsiz vəziyyət baş verdikdə qatlardan çıxırlar. Quraqlıq vaxtı və 
qışa yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on santimetrdə konsentrasiya olunur.
Torpağın meqafaunası – əsasən məməlilərdən ibarət olub iri yereşənlərdir. Bir sıra növlər bütün həyatını 
torpaqda keçirir (Avrasiyada – korsiçan, sokor, köstəbək; Afrikada – qızılköstəbək; Avstraliyada – kisəli 
köstəbək). Onlar torpaqda yollar və yuvalar sistemi qazırlar. Bu heyvanların xarici görkəmi və anatomik 
xüsusiyyətləri yeraltı eşmə həyat tərzinə uyğunlaşmanı əks etdirir. Onlar inkişafdan qalma gözlərə, qısa 
boğazlı kompakt, dalğalı bədənə, qısa sıx xəz dəriyə, möhkəm dırnaqlı güclü qazıcı sonluğa malikdirlər. 
Torpağın meqafaunasına cənub yarımqütbündə tropikada məskunlaşan iri oliqoxetlər, xüsusilə 
Megascolecidae fəsiləsindən olan nümayəndələri aiddir. Onlardan ən böyüyü Avstaliya Megascolides 
australis olub uzunluğu 2,5, bəzən 3 m-ə çatır. Torpağın daimi sakinlərindən başqa iri heyvanlardan 
yuvalarda yaşayan böyük ekoloji qrupu (marmot, sünbülqıran, dovşan, porsuq, ərəbdovşanı və b.) 
ayırmaq olar. Onlar yerin üzərində qidalanır, lakin torpaqda çoxalır, qışlayır, istirahət edir, təhlükədən 
qorunur. Bir sıra digər heyvanlar da bu yuvalardan istifadə edir, burada əlverişli mikroiqlim tapır və 
düşmənindən gizlənirlər. Bir sıra ekoloji xüsusiyyətlərinə görə torpaq su və yerüstü aralıq mühit hesab 
olunur. Torpağı su ilə yaxınlaşdıran cəhətlər onun temperatur rejimi, oksigenin azlığı, torpaq havasının 
su buxarları ilə doyması və suyun müxtəlif formalarda mövcudluğu, torpaq məhlulunda duzların və üzvi 
maddələrin olmasıdır. Torpağı hava mühiti ilə yaxınlaşdıran torpaq havasının mövcudluğu, üst qatların 
quruma təhlükəsi və temperatur rejiminin kifayət qədər kəskin dəyişməsidir. Heyvanların yaşama 
mühiti kimi torpağın aralıq ekoloji xassələrinə əsasən ehtimal etmək olar ki, torpaq, heyvanat aləminin 
təkamülündə mühüm rol oynamışdır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə