80
Hafiz Rüstəm
heyrətə gəldim. 3300 il bundan əvvəl tikilmiş İslamdan əv-
vəlki “Çağa zənbil” məbədini gördüm. Nəhayət, Şirazda Ha-
fizin vəsf etdiyi türk gözəllərini real həyatda gördüm. Mən-
də də Hafiz qələmi olsaydı, mən də o gözəllərin bir xalına
Səmərqənd və Buxara şəhərlərini bəxş edərdim.
Bu gün mən həm Əfqanıstan, həm də İran üzrə yetişmiş,
təcrübəli mütəxəssislərdən biriyəm. Mən Əfqanıstanı da, İra-
nı da qarış-qarış gəzmişəm. Məni o ölkələrdə tanımayanlar
mənim əfqan və ya iranlı olduğumu zənn edirdilər. Lakin
bu təcrübəm vətənim Azərbaycanın xeyrinə, onun bu günü
və gələcəyi naminə nədənsə lazımi şəkildə nəzərə alınmır.
Yəqin məndən də kamil, məndən də təcrübəli mütəxəssislər
var. Təki olsun! Həyatda çox şeyə nail olmaq mümkün deyil.
Nədəsə böyük uğurlar qazanırsansa, demək bu, nə isə başqa
bir şeyin hesabına olur. Dünyanın bir neçə ölkəsində, bir çox
şəhərlərində olmuşam. Bu gün bu şəhərlərdən hər hansı birinə
getsəm, mənim üçün orada açılacaq qapı var. Bəlkə də heç
bir yerə getməyib elə Bakıda qalsaydım, bu gün ictimai-siya-
si həyatın daha yüksək pilləsində qərar tutardım. Həyatımın
belə axarından heç peşiman da deyiləm. Bu, məhz mənim
həyatımdır! Ən ümdəsi alnıaçıq, üzüağ, vicdanla yaşamaq,
həyatda bir iz qoymaq və gələcək varislərinin sənin adın çə-
kilərkən qürurla “Biz onun nəslindənik” deyəcəklərinə qa-
baqcadan əmin, arxayın olmaqdır.
Bir vaxtlar şair olmaq, jurnalist olmaq istəyirdim. An-
caq şərqşünas oldum. Fars dili və farsdilli mənbələr üzrə bu
gün ədəbi-elmi mühitdə öz adı və imzası olan bir insanam.
Baxmayaraq ki, daim maddi çətinliklər içərisində yaşayıram.
M.Ə.Sabir kimi güzəranım əqli əmək, yazıb-yaratmaqla ya-
naşı,
digər əlavə işlərdən, fiziki əməkdən çıxır.
Əlyazmaçıyam, mətnşünasam, mənbəşünasam. Bütün