Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə130/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   133

422 

daxili divar, həmçinin ilanvari boru üzərində olan braqa qalıqları 

tam  təmizlənənə  qədər  yuyulur.  Sonra  yenidən  maya  və  şirə  ilə 

doldurulur. Bununla yanaşı dövri şəkildə ardıcıllıqla hər qıcqırtma 

aparatının daha təmiz sterilizəsi aparılır. Baş aparatların sterilizəsi 

hər 48-60 saatdan bir yerinə yetirilir. 

Yetişmiş  braqanın  əsas  texnoloji  göstəricilərindən  biri  onun 

tündlüyü, yəni etil spirtinin həcmdə faizlə miqdarıdır. Bu göstərici 

8,0-9,5  h.%  arasında  olmalıdır.  Yetişmiş  braqanın  tündlüyünün 

aşağı düşməsi zavodun məhsuldarlığının azalmasına və destilləyə 

buxar sərfinin yüksəlməsinə səbəb olur. 

Texnoloji  proseslərin  düzgün  aparılmasında  vacib  göstərici 

yetişmiş braqada olan qıcqırmamış şəkərlərin miqdarıdır. İstehsal 

mədəniyyətindən,  texnoloji  rejimə  dəqiq  əməl  edilməsindən  və 

texniki təminatdan asılı olaraq zavodlarda alınan braqalarda qıc-

qırmamış şəkərlərin miqdarı yol verilən normadan xeyli aşağı ola 

bilir.  Zovodun  işi  braqada  həll  olan  karbohidratların  miqdarına 

görə  (%-lə)  «əla»  0,250;  «yaxşı»-0,251-0,350;  «kafi»-  0,351-

0,450 və «qeyri-kafi» 0,450-dən yuxarı qiymətləndirilir. Bu halda 

braqada nişastanın miqdarı 0,03-dən 0,2%-ə qədər dəyişir.  

Braqada  həll  olan  karbohidratların  itkisi  0,25-0,45% 

miqdarında  olmaqla,  bütün  xammalla  daxil  olan  qıcqırdılan 

şəkərlərin miqdarına görə 1,92-3,46% təşkil edir. 

Yetişmiş  braqada  turşuluq  texnoloji  proseslərin  normal 

gedişində 0,3-0,4

olur. Qıcqırma prosesində braqada turşuluğun 



yüksəlməsi 0,2

0

-i ötməməlidir. Turşuluğun çox yüksəlməsi şəkəri, 



yaxud  spirti  turşuya  çevirən  kənar  mikroorqanizmlərin 

mövcudluğuna dəlalət edir. Turşuluğun yol verilən miqdardan 0,1

artıq  olması  istehsala  daxil  edilən  karbohidratların  0,313% 



itirilməsi  ilə  nəticələnir.  Bundan  başqa  braqanın  turşuluğunun 

yüksəlməsi  amilolitik  fermentlərin  fəallığının  itirilməsinə  səbəb 

olur,  mayalara  ziyanlı  təsir  göstərir,  sprit  çıxımının  xeyli  aşağı 

düşməsinə səbəb olur. 

Destilləyə daxil olan braqa sudan, etil spirtindən, digər uçucu 

maddələrdən  (qarışıqlardan),  ekstrakt  maddələrindən  və  asılqan 




423 

şəklində  olan  həll  olmayan  bərk  hissəciklərdən  ibarətdir.  Braqa 

destillə aparatlarında baş verən proseslər bu mürəkkəb sistemdən 

etil  spirtinin  və  uçucu  qarışqların  ayrılmasına  gətirib  çıxarır. 

Destillə zamanı alınan destilyat xam-spirt, destillədən sonra qalan 

qalıq-barda  adlanır.  Beləliklə,  braqadestillə  aparatlarında  braqa 

xam-spirtə və bardaya ayrılır. 

Xam  spirtdə  qarışıqların  miqdarı  istifadə  olunan  xammal 

növlərindən asılı olaraq fərqli səciyyə daşıya bilir. 

Rektifikasiya spirti xam spirtdən yaxud birbaşa braqadan alına 

bilər. Xam spirtdən rektifikasiya olunmuş spirt fasiləli və fasiləsiz 

işləyən rektifikasiya qurğularında alına bilər. 



Spirt çıxımı. Xammalda olan karbohidratların (nişasta, şəkər) 

nişastaya  çevirməklə  1  tonunun  qıcqırdılmasından  alınan  spirtin 

dekalitrlərlə  miqdarıdır.  Spirtin  nəzəri  çıxımı  spirt  qıcqırması 

bərabərliyinə  görə  hesablanır  və  1  ton  şərti  nişastadan  71,98  dal 

təşkil  edir.  Qıcqıran  şəkərlərin  və  qıcqırma  zamanı  əmələ  gələn 

spirtin bir hissəsi itdiyinə görə parktiki spirt çıxımı nəzəridən az 

olur.  Praktik  spirt  çıxımı  tətbiq  olunan  texnologiyadan  və 

avadanlıqlardan  asılı  olaraq  nəzəri  miqdarın  81,5-93%  arasında 

tərəddüd edir. 

 

5.3. Eynil



əşdirmə

 v

ə

 ekspertiza 

5.3.1. Q

əbul qaydası, nümunənin götürülmə

si v

ə

 

m

əhsulun sınağı

 

 

Eyniləşdirmə və ekspertiza dedikdə normativ sənədlərin tələ-

bələrinə  uyğun  qaydada  orqonoleptik  və  fiziki-kimyəvi  sınaqlar 

aparılması, saxtalaşdırılmanın aşkar edilməsi başa düşülür. 

Qəbul qaydası, nümunə götürülməsi və məhsulun sınağı bütün 

spirt məhsul növlərinə xam spirt, rektifikasiya olunmuş və içilən 

spirtlərə şamil edilir.  

Spirt  partiya  şəklində  qəbul  olunur.  Partiya  adı  altında  bir 

adda, eyni  doldurulma  tarixli, məhsulun keyfiyyətini  əks  etdirən 



424 

eyni sənədlə rəsmiləşdirilən spirtin miqdarı başa düşülür. 

Spirt  sisternlərlə  nəql  olunduqda  hər  sistern  ayrıca  partiya 

kimi qəbul olunur. Məhsulun keyfiyyəti haqqında sənəd aşağıdakı 

əsas məlumatları əks etdirilməlidir: 

 



İstehsal edən müəssisənin adı və yerləşdiyi yer; 

 



Spirtin adı, ilkin xammalın tərkibi; 

 



Spirtin partiyada miqdarı, dal (1 dal=10 litr); 

 



Sənədin verilmə tarixi

 



Keyfiyyət göstəricilərinin sınaq nəticələri

 



Normativ sənədlərin spirtə görə adlanması. 

Məhsul qəbul olunarkən hər balon, çəllək, biton və sisternin 

normativ  sənədlərin  tələblərinə  uyğun  qaydada  doldurulma  və 

markanlanmaya  uyğunluğu  yoxlanır.  Dövlət  ehtiyatı  sistemində 

saxlanmaq üçün olan sisterndəki spirt orqoqnoleptik göstəricilərə 

və  etanolun  qatılığına  görə  yoxlanılmalıdır.  Heç  olmasa  bir 

göstəriciyə  görə  qeyri-qənaətbəxş  nəticə  alındığı  halda  həmin 

partiyadan götürülən ikinci nümünədə təkrar sınaq aparılır. 

 

Nümunənin  götürülməsi  balon,  çəllək  və  bidon  partiyasının 



10%-i  miqdarında  3-dən  az  olmamaqla  aparılır.  Butulkaya 

doldurulmuş spirtdən nümünə götürülməsi 5363-93 saylı QOST-a 

uyğun yerinə yetirilir (bax: Arağın ekspertizası). Növbəti mərhələ 

ayrı-ayrı nöqtələrdən nümunə hissəciklərinin götürülməsi və əsas 

nümunənin  təşkilidir.  Balon,  bidon  və  çəlləklərdən  götürülən 

nümunə  hissəciklərinin  miqdarı  ən  azı  0,2dm

3

  təşkil  etməlidir. 



Sisterndən nümunələr xüsusi nümunə götürənlə onun yuxarı, orta 

və  aşağı  qatlarından  götürülür.  Nümunə  hissəcikləri  əvvəlcədən 

hazırlanmış  şüşə  qaba  azı  1.5  dm

3

  miqdarında  götürülür, 



qarışdırılır,  tutumu  0,5  dm

3

  olan  butulkalara  doldurulur,  tıxacla 



ağzı möhkəm bağlanır.  

Hər butulkanın boğazı parça yaxud sellofan qırığı ilə bükülür, 

sonu plomb yaxud surquc möhürlə bərkidilir, kardon yaxud ağac 

birka bağlanır və orada aşağıdakılar əks olunur:  

 

Hazırlayıcı - müəssisənin adı və yerləşdiyi yer; 



 

Spirtin adı və ilkin xammalın tərkibi; 




Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə