16
maddələrin kütlə payı, xarici görünüşü, işlənmə üsulu və istifadə
olunan xammala görə.
Karbon qazı ilə doydurulmasından asılı olaraq içkilər
qazlaşdırılmış və qazlaşdırılmamış olmaqla iki tipdə buraxılır.
Quru maddələrin kütlə payından asılı olaraq içkilər qatılaş-
dırılmamış (konsentratlaşdırılmamış) və qatılaşdırılmış (konsen-
tratlaşdırılmış) olmaqla fərqləndirilir. Quru maddələrin kütlə payı
15% və daha çox olan içkilər qatılaşdırılmış içkilərə aid edilir.
Xarici görünüşünə görə içkilər şəffaf və bulanıq olur.
İşlənmə üsulundan asılı olaraq içkilər pasterizə olunmamış,
pasterizə olunmuş, konservant tətbiq olunmuş və konservantsız
kimi qruplaşdırılır.
İstifadə olunan xammaldan və hazırlanma texnologiyasından
asılı olaraq içkilər aşağıdakı qruplara bölünür:
Şirəyə malik içkilər – təbii, spirtləşdirilmiş, qatılaşdırılmış
şirələr yaxud şirəyə və ya şirəli əsasa və süni şəkər əvəzediciləri
(şirinləşdiricilər), süni aromatizatorlar və süni boyayıcılardan
başqa digər komponentlər əlavə olunmaqla hazırlanan içkilər.
Hazır içkidə şirənin miqdarı ümumi həcmin (təbii şirəyə çevir-
məklə) azı 5%-ni təşkil etməlidir. Bu içkilərin çeşidi kifayət qədər
geniş olub, buraya “Albalı”, “Armud”, “Nar”, “Zoğal”, “Moruq”
və s. aiddir.
Morslar – şirə və digər komponentlər əlavə (şəkər əvəzedici-
ləri, süni əvəzedicilər, süni ətirləşdiricilər və süni boyayıcılardan
başqa) olunmaqla hazırlanan içkilərdir. Hazır içkidə şirənin
miqdarı ümumi həcmin azı 10%-ni təşkil etməli, o cümlədən də
içkinin adlanması ilə eyni olan şirənin miqdarı azı 5% (təbii şirəyə
çevrilməklə) olmalıdır.
Bitki xammalından içkilər – bitki xammalından alınan
ekstraktlar, yaxud cövhərlər (meyvə, bitki, toxum və s.) və ya
qatılaşdırılmış şirələr (tərkibinə bitki xammalından alınan ekstrakt
və cövhərlər daxil olur) əsasında hazırlanan içkilərdir. Şəkər
əvəzediciləri (şirinləşdiricilər), boyayıcılar və ətirləşdiricilərin
istifadəsi yol verilməzdir. Çeşidinə “Tərxun”, “Ədviyyəli alma”
17
və s. daxildir.
Şəkər əvəzedicilərində (şirinləşdiricilərdə) içkilər - şəkər
əvəzedicilərinin tətbiqi ilə hazırlanan içkilərdir. Çeşidinə
“Buratino”, “Limon-laym” və b. daxildir.
Ətirləşdiricilərdə içkilər – təbii və fərdi ətirləşdiricilər efir
yağlarının – essensləri və s. əsasında müxtəlif komponentlər əlavə
edilməklə hazırlanır. Çeşidinə “Krem-soda”, “Lesnaya yaqoda” və
s. daxildir.
Mineral sularda içkilər – mineral sular əsasında müxtəlif
komponentlər əlavə olunmaqla hazırlanır.
Xüsusi təyinatlı içkilər – diabet və digər xəstələr üçün ölkənin
səhiyyə qurumlarının tövsiyəsi əsasında istehsal olunur. Çeşidinə
“Pepsi-layt”, “Portağal”, “Albalı”, “Limon”, “Sitrus” və s. aiddir.
Energetik içkilər – quru maddələrin kütlə payı 12% və daha
çox olmaqla tonuslaşdırıcı təsirli mikronutrientlər, həmçinin vita-
minlər, mineral elemetlər (mikroelementlər) və s. əlavə olunmaqla
hazırlanır. Çeşidinə “Sayan”, “Baykal”, “Utro”, “Kosmos”,
“Kola” seriyalı içkilər – Koko-kola, Pepsi-kola, Spartak-kola, kola
və s. aiddir.
Vitaminləşdirilmiş içkilər – tərkibində vitaminlər gündəlik
təlabatın azı 5%-ni ödəyən səviyyədə olmaqla hazırlanır. Çeşidinə
“Krasnaya şapoçka”, “Yabloko”, “Kolokolçik”, “Lesnoy buket”
və s. aiddir.
Qıcqırmalı kvaslar
– dənlilər, tərəvəz, meyvə-giləmeyvə və digər bitki xamma-
lının qıcqırdılması yolu ilə hazırlanır. Şəkər əvəzediciləri (şirinləş-
diricilər), boyayıcılar və ətirləşdiricilərdən istifadəyə yol verilmir.
Çeşidinə “Kvas krestyanskiy”, “Kvas stoloviy”, “Kvas
Ostankniskiy” və b. aiddir.
Kvas içkiləri – kvas şirəsi konsentratı, dən xammalı əsasında
müxtəlif komponentlər əlavə olunmaqla hazırlanan içkilərdir.
Kvas şirəsi konsentratının yaxud dən xammalı ekstraktının
miqdarı ümumi həcmin azı 2%-ni təşkil etməlidir.
Süni şəkər əvəzediciləri (şirinlşdiricilər), ətirləşdiricilər və
18
rəngləyicilərin tətbiqi yol verilməzdir. Çeşidinə “Maroçniy”,
“Rjanoy” və b. aiddir.
Mənşəyindən asılı olaraq mineral sular təbii və süni olmaqla
qruplaşdırılır. Təbii mineral sular mineral mənbələrdən alınır.
Onları şərti olaraq süfrə və müalicə suları kimi qruplaşdırırlar.
Süfrə mineral suları xoşagələn təzələyici dada malik olub,
susuzluğu yaxşı yatırır, lakin onların çoxu müalicə suları kimi
istifadə olunur. Narzan, Moskva, Borjom, Yessentuki, Badamlı
məşhur olan süfrə mineral sularındandır.
Müalicəvi mineral sular həkimin məsləhəti, başqa sözlə təyi-
natı əsasında, xüsusilə də mədə-bağırsaq xəstəliklərinə qarşı isti-
fadə olunur. Həll olan mineral duzların tərkibinə görə sular qələvi,
duzlu, dəmirli, kükürdlü və s. ola bilir. Müalicəvi mineral sulara
İstisu, Yessentuki №4, Yessentuki №17, Naftusya və b. aiddir.
Süni mineral sular suda kalium, natrium, kalsium, maqnezium
duzlarının həll olunması və karbon qazı ilə doydurulmasından
alınır.
Mineral sular olduqca şəffaf, bulanıqsız, çöküntüsüz, kənar
hissəciklərsiz olmalıdır. Dadı və iyi suyun adına uyğun olmalıdır.
Onların bəzilərində mineral duzların çöküntüləri olmasına yol
verilir. Bu, etiketdə göstərilməlidir. Mineral sularda ağır metal-
ların duzlarının olması yol verilməzdir.
Dostları ilə paylaş: |