25
kütlə payı 99% olur. Şərab daşı kimi istifadə olunur.
Ortafosfat turşusu. A – qida markalı (QOST 10678). Xarici
görünüşünə görə şərbətəbənzər turş dadlı məhlul olub, iysizdir.
Ortafosfat turşusunun kütlə payı azı 73,0% olur.
Askorbin turşusu. İysiz, turş dadlı, bircinsli ağ kristal toz olub,
nəmliyin kütlə payı 0,1% olur.
Süd turşusu 40%-li qatılıqda 3 sortda buraxılır. Süd turşusu-
nun kütlə payı 35,0-37,5% olur. Bioloji yolla – karbonatlı xam-
malın süd turşu bakteriyaları ilə qıcqırdılmasından alınır. Dənli
xammaldan içkilər istehsalında istifadə olunur.
Karbon qazı. Temperatur və təzyiqdən asılı olaraq qaz, maye
və bərk halda ola bilir. Rəngsiz inert qaz yaxud iysiz maye olub,
CO
2
-nin həcmdə payı azı 98,8% olur. Onda qliserin qarışığı,
karbon oksid, hidrogen sulfid qarışığı olmamalıdır. Spirtsiz içkilər
istehsalında əsasən maye CO
2
(QOST 8050) istifadə edilir. Adi
şəraitdə bu qaz suda yaxşı həll olur. Karbon qazı koks, daş kömür
və təbii qazın yanmasından, həmçinin spirt və pivə istehsalında
zatorun qıcqırmasından əmələ gəlir.
Rəngləyicilər – spirtsiz içkiləri rəngləmək üçün tətbiq edilir.
Təbii və süni olmaqla qruplaşdırılır. Təbii qida rəngləyiciləri (ko-
ler, enorəngləyici), zoğal, albalı cecəsi və digər meyvə və gilə-
meyvələrdən, həmçinin kökümeyvəlilərdən alınır. Süni rəng-
ləyicilərə tartrazin F və indiqokarmin aiddir. Koler (TŞ 10-04-06-
67) – yandırılmış şəkər məhluludur. Xarici görünüşünə görə tünd-
qəhvəyi rəngli qatı məhlul olub, acı dada, quru maddələrin
70,0±2% kütlə payına, limon turşusuna çevirməklə azı 0,8%
turşulara malikdir.
Enorəngləyici (OST 18-239) – qırmızı üzüm sortlarının cecə-
sindən alınır. Əsas rəngləyici maddə enin olub, antosianlar qru-
puna aiddir. Cecənin saxlanması suda, yaxud 1%-li HCl məhlu-
lunda 12-30 saat müddətində aparılır. Alınan kütlə filtrdən keçirilir
və buxarlandırılır. Alınan maye tünd-nar rəngində, çöküntüsüz və
bulanıqsız olur. Dad və iyi – zəif ifadə olunan şərabvari turşdur.
Suda yaxşı həll olur. Quru maddələrin kütlə payı azı 30%-dir.
26
İndiqokarmin (TŞ 18-16-143) – üzvi rəngləyici indiqonun
sulfitləşdirilməsi və sonrakı neytrallaşdırılması ilə alınır. Xarici
görünüşünə görə göy-qara pasta olub, quru qalığın kütlə payı azı
45%, rəngləyici azı 22,5% olur.
Tartrazin F – narıncı-sarı rəngli, dadsız və iysiz tozdur. Rəng-
ləyicinin kütlə payı 35%-dir. Fiziki-kimyəvi və orqanoleptik
göstəricilərinə görə fəaliyyətdə olan NTŞ-in tələblərinə uyğun
olmalıdır.
Təbii qida rəngləyiciləri (OST 18-405) istifadə olunan xam-
mal növündən asılı olaraq qatılaşdırılmış yaxud toz şəkilli buraxı-
lır. Xarici görünüşünə görə qatılaşdırılmış - qatı şərbətəbənzər
məhlul olub, turşaşirin və zəif turş dadlı olur; tozşəkilli isə intensiv
qırmızı yaxud tünd-qırmızı rənglidir. Adından asılı olaraq quru
maddələrin kütlə payı 35-68% arasındadır.
Tozşəkilli çuğundur rəngləyicisi (TŞ 10-04-04-19) özünü
sublimasiya metodu ilə qurudulmuş çuğundur şirəsi kimi göstərir.
Xarici görünüşünə görə səpələnən xırda dispers toz olub, rəngi
qırmızıdan tünd-qırmızıyadək dəyişməklə, nəmliyin kütlə payı
4%-dən çox olmamalıdır.
Ətirləşdirici maddələr - cövhər, ekstraktlar, essenslər və ətirli
maddələrin məhlulundan istifadə olunur.
Təbii essenslər ətirləşdirici maddələrin ekstraksiyası ilə
hazırlanır.
Təbii essenslər vakuum-destillə yolu ilə su-spirt qarışığı
vurulmuş təzə meyvələrdən alınır. Təbii ətirləşdirici maddələr olan
terpenlər suda həll olmadığından essenslər alınarkən onları kənar
edirlər. Əks halda onlar içkilərdə bulanıqlıq əmələ gətirir.
Sintetik essenslər (OST 18-103) özünü ətirli maddələrin spirtli
məhlulu kimi göstərir. Portağal, armud, «krem-soda» limon və
digər sintetik essenslərdən istifadə olunur.
Spirtli sitrus cövhərləri (OST 18-115). Spirtsiz içkilər hazır-
lamaq üçün limon, portağal, narıngi və qreypfrut cövhərindən
istifadə olunur. Qeyd olunan meyvələrdən efir yağları su-spirt
məhlulu ilə ekstraksiya edilməklə alınır. Dad və ətri parlaq ifadə
27
olunan, uyğun meyvəyə xas açıq-sarı rəngdə, spirtin həcmdə payı
65% olur.
Bitkiçilik xammalından spirtli cövhərlər (TŞ 10-04-22.10).
Cövhərlər üçün bitkiçilik xammalı kimi böyürtkən, yovşan, su-
max, yaşıl və qara çay, çovdar səmənisi və s. istifadə edilir. Dadı,
ətri və rəngi xammala uyğun olur. Xarici görünüşünə görə şəffaf
maye olub, kənar qarışıqlarsızdır. Dadı, ətri və rəngi xammala xas
olur.
Tərxun və reyhanın spirtli cövhəri göstəricilərinə görə TŞ 10-
04-06-163 tələblərinə cavab verməlidir. Xarici görünüşünə görə
şəffaf maye olub, çöküntüsüz və asılqan hissəciklərsizdir. Dadı və
ətri cövhər hazırlandığı xammala uyğundur. Spirtin həcmdə payı
60,6% olur.
Kofe cövhəri (TŞ 18-6-200) – şəffaf, tünd-qəhvəyi maye olub,
səciyyəvi kofe iyinə, acıtəhər dada malik olmaqla, kənar tamsızdir.
Spirtin kütlə payı azı 42%-dir.
Efir yağları. Efir yağlı xammaldan ekstraksiya yaxud su buğu
ilə destillə edilməklə alınan məhsuldur. Evkalipt, qızılgül, qərənfil
və s. belə xammaldır. Spirt cövhəri şəklində istifadə olunur. Bəzi
içkilərə vanilin (QOST 16599), izobornilasetat (TŞ 18-16-237),
ədviyyələr, bal (QOST 19792) arıçılıq məhsulları (apilak, çiçək
tozcuğunun ekstraktı), süd məhsulları (qatı və quru süd zərdabı,
quru yağsızlaşdırılmış süd) əlavə olunur.
Son vaxtlar spirtsiz içkilər hazırlamaq üçün konsentratlar,
kompozisiya və qatılaşdırılmış əsaslar geniş istifadə olunur.
Məlumdur ki, onlar iki hissədən ibarətdir: ətirli və ekstraktiv.
Həmin məhsullar orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə
görə qoyulan tələblərə cavab verməlidir.
Dostları ilə paylaş: |