22
Suda asan həll olur.
Ksilit (QOST 20710) – şəkər əvəzedici, beş atomlu spirtdir.
Xarici görünüşü ağ-kristal, dadı şirin olub, iysizdir.
Nəmliyin kütlə payı əla sortlar üçün 1,5%, I sortda 2,0%, quru
maddəyə çevrilməklə reduksiya olunan maddələrin kütlə payı
0,08%-ə qədərdir. Şirinliyi təqribən qlükozanın şirinliyinə
bərabərdir. Enerji dəyəri 4 kkal/tondur.
Son vaxtlar aşağı kalorili içkilər böyük şöhrət qazanmışdır.
Onların enerji dəyərini müəyyən edən şəkər kalorisiz birləşmələrlə
əvəz edilir. Bu içkilərin şirinliyi qəbul edilən şərti vahidə görə
saxarozanın şirinliyini çox dəfələrlə üstələmiş olur. Bu məqsədlə
daha çox aşağıdakılardan istifadə olunur:
aspartam (sinonimləri Nutra Sweet, Sladeks və b.) – iki
aminturşusunun – asparagin və fenilalaninin törəmələridir. Şirin-
liyi 200 şərti vahid təşkil edir. Çatışmazlığı məhlulda aşağı stabil-
liyidir ki, bu da pH və temperaturdan asılıdır. pH 4,2 və temperatur
25
0
C-də yarım parçalanma dövrü 260 gün təşkil edir. Gündəlik yol
verilən istehsal həddi bədən kütləsinə görə 7,5 mq/kq təşkil edir;
saxarin (ortosulfimid benzoy turşusu) – sintetik şirinləş-
dirici maddədir. Şirinliyi 300 vahiddir. Adətən natrium duzu
şəklində istifadə olunur ki, onun da şirinliyi 500 vahiddir. Kalium
və kalsium duzu şəklində də tətbiq oluna bilər. Gündəlik yol
verilən istehlak həddi bədən kütləsinə görə 2,5 mq/kq təşkil edir.
Saxarin məhlulu fərqli «metal» təm sonrası verir;
natrium və kalium siklamatlar – sikloheksilamin – N –
sulfon turşusunun duzudur. Şirinliyi 30 vahiddir. Yüksək tempe-
raturda işlənməyə dayanıqlıdır. Gündəlik yol verilən istehlak
həddi bədən kütləsinə görə 11 mq/kq təşkil edir;
kalium afsesulfat – oksatiasindioksidin törəməsidir. Şirin-
liyi 200 vahiddir. Gündəlik yol verilən istehlak həddi bədən küt-
ləsinə görə 15 mq/kq təşkil edir. Həmçinin sanet ticarət markası
məlumdur;
trixlorqalaktosaxaroza (TXQS, sukraloza) – saxarozanın
törəməsi olub, ondan 600 dəfə şirindir. Gündəlik yol verilən
23
istehlak həddi bədən kütləsinə görə 15 mq/kq təşkil edir.
Hazırda şirinləşdirici-qarışıqlardan istifadə edilməsi tövsiyə
olunur. Bir neçə şəkər əvəzedicisinin qarışdırılması ilə (saxarin və
aspartamı, atsesulfam və aspartamı və s.) energetik səmərə
müşahidə olunur.
Meyvə-giləmeyvə yarımfabrikatları. Bu xammal növü içki-
lərin dad xüsusiyyətlərini müəyyən edir. Spirtsiz içkilər istehsa-
lında meyvə və giləmeyvələrin müxtəlif emal məhsullarından isti-
fadə edilir.
Təbii meyvə-giləmeyvə şirələri (QOST 656). Şirələrin rəngi
hazırlandığı meyvə və giləmeyvənin rənginə uyğun, dad və iyi –
təbii, yaxşı ifadə olunan, kənar tam və iysiz olmalıdır.
Spirtləşdirilmiş meyvə-giləmeyvə şirələri (QOST 28539-99).
Xarici görünüşünə görə şəffaf və çöküntüsüz mayedir. Dad, rəng
və ətri hazırlandığı meyvə və giləmeyvələrdə olduğu kimidir.
Spirtin həcmdə payı 16% təşkil edir. Spirt konservant kimi vurulur
və texnoloji prosesdə kənar edilir.
Qıcqırdılıb-spirtləşdirilmiş şirələr (QOST R 51146-98) təzə
meyvə-giləmeyvədən alınan şirənin qıcqırdılması ilə, yaxud qıc-
qırdılmış əzintidən alınan materialın rektifikasiya olunmuş spirt
əlavə olunması ilə hazırlanır. Qıcqırdılıb-spirtləşdirilmiş meyvə-
giləmeyvə şirələri kənar tamsız olmaqla, etil spirtinin həcmdə payı
– 16,0±0,3% olmalıdır.
Qatılaşdırılmış meyvə və giləmeyvə şirələri (konsentratları) –
üzüm, quş üzümü və almadan hazırlanır. Xarici görünüşünə görə
qatı, demək olar ki, şəffaf məhluldur. Dadı şirəyə yaxın, kənar tam
və iysiz olmalıdır. Quru maddələrin kütlə payı alma və üzüm
şirəsində 70%, quş üzümündə 54% olur. Qatılaşdırılmış şirələr
həm də ixrac olunur. Adətən onlar şirənin ətirli maddələrinin kon-
sentratı ilə birgə göndərilir. İstifadədən əvvəl onları 200:1 nis-
bətində qarışdırırlar.
Meyvə və giləmeyvə ekstraktları (QOST 18078). Xarici
görünüşünə görə – 2 saat sakit saxlandıqdan sonra şəffaf, çökün-
24
tüsüz məhluldur. Üvəz, qara üvəz, nar, gavalı, qara gavalı eks-
traktları qeyri-şəffaf ola bilər. Dad və iyi – ekstrakt hazırlanan
şirəyə məxsus kənar tamsız və iysiz olmalıdır. Rəngi – ekstrakt
hazırlanan təbii şirələrə yaxın olmalıdır. Birinci sort üçün daha
tünd rəngə yol verilir. Quru maddələrin kütlə payı üzüm şirəsi
üçün – 62%, quş üzümündə – 54%, qara gavalıda – 44%, digər-
lərində 57% olmalıdır.
Təbii meyvə və giləmeyvə şərbətləri (QOST 10-162). Təbii,
konservləşdirilmiş, qatılaşdırılmış və diffuziya olunmuş meyvə və
giləmeyvə şirələrinin şəkərlə qaynadılması, sterilizə olunması və
ya olunmaması ilə hazırlanır. Xarici görünüşünə görə çöküntüsüz
şərbətəbənzər məhluldur. Sitrus meyvələrindən şərbətlər – qeyri
şəffaf məhlullardır. Dadı şirin yaxud turşvari-şirindir. Ətri şərbət
hazırlandığı şirəyə uyğun, kənar tamsız və iysizdir.
Rəngi – şərbət hazırlanan təbii şirələrin rənginə yaxındır. Quru
maddələrin kütlə payı – 68-70% olur.
Üzüm şərabları və şərab materialları (QOST 7208). Spirtsiz
içkilər hazırlanmasında üzüm şərablarından əlavə emal olunmuş
şərab materiallarından da istifadə olunur. Üzüm şərab materialı
həmin adda şərab materialına xas dad və ətrə malik olmalı, dad və
buketdə kənar tonsuz olmalıdır. Konyakdan da istifadə olunur
(QOST 13741).
Qida turşuları. Spirtsiz içkilər hazırlamaq üçün limon, şərab
daşı, dl – şərab, ortafosfat, askorbin və süd turşularından istifadə
olunur. Askorbin turşusundan içkilərin vitaminləşdirilməsi, digər-
lərindən isə onlara müəyyən turş dad vermək üçün istifadə olunur.
Limon turşusu (QOST 908). Limon turşusunun kütlə payı azı
99,5% olur.
Şərab daşı turşusu (QOST 21205). Ağ toz, yaxud turş dadlı
rəngsiz kristaldır. Şərab turşusunun kütlə payı 99,0% olur. İçkilər
üçün quru qarışıqlar hazırlamaq məqsədilə istifadə olunur. Limon
turşusuna nəzərən az hiqroskopikdir.
dl – şərab turşusu (TŞ 6-09-3938). Malin anhidridi və hid-
rogen peroksiddən sintez olunur. Ağ kristal toz olub, turşunun
Dostları ilə paylaş: |