19
3. İmam Səccad Əli ibn Hüseyn (ə)
حينمقمداَّصلا حعحم ْاوُنوُكحو حهّللا ْاوُقَّـتا ْاوُنحمآ حنيمذَّلا احهُّـيحأ احي
1
“Ey iman
gətirənlər, Allahdan qorxun və doğru olanlarla olun.” – ayəsini oxuyarkən, çoxlu dua edərdi.
Bu dualar sadiqlərin (doğruların) və yüksək dərəcəlilərin məqamına çatmaq, onlara qoşulmaq
arzusundan ibarət idi. Bu dualarda bidət qoyanların (dinə zid yeni qanun), yəni imamlardan və
“nübüvvət ağacı”ndan uzaqlaşanların törətdiklərinə də işarə olunurdu. Məsələn, buyurur:
“Başqaları bizim haqqımızda günah işlətdi, öz zidd əməllərini Quranın mütəşabeh (mənası
oxşar və tam bəlli olmayan) ayələrinə əsaslandıraraq, onları istədikləri kimi şərh etdi və
Peyğəmbərin (s) bizə münasibəti və haqqımızda söylədiyi şübhəsiz xəbər və hədisləri inkar
etdilər.”; “Belə olduqda, bu millətin əlamət və nişanələri köhnəliyə meyl etdiyi və bu millətin
biri-birilərini kafir adlandırdıqları surətdə, təfriqə və ixtilaflara alışdığı bir halda gələcək
müsəlmanlar kimə pənah aparsınlar? Halbuki Allah-taala buyurur: “O adamlar kimi olmayın
ki, pərakəndə oldular və aydın dəlillər və möcüzələr gətirildikdən sonra müxalifət etdilər.”
2
Bəs, Allahın dəlillərini çatdırmaq və əhkamları izah etmək üçün kimə inanmaq olar? Quran ilə
bir sırada olan, yol göstərən imamlardan – o işıqlı çıraqlardan, Allahın öz bəndələrinə olan bu
höccətlərdən başqa kimi tanıyır və inanılası kimsə varmı? Allah insanları höccətsiz (dəlilsiz)
və sərbəst (başlı-başına) buraxmamışdır. Onları tanımırsınızmı? Məgər siz onları risalətin
mübarək şəcərəsindən olan budaqlar və Allahın günah və çirkinliklərdən tər-təmiz etdiyi pak
şəxslər bilmirsinizmi? Məgər Allahın höccətləri o kəslər deyildirmi ki, Allah onları hər cür
afətdən (səhv addımlardan) uzaqlaşdırmış, onlara qarşı dostluq və məhəbbəti Quranda vacib
bilmişdir?”
3
Bunlar imam Səccadın (ə) sözləridir. Bu sözlərə və Əmirəl-möminindən (ə) nəql etdiyim
kəlamlara diqqət yetir! Görəcəksən ki, onlar şiə məzhəbini aydın şəkildə təcəssüm etdirmişlər.
O iki böyük şəxsin sözlərindən bu bir nümunə idi və digər imamların da fikirləri eynilə
belədir. Çünki onlar bir həqiqət əsasında birləşmişlər. Bir daha unutma ki, bizim bu haqda
doğru xəbərlərimiz “mütəvatir”dir.
4
Vəssalam. “Ş”
1
“Tövbə”, 119-cu ayə.
2
“Ali-İmran”, 105-ci ayə.
3
Bu sözlər İbn Həcərin “Əs-səvaiq” kitabının 11-ci babının 90-cı səhifəsində (Ali-İmran, ayə 103), yəni 1-ci
fəsilin 5-ci ayəsində söylənmişdir.
4
Eyni bir hədis bir çox mötəbər ravilərdən (rəvayətçilər) nəql olunduqda ona mütəvatir hədis deyilir.
20
YEDDİNCİ MƏKTUB
13 Zilqədə 1329
1. Quran və sünnədən dəlilin tələbi.
2. Əhli-beytin sözlərinə əsaslanmaq “dövrlə”
1
nəticələnir.
1. Allah və Peyğəmbərin (s) kəlamlarından dəlil gətirin ki, Əhli-beytin ardınca getməyin
vacibliyini sübut etsin və bu bəhsdə bizi Allah və Rəsuli-əkrəmin sözlərindən başqasının
sözlərini qəbul etməkdə azad burax.
2. İmamlarınızın sözləri onlarla müxalif olanlar üçün dəlil ola bilməz. Çünki bildiyiniz
kimi, bu haqda onların sözlərinə əsaslanmaq “dövr”lə nəticələnir. Vəssalam.
“S”
1
Məntiq elmində bir qaydadır. Burada “S” deyir ki, imamların haqlılığını sübut etmək üçün elə onların öz
sözlərinə əsaslanırsınız, halbuki onların sözlərinə sübut kimi əsaslanmaq, onların doğruluğunu kənar dəlillə
sübut etdikdən sonra ola bilər və sizin bu işiniz “dövr”dür. (mütərcim)
21
SƏKKİZİNCİ MƏKTUB
15 Zilqədə 1329
1. İşarə etdiyimizdən qafil deyilik.
2. “Dövr”də səhv nəticə.
3. Səqəleyn hədisi.
4. Səqəleyn hədisinin mütəvatirliyi (şübhəsizliyi).
5. Əhli-beytə arxalanmayan şəxs yolunu itirmişdir (azmışdır).
6. Onların Nuhun gəmisinə, “Hittə qapısı”na bənzədilməsi və ümməti dini ixtilafdan
qorumaları.
7. Burada Əhli-beytdən məqsəd kimlərdir?
8. Nə üçün onlar Nuhun gəmisinə və “Hittə qapısı”na oxşadılıblar?
1. Mən məktubumun əvvəlində Peyğəmbərin (s) kəlamını elə-belə qeyd etməmişdim. Əgər
bir az diqqət yetirsəydiniz, o hədis Əhli-beyt imamlarının ardınca getməyin vacibliyini açıq-
aşkar göstərirdi. Peyğəmbər (s) onları Quran ilə bərabər tutaraq, bilik sahiblərinin başçıları
qərar vermiş, onları nicat gəmisi, ümmətin əmin-amanlıq mərkəzləri və “Hittə qapısı”na
bənzətmişdi. Bundan məqsəd Peyğəmbərdən (s) eyni məzmunda çatan doğru və düzgün
xəbərlərə işarə idi ki, siz işarə və kinayədən sonra başqa bir izahata ehtiyacı
olmayanlardansınız.
2. Beləliklə imamlarımızın sözlərini –dediyiniz kimi deyil– onlarla müxalif olanlara da
mötəbər dəlil kimi bildirmək olar və artıq onların sözlərini dəlil gətirməklə “dövr”
yaranmayacaqdır.
3. İndi isə Allah rəsulunun (s) sözlərinə diqqət edin. O həzrət bir gün cahil və agah
olmayanları səsləyib, onlara müraciət edərək uca səslə buyurdu:
«
ام ْمُكيف ُتْكحرحـت ّنّإ م ُساّنلا احهُّّّيحا اي
اُّولمضحت ْنحل مهمب ُتمْذحخحا ْنإ
تيْيحـب حلْهحا تيحْترمع حو للها حباتمك ،
»
“Ey camaat, mən sizin aranızda elə bir şey qoyuram
ki, əgər ondan yapışsanız, heç vaxt yolunuzu itirməyəcəksiniz: o, Allahın kitabı və Əhli-
beytimdir.”
1
«
اُوّلمضحت ْنحل مهمب مُتْكَّسححتَ ْنما ام مُكيف ُتْكحرحـت ّنّإ
ْنحلحو تيْيحـب حلْها ح تيحْترمع حو مضرحلاا حليإ مءامَّسلا حنمم ٌدوُدْحمَ ٌلْبحح مللها حباتحك يدْعحـب
اممهيف نّوُفِّلحُتُ حفْيحك اوُرُظْناحف حضْوحْلْا َّيحلحع ادمرحي ّتيحح اقمحترْفحـي
»
“Mən aranızda elə bir əmanət qoyuram ki, əgər
ondan möhkəm yapışsanız heç vaxt yolunuzu itirməyəcəksiniz. O, göylə yer arasında bir ip
olan Allahın kitabı Quran və Əhli-beytimdir. Bu ikisi Kövsər hovuzu kənarında mənə
çatmayınca bir-birindən ayrılmayacaqlar. Belə isə, diqqət edin, görün məndən sonra onlarla
necə rəftar edəcəksiniz!”
2
1
Bu rəvayəti Tirmizi və Nisai Cabirdən nəql ediblər. Müttəqi Hindi də bu hədisi “Kənzül-Ümmal” kitabının
birinci cildinin “Əl-İtisamu bil-kitabi vəs-sunnə” babının 44-cü səh.-də bu iki nəfərdən nəql etmişdir.
2
Tirmizi bu hədisi Zeyd ibn Ərqəmdən nəql edir. Bu, “Kənzül-Ümmal” kitabının birinci cildinin 44-cü
səhifəsindəki 874-cü hədisdir.
Dostları ilə paylaş: |