23
bir çox yerdə bu həqiqəti bəyan etmişdir; Qədir-xumda “həccətül-vidada, Ərəfə günündə,
Taifdən qayıdanda, Mədinədə öz minbərində, hətta öz evində xəstə yatdığı və səhabələr
kənarında olduğu zaman: “Ey camaat, mən tezliklə ruhumu tapşıracaq və bu dünyadan
gedəyəcəyəm. Üzrünüzü kəsəcək sözü sizə dedim. Agah olun, Allahın kitabı və Əhli-beytimi
aranızda qoyuram.” Sonra Əlinin əlini qaldırıb dedi:
«
ّتيحح مناقحترْفحـيلا ٍّيملحع حعحم ُنآرُقلا حو منآرُقلا حعحم ٌيملحع اذحه
حضْوحْلْا َّيلحع ادمرحي
»
“Bu Əli Quran ilədir və Quran onunladır, onlar hovuz kənarında mənim yanıma
gələnə qədər bir-birindən ayrılmayacaqlar.”
1
Bunu bir qrup sünni alimləri də təsdiq edir. Hətta İbn Həcər “səqəleyn” hədisini nəql
edəndən sonra belə deyir: “Agah ol ki, Quran və Əhli-beytdən möhkəm yapışmağın
vacibliyini bildirən hədisin çoxlu sənədləri var və Peyğəmbərin (s) iyirmidən çox səhabələri
tərəfindən nəql olunmuşdur.” Sonra deyir: “Bu hədisin bir çox silsilə sənədləri kitabın “on
birinci şübhə” hissəsində keçdi. Onların bəzisində deyilir ki, Peyğəmbər (s) onu “həccətül-
vida”da Ərəfə günündə, başqa birisində Mədinədə xəstə ikən otağının səhabələr ilə dolu
olduğu vaxt, başqasında Qədir-xumda, daha başqa bir yerdə deyilir ki, Taifdən qayıdan zaman
buyurmuşdur.” Yenə əlavə edir: “Bunlar bir-birinə zidd deyil, çünki o həzrətin bu və ya başqa
hallarda bu həqiqəti təkrar etməsinin eybi yoxdur. Bu, onun Qurani-kərimin və pak Əhli-
beytinin əhəmiyyətinə xatirdir.”
2
İmamlar üçün elə bircə bu kifayətdir ki, heç bir yerdən batilin onlara yol tapa bilməməsi
kimi Allah və Peyğəmbərin (s) nəzərində Quranla bərabər məqamda olsunlar. (
لا
نمم ُلمطاحبْلا مهيمتْأحي
مهمفْلحخ ْنمم حلاحو مهْيحدحي مْينحـب
)
3
Bunun özü müsəlmanları onların (Əhli-beyt) məzhəbinə itaət etməyə vadar edən aydın
dəlildir. Çünki Qurandan başqa heç bir şeyi qəbul etmək istəməyən müsəlman kəs (“Allahın
kitabı bizə bəs edər” – fikrini dəstəklədiyiniz halda), başqa bir şeyi Quranla bir sırada necə
qoya bilər?
5.
«
ححتَ ْنإ ام ْمُكيف ٌكمرات ّنّما
اُوحلمضحت ْنحل مهمب مُتْكَّس
مللها حباتمك :
تيحْترمعحو
»
“Sizin aranızda elə bir şey qoyuram ki,
əgər ondan möhkəm yapışsanız, heç vaxt yolunuzu azmayacaqsınız. Allahın kitabı və Əhli-
beytim.”
Bu mənanı təsdiq edən daha dəqiq ifadə isə Təbəraninin nəql etdiyi Peyğəmbərin (s)
“səqəleyn” hədisinin ardınca buyuruğudur:
«
ْمُهومِّلحعُـت لا حو اوُكملْهحتحـف امُهْنحع اوُرِّصحقُـت لا حو اوُكملْهحتحـف اُهُوُمِّدحقُـت لاحف
مُكْنمم ُمحلْعحا مُهَّـنماحف
»
“Onlardan irəli keçməyin ki, həlak olarsınız və geri qalmayın ki, həlak
olarsınız.
Onlara heç nə öyrətməyin, çünki onlar sizdən biliklidirlər.”
İbn Həcər isə (bu qədər aydın dəlildən sonra) deyir: Peyğəmbərin (s) “Onlardan irəli
keçməyin ki, məhv olarsınız və geri qalmayın ki, həlak olarsınız, onlara heç nə öyrətməyin ki,
sizdən biliklidirlər.” – sözləri o vaxt həqiqi mənasını doğruldur ki, Əhli-beytdən hər biri özünü
uca məqam və dini vəzifələrdə yüksək rütbəyə çatdırmış olsun.
4
1
İbn Həcərin “Əs-səvaiqül-Mühriqə” kitabının ikinci fəslinin sonu, 9-cu babın 75-ci səh.-də qırxıncı
hədisdən sonra gələn fəslə müraciət edin.
2
İbn Həcərin “Əs-səvaiqül-Mühriqə” kitabının 11-ci babının birinci fəslinin 89-cu səhifəsinin sonuna
(“Saffat”, 24-cü ayənin təfsiri) müraciət edin.
3
“Fussilət”, ayə 42
4
“Əs-səvaiq” kitabının 135-ci səhifəsində “Peyğəmbərin vəsiyyətləri” babına müraciət edin və sonra ondan
soruşun ki, nə üçün Əbül-Həsən Əşərini üsuli-dində və “dörd məzhəb fəqihləri”ni fürui-dində Əhli-beytdən
üstün tutursan? Nə üçün İmran ibn Həttan və Xəvaricdən onun kimilərini hədisdə onlardan (imamlar) üstün
tutursan? Nə üçün Məqatili ibn Süleymanı (Allahın cisim olmasına inanan “murciə”lərdəndir) imamlardan
üstün tutursan? Nə üçün “əxlaq”, “süluk” və ruhi dərmanlar elmində Məruf və onun kimiləri üstün bilirsən?