Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   2   3   4   5   6   7   8   9   ...   43

Elbəyi Cəlaloğlu 
10 
 
Elbəyi Cəlaloğlunun  “Mehralı  bəy”  dastan-poeması 
göstərir  ki,  Azərbaycanda,  Borçalıda  etnik-tarixi  poetik 
paradiqmanın formalaşması davam edir. Ozan-aşıq sənə-
tinin və inanc poeziyasının daşıyıcısı olan Elbəyi Cəlaloğ-
lunun  xalqımızın  qəhrəman  oğlu  Mehralı  bəy  haqqında 
dastan bağlaması şərəf və ləyaqət məsələsidir. 
Elbəyi Cəlaloğlu bir şair kimi vətəndaşlıq borcunu layi-
qincə  yerinə  yetiribdir.  Bu  çətin  sınaqdan  alnı  açıq,  üzü 
ağ çıxıbdır. 
 
05.01.2010 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elbəyi Cəlaloğlu 
10 


MEHRALI BƏY 
11 
 
 
MÜƏLLİFDƏN 
 
XIX  əsr  Qafqaza  öz  dərd-səriylə  gəldi.  Cənubi  Qafqaz 
bütünlüklə  ruslar  tərəfindən  işğal  olundu.  Azərbaycan 
saysız-hesabsız  şəhidlər  verdi,  nə  qədər  ailələr  başsız, 
analar  ağlar,  körpələr  yetim  qaldılar.  Qacarlarla  Ruslar 
arasında  gedən  uzunmüddətli  müharibə  Türkmənçay 
(1828)  müqaviləsi ilə  yekunlaşdı.  Beləliklə  də,  ucsuz-bu-
caqsız Azərbaycan ölkəsi quzeyə və güneyə bölündü. Bu 
işğal ərəfəsində rus imperiyası türkün qüdrətinə bələd ol-
duğu üçün bu qanın yerdə qalmayacağını düşünərək öz 
gələcəyini sığortalamaq məqsədiylə Azərbaycanın şimalı-
na  kütləvi  şəkildə  erməni  yerləşdirməyə  başladı.  Dədə-
baba  torpaqlarımıza  olan  bu  erməni  axını  bir  əsr  yarım 
müddət ərzində havadarları tərəfindən dövlət halına gə-
tirildi. Həmin siyasətin acı nəticəsidir ki, bu gün də ölkə-
mizə, xalqımıza Qarabağ müsibətini yaşadırlar. 
XIX əsrdə Rus imperiyası Cənubi Qafqazda öz hökmü-
nü sürür, öz siyasətini yeridirdi. Komendant üsul-idarəsi 
yerlərdə özbaşınalığa səbəb olur, müstəmləkəçilik və ağır 
vergilər camaatı boğaza yığırdı. Yerli əhalinin torpaqları, 
ağaların  mülkiyyəti  əlindən  alınır,  anbarları  zorla  boşal-
dılıb  dövlətə  keçirilirdi.  Təbii  ki,  əhali  buna  razı  ola  bil-
məzdi,  buna  görə  də  kəndli  üsyanları  baş  qaldırmağa 
başladı. Üsyanlar silah gücünə yatırılırdısa bu, bir fayda 
vermirdi.  Elə  bu  səbəbdən  1840-cı  ildə  çar  komendant 
üsul-idarə sistemini ləğv etdi, mahallar qəzalarla əvəzlən-
MEHRALI BƏY 
11 


Elbəyi Cəlaloğlu 
12 
 
di.  Torpaqlar  bəylərdən  alınıb  gəlmə  rus  zadəganlarına 
verildi. Bu islahat yerli ağalar və bəylərdə böyük narazı-
lıqlar doğurdu. Əhalinin bir qismi Osmanlı və Səfəvi tor-
paqlarına üz tutsa da, əksəriyyət faciələrin sonunu gözlə-
di. Lakin, bir çarə bulmadıqlarından qaçaqlıq hərəkatları 
baş verdi. Qaçaqlar öz dəstələrilə hökumət xəzinələri və 
anbarlarına, eləcə də yeni hökumətin tərəfinə keçmiş ağa-
lara  basqınlar  etməyə,  onlara  zərbələr  vurmağa  başladı-
lar. Mehralı bəy də bu qaçaqlardan biri idi. 
Mehralı bəy 1844-cü ildə (pr. V.Hacıların qənaətinə gö-
rə) Borçalı mahalının Darvaz kəndində ağa ailəsində do-
ğulmuşdu, ailənin birinci uşağı idi. Babası Allahverdi ki-
şidə olduğu kimi, atası Məmli ağanın da var-dövləti rus 
kazakları  tərəfindən  basqınlara  məruz  qaldı.  Məmli  ağa 
da  bir  çoxları  kimi  silaha  sarılmışdı.  Lakin  onun  bu  çıl-
ğınlığı  uzun  çəkmədi,  ruslar  tərəfindən  amansızcasına 
qətlə yetirildi və yerli əhaliyə görk olması üçün işğalçılar 
onu Xaçlı məzarlığa dəfn etdilər. Yerli müsəlman türklərə 
bundan  da  ağır  təhqir  olmazdı.  Düzdür,  sonra  Mehralı 
atasını  Xaçlı  məzarlıqdan  çıxarıb,  müsəlman qəbristanlı-
ğında  dəfn eləmişdi,  lakin  çarizmin  bu  yaramazlıqları 
gənc Mehralının ürəyində onlara qarşı sonsuz nifrət oyat-
mışdı. 
 
Əsərin yazılma zərurəti 
 
Sovet imperiyası 70 il ərzində qədim tariximizin və mə-
dəniyyətimizin üstündən xətt çəkmək istədi, məktəblərdə 
Elbəyi Cəlaloğlu 
12 


MEHRALI BƏY 
13 
 
tarix dərsləri təhrif olunmuş formada öyrədildi, dilimizə 
yabançı sözlər gətirildi, millətimizə yeni rus ideologiyası 
təlqin  edildi,  lakin  yaddaşımızı  fəth  edə  bilmədilər.  Ən-
ənələrimiz  “Xıdırnəbi”,  “Novruz”,  “Mövlud”,  “Rama-
zan”, “Qurban” kimi bayram şölənlərində, nənələrimizin 
bayatılarında,  analarımızın  laylasında,  babalarımızın 
qüdrətində, atalarımızın hökmündə və sazımızda, muğa-
mımızda yaşadı. Tarixi keçmişimizə olan laqeyd münasi-
bət Mehralı bəy kimi igidləri yaddaşımızın alt qatına sal-
dı. 
Mehralı bəy əslən Borçalıdan olsa da, onun qəhraman-
lıq  salnaməsi,  göstərdiyi  şücaətlər  Azərbaycan,  eləcə  də 
Borçalı ictimaiyyətinə bu günə qədər yaxşı tanış deyil, la-
kin onu Türkiyədə “ikinci Koroğlu”, “ikinci Battal Qazi” 
kimi tanıyırlar. 
Mən  Mehralı  bəyin  adını  1982-ci  ildə,  Sovetin  himsiz, 
özülsüz divarlarının dağılmağa başladığı vaxt əmim İsra-
fil  müəllimdən  eşitmişdim.  Bu  ad  mənim  marağıma  sə-
bəb oldu  və  atama  müraciət elədim.  Atamsa  mənə  Aşıq 
Şenliyin məşhur  “Əfəndim”  rədifli  qoşmasını  oxudu  və 
qısaca bildiklərini söylədi. Bilgilər məni qane etmədiyin-
dən, o vaxtdan  düşüncələrimə  sıçramış  bu  qığılcım  heç 
cürə alışa bilmirdi. 2006-cı ildə isə filologiya elmləri dok-
toru,  Gürcüstan  Ədəbiyyatşünaslıq  Akademiyasının  hə-
qiqi üzvü, professor Valeh Hacıların Mehralı bəy haqqın-
da  olan  araşdırmasını  onun  “Borçalı  Mehralı  bəy  tarixi 
həqiqətlərdə”  adlı  kitabından  oxudum.  Bundan  sonra 
Mehralı  bəy  haqqında  poema-xronika  yazmaq  qərarına 
MEHRALI BƏY 
13 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə