Elbəyi CƏlaloğLU



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix12.10.2018
ölçüsü2,2 Mb.
#73673
1   2   3   4   5   6   7   8   9   ...   43

Elbəyi Cəlaloğlu 
18 
 
Gəlir 
(Divani) 
 
Hüzurunda baş əyməyə
Vətən, bir oğlan gəlir! 
Ləngərindən yer yırğanır, 
Yerişdə aslan gəlir! 
İgidliyin mehrabıdı, 
Darvazlı Mehralı bəy. 
Zəmanənin bozqurduna, 
Tanrıdan fərman gəlir! 
 
Qan uddurar paşalara, 
Əyilməz sultan-xana. 
Vurğunudu azadlığın, 
Yolunda qıyar cana. 
Qoşun-qoşun yağı gəlsə, 
Bata bilməzlər ona. 
Xəyanətə, namərdliyə 
Tutmağa divan gəlir! 
 
Əməlində haqq yaşayır, 
Qəlbində səxavəti. 
Dərd salar dərdin qəlbinə, 
Dözümü, mətanəti. 
Meydan verin Elbəyiyə, 
Söyləsin hekayəti. 
Mehralı bəyin eşqinə 
Yazıbdı dastan, gəlir! 
 
Elbəyi Cəlaloğlu 
18 


MEHRALI BƏY 
19 
 
Tərsaya 
(Təcnis) 
 
İgid olan hər əməldə bilinər, 
Nütvəsi saf, fikirləri tər, saya. 
Aşiq ollam tərsaya, 
Göydən gəlsə tərs ayə. 
İçimdə şimşək oynar, 
Görsəm namərd, tərsa ya. 
Gəncliyindən gün doğmadı üstünə, 
Urcah oldu Mehralı bəy tərsaya. 
 
Düşmən asi, dost naxələf çıxanda, 
Gəldi səbri, təsəllisi Qəmərdən. 
Düşdü başa, Qəmər, dən, 
Aldı nuru Qəmərdən. 
Vətən dara düşəndə 
Əskik olmaz qəm ərdən. 
Mehralı bəy sıyıranda qılıncı 
Oğul gərək, leş tığını tər saya. 
 
Cəlaloğlu, al qələmi şövqilə, 
İlhamını kağız üstə sər indi. 
Aşıq deyər sər indi, 
Zər xırdalar sər indi. 
Qaynar elmi olanın 
Daim qəlbi sərindi. 
El barınar qəlbi düzün nurunda, 
Çaşı baxar tərs Günəşə, tərs Aya. 
 
MEHRALI BƏY 
19 


Elbəyi Cəlaloğlu 
20 
 
Mehralı 
(El havası –  “Qaraçı”) 
 
Torpağın könlünə bahar düşəndə, 
Günəş tək üfüqdən baxdı Mehralı. 
Quruyanda dodaq, təpiyəndə dil, 
Qaynar bulaq kimi axdı Mehralı. 
 
Ellər arayırdı haqqın izini, 
Nicat tapmamışdı illər uzunu, 
Buludlar alanda göyün üzünü, 
İldırıma dönüb çaxdı Mehralı. 
 
Qansız qərarlara vermədi aman
Haqlıya dost oldu, haqsıza yaman, 
Görəndə yurdunu tapdayıb zaman, 
Çəkib qılıncını yıxdı Mehralı. 
 
Dərdlərin içindən çəkəndə haray
Titrədi səsindən kaşanə, saray. 
Çəkəndə sərkərdə üstünə alay, 
Nizəni köksünə taxdı Mehralı. 
 
Onu söyləyəcək sazın hər simi, 
Elbəyi, dinləyər dünya səsimi, 
Verib vətən eşqi, millət dərsimi
Qəlbimdə heykəl tək şaxdı Mehralı. 
 
Elbəyi Cəlaloğlu 
20 


MEHRALI BƏY 
21 
 
 
 
I Boy 
 
 
Mehralı bəy axtarışda 
 
 
Borçalı elindən doğdu bir ərən 
 
Borçalı mahalı, Darvaz elində, 
Bir oğul böyüyüb bir ərən oldu. 
Vətən sevgisinə, millət eşqinə, 
Canını, qanını pay verən oldu. 
 
Heç ana bətninə düşməmişdi o, 
Zaman doğrayanda Azərbaycanı. 
Dərdlərin içindən boy verən oğul, 
Dərdlərin ölmünə verdi fərmanı. 
 
Qalsa da rusların tapdağı altda, 
Sınmırdı ər evi, igid yuvası. 
İtdikcə mülkləri, artıqca vergi, 
Qalxırdı çobanı, bəyi, ağası. 
 
Türkə xain çıxdı türkdən olanlar, 
Kim qınamırdı ki, pis vərdişləri. 
 
 
21 
MEHRALI BƏY 


Elbəyi Cəlaloğlu 
22 
 
Sərvətlər puç oldu namərd əlində
Duyurdu Mehralı bu gərdişləri. 
 
Düşmən Borçalıya ayaq alanda, 
Atası Məmlini sınan görmədi. 
Bir ovuc qan üçün qorxuya düşüb
Kişi qürurunu danan görmədi. 
 
Torpağı kəsilib, haqqı itəndə, 
Qılınca sarıldı Məmli ağa da. 
Alıb atasından Mehralı ilham, 
Dönmüşdü əbədi bir çırağa da. 
 
Özünü Uruzun yerində sandı, 
Yanında gurlayan Qazan xanıydı. 
Ölsə də kişi tək öləsiydi o, 
Damarında axan oğuz qanıydı. 
 
Öyrəndi at minib qılınc çalmağı, 
Vuruldu torpağa, vuruldu daşa. 
Çəkəndə tüfəngi gözünün üstə, 
Bircə gülləsi də çıxmazdı boşa. 
 
Çətində qoymazdı Qəmər at onu, 
Düşməni zəhmiylə silkələyərdi. 
Yeldən qanad alıb dar məqamında, 
Göyün sinəsinə həkk eləyərdi. 
 
Elbəyi Cəlaloğlu 
22 


MEHRALI BƏY 
23 
 
Bilirdi Mehralı el adətini, 
Yıxılana gülməz Qarapapaqlar. 
Dağ kimi mətindir, polad kimi bərk, 
Qırılar, əyilməz Qarapapaqlar. 
 
Uludur tarixi bu kökün, soyun, 
Müqəddəs ruhu var torpağın, suyun. 
Düşmənə hər zaman əydirər boyun, 
Heç zaman yenilməz Qarapapaqlar. 
 
Namusun rəmziydi dörd əlaməti, 
Arvadı, silahı, papağı, atı. 
Durudur vicdanı, təmizdir adı, 
Xəyanəti bilməz Qarapapaqlar. 
 
Aləmə göstərər səxavətini, 
Dostlara ömürlük sədaqətini, 
İlahi eşqini, məhəbbətini
Ürəyindən silməz Qarapapaqlar. 
 
Beşikdə məhəbbət yırğalayandı, 
Bölüb qulaqlara sırğalayandı. 
Buz qəlbdə ocağı gur qalayandı, 
Nankordan köz almaz Qarapapaqlar. 
 
Bu ruhda, amalda boy atırdı o, 
Sevgiydi canında yükü damarın. 
 
23 
MEHRALI BƏY 


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə