Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   44   45   46   47   48   49   50   51   52

 
150 
təhsil alanların yaşı  və  təhsil müddəti belədir: uşaq bağçalarına 
məktəbəqədər uşaqlar 3 yaşından yığılır və onlar üç il hazırlanır. Altı 
yaşına çatdıqdan sonra uşaqlar ibtidai məktəbdə  təhsilə başlayırlar, 
burada təhsil müddəti 6 ildir. İlkin pillə orta təhsilin müddəti (natamam 
orta təhsil) – 3 il və yüksək pillə orta təhsilin müddəti də – 3 ildir. 
Təhsilin ilk 9 ili (ibtidai təhsil və orta təhsilin ilkin pilləsi daxil 
olmaqla) məcburidir. İbtidai məktəbdə oxuyanların yaşı 6-7, natamam 
orta məktəbdə isə 12-13-dür. Orta məktəbin yuxarı pilləsinə daxil 
olmaq üçün ilkin pillə orta məktəb məzunları yerli maarif-inzibati 
orqanları  tərəfindən ümumi qaydada təşkil edilmiş  qəbul imtahanları 
verməlidirlər, bundan sonra onların arasından  ən yaxşıları seçilir. Adi 
tam orta məktəbə daxil olub təhsil alanların yaşı – 15-16-dır və onlar 
orada 3 il oxuyurlar.  
Çin təhsil sistemində peşə təhsili xüsusi yer tutur. Bu sistemə ali 
və orta peşə məktəbləri, orta texnikumlar, peşə yönümlü orta məktəblər, 
peşə hazırlığı  mərkəzləri, yaşlılar üçün texniki hazırlıq və  cəmiyyətin 
gücü ilə yaradılmış digər uyğun müəssisələr daxildir. Onlar ali, orta və 
ibtidai pillələrə aiddirlər və bir-biri ilə sıx bağlıdırlar.  
Yüksək pillə orta təhsilin bazasında həyata keçirilən və ali 
təhsilin mühüm hissəsi olan ali peşə  təhsili hələ ki, ilkin inkişaf 
mərhələsində yerləşir. O, əsasən məhdud miqdarda (təxminən 100) 
peşə-texniki institutlarda, qısamüddətli peşə universitetlərində, ölkənin 
yaşlı  əhalisi üçün ali təhsil müəssisələrində aparılır, burada əməli 
qaydada müxtəlif ixtisaslar üzrə ali peşə  təhsili verilir. Bu təhsil 
müəssisələrində  tətbiqi və texnoloji əhəmiyyətli ixtisaslaşdırılmış 
texniki işçilər hazırlanır.  
Çin orta peşə təhsilinə orta texniki-peşə məktəbləri, peşə yönümlü 
tam orta məktəblər və orta texnikumlar daxildir. Onlar istehsalat üçün 
orta səviyyəli texniki və idarə işçiləri hazırlayırlar.  
Peşə yönümlü tam orta məktəblərin vəzifəsi tam orta təhsili olan 
və müəyyən peşə, bilik və  təcrübəyə malik geniş profilli işçilər 
hazırlamaqdır.  
Orta texniki məktəb yüksək ixtisaslı işçilərin hazırlanması ilə 
məşğul olur.  
Hazırda ölkədə müxtəlif növ və pillədən olan 17000-dən artıq 
peşə təhsil müəssisəsi, 2000-dən çox peşə hazırlığı mərkəzi, həmçinin 
400 mindən yuxarı  fəhlə  və qulluqçuların ixtisasartırma mərkəzləri 
vardır.  


 
151 
Çində ali təhsil sistemi çoxpilləli və müxtəlifdir.  İlbəil ali təhsil 
almaq istəyənlərin sayı artır. 1997-ci ildən ali təhsil müəssisələrinə 
qəbulun köhnə qaydası  ləğv olunmuşdur, bu qaydaya görə, tələbələr 
dövlətin tapşırıq planı üzrə  qəbul olunan və  tənzimləyici plan üzrə 
qəbul edilən kateqoriyalara bölünürdü. Hazırda bütün tələbələr ümumi 
qayda üzrə qəbul olunur və təhsil haqqı ödəyirlər. Maliyyə çətinlikləri 
olan tələbələr üçün bank krediti açılır və  təqaüd ayrılır. Ali təhsil 
müəssisələri məzunlarının işlə  təmin olunması “təhsil müəssisələri və 
işəgötürən təşkilatların qarşılıqlı  hərəkəti” yolu ilə, “ikitərəfli seçim 
prinsipi üzrə  həyata keçirilir”, bu da həm məzunların, həm də kadr 
tələbatı olan təşkilatların maraqlarını nəzərə alır.  
Gündüz ali təhsil müəssisələrində təhsil, adətən, 4-5 il, bəzi tibb 
institutlarında isə 7-8 il ərzində aparılır. Son illər ali təhsil müəssisələri 
daxilində  əsasən yüksək və yeni texnologiyaların mənimsənilməsi ilə 
məşğul olan müəssisələr sürətlə inkişaf etməkdədir.  
Aspirantların hazırlanması 2 dövrə bölünür: magistr elmi dərəcəli 
mütəxəssislərin hazırlanması  və elmlər doktoru elmi dərəcəli 
mütəxəssislərin hazırlanması. Birinci kateqoriya aspirantların yaşı 40-
dan çox deyil və təhsil müddəti 3 ildir, ikinci kateqoriya isə 45 yaşdan 
artıq deyil. Hazırlıq müddəti ümumilikdə 3 ildir. Heç də bütün ali təhsil 
müəssisələri magistraturaya malik deyillər.  
Müxtəlif tipli təhsil müəssisələri sistemində böyüklər üçün “eyni 
səviyyə, eyni standartlar” prinsipi tətbiq olunur. Böyüklər üçün orta 
təhsil müəssisələrində istehsalatdan tam kənarlaşmaqla təhsil müddəti, 
ümumilikdə birprofilli gündüz təhsil müəssisələrində olduğu kimidir. 
İstehsalatdan qismən kənarlaşmaqla təhsil müəssisələrində və ya axşam 
təhsil müəssisələrində  təhsil birprofilli gündüz təhsil müəssisələri ilə 
müqayisədə  təxminən bir il artıqdır. Müəyyən profil üzrə ali təhsil 
müəssisələrində  təhsil almaq müddəti yaşlılar üçün ümumilikdə 4-5 
ildir. Xüsusi fənnlərin tədris olunması formaları kifayət qədər çoxdur, 
təhsil müddəti ümumilikdə 2-4 il arasındadır.  
1982- ci ildən başlayaraq Çində qeyri-dövlət təhsil müəssisələri 
(QTM) bərpa olunmuşdur – bu, təsisçi kimi çıxış edən ayrı-ayrı 
vətəndaşların yaxud müəssisələrin, ictimai təşkilatların vəsaitləri 
hesabına yaradılmış təhsil müəssisələri, həmçinin əhalinin, o cümlədən 
şagirdlərin valideynlərinin kollektiv ianələri hesabına təşkil edilmiş 
məktəb və ali təhsil müəssisələridir.  


 
152 
İctimai əsaslarla yaradılmış təhsil təşkilatları, onların müəllim və 
tələbələri dövlət müəssisələrində olan qanuni hüquqlardan istifadə 
edirlər. Lakin, qeyd etmək lazımdır ki, Çində gəlir götürmək məqsədilə 
QTM yaratmaq və  fəaliyyət göstərmək qadağandır, yəni Çində  şəxsi 
məktəblər pul qalığı ehtiyatlarını  sərbəst sərf etmək hüququna malik 
deyillər. 80-90-cı illərdə QTM təsisçiləri arasında fərdi  şəxslər az idi. 
QTM təsisçiləri sırasında ictimai təşkilatlar və elmi assosiayaların payı 
böyük idi. Şəxsi sahibkar və kompaniyalar tərəfindən təşkil edilən 
məktəblər onların adını daşıyırdı, bu da kompaniyanın sosial nüfuzunu 
qaldırır, ona yaxşı reklam olurdu. Qeyri-dövlət məktəbləri təsisçiləri 
arasında xaricdə yaşayan çinlilər də az deyillər. Dövlət bu təhsil sektoru 
üçün böyük imtiyazlar müəyyən etmişdir, bu da Çində  şəxsi təhsil 
müəssisələrinin yaradılması ilə məşğul olanların hamısının maraqlarını 
stimullaşdırır – bu ÇXR höküməti tərəfindən sözdə yox , işdə müəyyən 
edilmiş yer, nəqliyyat, torpaq sahələri üçün vergi güzəştləridir.  Əlavə 
stimul da mövcuddur: məktəb ətrafında kollektiv müəssisələr güzəştlər 
sistemindən istifadə edir. Buraya “orta təhsil müəssisələri tərəfindən 
təsis edilən müəssisələrin gəlir vergisindən və bəzi digər vergilərindən 
müddətsiz azad olunması  və ibtidai məktəblər tərəfindən idarə olunan 
müəssisələrin bütün gəlir ödənişlərindən müddətsiz ləğvi” və s. 
daxildir. Elə buna görə  də firma və müəssisələrə  məktəb daxilində 
onların ərazisində öz filiallarını açmaq sərfəlidir.  
Təhsildə  şəxsi sektorun iqtisadi effekti ÇXR-də kifayət qədər 
aydın üzə çıxmışdır. Nəzərdə də tutulduğu kimi, QTM dövlətin maliyyə 
yükünü yüngülləşdirdi və artıq 90-cı illərin ortalarında ictimai vəsaitin 
böyük hissəsini – 10 mlrd. yuandan artıq (1 mlrd. ABŞ dollarından çox) 
məbləği cəmləşdirmişdir. Bununla belə, 90-cı illərdə Çin hakimiyyəti 
müxtəlif səviyyələrdə  QTM-lərin böyük maliyyə  çətinliklərini də 
təəssüflə vurğulamışdır. Məsələn, bütün maliyyə  mənbələrindən 
zəmanətlisi deyəsən elə təhsil haqqları idi. Hazırda da əksər Çin QTM-
ləri üçün təhsil haqqı cari xərcləri ödəmək üçün başlıca mənbə olaraq 
qalmaqdadır. Çindəki qeyri-dövlət təhsil müəssisələrinin 90% internat 
tipli olduğundan, təhsil haqqına tələbələrin yaşayışı da daxildir. Təhsil 
haqqının ümumi məbləği məktəbin inkişafına dəstək üçün, təhsil, 
yataqxana və s. üçün bir neçə ödəmə növlərindən ibarətdir.  
QTM-ə ödəmələr bir çox amillərdən asılıdır və  əyalətlərə görə 
kəskin dəyişir. Bəzi məktəblər təhsil haqqını  şagirdlərin 
müvəffəqiyyətlərindən asılı olaraq dəyişdirir, əlaçılar üçün onu azaldır, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə