ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   16   17   18   19   20   21   22   23   ...   70

  - Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi yox, elə uzaq 
cəbhələrdə də yox.  
  -Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır. 
  - Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqdandırmır. 
  Atam şübhəli-şübhəli mənə baxdı. Yoxsa övlad yetişdirirəm deyə o qorxaq övladmı 
yetişdirmişdi? Yüzüncü dəfə o, mənə ailəmizin tarixçəsini təkrarən nəql etməyə başladı: 
hələ Nadir şahın hakimiyyəti dövründə beş Şirvanşir Gümüş Aslan ölkəsi uğrunda necə 
vuruşduqlarını danışdı. Onlardan dördü Hindistana yürüş vaxtı döyüş meydanında həlak 
olmuşdu. Yalnız biri Dehlidən bol qənimətlə qayıtmışdı. O, sonralar malikanələr almış və 
saraylar tikdirmişdi də. Qorxulu hökmdarın dövründən də sağ-salamat çıxmışdı. Amma 
Şahruh Hüseyn xana qarşı vuruşduğu zaman əcdadım qəddar Qacar şahzadəsi Ağa 
Məhəmmədin tərəfinə keçmişdi. Ondan sonra o adam səkkiz oğlu ilə birlikdə Ağa 
Məhəmmədin Zənd, Xorasan və Gürcüstan yürüşlərində iştirak edib. Onun səkkiz 
oğlundan üçü sağ qalmışdı. Onlar da bu böyük Xədim şah olandan sonra da ona qulluq 
etməkdə davam edirdilər. Ağa Məhəmməd öldürüldüyü gecə o üç qardaşın çadırları 
Şahın Şuşadakı qərargahında qurulu qalmışdı. Ağa Məhəmmədin varisi Fətəli xanın 
onlara Şirvanda, Mazandaranda, Gilanda və Azərbaycanda bəxş etdiyi təsərrüfatlarla
malikanələr Şirvanşirlər nəslinin doqquz igidinin qanlarının bahasına başa gəlmişdi. Bu 
üç qardaş şahənşahın varis canişinləri kimi Şirvanda hökmdarlıq edirdilər. Sonra ruslar 
gəldilər. İbrahim xan Şirvanşir o vaxt Bakını müdafiə edirdi. Onun Gəncə yaxınlığında 
qəhrəmancasına şəhid olması Şirvanşirlər nəslinə şan, şərəf gətirmişdi. Yalnız 
Türkmənçay sülh müqaviləsindən sonra Şirvanşirlərin arasına ayrılıq düşmüşdü. 
Nəslimizin üzvləri Məhəmməd şahla Nəsrəddin şahın hakimiyyətləri zamanı 
türkmənlərlə Əfqanlara qarşı döyüşlərdə vuruşub həlak oldular. Nəslimizin ruslar 
tərəfində olan üzvləri də çarın Krım müharibəsində, türklərə qarşı döyüşlərdə və Rus-
yapon müharibəsində döyüşüb həlak olurdular. Nəslimizin şan və şərəflə daşıdığı saysız-
hesabsız ordenlər, nişanlar beləcə qazanılmışdı. Oğullarımız Gerindium və Gerindivyum 
arasındakı fərqi bilmədikləri halda, belə imtahanları verməyə qadir idilər. 
  Atam sözünə yekun vurub dedi: 
  - Ölkədə yenə müharibədir, amma sən Əli xan, çarın iltifatlı bir fərmanının ardında 
gizlənib qorxaqlıq edirsən. Nəslimizin tarixçəsi sənin qanına yeriməyibsə, nə desəm də 
faydası yoxdur. Sən əcdadlarımızın qəhrəmanlıqlarını toz basmış kitabların səhifələrində 
yox, qəlbində və qan damarlarında oxumalı idin. 
  Atam qəmgin halda susdu. O, məni başa düşmədiyi üçün mənə nifrət edirdi. Onun oğlu 
doğrudanmı qorxaq idi? Ölkədə müharibədir, amma onun oğlu döyüşə can atmır. 
Düşmənin qanına susamır, onların diz çökdüyünü və ağladıqlarını görmək istəmirdi. Yox, 
onun oğlu korlanıb, yoldan çıxıb! 
  Mən xalçanın üstündə bardaş qurub oturmuşdum. Yumşaq yastığa söykənib zarafatla 
dedim: “Mənə demişdin ki, üç şey edə bilərsən. Birincisi ilk yazımı Qarabağda 
keçirməkdi. İkincisi, mən öz qılıncımı ancaq özüm istədiyim zaman qınından sıyıracam. 
Bu işin də çox gec olacağını düşünmürəm. Yanılmıramsa sülh günləri uzun zaman üçün 
qurtarıb. Bizim vətənimizin mənim qılıncıma daha sonra ehtiyacı olacaq.  
  Atam, yaxşı deyib susdu və bir daha müharibədən söz salmadı. Yalnız hərdənbir 
soruşucu baxışlarla göz ucu mənə baxardı. Bəlkə oğlu hələ korlanmayıb, kim bilir?  
 
39


  Bu aradan Təzə Pir məscidinə gedib, oranın imamı ilə söhbət etdim. İmam dərhal məni 
başa düşdü. O yaraşıqlı libasını geyib evimizə gəldi. İmam atamla bir otağa girib orada bir 
xeyli söhbət etdilər. Uzun sürən söhbət əsnasında imam atama demişdi ki, Qurani Kərimə 
əsasən bu müharibənin müsəlman ilə heç bir əlaqəsi yoxdur. O, öz sözlərini təsdiq etmək 
üçün peyğəmbərin bir çox kəlamını da atama söyləmişdi. Ondan sonra bizim evimizdə 
sakitlik hökm sürməyə başladı. Evimizə barışıq və əmin-amanlıq gəldi. 
  Amma bu sakitlik yalnız bizim evdə idi. Gənclərimizdə döyüş həvəsi yaranmışdı. 
Bundan kənarda qalmaq da hər adamın işi deyildi. Bəzən dostlarıma baş çəkməyə 
gedirdim. Bu gün də mən Sisanişvili darvazasından keçib, sağa Haşım küçəsinə döndüm. 
Sonra da müqəddəs Olqa küçəsindən keçib, Zeynal ağanın evinə getdim. 
  İlyas bəy masanın arxasında oturub hərbiyə aid olan əsərləri oxuyurdu. Onun yanında 
qaşları çatılmış və sifətinə dəhşət çökmüş, məktəbdə ən axmaq şagird olan Məmməd 
Heydər çömbəlib oturmuşdu. Müharibə onu ağıllı başlı sarsıtmışdı. O da elm ocağını 
tələsik atıb İlyas bəy kimi yalnız çiyinlərində qızılı sapla işlənmiş zabit paqonlarının 
varlığını hiss etmək arzusu ilə yaşayırdı. Ona görə də onların hər ikisi zabitlik məktəbinə 
daxil olmaq üçün inadkarcasına imtahana hazırlaşırdılar. Otağa girəndə Məmməd 
Heydərin məyus mırıltısını eşitdim: “Ordu və donanmanın vəzifəsi çarı və vətəni xarici və 
daxili düşmənlərdən qorumaqdır”. 
  Mən bu zavallının əlindən kitabı götürüb, onu imtahan etməyə başladım:  
  - Möhtərəm Məmməd Heydər, mənə söyləyə bilərsənmi ki, xarici düşmən dediyin 
kimdir. 
  O, alnını qırışdırıb çox dərin fikrə getdi. Sonra birdən partladı. “Almanlar və 
Avstriyalılar”. 
  Təmamilə yanılırsan əziz dostum, - deyə güldüm. Sonra qələbə qazanmış bir insan kimi 
kitabdan oxudum: 
  “Xarici düşmən termini, müharibə etmək məqsədilə bizim sərhədlərimizi aşan və ya 
aşmaq təhlükəsini yaradan hər növ hərbi hissədir”. 
  Sonra üzümü İlyas bəyə çevirdim:  
  - Sən mənə deyə bilərsənmi “Atəş nə deməkdir?” 
  İlyas bəy bir avtomat kimi cavab verdi: “Atəş, barıt qazının köməyi ilə güllənin lülədən 
çıxmasına deyilir”. 
  Bu sual-cavab oyunu bir müddət davam etdi. Biz elmin bütün qaydalarına riayət edib 
düşməni məhv etməyin nə qədər çətin olduğuna və bu sənətə bizim ölkədə hələ də çox 
səthi əməl edildiyinə heyrət edirdik. 
  Sonra Məmməd Heydərlə İlyas bəy sevincindən vəcdə gəlib gələcək hərbi 
əməliyyatlardan danışmağa başladılar. Düz bir saatlıq xülyapərəstlikdən sonra hər ikisi 
belə nəticəyə gəldilər ki, hər bir əsgər öz xəritəsini arxa çantasında daşımalıdır. Bunu 
deyəndən sonra onlar mərhəmətli baxışlarını mənə zillədilər. 
  Məmməd Heydər sözə başladı: 
  - Mən zabit olduğum zaman, sən gərək küçədə gedərkən mənə yol verəsən və mənə 
böyük hörmət göstərəsən. Çünki mən cəsur qanımla sənin tənbəl gövdəni müdafiə 
edəcəyəm.  
  - Sən zabit olana qədər müharibə çoxdan sona çatmış olacaq, almanlar da Moskvanı 
tutacaqlar. 
 
40


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə