Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

73
açıq namuslu bir ər kimi ölməliyəm. Bir də ki, mən Natali-
nin bu şöhrətpərəstliyindən və sadəlövhlüyündən irəli gələn 
şıltaqlığında o qədər də dərinliklər görməsəm də cəmiyyət 
daxilində  gedən  söz-söhbətlərə  bir  son  qoymaq  lazımdır 
axı. Mən bu sonluğu yenə də dueldə görürəm. 
Sadə və zövqlə bəzənmiş bir otaq. 
İçəridə Hekkeren və Puşkin üz-üzə dayanıblar.
Hekkeren (öz-özunə): Heç adamın vicdanı yol vermir 
ki,  bu  cür  alicənab  bir  şəxsiyyəti  aldadasan,  onun  şəxsi 
hisslərinin təhqir edilməsinə imkan verəsən. Doğurdan da 
atalar düz deyiblər: “İslanmışın yağışdan nə qorxusu”. On-
suz da mən indiyə qədər tutduğum bir çox işlərimlə, etdi-
yim əməllərimlə öz təmizliyimi çoxdan itirmişəm. Bir də ki, 
məkr və hiylənin hökmranlıq etdiyi sinifli cəmiyyətdə bunu 
etməmək mümkün deyildir. Ya gərək (Puşkinə işarəylə) bu 
cənab kimi öz təmizliyinin və saflığının qurbanı olasan, ya 
da  ki,  mənim  kimi  şan-şöhrət,  əyləncə  və  sərvət  xatirinə 
hiyləyə  əl  atasan.  Hansını  üstün  tutmaq  lazımdır?!  Bax 
elə cəmiyyətimiz də bunu insanların öz üzərinə atır, onla-
rın öz şəxsi ixtiyarına buraxır. Hansı yolu seçirsən seç. Ya 
cəmiyyətimiz daxilində vicdanı və qəlbi də cibi kimi təmiz, 
birtəhər verilmiş ömür payını yaşayıb bu dünyadan köçünü 
sür. Ya da ki, öz vicdanının və qəlbinin təmizliyini satıb öz 
günlərini  yemək-içməkdə,  gözəl-göyçək  işvəli  qadınlarla 
ifrat dərəcədə xoş əyləncələrdə, ballarda, teatrlarda keçir, 
sərvət və dövlət əldə etmək üçün çalış. Buyur seç bu yollar-
dan hansını istəyirsən. Budur, ümumiyyətlə götürdükdə, si-
nifli cəmiyyətin daxilində yaranan bu ziddiyyətlərin daimi 
mövcudluğuna səbəb və nəticə də. Bunlar sanki zəncirvarı 


74
bir reaksiya kimi get-gedə artan simmetrik bir əksliklə si-
nifli cəmiyyətin daxilində dövr edir, insanı öz təmizliyi və 
çirkinliyi ilə mat qoya biləcək vəziyyətlər yaradır. Onu da 
qeyd  edim  ki,  birinci  yolu  seçmək  üçün  möhkəm  iradə, 
ikinci yolu seçmək üçün isə yalnız özün-özünü düşünmək 
lazımdır. 
A.S.Puşkin (öz-özünə): Ax... mən bu alçaq simanı gör-
dükdə  (Hekkerene  işarəylə)  özümü  təhqir  olunmuş  hiss 
edirəm,  bütün  bədənim  daxilimdə  baş  qaldıran  didmək, 
parçalamaq, qəzəb hissindən əsir. Çünki onun varlığı mənə 
iblisi  xatırladır.  Onun  məşum  gözlərində  səmimiyyətdən, 
düzlükdən qeyri nəyi desən tapmaq mümkündür. Aman... 
insanlar nə qədər müxtəlif olarmış, nə qədər dondan-dona 
girərmişlər.  Bütün  bunları  bizim  bu  sinifli  cəmiyyətimiz 
yetişdirməmişdirmi? Həyatda yaşamaq nə qədər gözəldirsə, 
bütün bu ifrat çirkinlikləri görə-görə yaşamaq bir o qədər 
çətindir. Bəzən mənə çox təəccüblü görünür, bunlar özlərini 
necə  xoşbəxt  adlandırırlar.  Yüzlərlə,  minlərlə  insanların 
əzab çəkməsi hesabına əldə edilən bu təmtəraqlı həyat tərzi 
də  əsil  insanı  xoşbəxtliyə  çatdıra  bilərmi? Yox-yox,  mən 
belə bir səadətin olduğuna inanmıram. İnanmıram ki, bütün 
bu təmtaraqı öz vicdanına ləkə salmadan əldə edə biləsən. 
Mən bir gilə saf məhəbbəti onların xoşbəxtlik adlandırdıq-
ları  bütöv  bir  nəslin  əldə  etdiyi  təmtəraqla  dəyişmərəm. 
Mənim üçün xoşbəxtlik də, səadət də, var-dövlət də hamısı 
vahid bir amal üzərində cəmlənmişdir. O da insanların öz 
daxili  hisslərinin  saflığından  ibarətdir.  Təmiz  vicdan  na-
muslu həyatın aynasıdır. 
Hekkeren (Üzünü Puşkinə tutub): Cənab şair A.S.Puş-
kin, sizi narahat etdiyim üçün məni bağışlayın. Mən bura 
sizinlə əlaqəli bir məsələdən ötrü gəlmişəm. Görürsən də, 


75
həyat  nə  qəribədir.  Hollandiya  hara,  Rusiya  hara,  bizim 
görüşümüz  hara.  Filosoflar  öz  aforizmlərində  çox  gözəl 
işlədiblər  ki,  zərurətlər  hamısı  təsadüf  adlandırdığımız 
səbəblərdən doğur. Bu, tamamilə doğruymuş. 
A.S.Puşkin: Cənab Hekkeren, elə ona görə də mənimlə 
görüşməyinizə şübhə etməməlisiniz. Şübhə etməməlisiniz 
ki,  qarşınızda  dayanan A.S.Puşkindir.  Buyurun,  sizin  de-
diyiniz kimi, təsadüfdən doğan bu görüşümüzün səbəbini 
dinləməyə hazıram. Söyləyin görək siz mənimlə əlaqədar 
hansı məsələdən söhbət açmağa gəlmisiniz, cənab Hekke-
ren. 
Hekkeren: Cənab Puşkin, mənim Danteslə olan müna
-
sibətimdən  yəqin  ki,  xəbərdar  olmamış  deyilsən.  Dantes, 
bu qoca, saçları çallaşmış Hekkerenin oğulluğudur. Övla-
dın şirin olduğu hamı üçün aydındır. Lakin öz ülfətini bir 
kəsə  bağlamağın,  mehrini  bir  kəsə  salmağın  şirinliyi  də 
heç  az  deyildir.  İndi  hal-hazırkı  şəraitdə  Danteslə  mənim 
aramdakı  münasibət  də  bu  vəziyyətdədir.  Mən  Dantesin 
hərəkətlərinə  həmişə  göz  qoymuş,  onu  düzgün  olmayan 
yoldan  çəkindirməyə  çalışmışam.  Hiss  etmişəm  ki,  möv-
cud  şəraitdə  hər  kəsin  üzərində  belə  bir  nəzarət  lazımdır 
və bir növü bu nəzarəti, bu qayğını öz atalıq borcum he-
sab  etmişəm.  Və  insafla  desək,  Dantesin  hərəkətlərində 
o  qədər  də  nəzakət  çərçivəsindən  kənar  bir  yanlışlıq  hiss 
etməmişəm. Ona görə də, cənab A.S.Puşkin sizin tərəfdən 
onun duelə çağrılması məsələsini eşitdikdə doğrusu bu çağı-
rış üçün çox təəccüb etdim. Hiss etdim ki, nə isə burada bir 
anlaşılmazlıq baş vermişdir. Ona görə də sizinlə görüşməyi 
özümə borc bildim. Məlumdur ki, insanın daxili hisslərinə 
hökmranlıq etmək üçün xeyirlə şər qüvvələr arasında daimi 
mübarizə gedir və buna görə də təsadüfü deyildir ki, bəzən 


76
insanın müəyyən hərəkətlərinə şər qüvvələrin də təsiri olur. 
Hər şeyi dərindən düşünmək, bir daha fikirləşmək lazımdır, 
cənab Puşkin. Bu duel məsələsini də, onun səbəblərini də. 
A.S.Puşkin:  Məni  bağışlayın,  cənab  Hekkeren.  İnsa-
nın daxili hisslərinin üzərində xeyrin və ya şərin hansının 
hökmranlıq  etməsi  xaricdən  həmin  insanın  qəbul  etdiyi 
informasiyalar  toplusunun  tərkibindən  asılıdır.  Mən  heç 
vaxt nə kimsəni günahkar hesab etmək, nə də duelə çağır-
maq istəməzdim. Lakin baş vermiş müəyyən səbəblər in-
sanı elə nəticələrə gəlməyə məcbur edir ki, yaranmış belə 
vəziyyətin  qarşısını  almaq  sonradan  olduqca  çətin  olur. 
Mən  Dantesi  tanıyandan  əvvəllər  ona  bəslədiyim  hisslər 
heç də başqa şəxslərə bəslədiyim adi hisslərdən heç nəyi ilə 
fərqlənməmişdir. Lakin mən indi onun N.N.Puşkinaya olan 
münasibətlərində  öz  şəxsi  hisslərimin  təhqir  olunduğunu 
duyuram. Dantes özü gərək əvvəlcədən biləydi ki, onun ərli 
bir qadınla gizli pıçıldaşmaları əvvəl-axır dueldə həll olu-
nacaqdır və məsələ öz yerini tapdı da. Mən namuslu bir ər 
kimi onu duelə dəvət etmişəm və hadisələrin hər cürə inki-
şafına hazır vəziyyətdə rəqibimin mənimlə təkbətək döyüşə 
çıxacağını gözləyirəm. 
Hekkeren:  Cənab  Puşkin,  üzr  istəyirəm,  siz  öz  fikir-
lərinizin dəqiqliyini təsdiq etmək üçün məsələni bir daha 
dərindən yoxlayın. Mən, Dantesin belə düşüncəsiz hərəkət 
etməsinə heç vaxt inanmıram. İnanmıram ki, Dantes ərli bir 
qadına, onun ərinin heysiyyətini tapdalayan, təhqir edən bir 
münasibətlə yanaşsın. Dantes heç də bu tərzdə tərbiyə al-
mamışdır. O, heç vaxt istəməz ki, başqa birisinin mənliyini 
təhqir  etsin,  kimsələrinsə  şəxsiyyətini  alçaltsın.  Qədim 
Yunan  filosoflarından  hansısa  belə  bir  kəlam  işlətmişdir: 
«Kimsələrin şəxsiyyətini təhqir edirsənsə, öz şəxsiyyətini 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə