80
edirəm ki, Yekaterina Qonçarova da onu sevəcəkdir (Son-
ra öz-özünə): Demək belə, Dantes Yekaterina ilə evlənmək
istəyir. Görünür, duel məsələsindən qorxub tezcə evlənmək
və bütün söz-söhbətlərə son qoymaq istəyir. Qoy evlənsin,
bununla mən Dantesi alçaltmış, evlənməyə məcbur etmiş
oluram. Bu mənim üçün xoşdur. Həm də, əgər Dantes Ye-
katerina Qoncarova ilə evlənərsə, hər şeylə maraqlanan
sözbaz, paytaxt kübar cəmiyyəti də başa düşər ki, doğur-
dan da Dantesin Natali ilə gizli pıçıltıları yalnız Yekaterina
barəsindəymiş. Beləliklə, həm aralıqda gəzən dedi-qodular
aralıqdan yığışar, həm də biz əvvəlki tək öz sakit həyatımızı
xoşbəxtcəsinə davam etdirərik. Nəticədə, mən də çəkdiyim
əzablardan yaxa qurtarmış olaram. Bu qoca Hekkeren isə
qoy gedib öz qorxaq, alçaldılmış, evlənməyə məcbur edil-
miş oğlunu aparıb evləndirsin. Bundan sonra Dantes gedib
öz alçaldılmış nüfuzunun yenidən bərpası ilə məşğul olar,
daha ballarda, teatrlarda dik-dik gəzib ona-buna söz atmaz.
Doğrudur, hadisələrin cərəyanı heç də mənə xoş təsir ba-
ğışlayacaq çərçivədə getmirdi. Ancaq yenə də öz sevimli
Natalimin saf və təmiz olaraq qalması mənim həyatımın
mənasıdır.
Hekkeren (öz-özünə): Görünür, bunun (Puşkinə işarəy-
lə) Dantesin Yekaterina Qonçarova ilə evlənməsi barədə
çarın tapşırığından xəbəri yoxdur. O, bu işə özünün Dan-
tes üzərində qələbəsi kimi baxdı. Neynək qoy belə olsun.
Dantes etiraf edir ki, Natali ilə bir qədər açıq-saçıq kazar-
ma lətifələri danışsalar da, Natali heç vedə hələlik Puşkinin
məhəbbətinə xain çıxmağa cəsarət etmir. Lakin iş ki, belə
gətirdi, Dantesi könülsüz olaraq Yekaterina ilə evlənməyə
məcbur etdilər, əlbəttə ki, bu çar tərəfindən məcbur edildi,
onda mən də çalışacağam ki, Natali öz ağuşunu istər-istəməz
81
Dantesə açsın və Puşkini rədd etsin, çünki Natalinin Dantesə
bir qədər meylli olduğu hiss edilir (Sonra üzünü Puşkinə tu-
taraq). Cənab A.S.Puşkin, yəqin ki, bütün hadisələrin inki-
şafı indi sənin üçün tamamilə aydındır. Danteslə Natalinin
heç bir günahı yoxdur. Onlar yalnız Dantesin Yekaterina
Qonçarova ilə evlənməsi barədə söhbət etmişlər. İndi isə
sizdən xahişim budur ki, sizə qarşı heç bir qəbahəti olmadı-
ğına görə Dantesi duelə çağırmaqdan imtina edəsiniz. Mən
də gedib onun Yekaterina Qonçarova ilə evlənməsi barədə
çalışım və hazırlıq işləri görüm.
A.S.Puşkin: Mən Dantesi duelə çağırışımdan imtina
edərəm, bir şərtlə ki, o, Yekaterina Qonçarova ilə evlənsin.
(Onlar gedirlər).
Dantesin mənzili. Hekkerenlə Dantes söhbət edirlər.
İkinci səkil
Dantes: Hə ata, söylə görək Puşkinlə görüşün necə
nəticələndi. Natali ilə mənim aramda söhbətin yalnız Yeka-
terina Qonçarova barədə getdiyinə onu inandıra bildinmi?
O səni qəzəblə qarşıladı, yoxsa... Əlbəttə ki, ata mən sənin
səy və bacarığına bələdəm və sənin hər işdə müvəffəqiyyət
qazanacağına əminəm. Əminəm ki, cənab Hekkerenin
məşğul olduğu hər bir iş yalnız qələbə ilə nəticələnməlidir.
Mən buna heç vaxt şübhə etməmişəm və etməyəcəyəm də.
Bu iş bizim xeyrimizə həll olunmalıdır.
Hekkeren: Bəli, Dantes, mən A.S.Puşkinlə görüşdüm.
Mən onun təmiz qəlbinə qibtə etdim. Bu xoşbəxtlik heç də
hər kəsə müyəssər olan bir səadət deyildir. Bəli, o qəzəbli
idi. Görünür, öz şərəfini hər şeydən üstün tutur, namusunu
82
da qorumağı bacarar. Mən söhbət əsnasında hiss etdim ki, o
öz Natalisini hər şeydən üstün tutur, hətta öz həyatından da.
Qısqanclıq hissindən daxilən əzab çəkdiyi də duyulurdu. Nə
isə... Axır ki, bu qoca Hekkeren onun da qəlbinə yol tapdı.
Mən əmin idim ki, N.N.Puşkinanın günahsızlığı barədə söz
deməklə onun zəif damarından tutmuş olaram. Bəli, ona
görə də mən məhz belə etdim və bu fikri müxtəlif vasitələrlə
onun ürəyində möhkəmləndirməyə çalışdım, deyəsən, buna
müvəffəq oldum da. Nəhayət ki, sözü hərləyib sənin Yekate-
rina Qonçarova ilə evlənməyinin üstünə yönəltdim. Və on-
dan xahiş etdim ki, səni duelə çağırışından imtina etsin, bir
halda ki, günahsızsan. A.S.Puşkinin isə mənə son sözləri bu
oldu: Mən Dantesi duelə çağırışımdan yalnız bir şərtlə imti-
na edərəm ki, o, Yekaterina Qonçarova ilə evlənsin. Doğru-
dur, bu sözləri deyərkən hiss etdim ki, onun çarın bu barədə
tapşırığından xəbəri yoxdur. Sənin Yekaterina Qonçarova
ilə evlənəcəyin təqdirdə o, duel vasitəsi ilə özü tərəfindən
səni qorxudub bu könülsüz evlənməyə məcbur etməsini özü
üçün sənin üzərində bir növü qələbə sayır. Onun danışıq
tərzində, bu məcburi evlənmə şərtinin kökündə səni alçalt-
maq istəyi duyulurdu. Lakin nə etmək olar... Rusiya kimi
böyük bir dövlətin hökmdarı Nikolay kimi bir çarın tapşırı-
ğından çıxmaq o qədər də asan deyildir.
Dantes: Bəli ata bu mənim üçün nə qədər çətin olsa da,
nüfuzumu cəmiyyət daxilində aşağı salsa da, mənliyimi
alçaltsa da mən necə cəsarət edib Nikolayın tapşırığın-
dan çıxa bilərəm. Doğrudur, hadisələrin bu cür cərəyanı
A.S.Puşkinin xeyrinədir. Lakin təəssüf etməkdən başqa
əlimizdən bir şey gələrmi? Görünür, taleyin işi beləymiş.
Artıq mənim bu acı qismətlə razılaşmaqdan başqa bir
çıxış yolum yoxdur. Ya duelə çıxıb bu gənc həyatımla risk
83
etməliyəm, ya da ki, Puşkinin Yekaterina Qonçarova ilə
evlənmək barədə şərtini qəbul etməliyəm. Yaşamaq üçün
ömür insana bir dəfə verilmişdir. Deyəsən, artıq məndə bi-
rinci yolu seçmək üçün cəsarət qalmamışdır. Ona görə də
mən ikinci yolu seçməkdən başqa çıxış yolu tapmıram. Bu
yol rəqibim üçün əlverişli olsa da, məni bütün gələcək arzu-
larımı qurban verməyə vadar etsə də, mən bu yolu seçirəm.
Heç olmasa Nikolayın tapşırığına əməl edib onun yanında
üzüyola bir şəxs kimi hörmət sahibi olarıq.
Hekkeren: Hələlik mənim də sənə məsləhətim budur,
Dantes. Sən ikinci yolu seç. Bizim hal-hazırkı vəziyyətimiz
üçün bu, çıxış yolu olardı. Həm duel məsələsini ləğv
edərik, həm də çarın tapşırığına əməl olunardı. Qoy Puş-
kin nə fikirləşir, fikirləşsin. Qoy onun üçün hələlik əlverişli
vəziyyət yaransın. Darıxma, Dantes. İşlərimizi bir qədər
sahmanlayaq, Hollandiyaya səfərqabağı səni öz məqsədinə
çatdıracam. Mən hər vasitə ilə Natalini ələ almağa çalışa-
cam ki, o, səninlə xaricə getməyə razılıq versin. Bununla da,
sən öz rəqibin Puşkindən intiqam alarsan, həm də Nataliylə
öz xoş əyləncələrini bir daha davam etdirərsən. Bu işi mən
öz üzərimə götürürəm. Buna əmin ola bilərsən.
Dantes (öz-özünə): Aman Allah, nə iş idi mən düşdüm.
Kaş heç bu rus torpağına ayağım düşməyəydi. N.Natalini
görəydim, nə də ki Yekaterina ilə evlənməyə məcbur
ediləydim. Mənim üçün sərbəst yaşamaq, istədiyim kimi
hərəkət etmək dünyalar qədər xoşdur. İndi mən nə etmə-
liyəm, Yekaterina Qoncarova kimi üzünə baxanda ətimi
çimçəşdirən qarımış bir saray xanımı ilə evlənməliyəmmi?
Onunla bir tavanın altında yaşamağı belə təsəvvürümə
gətirəndə düşdüyüm vəziyyət mənim üçün həm gülünc-
dür həm də acınacaqlı. Aman Allah, taleyin nə qəribə işləri
Dostları ilə paylaş: |