ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012


Heydər parkı və  Heydər Əliyev Mərkəzinin



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə42/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   38   39   40   41   42   43   44   45   ...   123

 

137 


Heydər parkı və  Heydər Əliyev Mərkəzinin 

açılışı mərasimi 

 

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtərdə 



yenidənqurmadan  sonra  istifadəyə  verilən  Heydər  parkının  və 

buradakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. 

Parkın  ərazisini  gəzən  dövlətimizin  başçısına  məlumat  verildi 

ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin 

xatirəsi tərtərlilər tərəfindən də əziz tutulur. Rayon sakinlərinin və 

qonaqların  sevimli  istirahət  guşəsi  olan  Heydər  parkı  müasir 

üslubda, gözoxşayan memarlıq ənənələrinə uyğun şəkildə yenidən 

qurulmuşdur.  Aparılan  yenidənqurma  işləri  nəticəsində  2  hektar 

ərazidə  dekorativ  gül  və  ağac  kolları  əkilib.  Burada  yeni  otu-

racaqlar  quraşdırılıb,  müasir  işıqlandırma  sistemi  yaradılıb. 

Əhalinin səmərəli istirahəti üçün hərtərəfli şəraitin mövcud olduğu 

parkda yaşıllıq zolağı daha da genişləndirilib. 

Prezident İlham Əliyev parkın əvvəlki və sonrakı görüntülərini, 

eləcə də Tərtər rayonunda görülən abadlıq-quruculuq işlərini əks 

etdirən fotostendlərə baxdı. 

Bildirildi ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilmiş, 2 

fəvvarə, 2 su kanalı, müasir tipli 2 çay evi, 7   körpü yaradılmış, 

dekorativ  ağaclar  və  gül  kolları  əkilmişdir.  Yay  aylarında 

sakinlərin mənalı istirahəti və əylənmələri üçün parkın ərazisində 

açıq havada 450 yerlik xüsusi salon yaradılmış,  müasir memarlıq 

üslubunda Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. 

Heydər  Əliyev  Mərkəzi  ilə  tanış  olan  dövlətimizin  başçısının 

diqqətinə  çatdırıldı  ki,  milli  memarlıq  elementlərindən  istifadə 

olunmaqla  müasir  texnologiyalara  uyğun  inşa  edilən  Mərkəzin 

ikimərtəbəli  binasının  tikinti  sahəsi  432  kvadratmetrdir.  Birinci 

mərtəbədə  ulu  öndər  Heydər  Əliyevin  irsinin  gənc  nəsillərə 

ötürülməsi  üçün  konfrans  zalı,  kompüter  mərkəzi,  elektron 

kitabxana  yaradılıb.  Tədris  siniflərində  ümummilli  lider  Heydər 

Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi ilə yanaşı, ulu öndərin 

mədəniyyətə,  incəsənətə,  idmana  və  digər  sahələrə  diqqət  və 

qayğısını  əks  etdirən  məlumatlar  veriləcəkdir.  Bundan  əlavə, 


 

138 


Mərkəzdə  xarici  dillər  otağı  və  rəsm  studiyası  da  yaradılıb. 

Burada  gənc  nəslin  müasir  texnoloji  yeniliklərlə  yaxından  tanış 

olmalarına,  onların  bilik  və  bacarıqlarının  daha  yaxşı  inkişaf 

etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır. 

Ulu öndərin büstünün qoyulduğu Mərkəzin ikinci mərtəbəsində 

ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 

muzey,  müxtəlif  illərdə  ölkəmizin  ayrı-ayrı  bölgələrinə  səfərləri, 

keçirdiyi  görüşləri  əks  etdirən  fotoguşələr  də  yaradılmışdır. 

Tərtərlilər  ümummilli  liderin  xilaskarlıq  missiyasını  heç  zaman 

unutmur və onun xatirəsini  əziz tuturlar.  Ümumilikdə  Mərkəz ulu 

öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir. 

Rayon  əhalisinin  Mərkəzin  imkanlarından  yararlanması  üçün 

bütün lazımi şərait vardır. 

Görülmüş  işlərdən  razılığını  bildirən  prezident  İlham  Əliyev 

tapşırıq və tövsiyələrini verdi. 

 

         Gənclər Mərkəzinin açılışı mərasimi  

 

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtərdə 

yeni  inşa  edilən  Gənclər  Mərkəzinin  açılışında  iştirak  etmişdir

Dövlətimizin  başçısı  mərkəzin  rəmzi  açılışını  bildirən  lenti  kəsdi, 

burada yaradılan şəraitlə tanış oldu. 

Bildirildi  ki,  bu  gün  ölkəmizdə  savadlı,  bilikli,  intellektual, 

vətənpərvər  ruhlu  gənclərin  yetişməsi  məsələsinə  xüsusi  diqqət 

yetirilir.  Məhz  bundan  ruhlanan  gənclərimiz  siyasət,  iqtisadiyyat, 

mədəniyyət,  incəsənət,  idman  və  digər  sahələrdə  Azərbaycanı 

dünyada layiqincə təmsil edirlər. 

Diqqətə  çatdırıldı  ki,  ümumi  sahəsi  1  hektar  olan  mərkəzin 

tikintisinə  bu  ilin  mayında  başlanılıb.  Mərkəzin  ikimərtəbəli 

binasının  inşası  maksimum  keyfiyyətlə  və  sürətlə  həyata  keçi-

rilmişdir.  Binanın  foyesində  ümummilli  lider  Heydər  Əliyevin 

büstü qoyulmuş, ulu öndərin və prezident İlham Əliyevin Tərtərə 

səfərlərini, rayon zəhmətkeşləri ilə görüşlərini, həmçinin gənclərə 

göstərdikləri  diqqət  və  qayğını  əks  etdirən  fotostendlər  qurul-

muşdur. 


 

139 


Qeyd edildi ki, mərkəzdə hər cür şəraitin olduğu gənclər kafesi 

yaradılmışdır.  Mərkəzin  112  yerlik  iclas  zalı  da  müasir 

standartlara  cavab  verir.  Zalda  rayon  miqyaslı  müxtəlif  tədbirlər 

keçirmək  də  mümkündür.  Bundan  başqa,  mərkəzin  birinci  mər-

təbəsində müasir avadanlıqla təchiz edilmiş karaoke-diskoteka və 

virtual-rinq  otaqları  da  yaradılmışdır.  Virtual-rinq  otağında 

gənclərin  müxtəlif  intellektual  oyunlar  keçirmələri  üçün  zəruri 

sistem  qurulmuşdur.  Mərkəzdəki  tir  otağı  da  müasir  standartlar 

səviyyəsindədir.  Beşzolaqlı  tirdə  gənclər  idmanın  atıcılıq  növünə 

daha  yaxşı  yiyələnmək  üçün  imkan  əldə  edirlər.  Otaqdakı  virtual 

tir  böyük  maraq  doğurur.  Gənclər  dünyanın  aparıcı  şirkətlərinin 

istehsalı olan xüsusi lazer effektli tirdən də istifadə edə biləcəklər. 

Mərkəzdə ən son texnoloji avadanlıqlarla təchiz edilən 30 nəfərlik 

3D kino zalı, xarici dillər və linqafon otağı, həmçinin fotostudiya 

da  vardır.  Bundan  başqa,  burada  gənclərin  müxtəlif  tədbirlər 

keçirmələri üçün konfrans zalı da yaradılmışdır. 

Gənclər Mərkəzinin həyətində mini-stadion inşa edilmiş, ətraf 

abadlaşdırılmış,  fəvvarə  quraşdırılmış,  müasir  işıqlandırma  sis-

temi yaradılmış, geniş yaşıllıq işləri görülmüşdür. 

                     

                            * * *  

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı bölgə gənc-

lərinin nümayəndələri ilə görüşdü: 

  

– Mən sizi ürəkdən salamlayıram, ilk növbədə, Tərtərdə yeni 

tikilmiş Gənclər Mərkəzinin açılışı münasibətilə təbrik edirəm. 

Tərtərli gənclər gərək bu mərkəzdən səmərəli istifadə etsinlər. 

Bildiyiniz  kimi,  indi  Azərbaycanda  gənclər  mərkəzlərinin 

tikintisi  geniş  vüsət  almışdır.  Hər  bir  rayonda  müasir  standartlara 

cavab  verən  Gənclər  Mərkəzi  yaradılmalıdır.  Artıq  bu  proses 

başlamışdır, uğurla gedir. Əminəm ki, yaxın illərdə hər bir rayonda 

belə  gözəl  mərkəzlər  olacaqdır.  Bu  binalar  həm  rayonlara  əlavə 

gözəllik verir, çox yaraşıqlı binalardır, müasir memarlıq üslubunda 

tikilir, həm də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün 

burada bütün imkanlar vardır. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə