ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə43/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   39   40   41   42   43   44   45   46   ...   123

 

140 


Bütövlükdə, Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. 

Bu  siyasətin  təməlini  ulu  öndər  qoymuşdur.  Heydər  Əliyevin 

təşəbbüsü  ilə  gənclər  siyasətinin  əsas  konturları  müəyyən 

edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla 

aparılmışdır.  Artıq  bu  illər  ərzində,  müstəqillik  dövründə  gənclər 

yetişib və ölkəmizin həyatında mühüm rol oynayırlar. 

Dövlətin  siyasəti  ondan  ibarətdir  ki,  Azərbaycan  gəncləri 

bilikli,  savadlı,  Vətənə  bağlı  olsunlar  və  ölkəmizin  gələcək 

inkişafına  töhfələrini  versinlər.  Gənclərin  vətənpərvərlik  ruhunda 

böyümələri də çox mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan  21  ildir  ki,  müstəqil  dövlətdir.  Müstəqilliyimizin 

əsasları  artıq  çox  möhkəmdir.  Gənclər  də  bu  ruhda,  milli  ruhda 

böyüməlidirlər. Xüsusilə qloballaşan dünyada buna böyük ehtiyac 

vardır.  Bizim  üstünlüyümüz  ondan  ibarətdir  ki,  vətəndaşlarımız, 

xalqımız  öz  milli-mənəvi  dəyərlərinə  çox  bağlıdır.  Uzun  illər, 

əsrlər boyu başqa imperiyaların, ölkələrin tərkibində yaşamağımıza 

baxmayaraq, milli dəyərlər hesabına biz milli mənliyimizi qoruya 

bilmişik. Ona görə də indiki zəmanədə biz artıq müstəqil dövlətik 

və  Azərbaycanın  gələcəyi,  taleyi  xalqımızın  əlindədir.  Dünyada 

gedən  proseslər  onu  göstərir  ki,  bəzi  hallarda  qloballaşma  adı 

altında  xoşagəlməz  meyillər  də  üzə  çıxır.  Buna  davam  gətirmək, 

bu xoşagəlməz meyillərin qarşısını almaq üçün ilk növbədə, milli-

mənəvi  dəyərlər  ön  plana  çıxmalıdır.  Mən  şadam  ki,  bütövlükdə 

Azərbaycan  gəncləri  öz  Vətənlərinə  bağlıdırlar,  Vətən  eşqi  ilə 

yaşayırlar və bu meyillər nəsildən-nəslə keçməlidir. 

Mən  bu  yaxınlarda  Bakıda  yaradılan  yeni  ali  məktəblərin 

açılışlarında həm təhsil, həm, ümumiyyətlə, humanitar məsələlərlə 

bağlı  fikirlərimi  kifayət  qədər  geniş  bildirmişəm,  təkrar  etmək 

istəmirəm.  Onu  bir  daha  qeyd  etmək  istəyirəm  ki,  gənclərin 

hərtərəfli  hazırlığı  üçün  ilk  növbədə  bilik  öz  rolunu  oynamalıdır. 

Hər  bir  gənc  bilməlidir  ki,  onun  taleyi  öz  əlindədir,  bilik 

səviyyəsindən asılıdır. 

Azərbaycan  azad  ölkədir,  azad  cəmiyyətdir.  İqtisadiyyatımız 

bazar  iqtisadiyyatı  prinsipləri  əsasında  qurulubdur.  Hər  bir 

vətəndaş üçün bütün imkanlar vardır. Bilik olmadan indi həyatda 



 

141 


layiqli  yer  tutmaq  çətin  olar.  Buna  görə  mən  həmişə  gənclərlə 

görüşlərimdə  bu  məsələyə  diqqət  yetirirəm.  Doğrudan  da  hər  bir 

gəncin fəaliyyəti, gələcəyi üçün ilk növbədə bilik çox vacibdir. 

Nəzərə  alsaq  ki,  indi  Azərbaycanda  bu  sahədə  islahatlar 

aparılır,  yeni  texnologiyalar  tətbiq  edilir,  gənclərimiz  də  bütün 

müasir  texnologiyalara  hazırlıqlı  olmalıdırlar.  Yəni  dünya  bu 

istiqamətdə inkişaf edir. Dünyanın gələcəyi ancaq biliyin səviyyəsi 

ilə  bağlıdır.  Bu  gün  bu  özünü  büruzə  verir.  Əminəm  ki,  10,  20 

ildən sonra bilik və texnoloji tərəqqinin səviyyəsi hər bir ölkənin 

inkişafını müəyyən edəcəkdir. 

Dünyada  rəqabət  gedir  və  ölkələr  bir-biri  ilə  rəqabət  aparır. 

Bəzi  hallarda  bu  rəqabət  sivil  yollarla  aparılır,  bəzi  hallarda  bu, 

toqquşmalara,  müharibələrə  gətirib  çıxarır.  Ona  görə,  hər  bir 

cəmiyyətin inkişafı ilk növbədə, bilavasitə intellektual səviyyə ilə 

bağlıdır. 

Mən qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda 

bütövlükdə intellektual səviyyə lazımi  yerdədir. Ancaq bu, daimi 

prosesdir. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. 

Elmin  inkişafı  da  çox  vacibdir.  Əlbəttə,  Azərbaycan  hələ  ki, 

elmi-texniki  tərəqqi  istiqamətində  təşəbbüskar  rolunu  oynaya 

bilməz.  Ancaq  Azərbaycanda  dünyada  mövcud  olan  ən  müasir 

texnologiyalar, ən gözəl yeniliklər tətbiq edilməlidir. Bu yenilikləri 

tətbiq  edə  biləcək  şəxslər,  insanlar  olmalıdır.  Əgər  cəmiyyətin 

ümumi  intellektual  potensialı  aşağıdırsa,  onda  bizim  heç  bir 

təşəbbüsümüz  uğur  gətirə  bilməz.  Cəmiyyətin  ümumi 

intellektual  potensialı  yüksək  olmalıdır.  Yeni  texnologiyalar 

gətirilməlidir.  Gənclər  peşəkar  olmalıdırlar.  Əvvəlki  dövrdə  – 

sovet  dövründə  ixtisaslaşma  özünü  çox  qabarıq  şəkildə  büruzə 

verirdi.  Bu  gün  müasir  menecerlərin  hazırlanması  çox  vacibdir 

və bu istiqamətdə ölkəmizdə işlər gedir. 

Mən  gənclərin  ictimai  həyatda  fəaliyyətinə  də  böyük 

ümidlərlə  baxıram.  Gənclər  daim  cəmiyyətin  ən  fəal  üzvləri-

dirlər.  Bu  fəallıq  davam  etdirilməlidir.  Ölkəmizdə  ictimai 

proseslər  çox  müsbət  istiqamətdə  gedir.  Gənclər  də  bu  pro-

seslərin  gücləndirilməsində  öz  rolunu  oynayır  və  ölkəmizin 



 

142 


dünyada  tanıdılması  işində  ön  plana  çıxırlar.  Bizim  üçün  ən 

ağrılı  problem  olan  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin  dünya  birliyinə  çatdırılması  üçün  gənclər  də  öz 

rolunu  oynayırlar.  Xocalı  soyqırımını  tanıtdırmaq  prosesi  artıq 

başlamışdır. 3  ölkə  Xocalı  soyqırımını tanıyıb  və  gənclərin bu 

işlərdə rolu çox müsbətdir. 

Xaricdə  yaşayan  və  oxuyan  gənclərimiz  müxtəlif  aksi-

yalarda,  müxtəlif  tədbirlərdə  fəal  iştirak  edirlər.  İndi  bizim 

diaspor  təşkilatlarımız  güclənib,  formalaşıb  və  dünyanın 

istənilən  nöqtəsində  aksiya  keçirməyə  qadirdir.  Bu  aksiyalara 

televiziya  vasitəsilə  tamaşa  edərkən  görürük  ki,  orada  da  ön 

planda  gənclərimizdir.  Yəni  gənclər  həmişə  fəal  olurlar  və  bu 

fəallıq müsbət istiqamətə yönəldilməlidir. 

Mən  çox  şadam  ki,  gənclərimiz  ölkəmizin  hərtərəfli  in-

kişafında  öz  rolunu  oynayır.  Gənclər  vətənpərvərdirlər,  vətənə 

bağlıdırlar,  milli  ruhda  tərbiyə  alırlar,  gələcəkdə  ölkəmizi 

uğurla  idarə  etmək  üçün  indidən  hazırlaşmalıdırlar.  Hərə  öz 

yerində, çünki bu, daimi prosesdir. 

Bu  gün  Azərbaycan  dünya  miqyasında  layiqli  yer  tuta 

bilibdir.  Bizimlə  hesablaşırlar.  Bizim  təşəbbüslərimiz  bölgədə 

həlledici  rol  oynayır.  Nəsillər  dəyişir,  hər  yeni  nəsil  əvvəlki 

nəsildən  daha  da  hazırlıqlı,  daha  da  peşəkar  olmalıdır.  Belə 

olarsa,  onda  ölkəmizin  uzunmüddətli  inkişafı  çox  uğurlu  ola 

bilər.  Hər  bir  ölkənin  gücünü  heç  də  onun  təbii  resursları 

müəyyən  etmir.  Baxmayaraq  ki,  müəyyən  mərhələdə  bu  da 

vacibdir.  İnsanların  peşəkarlığı,  ilk  növbədə,  intellektual 

potensial  və  vətənpərvərlik  əsas  anlayışlardır  ki,  bunlar  hər  bir 

ölkənin  uğurunu  şərtləndirir.  Ona  görə  peşəkarlıqla  yanaşı, 

dövlətimizin  ideoloji  əsaslarının  möhkəmləndirilməsi  üçün 

gənclər  də  öz  töhfəsini  verməlidir.  Mən  bunu  görürəm,  bunu 

alqışlayıram və çalışıram ki, gəncləri qabağa çəkək.  Bu proses 

artıq sürətlə gedir. 

Gənclər  biznes  sahəsində  çox  fəaldırlar.  Çünki  Azər-

baycanda  iqtisadi  sahədə  çox  güclü  və  təsirli  inkişaf  gedir. 

Əlbəttə, biznes imkanlarımız da genişlənəcəkdir. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə