146
nəyisə dəyişək, hansısa güzəştə gedək. Əfsuslar olsun ki, bu
bəyanatdan sonra hələ ki, konkret addımlar atılmır.
Qeyd etdiyiniz kimi, Ramil Səfərov məsələsi də həm er-
mənilər tərəfindən, həm də, əfsuslar olsun ki, bəzi xarici
dairələr tərəfindən bir bəhanə kimi ortaya qoyuldu və bu
məsələyə görə danışıqlar indi dalana dirənib. Danışıqlar dalana
dirənib ona görə ki, Ermənistan status-kvonu dəyişdirmək
istəmir. Ermənistan öz diasporunun gücünə arxayındır və hesab
edir ki, bu status-kvonu əbədi saxlaya bilər. Ramil Səfərovun
məsələsi elə bil ki, həm onlara, həm bu məsələ ilə məşğul olan
bəzi xarici ölkələrə imkan verdi ki, Azərbaycanı qınasınlar,
sanki Azərbaycan danışıqlar prosesinə zərbə vurur. Biz 2009-cu
ilin sonunda ATƏT-in Minsk qrupu tərəfindən verilmiş
yeniləşmiş Madrid prinsiplərinin əsas parametrlərini qəbul
etdik, Ermənistan etiraz etdi. Bu ədalətsizlikdir və biz bu
vəziyyətlə barışa bilmərik. Heç vaxt imkan verə bilmərik belə
rəy formalaşsın ki, guya Azərbaycanın addımları danışıqların
uğursuzluğuna gətirib çıxarır. Bu belə deyil və bu ədalətsiz
mövqe üstünlük qazana bilməz.
Ramil Səfərov məsələsinə gəldikdə, bir daha demək istə-
yirəm ki, hər şey qanun çərçivəsində həll edilibdir. Avropanın
qəbul etdiyi konvensiyalar əsasında ekstradisiya məsələsi həll
olundu və Azərbaycan Konstitusiyası əsasında Ramil Səfərov
mənim tərəfimdən əfv edildi. Bu çox düzgün qərar idi və mən
bir daha demək istəyirəm ki, əgər lap o vaxt bilsəydim ki,
ermənilər və onların havadarları belə hay-küy qaldıracaqlar,
yenə də mən Ramil Səfərovu Azərbaycana gələn kimi əfv
edəcəkdim.
Azərbaycan öz zabitini Vətənə qaytardı. Ən vacib məsələ
bundan ibarətdir. Ermənilər nə deyirlər desinlər, bu məni
qətiyyən maraqlandırmır. Onların havadarları nə deyirlər
desinlər, bu məni maraqlandırmır, mən bu bəyanatlara əhə-
miyyət vermirəm və Azərbaycana edilən əsassız hücumların heç
biri cavabsız qalmamışdır.
147
Avropa Parlamenti, əfsuslar olsun ki, ikinci dəfə anti-
azərbaycan qətnamə qəbul edir. Azərbaycanın Milli Məclisi
onlara layiqli cavab verdi, Prezident Administrasiyası da layiqli
cavab verdi. Digər beynəlxalq təşkilatlar, Avropa Şurasının baş
katibi – o adam ki, ümumiyyətlə, humanizmin keşiyində
durmalıdır, insan haqlarının qorunmasının keşiyində durmalıdır
– Avropa Şurası əvvəlki illərdə bəzi hallarda humanitar əsaslar
bəhanə gətirərək Azərbaycan dövlətini məcbur edirdi ki, cinayət
törətmiş insanları əfv etsin, yəni cinayətkarları əfv etsin. Ramil
Səfərov 9 ilə yaxın həbsdə yatdı, yəni artıq onun əfvi bütün
mənəvi, siyasi, hüquqi cəhətdən tamamilə əsaslıdır. Ancaq biz
nəyi görürük? Yenə ikili standartlar siyasətini görürük. Əgər,
mən tam əminliklə deyirəm, erməni zabiti Azərbaycan zabitini
öldürsəydi, bax, əgər tamamilə əks vəziyyət olsaydı, heç vaxt
bu qədər hay-küy qalxmazdı. Bizə qarşı ikili standartlar siyasəti
aparılır, bu reallıqdır, bu siyasətin səbəbləri var, hamımız bu sə-
bəbləri bilirik.
Ancaq yenə də deyirəm, bizi tutduğumuz yoldan heç kim
döndərə bilməz. Azərbaycan müstəqil dövlətdir, beynəlxalq
təşkilatlarda fəaliyyət göstərir və aparıcı beynəlxalq təşkilatlar
Azərbaycanın mövqeyini müdafiə edir. BMT, onun Baş Məclisi
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim maraqlarımıza
uyğun olan qətnamə qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası
4 qətnamə qəbul etmişdir. «Qoşulmama Hərəkatı» – hansı ki
120 ölkəni birləşdirir – bizim mövqemizi dəstəkləmişdir. İslam
Əməkdaşlıq Təşkilatı bizim mövqemizi dəstəkləmişdir. Ona
görə biz, yenə də deyirəm, tutduğumuz yoldan dönməyəcəyik,
ermənilərin qaldırdığı hay-küy heç bir əhəmiyyətə malik
deyildir. Biz onu, ümumiyyətlə, heç nəzərə almırıq. Bəzi
Avropa siyasətçilərinin əsassız hücumları da cavabsız
qalmayacaq və qalmır.
X ə d i c ə M ə m m ə d l i (Goranboy şəhər 2 saylı orta
məktəbin XI sinif şagirdi): Hörmətli cənab Prezident! Mən ilk
növbədə Sizi Goranboy gəncləri adından salamlayıram! Sizə
gənclərə göstərdiyiniz diqqət və qayğıya görə təşəkkürümü
148
bildirirəm. Cənab Prezident, son dövrdə Sizin tapşırıqlarınıza
əsasən Azərbaycanda təhsil sahəsində yüksək səviyyəli və ən
müasir maddi-texniki bazanın yaradılmasının şahidiyik.
Xüsusilə bölgələrdə inşa edilən təhsil müəssisələrinin artması
dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bu isə bizim daha böyük biliklər almaq imkanımızı artırır.
Lakin buna baxmayaraq, təhsil sahəsində bir sıra problemlər
yaşanmaqdadır. Biz buna bölgə məktəblərində elektron
kitabxanaların sayının az olması və internetə çıxış sürətinin
aşağı olması kimi səbəbləri misal göstərə bilərik. Cənab
Prezident, bizim üçün maraqlıdır, təhsil sahəsində islahatlar
davam etdiriləcəkmi?
İ l h a m Ə l i y e v: Şübhəsiz, davam etdiriləcək. Bütöv-
lükdə bütün sahələrdə islahatlar davam etdirilməlidir. İslahatlar
elə bir anlayışdır ki, onların sonu yoxdur. Siyasi islahatlar,
iqtisadi islahatlar, əlbəttə ki, təhsil sahəsində islahatlar
aparılmalıdır. İslahat yenilik deməkdir. Həyat yerində durmur,
həyat davam edir, dünya inkişaf edir. İslahat sadəcə olaraq,
düzgün addımın düzgün vaxtda atılması deməkdir. Təhsil
sahəsində son illərdə islahatlar aparılmışdır.
Qeyd etdiyiniz kimi, təhsilin maddi-texniki bazası böyük
dərəcədə möhkəmləndirilmişdir. Bölgələrdə 2200-dən çox
məktəb tikilmişdir. Bakı şəhərində gələn ilin sonunda bir dənə
də olsun qəzalı vəziyyətdə, təmirsiz məktəb qalmayacaqdır.
Bölgələrə gəldikdə, əfsuslar olsun ki, hələ bölgələrdə qəzalı
vəziyyətdə məktəblər vardır. Hər bir rayona getməzdən əvvəl
mənə verilən arayışda, xüsusilə mən deyirəm göstərilsin ki,
neçə məktəb qəzalı vəziyyətdədir?! Biz bunu bilirik. Bu
problem var. Problem bu gün yaranmayıb və demək istəyirəm
ki, son 8-9 ildə 2200-dən çox məktəbin tikintisi bu problemin
tədricən aradan qaldırılmasına kömək etmişdir.
Məktəblərin müasir avadanlıqlarla təchiz edilməsi, əlbəttə
ki, çox vacib məsələdir. İndi kompüterləşmə prosesi gedir. Əgər
10 il bundan əvvəl 1000 şagirdə bir kompüter düşürdüsə, indi
təqribən 30, bəlkə ondan da az şagirdə bir kompüter düşür.
Dostları ilə paylaş: |