ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə48/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   44   45   46   47   48   49   50   51   ...   123

 

155 


Meydanda  geniş  abadlıq-quruculuq  işləri  həyata  keçirilib, 

yaşıllıq  zolaqları  salınıb,  müxtəlif  dekorativ  ağaclar  və  gül 

kolları  əkilib.  Həmçinin  istirahət  guşələri  yaradılıb,  2  fəvvarə 

quraşdırılıb,  oturacaqlar  qoyulub.  «Ana  və  uşaq»  istirahət 

mərkəzinin inşa  edildiyi  meydanın istinad  divarları mərmər və 

digər  bəzək  daşları  ilə  üzlənmişdir  ki,  bu  da  əraziyə  xüsusi 

gözəllik  verir.  Müasir  işıqlandırma  sistemi  axşam  saatlarında 

bu ərazini daha da cəlbedici edir. 

Azərbaycan  prezidenti  Dövlət  Bayrağı  Meydanında  yara-

dılmış şəraitdən məmnunluğunu bildirdi. 

 

                  Süd emalı zavodunun açılışı mərasimi  

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 

Tərtərdə süd emalı zavodunun açılışında iştirak etmişdir. 

Prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  «Gilan»  MMC 

tərəfindən  Tərtər  rayonunun  Buruc  kəndində  inşa  edilən  süd 

emalı  zavodunun  tikintisi  rayonda  sahibkarlığın  inkişafına 

dəstək  olmaqla  yanaşı,  süd  məhsullarının  müasir  tələblərə 

uyğun keyfiyyətdə istehsalı sahəsində növbəti addım olacaqdır. 

Ümumi  ərazisi  1,5  hektar  olan  zavodun  qapalı  sahəsi  4,4  min 

kvadratmetrdir.  Beynəlxalq  standartlara  cavab  verən  avadan-

lıqla  təchiz  olunmuş  müəssisənin  fasiləsiz  elektrik  enerjisi  ilə 

təmin  edilməsi  üçün  ərazidə  transformator  quraşdırılmışdır. 

Prezident İlham Əliyev zavodu işə saldı. 

Müəssisənin  fəaliyyəti  ilə  tanış  olan  dövlətimizin  başçısına 

«Gilan Holdinq»in İdarə Heyətinin sədri Cəmil Muradov məlu-

mat  verdi  ki,  sutkalıq  emal  gücü  20  ton  olan  zavoda  süd 

Tərtərin müxtəlif kəndlərindən gətirilir. Ətraf kəndlərdə         5 

südtoplama  məntəqəsi  təşkil  edilmişdir.  Məntəqələr  soyuducu 

və mobil generatorlarla təchiz edilmişdir. Satış şəbəkəsi, müasir 

tələblərə cavab verən laboratoriyası və digər xidməti bölmələri 

olan zavodun istehsal sahəsində 50, südtoplama məntəqələrində 

20,  satış  şəbəkəsində  isə  30  nəfər  işləyir.  Zavodun  istehsal 

bölməsində  müxtəlif  çeşiddə  inək  və  qoyun  pendirləri,  qatıq, 



 

156 


dovğa, ayran, kəsmik və digər ağartı məhsulları istehsal edilir. 

Müəssisədə pendir istehsalı avtomatlaşdırılmış qaydada həyata 

keçirilir.  Bu  məhsulların  hər  biri  burada  yaradılan  ayrı-ayrı 

sexlərdə, gigiyenik qaydalara uyğun olaraq hazırlanır. Hər bir 

məhsul laboratoriyalarda müvafiq yoxlamalardan keçir. 

Dövlətimizin  başçısı  burada  nümayiş  etdirilən  hazır  məh-

sulların nümunələrinə baxdı. 

Zavodda  ağartı  məhsullarının  tərkibinin  müəyyənləşdiril-

məsi  və  keyfiyyətinin  ölçülməsi  məqsədilə  müasir  standartlara 

cavab  verən  laboratoriya  fəaliyyət  göstərir.  Hazır  məhsullar 

laborator  müayinədən  keçdikdən  sonra  xüsusi  anbarlara  və 

soyuducu  depoya  yığılır.  Yaxın  gələcəkdə  zavodda  istehsal 

edilən  məhsulların  çeşidinin  daha  da  artırılması  nəzərdə 

tutulur. 

Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

 

 



 

157 


 

 

BƏRDƏ RAYONUNA  SƏFƏR  

 

7 oktyabr 2012-ci il  

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 

Tərtərə səfərini başa çatdıraraq Bərdə rayonuna gəlmişdir.  

Dövlətimizin başçısı Bərdə şəhərinin mərkəzində ümummilli 

lider  Heydər  Əliyevin  abidəsini  ziyarət  edərək,  önünə  gül 

dəstəsi qoydu.  

Bərdə  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Vidadi  İsayev 

rayonda  görülmüş  işlər  barədə  prezident  İlham  Əliyevə  ətraflı 

məlumat verdi. 

 

Qəhrəmanlar parkının açılışı mərasimi 

 

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Bərdə 



rayonunda Qəhrəmanlar parkının açılışında iştirak etmişdir. 

Dövlətimizin  başçısı  parkın  rəmzi  açılışını  bildirən  lenti 

kəsdi. Məlumat verildi ki, Bərdənin sürətli inkişafını özündə əks 

etdirən,  quruculuq  və  abadlığın  əsas  ünvanlarından  biri  olan 

Koroğlu  küçəsində  salınan  Qəhrəmanlar  parkının  yerləşdiyi 

ərazi əvvəllər tamamilə baxımsız vəziyyətdə idi. Tikinti işlərin-

dən  sonra  Qəhrəmanlar  parkı  müasir  və  füsunkar  görkəm 

almışdır. İstirahət guşəsinin ümumi sahəsi 4,5 hektardır. 

Diqqətə çatdırıldı ki, parkın salınmasına ötən ilin sentyabrın-

da  başlanılmış,  bu  ilin  avqustunda  başa  çatdırılmışdır.  Tikinti 

işləri  ən  yüksək  standartlar  səviyyəsində  aparılmışdır.  Parkın 

girişində ölkənin inkişafında əvəzsiz xidmətləri olmuş ulu öndər 

Heydər  Əliyevin  pannosu  qoyulmuşdur.  Parkda  avtomobillər 

üçün xüsusi dayanacaq yaradılmış, 20 min kvadratmetr ərazidə 

yaşıllıq  işləri  aparılmış,  3  mindən  çox  müxtəlif  ağac,  11  min 

bəzək  kolu  və  rəngbərəng  güllər  əkilmişdir.  Burada  hər  cür 

hava  şəraitinə  davamlı  materiallardan  hazırlanan  50  oturacaq 

və  5  istirahət  köşkü  qoyulmuşdur.  Parkın  işıqlandırma  sistemi 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə