ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə49/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   45   46   47   48   49   50   51   52   ...   123

 

158 


ən müasir standartlar səviyyəsində qurulmuşdur. İstirahət parkı 

salınarkən  balacalar  da yaddan  çıxmamış,  onlar  üçün  əyləncə 

meydançaları  yaradılmış,  xarici  ölkələrdən  gətirilən  müasir 

attraksionlar və yelləncəklər quraşdırılmışdır. 

Parkdakı  məşəl  kompleksi  də  xüsusi  zövqlə  hazırlanmışdır. 

Buraya  gələn  həm  qonaqlar,  həm  də  yerli  sakinlərin  istirahəti 

hərtərəfli  düşünülmüş,  istirahət  məkanında  Çay  evi  də  isti-

fadəyə  verilmişdir.  Parkda  mərmərlə  üzlənmiş  fəvvarə  əraziyə 

xüsusi gözəllik verir. 

Parkın  yuxarı  tərəfində  iri  postament  üzərində  «Ana» 

heykəli ucaldılmışdır. Prezident İlham Əliyev «Ana» abidəsinin 

önünə gül dəstəsi qoydu. «Ana» abidəsindən sonra geniş meşə 

zolağı  da  salınmışdır.  Yaşıllaşdırılan  ərazidə  avtomatik 

suvarma  sistemi  quraşdırılıb.  İstirahət  guşəsinin  ətrafındakı 

binaların  damı  əsaslı  təmir  olunub.  Bir  sözlə,  park  ən  müasir 

standartlar səviyyəsində qurulub. 

Parkda  yaradılmış  şəraiti  yüksək  qiymətləndirən  dövləti-

mizin başçısı tapşırıqlarını verdi. 

 

                Bayraq Meydanı ilə tanışlıq  

 

          Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də  Bər-



dədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur. 

Dövlətimizin  başçısının  diqqətinə  çatdırıldı  ki,  ölkəmizdə 

dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. 

Paytaxt  Bakı  ilə  yanaşı,  ölkəmizin  bir  çox  bölgələrində  yara-

dılan  bayraq  meydanları  dövlət  atributlarımıza  olan  sevgi  və 

hörmətin  göstəricisidir.  Bərdədəki  Bayraq  Meydanı  da  bu  ba-

xımdan mühüm əhəmiyyət kəsb edir. 

Qeyd  olundu  ki,  meydanın  inşasına  ötən  ilin  iyununda 

başlanılmış  və  yüksək  keyfiyyətlə  başa  çatdırılmışdır.  Meydan 

şəhərin  giriş  hissəsində,  Heydər  Əliyev  prospektində  yerləşir. 

Bayraq  dirəyinin  hündürlüyü  70  metrdir.  Təbii  mərmərlə 

üzlənmiş  postamentin  üzərində  Azərbaycanın  xəritəsi,  Dövlət 


 

159 


himni  və  gerbi  əks  olunmuşdur.  Burada  inşa  edilmiş  fəvvarə 

meydanın gözəlliyini daha da artırır. 

Diqqətə  çatdırıldı  ki,  meydan  yaradılarkən  Azərbaycan 

memarlıq  sənətinin  bütün  elementlərindən  istifadə  olunub. 

Bayraq  Meydanının  ərazisində  geniş  abadlıq  işləri  aparılmış, 

yaşıllıq  zolağı  salınmış,  1200  gül  və  bəzək  kolu  əkilmişdir. 

Mərmər  piltələr  və  tamet  üzlüklər  döşənmiş  meydanda  müasir 

işıqlandırma sistemi quraşdırılmış, istirahət üçün hər cür şərait 

yaradılmışdır. 

 

Əsaslı surətdə yenidən qurulmuş Mərkəzi istirahət  

parkı ilə tanışlıq 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  oktyabrın  7-də 



Bərdədə  əsaslı  surətdə  yenidən  qurulmuş  Mərkəzi  istirahət 

parkı ilə tanış olmuşdur. 

Dövlətimizin  başçısına  məlumat  verildi  ki,  parkda  tikinti 

işlərinə  bu  ilin  martında  başlanılmış,  iyunda  başa  çatdırıl-

mışdır.  Ən  yüksək  standartlar  səviyyəsində  salınan  parkın 

ərazisi 2 hektardır. Parkda tikilmiş yay konsert səhnəsində açıq 

havada  rayon  əhəmiyyətli  müxtəlif  tədbirlər  və  mədəni 

proqramlar təşkil olunacaqdır. 

Parkın  ərazisindəki  Uşaq  incəsənət  məktəbinin  fasadı 

yenidən  qurulmuş,  binanın  qarşısında  tanınmış  musiqiçilərin 

heykəlləri qoyulmuşdur. 

Prezident  İlham  Əliyev  parkda  yeni  ucaldılmış  Dövlət 

bayrağına  baxdı.  Bayraq  dirəyinin  hündürlüyü  85  metrdir.  Bu 

da  Dövlət  bayrağının  şəhərin  hər  yerindən  görünməsinə  şərait 

yaradır. Ən müasir işıqlandırma sisteminin quraşdırıldığı park-

da yeni fəvvarə inşa olunmuş, geniş yaşıllıq zolaqları salınmış, 

dekorativ  ağac  və  bəzək  kolları  əkilmişdir.  Burada  bulaq 

kompleksləri  yaradılmışdır.  Parkda  quraşdırılmış  böyük 

monitorda  kütləvi-mədəni  tədbirlər  zamanı  müxtəlif  video-

görüntüləri izləmək mümkün olacaqdır. 


 

160 


Mərkəzi istirahət parkının ərazisində yerləşən Heydər Əliyev 

Mərkəzinin,  Rayon  İcra  Hakimiyyətinin,  Rəsm  qalereyasının, 

Yeni  Azərbaycan  Partiyası  rayon  təşkilatının  və  şəhər 

bələdiyyəsinin  binalarının  fasadlarında  yenidənqurma  işləri 

aparılmışdır.  Parkda  istirahət  guşələri  yaradılıb,  40-dan  çox 

müasir oturacaq qoyulub. 

Prezident İlham Əliyev burada yeni salınacaq Heydər Əliyev 

parkının layihə sənədləri ilə bağlı stendlərə baxdı. 

Bildirildi  ki,  yaxın  vaxtlarda  şəhərin  Heydər  Əliyev  pros-

pektində,  Tərtər  çayının  sahilində  salınacaq  park  16  hektar 

ərazini əhatə edəcək. Burada ulu öndər Heydər Əliyevin büstü 

qoyulacaq.  Yeni  parkda  müasir  fəvvarələr,  əyləncə  meydan-

çaları yaradılacaq, yay konsert zalı və müxtəlif iaşə obyektləri 

tikiləcək, istirahət üçün yüksək şərait yaradılacaqdır. 

Sonra  dövlətimizin  başçısına  24  min  nəfərdən  çox  əhalinin 

yaşadığı  14  kəndi  birləşdirən  Alpout–Mustafaağalı–Qaratəpə–

Nazırlı avtomobil yolunun göstəriciləri barədə məlumat verildi. 

Vurğulandı  ki,  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramına  uyğun  olaraq  indi  rayonda  əsas  diqqət  kənd  yol-

larının  abadlaşdırılmasına  yönəldilmişdir.  Azərbaycan  prezi-

dentinin  2011-ci  il  18  iyul  tarixli  Sərəncamı  ilə  bu  yolun 

tikintisinə  ötən  ilin  dövlət  büdcəsində  kəndlərarası  avtomobil 

yollarının  tikintisi  və  yenidən  qurulması  üçün  nəzərdə  tutulan 

vəsaitdən 4 milyon manat ayrılmışdır. Yolun tikintisinə ötən ilin 

sentyabrında başlanılmış və müasir tələblərə uyğun olaraq başa 

çatdırılmışdır.  Avtomobil  yolunun  ümumi  uzunluğu              22 

kilometr,  eni  çiyin  hissələri  ilə  birlikdə  10  metrdir.  Bu  yolun 

istifadəyə  verilməsi  ilə  Alpout  və  Nazırlı  kəndləri  arasında 

gediş-gəliş məsafəsi 3 dəfə qısalmışdır. 

Azərbaycan prezidentinə yeni istifadəyə verilmiş «Qarabağ» 

Aqrar  Sənaye  Kompleksinin  Bərdə  Ət  Emalı  fabriki  və 

soyuducu anbar kompleksi barədə də məlumat verildi. 

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proq-

ramına  uyğun  olaraq  rayonun  Mehdili  kəndi  ərazisində 

tərkibində illik istehsal gücü 5,4 min ton olan ət emalı fabriki və 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə