Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

 
77 
Yuxarıdakı  cədvəldən  göründüyü  kimi  istilikxana  effekti  yaradan 
maddələrdən  biridə  hallogenli  karbon  birləşmələridir.  Müxtəlif 
məqsədlər üçün istifadə olunan bu maddələr freon adlanır. Bunların ən 
çox tətbiq olunanları aşağıdakılardır: CClH
3
,  CHClF
2
,  CFCl
3
,  CF
2
Cl
2

Hazırda onların istehsalına və tətbiqinə məhdudiyyət qoyulsada, hər il 
milyard tonlarla freonlar istehsal olunur. Freonlar istilik uducularından 
başqa, həm də ozondağıdıcı maddələrdir. Hər il bu maddələrin istehsalı 
5-10% artaraq böyük təhlükə yaradır. 
Freonlar 
soyuducu 
texnikasında  və  aerozol  ballonlarında 
tozlandırıcı  kimi  tətbiq  edilir.  Son  zamanlar  ABŞ-da  Freonlardan 
avtomobil kondisionerlərində istifadə edilməkdədir. 
Az  da  olsa  istilikxana  effekti  yaradan  qazlardan  biri  də  azot  (I)-
oksiddir. O, təbii yolla əmələ gəlir. Az miqdarda isə antropogen yolla-azot 
gübrələrinin  tətbiqi  və  biokütlənin  yandırılması  zamanı  əmələ  gəlir. 
İstixana effekti faizi 6 olub hər il miqdarı atmosferdə çoxalır. 
XXI  əsrin  probleminə    çevrilən  qlobal    istiləşmə    alimlərin  diqqət 
mərkəzində  olub,  onun  qarşısının  alınması  üçün  müxtəlif  tədbirlər 
planı hazırlanmışdır. 
Hesablamalar  göstərmişdir  ki,  XX  əsrdə  planetimizin  temperaturu 
orta hesabla 0,5% artmışdır ki, buna səbəb atmosferin çirklənməsidir. 
İstilikxana  effektinin  yaranması  aşağıdakı  əlamətlərlə  təsdiq 
edilmişdir: 
-1980-ci  illərdə  Şimali  Amerikada  və  planetin  digər  bölgələrində 
müşahidə edilən uzunmüddətli quraqlıq; 
-Kanadanın şimalında və Alyaskada daimi donuşluq zonasına qədər 
məsafənin ilbə-il azalması; 
-Kanadada göllərin temperaturunun artması; 
-Antarktida və Arktikada buz örtüklərinin azalması; 
-Şimali Avropa və digər yerlərdə aysberqlərin məhv olması; 
-Qeyri  adi  iqlim  hadisələri  –  Afrika  və  Hindistanda  baş  verən 
daşqınlar, Avropada müşahidə edilən tufanlar; 
-Afrika, Antarktida və Qrellandiyada buz təbəqələrinin qalınlığının 
azalması – 1976-ci ildə 6,7 m, 1987-ci ildə 4,5 m. 
Qlobal  istiləşmə  problemi  üzrə  iki  müxtəlif  nəzəri  fikirlər 
mövcuddur.  Bir  qrup  alimlərin  nöqteyi  nəzərincə  narahatlığa  heç  bir 
əsas yoxdur və yer kürəsi özü-özünü tənzimləyə bilir. 


 
78 
Digər  qrup  alimlər  belə  hesab  edir  ki,  2100-ci  ildə  yer  kürəsinin 
temperaturu 5
0
C artacaq və qlobal problemlər yaradacaqdır. 
Nəzəri    hesablamalar  isə  bu  rəqəmin  1-3  arasında  olacağını 
müəyyən edir. 
Digər  tərəfdən,  atmosferə  yayılan  çirkləndiricilər  arasında  mütləq 
qara  çisimlər  və  aerozallar  günəşdən  gələn  şüaların  bir  hissəsini 
buraxmadığından yer qabığında balanslaşmanın yaranacağını vəd edir 
və həyəcan siqnalına ehtiyac olmadığını bəyan edir. 
Xronoloji  tədqiqatlar  göstərir  ki,  130  il  ərzində  (1860-1990) 
atmosferin  temperaturu  0,6  K  (Kelvin)  yəni  0,04
0
C  artmışdır.  Bu 
temperatur  dəyişməsi  müxtəlif  illər  ərzində  artıb-azalaraq  antropogen 
yolla  dəyişilmədiyini  bir  daha  sübut  edir.  Məsələn  VIII-XII  əsr 
arasında  və  XVI-XVIII  əsrlərdə  temperaturun  kəskin  dəyişməsi  (2-
2,5
0
C artıb-azalma həddində, istilikxana effektinin təsirini heçə endirir. 
Çünki  o  dövrlərdə  sənaye  yox  idi  və  yer  kürəsinin  əhalisi  500-600 
milyon  təşkil edirdi. 
Beynəlxalq  konfranslarda  səslənən  təklifləri  nəzərə  alaraq,  qlobal 
istiləşmənin qarşısını almaq üçün aşağıdakı təkliflər irəli sürülmüşdür: 
1.İstilikxana  qazlarını    XX    əsrin    sonundakı  səviyyədə  saxlamaq 
üçün  CO
2
-nin  illik  miqdarını  50-80%,  CH
4
-10-20%,  freonların 
miqdarını 75-100%, N
2
O-in miqdarını 80-85% azaltmaq. 
2.  İstilikxana  qazlarının  yarıdan  çoxu  enerji  istehsalı  ilə  əlaqədar 
olduğundan,  enerji  istehsalı  təkmilləşdirilməli,  köhnə  texnologiyalar 
sıradan çıxmalı və enerji qənaətinə keçirilməlidir. 
3.Faydalı  qazıntı  yanacaqlarının  miqdarı  azaldılmalı  və  onlardan 
enerji alınması dayandırılmalıdır. 
4.Kömür  yandırıldıqda  daha  çox  CO  və  CO
2
  ayrıldığından  onun 
yanacaq  kimi  yandırılması  dayandırılmalı  və  təbii  qaz  yanacağından 
istifadə edilməli. 
5.Təbii  enerji  mənbələrindən  –  Günəş  enerjisi,  külək,  su  elektrik 
stansiyaları, geotermal enerji və s. geniş istifadə edilməlidir. 
6.Avtomobil  nəqliyyatında  müasirləşmə  prinsipləri  əsasında 
yanacağı  tam  yandıran  mühərriklər  yaratmaq  və  yanacaq  qalıqlarını 
zərərsizləşdirən tutucular kəşf etmək. 
7.Meşə  zolaqlarının  məhv  olmasının  qarşısını  almaq  və  yeni  meşə 
zolaqları yaratmaq. 


 
79 
8.Bataqlıqların  qurudulmasının  qarşısını  almaq.  Bataqlıqlar 
meşələrə nisbətən atmosfer CO
2
 qazının tutucusu hesab olunur. 
9.Freonların və qallonların istehsalını tam dayandırmaq. 
10.Karbonlu birləşmələrin o cümlədən CO
2
-nin istehsalını azaltmaq 
məqsədilə «vergi» sistemi tətbiq etmək. 
Göründüyü  kimi  qlobal  istiləşmənin  qarşısını  alan  yuxarıdakı 
təkliflərin heç biri tam həyata keçirilə bilməz. 
Dünyanın    əhali  artımı  (hər  40-50  ildən  bir  dünya  əhalisi  iki  dəfə 
artır.  2050-ci  ildə  Dünya  əhalisinin  sayı  10  milyardı  keçəcəkdir) 
ekoloji  problemlərin  daha  da  dərinləşməsinə    şərait    yaratdığından  
əvvəlcədən  proqnozlaşdırma  səhv nəticələrə  gətirib çıxarmalıdır. 
5  milyard  il  tarixi  olan  bir  planet  100-200  ildən  sonra  məhv  ola 
bilməz.  Təbiət  qanunları  dediyimiz  ilahi  qüvvə  hər  şeyə  qadirdir  və 
bizdən  asılı  olmayaraq  mövcud  olduğu  kimi,  həyatı    tənzimləmə 
gücünə də malikdir. 
 
Sual və tapşırıqlar 
 
1. İlk dəfə CO
2
 artması ilə qlobal istiləşmə problemini kim analiz 
etmişdir? 
2. Kioto protokolu hansı ildə imzalanmış və məqsədi nə idi? 
3. İstilikxana effektinin fiziki mahiyyətini izah edin. 
4. Əsas istixana qazları hansılardır. 
5. İstilikxana qazlarının qlobal istiləşməyə təsirini rəqəmlərlə gös-
tərin. 
6.  XXI  əsrdə  istiləşmə  dərəcəsini  göstərən  iki  müxtəlif 
konsepsiyanı təhlil edin. 
7.  Planetin  orta  temperaturunun  bir  neçə  dərəcə  artması  hansı 
nəticələr verə bilər? 
8.  Qlobal  istiləşmənin  qarşısını  almaq  üçün  əsas  tədbirlər 
hansılardır? 
______________________ 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə