Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

 
83 
Eyni  vaxtda  atmosferdə  bərk  hissəciklər  və  azot  oksidləri  olduqda 
sinergizm  nəticəsində  SO
2
  qazının  təsiri  bir  neçə  dəfə  artır.  İnsan 
orqanizminə təsiri öyrənildikdən sonra, SO
2
 qazının atmosferdə ekoloji 
norması  müəyyən  edilmişdir.  ABŞ-da  orta  gündəlik  norma  0,365 
mq/m
3
  miqdarında  müəyyən  edilmişdir  və  bu  norma  ildə  bir  dəfədən 
artıq  pozula  bilməz.  İllik  norma  isə  0,080  mq/m
3
  miqdarında  qəbul 
edilmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  kənd  yerlərində  SO
2
-nin  qatılığı  0,0005 
mq/m
3
 miqdarında olduğu halda, sənaye şəhərlərində 50-100 dəfə çox 
ola bilir. 
SO
2
 qazının bitkilərə təsiri. Kükürd qazı nəinki insanlara, həmçinin 
bitkilərə  də  mənfi  təsir  göstərir.  Onun  az  miqdarı  insanlarda  reaksiya 
vermədiyi  halda,  bitkilərə  güclü  təsir  göstərir.  SO
2
-nin  bitkilərə  təsiri 
onun  hüceyrə  daxilinə  keçməsindən  dərhal  sonra  başlayır.  Bu  zaman 
fermentlərin 
təsiri 
zəifləyir, 
maddələr 
mübadiləsi  pozulur, 
orqanellaların  quruluşu  dəyişərək  metabolizm  prosesi  ləngiyir  və 
hüceyrələrin forması dəyişərək məhv olur. 
Hüceyrə  səviyyəsində  təsir  toxumalarda  öz  əksini  tapmış  olur. 
Assimlyasiya  prosesi  dəyişir,  toxumalarda  qidalanma  və  tənəffüs 
pozulur.  Nəticədə  bitkinin  yarpaqları  saralaraq  xloroz  xəstəliyi  baş 
verir. Yarpaqların yaşıllığı itir və fotosintez prosesi dayanır. 
Böyük  sənaye  rayonlarında  bitki  örtüyünün  məhv  olması  halları 
dünyada  müşahidə  edilməkdədir.  Atmosfer  çirkləndiricilərinin  yem 
bitkilərində  toplanması,  heyvanların  zəhərlənməsinə  gətirib  çıxara 
bilir. 
Son 20 ildə bitkilər üzərində aparılan təcrübələr göstərmişdir ki, yaşıl 
ot  bitkiləri  atmosferdə  SO2  qazının  miqdarını  azaldır.  Eyni  zamanda 
həmin bitkilərdə CO2 qazının fiksasiyasına mənfi təsir göstərir. 
SO
2
 qazının təsiri ilə yarpağın ağızcıqları daima açıq qalır və digər 
çirkləndiricilərin yarpaqlara təsirini artırır. 
SO
2
 qazının bitkilərə fizioloji təsiri mürəkkəb bir mexanizm olaraq 
ətraflı  öyrənilmişdir.  SO
2
  qazı  əsasən  yarpaq  hüceyrələrinə  təsir 
göstərir;  hüceyrələrdə  olan  sularla  qarşılıqlı  təsirdə  olaraq  sulfat 
turşusuna  –  H
2
SO
4
  çevrilir;  sulu  mühit  olduğundan  alınan  turşu 
dissosasiya  edərək  anionlar  əmələ  gətirir;  bu  anionlar  –  HSO
4
-
  və  –
SO
4
2-
 xloroplastların membranlarına dağıdıcı təsir göstərərək xlorofilli 


 
84 
rəngsizləşdirir. 
Tədqiqatlar  göstərmişdir  SO
2
  qazının  zəhərləyici  təsiri  qaranlıqda 
daha  çox  olur.  Belə  ki,  bitki  hüceyrələri  işıq  şüalarının  təsiri  ilə 
xloroplastlarda  SO
2
  birləşməsindən  –  SH  qrupları  sintez  edərək 
aminturşuların  müəyyən  zəncirlərini  yaradırlar.  Deməli,  SO
2
  qazının 
kiçik miqdarı bitkilərin fəaliyyətinə müsbət təsir göstərir. 
Bitkilər  kükürdü  torpaqdan sulfatlar  şəklində  mənimsəyərək  ondan 
kükürd  üzvi  birləşmələrin  sintezində  istifadə  edirlər.  Torpaqda  sulfat 
aniona çatışmadıqda bu vəzifəni atmosferdə olan SO
2
, SO
3
 və sulfatlar 
həyata keçirir. 
 
Sual və tapşırıqlar 
 
1. Kükürd qazının təbii və antropogen  mənbələri hansılardır? 
2. Hansı  istehsalat  sahəsi  antropogen  yolla  SO
2
  qazının  əsas 
mənbəi hesab olunur? 
3. SO
2
 qazının atmosferdə qalma müddəti necədir? 
4. SO
2
 qazı atmosferdə hansı  kimyəvi çevrilmələrə məruz qalır? 
5. SO
2
 qazının insan orqanizminə təsir mexanizmini izah edin.  
6. SO
2
 qazının ekoloji standartı necə müəyyən edilir? 
7. SO
2
 qazının bitkilərə təsir mexanizmi necədir? 
8.  Xloroz  hadisəsi  nədir  və  bu  xəstəliyin  əmələ  gəlməsində  SO
2
 
qazının təsirini izah edin. 
______________________ 
 
 
TROPOSFERDƏ OZON. ONUN ƏMƏLƏ GƏLMƏSĠ  
VƏ DAĞILMASI. «OZON DEġĠKLƏRĠ»NĠN  
YARANMA SƏBƏBLƏRĠ 
 
Ozon təbəqəsi və ya ozonosfera stratosferdə yerləşərək qütblərdə 10 
km,  ekvator  və  ona  yaxın  zonalarda  isə  50  km  hündürlükdə  olur. 
Ozonun  ən  çox  olduğu  hündürlük  0-25  km  arasındadır  ki,  burada  hər 
bir  milyon  hava  molekuluna  5-6  molekul  Ozon-O
3
  düşür.  Əgər 
atmosferdə  olan  bütün  ozon  molekullarını  toplamaq  və  onları  yer 
qabığına  gətirmək  mümkün  olsaydı,  101  kPa  təzyiqdə,  20
0



 
85 
temperaturda ozon təbəqəsinin qalınlığı cəmi 3 mm olardı. 
Alimlər  ozonu  yer  kürəsinin  «QALXANİ»  adlandırırlar.  Belə  ki, 
ozon  təbəqəsi  Yer  kürəsində  yaşayan  canlıları  Günəşdən  gələn 
məhvedici  ultrabənövşəyi  şüalardan  qoruyur.  Ozon  təbəqəsi  və  ozon 
molekulları olmasaydı Yer kürəsində canlı varlıqlar olmazdı. 
1970-ci  ildən  sonra  ozon  molekullarının,  eləcədə  ozon  təbəqəsinin 
dağılması  problemi  aktual  mövzuya  çevrildi.  Bir  sıra  fərziyələr 
vasitəsilə  ozonun  parçalanmasının  mexanizmi    problem    halında  
gündəmə    gəldi.  Həmin    fərziyələrdən    birinin  təbirincə,  insanlar  öz 
fəaliyyətləri  nəticəsində  bir  sıra  birləşmələr  sintez  edirlər  ki,  onlar 
stratosferə  çataraq  ozon  molekulları  ilə  qarşılıqlı  təsirdə  olub  onu 
parçalayır. 
1973-cü  ildə  Kaliforniya  universitetinin  kimyaçıları  ġervud 
Roulend  və  Mario  Molina  öz  tədqiqatları  ilə  sübut  etdilər  ki,  xlorf-
lüorkarbon  (XFC)  birləşmələri  stratosferə  çataraq  ozon  molekullarını 
parçalaya bilir. 
Bu  elmi  tədqiqatlar  sonralar  da  davam  etdirildi  və  1995-ci  ildə 
ġervud Roulend, Mari Molina və Alman alimi Raul Krutsen 1996-
cı  ildə  Ozonun  dağılması  nəzəriyyəsinə  görə  Nobel  mükafatına  layiq 
görüldülər. 
Hələ  1970-ci  ildə  həmin  Raul  Krutsen  ozonun  parçalanma 
səbəblərindən  biri  kimi  azot  (I)-oksidin  rolunu  qeyd  edərək 
göstərmişdir  ki,  N
2
O  atmosferdə  NO-ya  çevrildikdə  O
3
  molekulları 
katalitik  təsir  göstərir.1971-ci  ildə  ABŞ-ın  Berkli  şəhərində  fəaliyyət 
göstərən Kaliforniya Universitetinin professoru Horald Conson belə bir 
fikir  söyləmişdir  ki,  səsdən  sürətli  reaktiv  təyyarələrin  və  raketlərin 
yanacaqlarından  əmələ  gələn  azot  oksidləri  stratosfer  ozonunun 
parçalanmasında iştirak edirlər. 
1982-ci ildə  ingilis tədqiqatçıları Con Farmanın  rəhbərliyi  altında 
bir ay Antarktidada monitorinq apararaq nəticəyə gəldilər ki, sentyabr-
oktyabr aylarında 30 gün müddətində ozonun miqdarı 40% azalmışdır. 
1985-ci  ildə  «ozon  dəlikləri»nə  həsr  olunmuş  tarixi  məqalə 
sensasiyaya  səbəb  oldu.  Kosmosdan  çəkilən  foto  təsdiq  edirdi  ki, 
cənub  yarımkürəsinin  üzərində,  sahəsi  ABŞ-ın  ərazisi  həcmində  olan 
«Ozon  dəliyi»  yaranmışdır.  Bu  o  demək  deyildir  ki,  həmin  sahədə 
ozon  ümumiyyətlə  yoxdur.  Sadəcə  təbəqənin  qalınlığı  və  ozonun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə