Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

 
107 
Fəsil III.  
 
HĠDROSFERA 
 
Hidrosfer  Yer  planetinin  əsas  qatlarından  biri  olub,  okean  və 
dənizlərdən,  çay  və  göllərdən,  yeraltı  sulardan,  qar  və  buzlaqlardan 
təşkil olunmuşdur. 
Hidrosferanın  əsas  kütləsi  –  1370

  10
9
  m
3
  və  ya  94%  okeanosfera 
adlanan dəniz və okeanlarda toplanmışdır. Yeraltı sular – 61,4 

 10
9
 m
3
 
və  ya  4%  olub  ikinci  yeri  tutur.  Hidrosferanın  2%-ni  isə  buzlaqlar  və 
qar  örtüyü  təşkil  edir.  Kontinentlərin  quru  örtüyündə  olan  çay  və  
göllər  hidrosferanın  cəmi  0,03%-ni  təşkil  edərək  0,5

  10
9
  m
3
  həcmə 
malikdir. 
Dünya okeanları kontinent və adaları əhatə edərək Yerin dəyişməz 
su təbəqəsi olub, Yer səthinin 70,8%-ni 2/3-ni təşkil edir. Okean  suları 
Yerin 
yarımkürrələrində 
simmetrik 
yerləşməyib: 
Şimal 
yarımkürrəsində  66%  və  cənub  yarımkürəsində  isə  səthin  81%-ni 
örtmüşdür.  Coğrafi  xüsusiyyətlərinə  görə  Dünya  Okeanları  4  hissəyə 
bölünərək aşağıdakı qaydada adlandırılmışdır. 
 
Okeanlar 
Sahəsi 
Həcmi 
Dərinliyi, km 
10
6
 km
2
 

10
6
 km
3
 

Orta 
Maksimal 
Sakit 
179,68 
50 
724 
52,8 
3984 
11022 
Atlantik  
93,36 
25 
337 
24,6 
3926 
8428 
Hind 
74,92 
21 
292 
21,3 
3897 
7130 
Şimal Buzlu 
13,10 

17 
1,2 
1205 
5449 
 
 
OKEANOSFERĠN SU REJĠMĠ 
 
Okeanosferin  hidroloji  rejimi  əsas  xarakteristikalardan  olub,  suyun 
ümumi sirkulyasiyasını, istilik və su balansını təşkil edir. Suyun xüsusi 
istilik  tutumu  havanın  istilik  tutumundan  4  dəfə  çox  olduğundan, 
okeanlar  yerə  daxil  olan  Günəş  radiasiyasının  akkumlyator  rolunu 
oynayır.  Orta  hesabla  Dünya  okeanları  Günəşdən  yerə  daxil  olan 
enerjinin  343,4  kc  sm
2
/il  miqdarını  qəbul  etdiyi  halda,  quru  səthində 


 
108 
onun  miqdarı  təxminən  209,4  kc  sm
2
/il  təşkil  edir.  Odur  ki,  radiasiya 
balansı kəskin dəyişmələrə səbəb olur. Belə ki, 10
0
 şimal en dairəsi 10
0
 
cənub  en  dairəsində  yerləşən  tropik  zonada  482  kc  sm
2
/il  enerji 
udulursa,  40
0
-60
0
  arasında  hər  iki  yarımkürədə  cəmi  167  kc  sm
2
/il 
enerji udulur. 
Dünya  okeanlarının  istiliksaxlaması  318

10
22
  kc  olub,  hər  il 
Günəşdən Yer kürəsinə gələn enerjidən 21 dəfə çoxdur. Okeanosferin 
aldığı  enerjinin  bir  hissəsi  əks  olunur,  enerjinin  80%-i  isə 
buxarlanmaya  sərf  olunur.  Hava  burulganları  vasitəsilə  ayrılan  enerji 
atmosferdə  müəyyən  həddə  qədər  yayılaraq,  havanın  istilik  balansını 
təmin edir. 
Su  səthinin  orta  illik temperaturu  17,5
0
C  olub,  en dairəsindən  asılı 
olaraq 2,9 dan 27
0
C-ə qədər dəyişir. 
Günəş  radiasiyasının  94%-i  su  səthinin  1  sm-də  udulur.  Dərinlik 
artdıqca temperatur aşağı düşür. Bu azalma 400 m dərinlikdə daha çox 
müşahidə olunur. 1500 m dərinlikdə və sonra temperatur 4
0
C  olur  və 
dəyişmir. Tədqiqatlar göstərmişdir ki, suyun sıxlığı ən çox 4
0
C-də olur. 
Bu hədd kənarında suyun sıxlığı artır. 
Hidrosferdə  su  balansı  sabit  olub  –  10
3
  km
3
/il  hesabı  ilə  aşağıdakı 
kimi tənzimlənir: 
 
Buxarlanma 
-452 
Çöküntü 
+411 
Yerüstü axın 
+41 
 
Okean suları bir sıra faktorların təsiri altında daimi hərəkətdədir. Bu 
faktorlar  aşağıdakılardır:  Yerin  və  Ayın  fırlanması,  zəlzələlər, 
atmosferin  sirkulyasiyası,  sualtı  vulkan  püsgürmələri,  qabarma  və 
çəkilmə.  Bu  faktorların  təsir  dərəcəsi  müxtəlif  olsa  da,  hər  biri 
əhəmiyyətli təsirə malikdirlər. 
50-60 metr dərinlikdə daha çox təsir göstərən külək dalğaları okean 
axınlarına  səbəb  olur.  Sunamilər  və  fırtınalar  fəlakətlər  törətməklə 
yanaşı,  okeanosferada  kimyəvi  və  fiziki  xassələrinin  sabit  olmasına 
səbəb  olurlar.  Buna  baxmayaraq  okeanosferada  suyun  tam  dövranı 
atmosferə nisbətən yavaş olub 1600 ildə başa çatır. 
 


 
109 
OKEAN SULARININ KĠMYƏVĠ TƏRKĠBĠ 
 
Dəniz  suları,  həll  olmuş  üzvi  və  qeyri  üzvi  maddələrdən  və 
qazlardan ibarət mürəkkəb  bir tərkibə malikdir. Bu tərkib geokimyəvi 
və  biokimyəvi  proseslərin  təsirindən  asılı  olub,  orada  yaşayan 
biokütləyə təsir etməyə bilməz. 
Hidrosferin duz tərkibi. Dünya okeanları yarandığı gündən su ilə 
birlikdə,  suda  həll  olan  qeyri  üzvi  maddələri  kontinentlərdən  alaraq 
özündə  saxlayır.  Milyon  illərlə  okean  suları  buxarlanaraq  duzluluğun 
faizini  get-gedə  artırır.  Digər  tərəfdən  atmosferə  yayılan  və  suda  həll 
olan  duzlar  və  digər  birləşmələr  yağış  sularında  həll  olaraq  okeanlara 
axıdılır. Kontinentlərdən okeanlara axan sular daimi mineral maddələri 
həll edərək dəniz və okeanlara aparırlar. Odur ki, okeanlarda 4,7

10
16
 
ton duz toplanmışdır. Dünya okeanları əvvəlki geoloji eralarda quruma 
və  ayrılma  nəticəsində  40

10
16
  ton  duz  itirmişdir.  Məsələn,  Xəzər 
dənizi  əvvəllər  mövcud  olmuş  və  Avropa,  Asiya  qitələrinin  çox 
hissəsini əhatə etmiş Tetis okeanının qalığıdır. 
Dünya okeanlarının tərkib duzları müəyyən dövran kəsb edir ki, bu 
zaman balans azacıq fərqlə saxlanmış olur. Aşağıdakı cədvəldə Dünya 
okeanlarının duz balansı verilmişdir: 
Okean  suları  mineral  tərkibinə  görə  bircinslidir.  Açıq  hissələrdə 
duzların  faiz  qatılığı  orta  hesabla  34,7%  olub  32-37,5  intervallarında 
dəyişir. 
Ən çox duzlaşma tropik zonalarda müşahidə edilir ki, bu da sürətli 
buxarlanma ilə əlaqədardır. 
 
Balansı yaradan səbəblər 
Axım, 10
9
 ton/il 
Daxil olmalar 
Çaylarla axıdılma 
+3,1 
Sualtı axıdılma 
+1,2 
Qütb buzlaqlarının əriməsi 
+0,03 
Kontinentlərdən gedən zollar 
+0,10 
Sualtı vulkanlar 
+0,05 
Dib çöküntülərinin həll olması 
+0,3 
Xərclənmə 
Dib çöküntülərinin sorbsiyası 
-3,8 
Quruya qayıdan aerozollar 
-0,5 
Yarım izole olunmuş dənizlərdə buxarlanmadan çökənlər 
-0,6 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə