Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

 
113 
S/n 
Birləşmələrin daxil olduğu 
qruplar 
Birləşmələrin adları 

Polixlorlaşmış  və  polibromlaş-
dırılmış bifenollar 
2,3-, 2,4-, 4-4-dixlorbifenollar,  
2,2-, 4,4-5,5-heksaxlorbifenollar, 
2,2,4,5-tetroxlor bifenollar, 
2,3,4,4,5-pentaxlorbifenollar, 
2,4-, 4,4-dibrombifenollar, 
2,2,4,5, - tetrabrombifenollar 
10 
Aromatik karbohidrogenlər 
Benzol,  o
-
,  m
-
,p-ksilol,  kumol,  toluol,  etil-
benzol 
11 
Səthi aktiv maddələr 
Antrasen, atsenaften, atsenaftilen, ,enzaantra-
sen, benzapiren, benzofloranten, naftalin, fe-
nantren, flüoren, xrizen 
12 
Metalüzvi birləşmələr 
Qalay  trifenil  asetat,  Qalay  trifenil  hidroksid, 
Qalay  dibutiloksid,  civə  dimetil,  civədietil, 
qurquşun etilat, qurğuşun metilat 
13 
Digər üzvi birləşmələr 
Benzidin,  bentazon,  bifenil,  dixlorbenzidin, 
pronanil,  pirazon,  tributilfosfat,  trietilfosfat, 
piridin, pirazin 
 
Çirkləndirici  komponentlərin  əksəriyyəti  sənaye  tullantılarının 
axıdılması  və  kanalizasiya  suları  vasitəsilə  su  hövzələrinə  daxil  olur. 
Böyük göllər və daxili dənizlər isə atmosferdə yayılan uçucu birləşmələrin 
yağış suları Vasitəsilə çökməsi vasitəsilə çirklənirlər. 
Dənizlərə  axan  çaylar  uzun  yol  qət  edərək  keçdikləri  ərazilərdən 
axıdılan  çirkab  sularını  hidrosferə  daşıyaraq  buradakı  ekosistemi 
korlayırlar. 
Avropanın  və  amerikanın  əhalisi  sıx  olan  şəhərlərdən  çay  sularına 
axıdılan  sənaye  və  məişət  tullantılarında  xeyli  miqdarda  neft  məhsulları, 
alkilfenollar,  doymuş  və  doymamış  yağ  turşuları,  efirlər  olur.  Bunlardan 
başqa,  ftal  turşusunun  efirləri,  digər  ikiəsaslı  alifatik  turşuların  efirləri  də 
olur.  Bu  maddələr  rezin  məmulatlarında  və  plasmas  sənayesində 
plastifikator  və  stablizator  kimi  istifadə  edilir.  Mahiyyət  etibarı  ilə  bu 
maddələr avtoxton yolla əmələ gələn miristin, palmitin və stearin turşularına 
qarışaraq çay sularının «üzvi fonunu» əmələ gətirirlər. 
Səth sularının toksikantlarla antropogen çirklənməsi ekosistemdə əsas 
təhlükə  mənbəi  kimi  qeyd  edilməlidir.  Bu  təhlükə  göllərdə  daha  çox 
nəzərə çarpır. Hətta təbii yolla göllərin çirklənməsi su hövzələrinin məhv 
olmasına gətirib çıxarır. Bu proses 10 min illər nəticəsində baş verə bilir. 


 
114 
Təsərrüfat fəaliyyəti isə bu prosesi sürətləndirir və bunun nəticəsidir ki, 
Ladoqa,  Eri  və  Taxo  gölləri  20-30  il  ərzində  artıq  məhv  olma 
stadiyasındandır. 
Təbii şəraitdə su hövzələrinin daxilində dinamik tarazlıq yaranır. Daxil 
olan üzvi maddələr çökmə suxurları vasitəsilə dəyişməz formaya çevrilir, 
daxil olan və kənar edilən bioelementlər arasında balans yaranır ki, bu da 
təhlükəni aradan qudadırır. 
Lakin su hövzələrində təhlükə mənbəi kimi fosforun rolunu göstərmək 
lazımdır.  Məhsuldarlığın  inkişafını  təmin  edən  fosfor  gübrələrinin  artığı 
yağış  və  arx  suları  vasitəsilə  çaylara,  oradan  da  su  ambarlarına  və 
dənizlərə axıdılır. Hələ yaxşı ki, fosfor gübrələrində olan –PO
4
3-
, -HPO
4
2-

-H
2
PO
4
-
  anionları  torpaqda  olan  ağır  metallarla  birləşərək  suda  həll 
olmayan  fosfatlar  əmələ  gətirir.  Bu  proses  həm  ağır  metalları,  həm  də 
təhlükəli fosforlaşma prosesi yaradan fosforlu anionları sistemdən çıxarır. 
Bunun  əksinə  olaraq  fosforlu  yuyucu  maddələr  daha  təhlükəlidir. 
Qələvi  metalların  polifosfat  duzları  mühit  yaradan  və  birləşdirici 
komponent kimi yuyucu maddələrin tərkibində olur. 
Odur  ki,  onlar  çox  miqdarda  axar  sular  vasitəsilə  su  hövzələrinə 
axıdılır.  Bu  təhlükəni  aradan  qaldırmaq  məqsədi  ilə  polifosfatların  digər 
komponentlərlə  əvəz  olunması  prosesi  hələlik  indiyə  qədər  həll 
olunmamış qalır. 
Məsələn, hər ildə Ladoqa gölünə 7000 ton fosforlu birləşmələr axıdılır. 
Əgər  bu  rəqəmi  4000  tona  endirmək  mümkün  olarsa  10-12  il  ərzində 
Ladoqa gölü yararlı halına qayıda bilər. 
Su hövzələrinin çirklənməsi nəticəsində suda yaşayan canlıların növlər 
arası və növdaxili kəmiyyət göstəriciləri əhəmiyyətli dərəcədə azalmışdır. 
Bunun əksinə olaraq həmin su hövzələrində göy-yaşıl yosunların inkişahi 
dəhşətli dərəcədə artmışdır ki, bu hadisəyə su hövzələrinin «rənglənməsi» 
deyilir. Bir qayda olaraq göllərdə inkişaf edən yosunlar suya öz rənglərini 
vermiş  olurlar.  Məsələn,  göy  rəngli  yosunlar  çox  inkişaf  etdiyinə  görə 
«Göy-Göl» adı yaranmışdır. 
Bəzi  yosunlar  sianobakteriyalarla  zəngin  olduğundan,  əmələ  gəldiyi 
sulara  toksiki  maddələr  ifraz  edirlər  ki,  bu  da  orada  yaşayan  canlıların 
tələf olmasına səbəb olur. 
Həmin maddələr insan orqanizmi üçün də təhlükə mənbəidir. 
Çin  mütəxəssislərinin  tədqiqatı  nəticəsində  məlum  olmuşdur  ki, 
«Rənglənmiş» su hövzələrindən istifadə zamanı qaraciyər xərçəngi əmələ 
gəlir. 


 
115 
Dəniz  və  okeanların  ekoloji  çirklənmə  səbəblərindən  biri  də,  neft  və 
neft  məhsulları  daşıyan  tankerlərin  qəzaya  uğramasıdır.  Hər  ildə  milyon 
tonlarla neft  və  neft  məhsulları  hidrosferə  yayılaraq  oradakı  biosistemlər 
üçün təhlükə mənbəinə çevrilir. Bu maddələr sudan yüngül olduğuna görə 
böyük  miqyasda  su  üzərində  təbəqə  əmələ  gətirərək  bir  sıra  ekoloji 
təhlükə  yaradırlar:  günəş  işığının  suyun  aşağı  qatlarına  keçməsinə 
maneçilik  yaradır,  oksigen  qazının  su-atmosfer  mübadiləsini  pozaraq, 
ekosistemin  suda  həll  olan  oksigendən  istifadəsini  məhdudlaşdırır,  suda 
yaşayan  heyvanların  orqanizminə  hoparaq,  onların  tələf  olmasına  səbəb 
olur. 
 
Sual və tapşırıqlar 
 
1. Hidrosferin quruluş tərkibini təhlil edin. 
2. Dəniz və Okean sularının homogen tərkibi necə yaranır? 
3.  Hidrosferin  əsas  tərkib  hissəsi  olan  okean  sularının  duzluluğu 
necə hesablanır? 
4. Hidrosferi çirkləndirən əsas maddələrin siniflərini göstərin. 
5. Göllərin çirklənmə səbəbini izah edin. 
6. Ladoqa gölünün məhv olmasına hansı faktorlar təsir etmişdir? 
7.  Su  hövzələrinin  «rənglənməsi»  necə  baş  verir  və  bunun  hansı 
nəticələri ola bilər? 
_____________________ 
 
XƏZƏR DƏNĠZĠ VƏ ONUN ÇĠRKLƏNMƏSĠ  
SƏBƏBLƏRĠ 
 
Xəzər dənizi haqqında qısa məlumat 
 
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olub Rusiya Federa-
siyası, Qazaxıstan Respublikası, Türkmənistan Respublikası, Azərbaycan 
Respublikası  və  İran  İslam  Respublikası  ərazilərindədir.  O,  Avropa  ilə 
Asiyanın  sərhədində  yerləşərək  Dünya  okeanları  ilə  əlaqəsi  olmadığına 
görə coğrafi bölgüdə göl adlanır. Odur ki, «Xəzərin statusu» məsələsi tam 
həll  edilməmiş  qalır.  Çünki,  ölçüsünə,  proseslərin  xarakterinə  və  inkişaf 
tarixinə görə  dəniz hesab edilir. Xəzərin tarixi mənbələrdə 100-dən artıq 
adı olmuşdur. Hazırda Kaspi və Xəzər adları işlənməkdədir. 
Fiziki-coğrafi məlumatlar. Xəzərin uzunluğu təqribən 1200 km, orta 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə