Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

 
122 
preparatlar  kəşf  edilir  və  onların  istehsalı  artıq  zavodlar  tərəfindən 
həyata keçirilir. 
Həşəratlara,  alaq  otlarına  və  ziyanverici  heyvanlara  təsir 
mexanizminə görə pestisidlər bir neçə qrupa ayrılır: 
a)  bir  başqa  təmas  vasitəsilə  təsir  edənlər  –  həşəratların  hər  hansı 
orqanına toxunmaqla onları məhv edənlər; 
b)  həzm  sistemi  vasitəsilə  təsir  edənlər  –  həşəratlar  və  digər 
ziyanvericilər onları qida vasitəsilə qəbul etdikdə effektli təsir göstərir; 
c) sistemli təsir göstərənlər – bitkiləri orqanları vasitəsilə yayılaraq, 
müəyyən  inkişaf  mərhələsində  zəhərli  təsir  göstərərək  ondan  istifadə 
edən  ziyanvericiləri  məhv  edir  və  sonrakı  inkişaf  mərhələsində 
zəhərləyici təsiri aradan qalxır; 
d)  fumiqant  mexanizmi  ilə  təsir  edənlər  –  belə  pestisidlər 
həşaratların tənəffüs yolu ilə daxil olaraq onları məhv edir. 
Alaq otları ilə mübarizədə tətbiq olunan herbisidlər: 
a)  kütləvi  təsir  edən  herbisidlər  -  belə  kimyəvi  maddələr  bütün 
bitkiləri məhv edir. 
b) sellektiv – seçici herbisidlər – bu maddələr bir növ bitkiləri məhv 
edir və digər növlər üçün təsirli deyillər. 
Kimyəvi  tərkibinə  görə  bütün  pestisidlər  iki  qrupa  bölünür:  qeyri 
üzvü və üzvi birləşmələr. 
Pestisidlərin  ilk  tətbiq  dövründə  yalnız  qeyri-üzvi  maddələrdən 
istifadə  olunurdu:  qurğuşun  2-xlorid  PbCl
2
,  arsen3-oksid-As
2
O
3
,  mis  
duzları, florid  turşusunun duzları, kükürd, sulfat turşusunun törəmələri 
və s. 
Bütün  qeyri-üzvi  pestisidlər  bir  sıra  xüsusiyyətlərinə  görə  effektli 
deyillər:  yüksək  dozada  təsir  edirlər,  seçici  olmadığına  görə  bütün 
canlılar üçün təhlükəlidir, təbiətdə uzun müddət davamlı halda qalaraq 
istifadə  olunan  su  hövzələrini  çirkləndirməklə  ekoloji  mühiti 
korlayırlar. 
Odur  ki,  XX  əsrin  40-50-ci  illərində  qeyri  üzvi  pestisidlər  üzvi 
pestisidlər vasitəsilə get-gedə sıxışdırılmağa başladı. 
 


 
123 
PESTĠSĠDLƏRĠN TOKSĠKĠ GÖSTƏRĠCĠLƏRĠ 
 
Üzvi birləşmələr hesabına hazırda dünyada 100000-dən çox pestisid 
tətbiq  edilir.  Sovetlər  zamanında  isə  100-ə  qədər  pestisid  istifadə 
edilirdi. 
Bütün  pestisidlər  əhəmiyyətli  təsir  göstərsələrdə,  digər  tərəfdən 
bütün  canlılar  üçün  təhlükə  mənbəinə  çevrilirlər.  Onlar  uzun  müddət 
yer  qabığında  qalaraq  ekoloji  mühitdə  qarşısı  alınmaz  təhlükələr 
yaradırlar. 
Zəhərlilik dərəcəsinə görə pestisidlər 4 qrupa ayrılırlar: 
I. Yüksək zəhərli pestisidlər – LD
50
-heyvanların hər bir kq çəkisinə 
50 mq təşkil edənlər. 
II. Zəhərli və güclü təsir edən pestisidlər – LD
100
-heyvanların hər kq 
çəkisinə 50-200 mq təşkil edənlər. 
III. Orta zəhərli pestisidlər – LD
500
-heyvanların hər bir kq çəkisinə 
200-1000 mq təşkil edənlər. 
IV. Az zəhərli pestisidlər – LD
1000
 – heyvanların hər bir kq çəkisinə 
1000 mq-dan çox təşkil edənlər. 
Hər  hansı  pestisidin  dozasından  başqa  onun  digər  keyfiyyətləri  də 
əsas  götürülür.  Məsələn,  pestisidlərin  orqanizmidə  təsir  effekti,  yağlı 
mühitdə  həll  olma  dərəcəsi,  uçuculuğu  və  digər  fiziki-kimyəvi 
xassələr. 
Pestisidin  istifadə  spektri  həmçinin  onun  «persistent»  xassəsilə  də 
ölçülür  –  ətraf  mühitdə  qalma  müddəti.  Digər  göstəricilərdən  biri  də 
pestisidin  «kumilyativ»  xassəsidir:  orqanizmdə  pestisidin  metabolizm 
müddəti  və  orqanizmdən  kənar  olma  mexanizmi.  Məs...  DDT  yalnız 
süd vasitəsilə orqanizmdən kənar edilir ki, bu da ən təhlükəli effekt de-
məkdir. 
Kənd 
təsərrüfatının 
kimyalaşdırılması 
ərəfəsində 
xroniki 
intoksikasiya  (mütamadi  zəhərlənmə)  ətraf  mühiti  korlayaraq  ekoloji  
ziddiyyətlərin  yaranması  prosesi  sürətlənərək  hazırki  vəziyyətə 
çatmışdır. 
Ekoloji mühitin korlanmasında pestisidlər sintez olunan zavodLarda 
təhlükəsizlik  texnologiyasının  pozulması,  zavod  tullantılarının  su 
hövzələrinə  və  atmosferə  buraxılması  ilə  yanaşı,  onların  daşınması, 
saxlanması  qaydalarına  əməl  olunmaması,  həmçinin  istifadəsi  zamanı 


 
124 
dozaların çoxalması və s. rolu böyükdür. 
PESTĠSĠDLƏRĠN BĠOLOJĠ OBYEKTLƏRDƏ  
KĠMYƏVĠ-FĠZĠKĠ ANALĠZĠ 
 
Ekoloji  obyektlərdə  pestisidlərin  ayrılması  və  miqdarının  təyini 
mürəkkəb  bir  proses  olub  hər  bir  pestisid  üçün  xüsusi  həlledicilər  və 
reaktivlər tələb olunur. 
Qeyri-üzvi  pestisidlərin  sayı  az  olduğundan  onların  ayrılması  və 
təyini metodu işlənib hazırlanmışdır. 
Pestisidlərin  bioloji  materiallardan  ayrılması  üzvi  həlledicilər 
vasitəsilə  ekstraksiya  yolla  həyata  keçirilir.  Bu  zaman  pentan,  n-
heksan,  heptan,  petroleum  efiri,  xloroform  və  karbon  4-xlorid  kimi 
həlledicilərdən istifadə olunur. 
Hələlik ümumi bir universal üsul olmadığından pestisidlərin bioloji 
obyektlərdən ayrılması və təmizlənməsi çox vaxt aparan bir əməliyyat 
hesab olunur. 
Üzvi pestisidlərin tərkibindən asılı olaraq onların müəyyən qrupları 
üçün  xüsusi  metodlar  işlənib  hazırlanmışdır.  Xlorüzvi  birləşmələrin 
pestisid kimi istifadə olunan qrupları üçün ümumi sxem  məlumdur. 
Ətraf  mühitin  spesifikliyindən  asılı  olaraq  –  hava,  torpaq,  su, 
bitkilər  və  onların    məhsulları,  ət-süd    məhsulları-pestisidlərin 
ayrılması və analizi fərdi yanaşma tələb edir. 
Əsas tətbiq olunan üsullar – üzvi həlledicilər vasitəsilə ekstraksiya, 
su  buxarı  vasitəsilə  ayrılma,  kristallaşma  –  effekt  vermədikdə  nazik 
təbəqə  xromotoqrafiyası  və  qazxromotoqrafiyası  metodlarından 
istifadə olunur. 
Kəmiyyət  və  keyfiyyət  analizi  nəticəsində  ayrı-ayrı  pestisidlərin 
ilkin tərkibindən başqa, onların çevrilmə məhsulları da müəyyən edilir. 
Ekologiyanı  çirkləndirən  və  ən  çox  zəhərlənmələrə  səbəb  olan 
pestisidlər  hallogenli,  fenoltörəmələri,  karbamid  birləşmələri,  fosfat 
turşusunun müxtəlif efirləri və element üzvi birləşmələrdir. 
 
HALLOGENLĠ PESTĠSĠDLƏR 
 
Ən  çox    istifadə  olunan    xlorüzvi    birləşmələrdən  DDT  qrup 
insektisidlərini göstərmək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə