Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

 
110 
Dəniz  sularında  əsas  kimyəvi  elementlərin  arasında  çox  ciddi 
asılılıq  olub  Ditmar  (1884)  qanunu  ilə  ifadə  edilir:  açıq  sularda  duz 
tərkibinin əsas komponentləri öz aralarında sabit nisbətdə olub, mütləq 
qatılıqdan asılı deyildir. 
Dəniz və Okean sularının orta kimyəvi tərkibi aşağıdakı kimidir: 
NaCl-77,8%,  MgCl
2
–10,9%,  MgSO
4
-4,7%,  CaSO
4
-3,6%,  K
2
SO
4
-
2,5%, CaCO
3
-0,3%. 
Təxminən  99,99%  həll  olan  qeyri  üzvi  maddələrin  kütləsi 
yuxarıdakı elementlərdən və Br, F, B və Sr-dan ibarətdir. 
Həll  olmuĢ  qazlar.  Duz  tərkibindən  fərqli  olaraq  hidrosferdə  həll 
olan  qazların  miqdarı  yerlərdən  asılı  olaraq  dəyişir.  Bu  fərq  daxili 
mənbələrin, temperaturun və təzyiqin dəyişməsi ilə yaranır. 
Bəzi  qazların  19%  duzluluğu  olan  dəniz  sularında  1  atmosfer 
təzyiqdə həll olması faizlə aşağıdakı kimidir: 
 
 
0
0

10
0

20
0

30
0

Azot 
18,24 
14,81 
12,48 
11,00 
Arqon  
42,20 
33,50 
27,82 
23,90 
Metan 
43,84 
36,16 
28,99 
22,12 
Oksigen 
49,10 
38,16 
31,05 
26,30 
 
Bioloji  proseslərdə  fəal  iştirak  edən  qazlar-CO
2
,  O
2
,  CH
4
,  H
2
S  – 
tarazılıqdan  kənarda  qalırlar.  Bu  qazların  həll  olmasına,  su  qatının 
qalınlığının da böyük təsiri vardır. 
Karbon qazı dəniz və okean sularında həll olma  faizinə görə – 0,484 
mq/l  və  ya  0,25%  aşağı  olsada,  okeanosferdə  gedən  fiziki-kimyəvi  və 
bioloji proseslərə böyük təsir göstərir. Karbon qazı atmosferdə gedən hava 
burulqanları  vasitəsilə  yayılaraq  okean  və  dənizlərin  üzərində  də  rast 
gəlinir və digər qazlar kimi suda həll olur. 
CO
2
  suda  həll  olduqda  davamsız  turşu  olan  karbonat  turşusunu 
əmələ gətirir: CO
2
+H
2
O




 H
2
CO

Göründüyü  kimi  reaksiya  dönən  prosesdir.  Bu  zaman  tarazlıq 
yaransa da 1% karbonat turşusu sistemdə artıq qalır ki, o da azda olsa 
dissosiasiya  edərək  karbonat-CO
2-
3
  və  hidrokarbonat  –  HCO
-
3
 
anionlarını əmələ gətirir. 
Dissosiasiya  məhsulları  digər  komponentlərdə  qarşılıqlı  təsirdə 
olaraq dəniz və okeanların zəif qələvili bufer sistemini əmələ gətirir – 
pH=7,6-9,0. 


 
111 
Dəniz və okean sularında həll olmuş karbon qazı, çay suları ilə axıb 
gələn 
karbonatlar 
və 
silikatlarla 
qarşılıqlı  təsirdə  olaraq 
hidrokarbonatların əmələ gəlməsinə səbəb olur: 
 
CaCO
3
+CO
2
+H
2
O




Ca
2+
+2HCO
-

 
CaSiO
3
+CO
2
+H
2
O




SiO
2
+HCO
3
-
+Ca
2+
+OH

 
Hidrosferdə  karbonun  digər  birləşməsi,  metan  qazı  da  –  CH
4
  həll 
olmuş halda olur. 19% duzluluqda və 5
0
S-də metanın həll olma hasili 8

10
-5
  qram  ionlitrə  bərabərdir.  Metan,  dəniz  və  okeanlarda  olan  üzvi 
maddələrin  çürümə məhsulu  kimi  yaranır.  Dərinlik  artdıqca həll olma 
azaldığından CH
4
-nın qatılığı yuxarı səthlərdə bir qədər artıq olur. 
Metandan başqa Dəniz və Okeanlarda digər üzvi maddələrə də rast 
gəlinir.  Yaranma  mənşəinə  görə  bu  üzvi  maddələr  iki  qrupa  ayrılır: 
avtoxton  (okeanlarda  öz-özünə-əsas  etibarı  ilə  bioloji  proseslər 
nəticəsində alınan) və allaxton (yunanca allos-başqa mənasını verir ki, 
bu da həmin üzvi birləşmələrin antropogen və digər yollarla hidrosferə 
daxil olan). 
Dəniz  sularında  avtotrof  mikroorqanizmlər  qidalanma  zamanı  üzvi 
birləşmələr sintez edirlər ki, bu birləşmələr suda həll olaraq yayılırlar. 
 
 
HĠDROSFERĠ ÇĠRKLƏNDĠRƏN ƏSAS ÜZVĠ 
KOMPONENTLƏR 
 
Çayların,  göllərin  və  dəniz  sahillərinin  insanlar  tərəfindən  çirklən-
dirilməsi bütün tarixi dövrlərdə baş vermişdir. Tədqiqatlar göstərmişdir 
ki,  hidrosferin  mikrobioloji  yolla  çirklənməsi  böyük  təhlükə  yaratmır 
və  məhsullar  elə  hidrosferin  özündə  zərərsizləşdirilir.  Lakin, 
antropogen  yolla  hidrosferin  çirklənməsi  daha  təhlükəli  olduğundan, 
onun üzərində dayanmaq və təhlil etmək vacibdir. 
Su  səthinin  tədqiqi  göstərmişdir  ki,  minlərlə  üzvi  maddələr  vardır 
ki,  onların  hidrosferdə  zərərsizləşdirilməsi  mümkün  deyildir.  Bu 
birləşmələrin  çoxluğu  və  müxtəlifliyi,  onların  miqdarına  nəzarəti 
çətinləşdirir. 


 
112 
Buna  baxmayaraq  1980-ci  ildə  Amerika  Birləşmiş  Ştatlarının  ətraf 
mühitin  qorunması  agentliyi  tərəfindən  əsas  çirkləndiricilərin  «Qara 
siyahısı»  tərtib  edilmişdir.  Avropa  İttifaqı  tərəfindən  də  təsdiq  edilən 
180 belə  birləşmələr müəyyən edilmiş və onlardan bir çoxu aşağıdakı 
cədvəldə verilmişdir. 
«Qara  siyahıda»  olan  maddələrin  təhlili  göstərir  ki,  onların 
əksəriyyəti  xlor  və  brom  üzvi  birləşmələr  olub,  davamlılığına  və 
lipofilliyinə  (digər  maddələrlə  birləşərək  hüceyrələrə  daxil  olmaq 
qabiliyyəti)  görə  daha  təhlükəlidirlər.  Bunun  sayəsində    onlar  suyun 
ekosistemində toplanaraq uzun müddət dəyişməz qalırlar. 
 
S/n 
Birləşmələrin daxil olduğu 
qruplar 
Birləşmələrin adları 

Xlor üzvi pestisidlər 
Aldrin,  heksaxlorbenzol,  heptaxlor,  DDT, 
Dieldirin, 
İzodrin, 
lindan, 
xlordan, 
endosulfat, endrin 

Fosfor üzvi  
pestisidlər 
Metil  arintos,  etil  azintos,  dimeton, 
disulfaton,  dixlorofos,  kumafos, mevinfos, 
ometoat,  paration,  triazofos,  trixlorfen, 
fention, foksim 

Fenosirkə  turşusu  törəmələrinin 
pestisidləri 
2, 4, D, dixlorprop, mekapron, 2, 4, 5-T 

Triazin və sidik cövhəri əsasında 
azotlu pestisidlər 
Atrazin,  simazin,  2,  4,  6  –  trixlor-1,  3,  5-
triazin, lunuron 

Uçucu xlorüzvi birləşmələr 
Benzildenxlorid,  benzilxlorid,  vinilxlorid, 
1,2-dibrometan,  1,1  və  1,2-dixloretanlar, 
xlorbenzol, xlorpren, xloroform, o
-
, m-, p-
xlortoluol, epixlorhidrin 

Azuçucu xlor üzvi birləşmələr 
o
-
,  m
-
,  p-dixlorbenzollar,  heksaxlor  bu-
tadien,  heksoxloretan,  1,2,4,5-tetraxlor-
benzol,  1,2,4-trixlorbenzol  xlornaftalin, 
xlorsirkəturşusu 

Xlorfenollar 
2-Amino-4-xlorfenol, 
2,4-dixlorfenol, 
pentaxlorfenol, 4-xlor-3-metilfenol,  o
-
, m
-

p-xlorfenollar 

Xloranilinlər 
və 
xlornitroaromatik 
kar-
bohidrogenlər 
Dixlorvanilin,  o
-
,  m
-
,  p-xloranilinlər,  4-
xlor-2-nitroanilin, 
xlorfoluidin, 
dixlor-
nitrobenzol,  xlornitrotoluol,  o
-
,  m
-
,  p-xlor-
nitrobenzollar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə