Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   58

 
119 
və 10 min tondan  çox ağır metalların birləşmələri axıdılır. 
Azərbayan  sektoruna  isə  alkilbenzollar,  alkilfenollar,  alkilftalatlar, 
müxtəlif  karbon  turşuları,  həddindən  çox  neft  karbohidrogenləri, 
Sumqayıt  zavodlarının  tullantılantı  məhsulları-  xlor  üzvü  birləşmələr, 
fenol,  benzol,  toluol,  habelə  fosforlu  pestisidlər,  xlorlu  pestisidlər- 
DDT,  lindan,  heksaxlorbenzol,  fenolsirkə  turşusunun  törəmələri  olan 
pestisidlər  və  digər  zəhərli  birləşmələr  axıdılır  ki,  onların  miqdarı 
(mq/l-lə) hələlik dəqiq hesablanmamışdır. 
Xəzər dənizində hövzə dövlətlərindən başqa bir neçə ölkələrin neft 
şirkətləri  neft  və  qaz  emalı  ilə  məşğul  olduğundan  Xəzərin  ekoloji 
çirklənməsində  onların  da  payı  az  deyildir.  Odur  ki,  Azərbaycan 
Respublikasının  Ekoloji  və  Təbii  Sərvətlər  Nazirliyi  Xəzər  dənizinin 
çirklənməsinin qarşısını almaq üçün çox işlər görməlidir. 
 
Sual və tapşırıqlar 
 
1.Xəzər  dənizi  necə  əmələ  gəlmişdir  və  tarixi  məlumatlar  kimlər 
tərəfindən verilmişdir. 
2.Xəzər və Kaspi adları necə yaranmışdır? 
3.Xəzəryanı  ölkələr  hansılardır  və  Azərbaycan  ərazisində  Xəzər 
sahilinin uzunluğu necə km-dir? 
4.Xəzər  dənizinə  ümumiyyətlə  necə  çay  tökülür  və  onlardan  ən 
böyükləri hansılardır? 
5.Xəzər dənizinin antropogen çirklənmə məhsulları hansılardır? 
_____________________ 
 
 
 
 


 
120 
Fəsil IV.  
 
MATERĠK ÇĠRKLƏNDĠRĠCĠLƏRĠ  
VƏ ONLARIN TƏSĠR MEXANĠZMĠ 
 
Bundan  əvvəlki  fəsillərdə  Yerin  biosistemində  gedən  proseslərdə 
kimyəvi  birləşmələrin  təsiri  qeyd    edilərək,  əsas  etibarı  ilə  atmosferin 
və hidrosferin ekoloji vəziyyəti təhlil edilmişdir. 
Yer  qabığının  üçdə  birini  təşkil  edən  materik  hissəsi,  başqa  sözlə 
Litosfer  (lito-daş  deməkdir)  canlı  orqanizmlərin  əsas  kütləsinin 
mövcud  olduğu  biosfer  təbəqəsində  gedən  təbii  və  antropogen 
çirklənmələr  və  onların  aradan  qaldırılması  daha  qlobal  problemlər 
yaratmaqdadır. 
Bəşəriyyətin  durmadan  artımı  və  inkişaf  mərhələləri,  kimyəvi 
maddələrin  biogeokimyəvi  dövranına  təsir  edən  əsas  faktor  kimi  XX 
əsrin  sonu  və  XXI  əsrin  əvvəllərində  daha  qabarıq  şəkildə  özünü 
biruzə verməkdədir. 
Hesablamalar  göstərmişdir  ki,  insanların  təsərrüfat  fəaliyyətləri 
nəticəsində materiklərin biokütləsi 25% azalmışdır. 
Elmin  müasir  səviyyəsində  biokütlənin  azalmasının  antropogen 
faktorlardan  asılılığının  dəqiq  təyin  edilməsi  çətinlik  törədsə  də 
planetin  əhali  artımının  sürəti  bu  problemin  daha  da  dərinləşməsinə 
göstərəcəyi mənfi təsir artıq dərk ediləndir. 
Bu  ekoloji  problemlər  əhalinin  sıx  yerləşdiyi  Avropa  qitəsində 
yaranmaqdadır.  Məlumdur  ki,  şəhər  əhalisinin  artımı  istər-istəməz 
insanların  sağlamlığına  təsir  edən  faktorları  da  çoxaldır.  Bu  qarşısı 
alınmaz  proses  bizdən  asılı  olmayaraq  davam  edəcək  və  gələcək 
nəsillərin  həyatında  daha  da  güclənərək  sonu  bəlli  olmayan  təzadlar 
yaradacaqdır. 
Ətraf  mühitin  çirkləndiriciləri  sırasına  pestisidlər,  radionuklidlər, 
ağır metallar və digər zəhərli birləşmələr daxildir ki, bu fəsildə onların 
əmələ  gəlməsi  və  təsir  mexanizmi  təhlil  ediləcəkdir.  Bu  maddələr 
əsasən antropogen yolla yaranır və cəmiyyətin inkişaf səviyyəsi ilə düz 
mütənasiblik təşkil edir. 
 


 
121 
PESTĠSĠDLƏR HAQQINDA MƏLUMAT 
 
Pestisid – iki latın sözündən yaranmışdır; «Pestis»-yolxucu xəstəlik, 
«sido»-öldürürəm,  məhv  edirəm.  Pestisidlər  və  ya  kimyəvi  zəhərli 
maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları 
ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məhsuldarlığını artırmaq 
üçün istifadə olunur. 
Tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  hər  il  dünyada  istehsal 
olunan  dənli  bitkilərin  üçdə  biri  ziyanvericilər  və  fitopatoloji 
göbələklər vasitəsilə məhv olur. 
Bitkilərin  ziyanvericiləri  və  xəstəlik  törədənləri  əsasən  həşəratlar, 
gənələr, yumuşaq bədənlilər, nemotodlar (həlqəli qurdlar), fitopotogen 
göbələklər, bakteriyalar, viruslar və bitki  mənşəli orqanizmlərdir. 
Kənd təsərrüfatının əsas ziyanvericilərindən biri də gəmiricilərdir. 
İnsanlar  üçün  təhlükəli  xəstəliklər  və  epidemiyalar  yayan 
ziyanverici həşəratlar və gənələrdir. Onlar malyariya, isitmə, ensefalit, 
vəba,  taun  kimi  qorxulu  xəstəliklərin  yaranması  və  yayılmasında  əsas 
rol oynayırlar. 
XX əsrdə bu xəstəliklərin qarşısı demək olar ki, alınmışdır. Bir sıra 
dərman  preparatları  vasitəsilə  peyvəndlər  aparılır,  eyni  zamanda  kəşf 
olunan  zəhərli  kimyəvi  maddələrin  köməyilə  epidemik  xəstəlikləri 
yayan zərərvericilər məhv edilir. 
Pestisidlər istifadə məqsədinə görə aşağıdakı qruplara bölünür: 
a) insektisidlər – həşaratları məhv edənlər; 
b) akavitsidlər – gənələri məhv edənlər; 
c) nematotsidlər – qurdları məhv edənlər; 
d) fungisidlər – bitki xəstəliklərini məhv edənlər; 
q) bakteriosidlər – bakteriyaları məhv edənlər; 
j) virisidlər – virusları məhv edənlər; 
z) herbisidlər – alaq otlarını məhv edənlər; 
i) zoosidlər – gəmiriciləri  məhv edənlər. 
Bitkilərin inkişafını sürətləndirən və ya ləngidən kimyəvi maddələr 
də  pestisidlərə    aid    edilir.  Bir  sıra  pestisidlər  –  defoliantlar  və  
desikantlar pambığın maşınla yığılması zamanı tətbiq edilir. 
Xalq təsərrüfatında herbisidlər, insektisidlər və fungisidlər daha çox 
istifadə  edilir.  Bu  maddələrə  tələbat  ildən-ilə  artdığından,  yeni-yeni 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə