Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

 
116 
eni  320  km  olub,  sahil  xəttinin  uzunluğu  isə  6,5  min  km-dir.  Onun  800 
km-i  Azərbaycan  Respublikasının  sərhəddindədir.  Xəzər  dünya  okeanı 
səviyyəsindən  28,3  m  alçaqdadır.  Xəzərə  irili-xırdalı  130-dan  çox  çay 
tökülür və onlardan ən böyüyü Volqa, Emba, Ural, Terek, Sulak, Samur, 
Kür, İran ərazisində isə Səfidrud və Gürkan çaylarıdır. 
Xəzərin  üst  Miosen  adlanan  geoloji  kəsiyinə  qədər  Qara  dənizlə 
əlaqəsi olmuş, üst Pliosendə isə yenidən birləşmişdir. 
Geoloji tədqiqatlara görə Kembridən əvvəlki dövrün axırı- Paleozeyin 
əvvəlində  indiki  Avrasiya  materikinin  ərazisində  Tetis  okeanı  əmələ 
gəlmişdir. Tetis adı XIX əsrdə E.Zuss tərəfindən verilmiş və qədim yunan 
dəniz ilahəsi Fetidanın (Thetis) adından götürülmüşdür. 
Qeyd  etmək  lazımdır  ki,  Avrasiya  materiki  adını  da  1883-cü  ildə 
E.Zuss vermişdir və hazırda da işlədilir. 
Tetis  okeanı  Atlantik  okeanı  ilə  Sakit  okeanı  birləşdirmişdir.  Güman  
edilir  ki,  Xəzər  dənizi  ilə    yanaşı  Qara  dəniz  və  Aralıq  dənizi  də  Tetis 
okeanının qalıqlarıdır.       
Xəzər  qapalı  su  hövzəsi  olmasına  baxmayaraq  su  kütləsi  əsasən 
dənizin  qərb  sahili  boyunca  şimaldan  cənuba  doğru,  Abşeron 
yarımadasına qədər axın təşkil edərək, bu  ərazidə cənubdan şimala doğru 
hərəkət edən digər su axınına qarışır. Xəzərin şimal hissəsində davamsız 
külək axınları yaranır. Bunlar bəzən güclənərək sürəti 100 m/san-yə çatır. 
Odur  ki,  Abşeron  astanasında  hündürlüyü  11  metrə  çatan  dalğalar 
müşahidə edilmişdir. 
Xəzərin suyu  okean sularına nisbətən duzlu olub,  orta duzluluq 12,7- 
12,8%-ə bərabərdir. 
Xəzər  dənizinin  səviyyəsi  tarix  boyu  əsrlik,  çoxillik  və qısa  müddətli 
tərəddüdlərə məruz qalmışdır. 
Xəzər dənizində 500-dən çox bitki növü və 850-dən çox heyvan növü 
vardır. 
Xəzərin  öyrənilmə  tarixi.  Xəzər  dənizi  haqqında  ilk  tarixi 
məlumatı qədim yunan coğrafiyaşünası və tarixçisi bizim eradan əvvəl 
6-5  əsrlərdə  Miletli  Hekatey  vermiş  və  onu  Hirkan  dənizi 
adlandırmışdır. 
Xəzər dənizi haqqında daha ətraflı məlumatı Yunan coğrafiyaşünası 
Strabon (e.ə 1 əsr) vermişdir. 
Yunan  alimi  Plini  göstərir  ki,  Kür  çayı  sahillərində  «kaspi» 
tayfaları yaşayış və onlar dənizə Kaspi adı vermişlər. 
Xəzər  dənizinin  işlədilən  digər  adı  isə  7-10  əsrlərdə  Şimali 


 
117 
Qafqazda və Aşağı Volqaboyunda  yaranmış erkən feodal dövləti olan 
Türk dilli Xəzər xaqanlığının adı ilə bağlıdır. 
Xəzər dənizinin faydalı qazıntıları neft və təbii qazdır. Dənizdən 4-
5 metr aşağı səviyyədə yerləşən Qaraboğazqol körfəzində isə qiymətli 
kimyəvi xammal, o cümlədən mirabilit yataqları vardır. 
Yuxarıda  göstərildiyi  kimi  Xəzər  dənizi  5  dövlətin  ərazisində 
yerləşdiyinə  görə  onun  ekologiyasına  nəzarət  etmək  çətindir.  Qapalı 
dəniz  olduğundan  çirklənmə  surətlə  gedir  və  dənizdə  aparılan  faydalı 
qazıntı  yataqlarının  istismarı  dənizdə  yaşayan  qiymətli  balıqların 
(uzunburun  nərə,  bölgə,  Xəzər  qızılbalığı,  xəşəm)  inkişafına  mənfi 
təsir göstərir. 
Azərbaycanda  çıxarılan  neftin  dörddə  üç  hissəsi  Xəzər  dənizində 
çıxarılır.  1980-ci  ilə  qədər  neftin  çıxarılma  dərinliyi  30-40  m  olmuş, 
hazırda bu rəqəm 1000 metrə çatmaqdadır. 
Xəzər dənizi neft və qaz ehtiyatlarına görə dünyada ilkin yerlərdən 
birinə  sahibdir.  Təkcə  Azərbaycan  sektorunda  karbohidrogen  ehtiyatı 
10  milyard  tondan  çoxdur.  Aşağıdakı  cədvəldə  Xəzərin  Azərbaycan 
sektorunda neft və qaz yataqları haqqında bəzi məlumatlar verilmişdir. 
 
Yataqların adı 
Neft ehtiyatı, 
milyon ton 
Qaz 
ehtiyatı, 
milyard m
3
 
Dənizin 
dərinliyi, m 
Sahildən 
uzaqlıq, km 
Zəfər-Məşəli 
400-650 
 
600-950 
90 
Çıraq-Azəri 
500-600 
100 
300-400 
130-135 
Alov 
300-800 
 
300-800 
120 
Günəşli 
400-500 
 
40-24 
190 
Lerik 
200-800 
50 
100-850000 
30 
Əşrəfi 
100-150 
400 
50-880 
10 
Naxçıvan 
100-150 
 
9-750 
100 
Talış-Dəniz 
80-100 
40-50 
50-100 
50 
Abşeron 
100-150 
400 
400-600 
100 
Dan ulduzu 
160-200 
50 
75-200 
65-70 
Qarabağ  
70-90 
10-12 
120-150 
120 
Şah-Dəniz 
70-90 
700 
50-550 
40-45 
Kəpəz 
80-100 
 
80-120 
180 
Oğuz 
40-50 
25-30 
15-320 
90 
Yalama 
50 
 
40-70 
35-45 
 
 


 
118 
Xəzər  dənizində  neft  və  qaz  çıxarılan  zaman  texnoloji  proseslərə 
nəzarət  edilmədikdə,  bu  su  hövzəsinin  yüksək  dərəcədə  çirklənməsi 
labüd bir hadisəyə çevrilmişdir. 
Belə  ki,  dənizin  əhatə  etdiyi  5  dövlətlərin  hamısı  neft  və  qaz 
çıxarırlar.  Onlar  biri-birindən  asılı  olmayaraq  dəniz  sularını  müxtəlif 
dərəcədə çirkləndirirlər. Təkcə Azərbaycan sektorunda irili-xırdalı 15-
ə  qədər  neft-qaz  yataqları  istismar  edilir  və  1100-ə  qədər  buruqlar 
qazılmışdır. Həmin buruqların əksəriyyəti sahildən 100-150 km aralıda 
olduğundan,  buruqlar  qazılarkən  istifadə  olunan  gilli  məhlullar  və 
şlamlar,  eləcə  də  quru  hissədən  çıxarılan  müxtəlif  tərkibli  qazma 
suxurları  dənizə  axıdılır.  Bu  isə  öz  növbəsində  dəniz  dibinin  kəskin 
dərəcədə çirklənməsinə səbəb olur. 
Təqribi  hesablamalar  göstərir  ki,  hər  bir  quyu  qazılarkən  sutkada 
texniki  gil  istifadəsi,  suxurların  təbiətindən  asılı  olaraq  40-120  m
3
-ə 
qədər  olur.  Əgər  bütün  dövlətlər  tərəfində  50-60  min  quyu  istismara 
verilməsi  qəbul  edilərsə,  gil  məhsullarının  miqdarını  hesabladıqda 
rəqəmin böyüklüyü təsəvvür ediləcək dərəcədə qorxunc olur. Buruqlar 
qazılarkən  dənizə  axıdılan  yeraltı  sularda  çoxlu  miqdarda  hidrogen 
sulfid  olduğundan  həmin  ərazidə  canlı  orqanizmlərin  məhv  olması 
qarşısı alınmaz prosesə çevrilmişdir. 
Xəzərdən neft çıxarılarkən normal halda hər bir qazma qurğusundan 
dənizə  50-100  ton  neft  axıdılır.  Digər  tərəfdən  neft,  istismar 
quyularından  terminallara  daşınarkən  qəzalar  baş  verir  ki,  bunun  da 
nəticəsində 1000 tonlarla neft dənizə tökülmüşdür. 
Qeyd  edildiyi  kimi,  Xəzər  dənizlərində  500-dən  çox  bitki  növü 
vardır  ki,  onlar    fotosintez  prosesi  nəticəsində  (150  metr  dərinliyə 
qədər) dəniz sularını təmizləmiş olur. 
Xəzər  dənizi  neftlə  çirkləndikdə  günəş  şüalarının  qarşısı 
alındığından fotosintez prosesi getmir və dənizin biosferi korlanır. 
Azərbaycan Respublikası ərazisindən Xəzər dənizinə tökülən çaylar 
çoxlu  miqdarda  zərərli  maddələrlə  zəngindir.  Belə  ki,  Kür-Araz 
ovalığı,  həmçinin  digər  əkin  sahələri  pestisid  və  defolyantlarda 
çirkləndiyindən, yer üstü sular və kiçik çaylar vasitəsi ilə Kür və Araz 
çaylarına, oradan da Xəzər dənizinə axıdılır. 
Təkcə  Volqa  çayından  hər  il  Xəzər  dənizinə  150  min  ton  neft,  1,5 
ton fenol, 3 tondan çox səthi aktiv maddələr, 3 tona yaxın  pestisidlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə