Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

 
95 
dən 100 mkm qədər ola bilir. Bu cür aerozollar ekoloji çirkləndiricilər 
olub havaya təbii və antropogen yolla daxil olur. 
Təbii  yolla  bərk,  maye  və  qaz  hissəcikləri  vulkan  püskürmələri 
vasitəsilə atmosferin yuxarı qatlarına qədər yayıla bilir. Digər tərəfdən, 
atmosferə daxil olan meteoritlərin yanması, dağ suxurlarının aşınması, 
torpaqların erroziyası, meşə yanğınları, tornadalar, sunamilər, dəniz və 
okean fırtınaları müxtəlif tərkibli maye və bərk hissəciklərin atmosferə 
yayılmasına şərait yaradırlar. 
Antropogen  yolla  atmosferi  çirkləndirən  vasitələr  aşağıdakılardır: 
daş  kömür  və  digər  faydalı  qazıntıların  çıxarılması  və  emalı,  istilik 
elektrik  stansiyalarının  yanma  məhsulları,  avtomobillər,  metalların 
əridilməsi  və  emalı,  sement,  kərpic,  asbest  istehsalı,  gübrələrin  və 
pestisidlərin  istehsalı  və  tətbiqi,  zibillərin  və  digər  tullantıların  yandı-
rılması, atom nüvə partlayışları və s. 
Yuxarıda  göstərilən  təbii və  antropogen  proseslərindən müxtəlif 
tərkibdə  bərk  hissəciklər  əmələ  gəlir.  Məsələn,  kömür  yandıqda  zol 
halında CaSiO
3
, qurum (C), metal oksidləri – CaO, FeO, Fe
2
O
3
 əmələ 
gəlir. 
Bir çox aerozol hissəciklər atmosferə yayılmış qaz molekullarından 
əmələ  gəlir.  Məsələn,  SO
2
  və  karbohidrogenlər  su  molekullarını 
kondensasiya  edərək  fotokimyəvi  və  katalitik  reaksiyalar  vasitəsilə 
aralıq  və  son  məhsullar  əmələ  gətirirlər.  SO
2
-dən  sulfat  turşusunun 
əmələ  gəlməsi  üçün  atmosferin  müxtəlif  qatlarında  yayılmış  metallar 
katalizator rolunu oynayırlar. 
Atmosfer  havası  müxtəlif  karbohidrogenlər  vasitəsilə  ekoloji 
çirklənir  ki,  bunlardan  ən  qorxulusu  doymamış  karbohidrogenlərin 
nümayəndəki  terpenlərdir.  İynə  yarpaqlı  ağaclar  olan  meşələrin 
üzərində (yay aylarında) mavi dumanın əmələ gəlməsi həmin ağacların 
ifraz etdiyi terpenlərin fotokimyəvi oksidləşməsinin nəticəsidir.  
Aerozol  hissəciklərin  miqdarı  zonalardan  və  yaşayış  sahələrindən 
asılı  olaraq  dəyişir.  Troposferin  aşağı  qatlarında,  təxminən  2  km 
yüksəkliyə  qədər,  kənd  yerlərində  aerozol  hissəciklərin  qatılığı  10
4
 
hissəcik/1sm
3
 hava olduğu halda, iri şəhərlərdə bu rəqəm 

10
6
his/1sm
3
 
olur.  Təmis  hesab  edilən  havada  (kurort  zonalarında  və  dağ 
kəndlərində)  toz  hissəciklərin  qatılığı  400-500  his/sm
3
  olaraq  qəbul 
edilmişdir. 


 
96 
Atmosferə  daxil  olmuş  aerozol  hissəcikləri  sərbəst  yaşamır  və  bir 
sıra  dəyişikliyə  uğrayaraq  ekoloji  təhlükə  yaradırlar.  Onlar  su 
molekullarını  fiziki  və  kimyəvi  yolla  özlərinə  birləşdirərək  daha  iri 
hissəciklərə  çevrilir  və  Braun  hərəkəti  mexanizmi    ilə  hərəkət  edərək 
kauqlyantlar əmələ gətirirlər. 
Aerozolların  xarakter  xüsusiyyətlərindən  biri  dispers  fazada 
sedimentasiya  (ağırlıq  qüvvəsinin  təsiri  ilə  çökmə)  hadisəsidir. 
Sedimentasiya,  hissəciklərin  ölçüsündən  asılı  olaraq  müxtəlif 
stadiyalarda  baş  verir.  Çökmə  sürəti,  eyni  zamanda  hissəciklərin 
atmosferdə  qalma  müddətindən  və  kauqlyantların  tərkibindən  də 
asılıdır. 
Yağış  və  qar  yağıntıları  aerozolların 20%-ə  qədərini  çökdürə  bilir. 
Daha  kiçik  hissəciklər  və  suda  həll  olmayan  qazlar  və  mayelər 
atmosferin  aşağı  qatlarında  10-15  gün  qala  bilir.  Bu  müddət,  həmin 
hissəciklərin  hava  axını  vasitəsilə  yarımkürələri  dolanması  üçün  bəs 
edir. Lakin şimal yarımkürəsindən cənub yarımkürəsinə yayılmaq üçün 
20 gün müddət azlıq edir. Çünki, Ekvatorda təzyiqin aşağı düşməsi bu 
cür keçidlərə maneçilik törədir. Əgər hissəciklər troposferin üst qatına 
çatırsa,  onlar  troposfer  ilə  stratosfer  arasındakı  üfüqi  vəziyətdə  hava 
axınlarının köməyi ilə stratosferə çata bilirlər. 
Vulkan  püskürmələri  nəticəsində  müxtəlif  növ  hissəciklər  toz 
dumanı  şəklində  20  km-dən  hündürlüyə  qalxa  bilirlər.  Stratosferdə 
aerozol hissəcikləri tərkibindən asılı olaraq 1-3 il qala bilirlər. 
Hissəciklərin  atmosferdə  qalma  müddəti  və  uyğun  olaraq  yer 
səthində  yayılması,  təkcə  hissəciklərin  ölçüsündən  asılı  olmayıb, 
atmosferdə gedən burulganlardan və  hissəciklərin ilk zamanda qalxma 
hündürlüyündən də asılıdır. 
İri  hissəciklər  bir  neçə  gün  ərzində  yer  səthinə  çökə  bilir,  lakin 
atmosferdə  gedən  fiziki  proseslərin  təsirilə  min  km-lərlə  yol  gət  edə 
bilir.  Məsələn,  Saxara  səhrasının  tozlarına  ABŞ-da,  Mərkəzi  və  Latın 
Amerikasında  rast  gəlmək  olur.  12  mkm  ölçüdə  olan  tozların  sıxlığı 
2,5  q/sm
3
  olub,  hər  il  Saxara  səhrasından  100-400  Mt  miqdarında 
atmosferə  qalxır.  Həmin  hissəciklərin  2/3  hissəsi  toz  halında  və  ya 
yağış vasitəsilə yer səthinə çökə bilir. 
1960-cı  illərdə  istifadəyə  verilmiş  Gəncə  alüminium  zavodunun 
tullantıları ekoloji cəhətdən çox təhlükəli olub, şəhərin əsasən şərq və 


 
97 
şimal  ərazilərinin  üzərində  toz  dumanı  şəklində  həftələrlə  yayılırdı. 
Alunitin  yandırılması  zamanı  əmələ  gələn  zəhərli  SO
2
  qazı  ilə  yanaşı 
Na
2
O, K
2
O, Al
2
O
3
 hissəcikləri də atmosferə yayılırdı. 
Odur  ki,  zavoda  yaxın  ərazilərdə  sutka  ərzində  bir  neçə  mm 
qalınlığında toz qatı toplanaraq bitki örtüyünü məhv etmişdir. 
Sumqayıt  şəhəri  isə  nəinki  SSRİ  miqyasında,  hətta  dünyada  «ölü 
şəhər»  kimi  ad  çıxarmışdır.  Burada  istehsal  olunan  xlor  üzvi 
birləşmələr,  pestisidlər,  plasmas  məhsulları  ilə  yanaşı,  superfosfat 
zavodunun  tullantıları  atmosferə  yayılaraq  şəhərin  ekologiyasını 
korlamaqla  yanaşı,  Xəzər  dənizinin  üzərindən  dənizə  çökərək  orada 
yaşayan  canlıların  məhv  olmasına  səbəb  olurdu.  Bakının 
yaxınlığındakı Qaradağ sement zavodunun səması həmişə toz dumanı 
şəklində  görünərək  ətrafa  yayılırdı.  Hətta  zavodun  toz  hissəciklərinə 
İran İslam Respublikasının ərazisində də rast gəlmək olardı.  
Gəncə zonasında atmosfer aerozolları havada aşağıdakı reaksiyalar 
vasitəsilə  müxtəlif  kimyəvi  birləşmələrdən  ibarət  dispers  sistemlər 
əmələ gətirir: 
 
Na
2
O+ SO



Na
2
SO

 
K
2
O+ SO
2
 


K
2
SO

 
SO
2
+ H
2



H
2
SO

 
SO
2
+O+ H
2



H
2
SO

 
Əgər  havada  az  miqdarda  amonyak  vardırsa,  o  zaman  aşağıdakı 
reaksiya  üzrə  duz  hissəciklər  atmosferdə  yaranaraq,  atmosfer  suları 
vasitəsilə həll edilərək yer səthinə çökür: 
 
2NH
3
+ H
2
SO
4
 


(NH
4
)
2
SO

 
Odur  ki,  sənaye  şəhərinin  atmosferində  yuxarıda    alınan  duzlar 
aerozolların əsas komponentləri hesab edilir. 
Xəzər  dənizinin  sahillərində  (əsasən  yay  aylarında)  subuxarları  ilə 
birlikdə  NaCl  molekulları  da  atmosferə  yayılır.  1m
3
  atmosferdə  bir 
neçə milliqram NaCl olduqda Na
2
SO
4
-la yanaşı xlorid turşusuda alına 
bilər: 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə