Elman Mövsümov Laləzar Quliyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/58
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36440
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   58

 
86 
miqdarı normadan çox aşağı düşmüşdür. 
1987-ci  ildə  Antarktidaya  150  amerikalı  alimlər  ekspedisiya  təşkil 
edərək  tədqiqat  aparmış  və  ozon  təbəqəsinin  nazikləşməsi  və  ozonun 
50% 
azalma 
səbəbi 
olaraq 
xlorlu 
birləşmələrin 
təsirini 
müəyyənləşdirdilər. 
1987-ci  il  16  sentyabrda  Monreal  müqaviləsi  qüvvəyə  mindi.  100-
dən  çox  dövlətin  imzaladığı  bu  müqaviləyə  əsasən  ozonu  dağıdan 
maddələrin (ODM) istehsalı mərhələlər üzrə azaldılmalı və 2000-ci ilə 
qədər 70%-ə çatdırılmalıdır. 1997-ci ildə bu müqavilə 163 dövlət, eyni 
zamanda  Azərbaycan  Respublikası  tərəfindən  yenidən  imzalanmış  və 
16 sentyabr Birləşmiş Millətlər Təşkilatı tərəfindən «Ozon təbəqəsinin 
mühafizəsi günü» kimi elan edilmişdir. 
İmzalanmış  sənədlərdə  göstərilir  ki,  «planetimizin  stratosferində 
ozon  təbəqəsi  getdikcə  azalır  və  bunun  səbəbi  atmosferi  çirkləndirən 
xlorflüorkarbonlardır  ki,  tərkibində  ozonu  parçalayan  xlor  və  brom 
atomları  vardır.  Həmçinin,  inkişaf  etmiş  və  inkişafetməkdə  olan 
ölkələr bu maddələrin istehsalını  dayandırmalı və  onları  əvəz  edən  
maddələrdən istifadə edilməlidir». 
Hər  il  planetimiz  0,5%  ozon  təbəqəsini  itirir.  Axırıncı  10-15  il 
ərzində ozonun miqdarı 7% azalmışdır. Əvvəllər Antarktidada ozonun 
azalması  sentyabr  ayına  təsadüf    edirdisə,  hazırda  qış  aylarında  10%, 
yayda isə 5% ozon azalır. 
1997-ci  ilin  birinci  yarısında  «ozon  deşiyi»  çoxalaraq,  bütün 
Arktika  daxil  olmaqla  şimali  Avropa,  Kanada,  Qrellandiya,  Baltik 
dənizi,  Sibir  zonası  Baykala  qədər  olmaqla  30  mln  km
2
  sahəsində 
böyük bir ərazini əhatə etmişdir. 
Alınmış  məlumatlar  ozon  təbəqəsinin  getdikcə  azalmasını  təsdiq 
edərək,  atmosferin  çirklənməsinin  ekoloji  təhlükə  olduğunu  bir  daha 
bəşəriyyət qarşısında irəli sürür. 
 
OZONUN ƏMƏLƏ GƏLMƏ VƏ DAĞILMA  
MEXANĠZMĠ 
 
«Ozon  dəliyinin»  coğrafiyası  və  ozon  probleminin  aktuallığı  bəlli 
olduqdan  sonra,  bunu  törədən  səbəblərin  fiziki-kimyəvi  təhlili  vacib 
məsələlərdən biridir. Ozon – O
3
 – oksigenin allotropik şəkildəyişməsi 


 
87 
olub  molekulu  üç  atom  oksigendən  təşkil  olunmuşdur  ki,  atomlar 
arasındakı  bucaq  116,5
0
,  aralarındakı  məsafə  0,1278  nm-dir.  Ozonda 
oksigen atomunun birinin oksidləşmə dərəcəsi +4-dür, qalan ikisininki 
isə –2-dir. Ozon qaz halında göy, bərk halda qara, maye halda isə tünd 
göy rəngdədir. Ozon xoş iyli, zəhərli və partlayıcı maddədir. 
Havada 10
-5
% ozon olduqda həyat üçün təhlükə sayılır. 0
0
C-də 100 
həcm  suda  49  həcm  ozon  həll  olur.  Oksigen  üçün  bu  rəqəm  5-ə 
bərabərdir. 
Təbiətdə  ozon  10-30  km  atmosfer  qatında  Günəşdən  qələn 
ultrabənövşəyi şüaların təsirindən alınır: 
 
O
2
+ hy


O
0
+ O

 
O
2
+  O



O
3
  reaksiya  zəncirvari  olub  gündüzlər  həyata 
keçirilir. 
Atmosferin aşağı qatlarında isə aşağıdakı sxem üzrə alınır:  
 
NO
2
 


NO + O; O
2
+ O


O

 
Sənayedə  ozonu  ozonatorlarda,  elektrik  boşalmalarının  köməyilə 
oksigendən  alırlar.  Bu  üsulla  alınan  ozon  reaksiyaya  daxil  olmayan 
oksigenlə  qarışıq  halda  olur  ki,  qarışığı  fraksiyalı  distillə  etməklə 
ozonu  ayırırlar.  Ozon  stratosferdə  Günəşdən  gələn  200-300  Å  dalğa 
uzunluğu  olan  ultrabənövşəyi  şüaları  udaraq,  canlıların  həyat 
təhlükəsini aradan qaldırır. 
Hesablamalar göstərmişdir ki, Yer atmosferində ozon olmasa onun 
temperaturu  7
0
C  aşağı  düşərdi.  Buradan  belə  nəticə  çıxır  ki,  Yer 
kürəsində həyatın nizamlanması prosesi bizdər asılı olmayaraq davam 
edir.  Bir  tərəfdən  CO
2
  artması  hesabına  planetin  temperaturu  artır, 
digər tərəfdən ozonun azalması hesabına temperatur aşağı düşür. 
Ozon,  həmçinin  havada  şimşək  çaxdıqda  və  hətta  iynəyarpaqlı 
ağacların qətranlarının oksidləşməsi zamanı da əmələ gəlir. 
Ozon  miqdarının  ölçülməsi  üsulları.  Alimlər  stratosferdə  ozonun 
artıb  azalmasını  neçə  müəyyən  edirlər?  Ozonun  ġönbeyn  tərəfindən 
kəşf olunmasından (1840) sonra onun atmosferdə təyin olunması üsulu 
işlənib  hazırlandı.  XX  əsrin  ikinci  yarsından  sonra  ozonometrik 
stansiyalar  quraşdırıldı  və  onların  sayı  artırılaraq,  əsas  hissəsi  şimal 


 
88 
qütbundə quraşdırıldı. 
Tədqiqatın  ilk  illərində  Ozonun  miqdarı  Dobson  tərəfindən  kəşf 
edilmiş  spektrofotometr  vasitəsilə    hesablanırdı.  Bu  üsul  Günəşdən 
gələn  ultrabənövşəyi  şüaların  ölçülməsinə  əsaslanırdı.  Belə  ki,  Ozon 
Günəşdən  gələn  ultrabənövşəyi  şüaları  udduğundan,  onun  miqdarının 
azalmasına  görə  Ozonun  miqdarını  hesablamaq  olar.  Bu  cihazın 
dəqiqliyi  1-3%  təşkil  edir.  Bu  spektrofotometrin  köməyi  ilə  ingilis 
tədqiqat qrupu, Con Farmanın rəhbərliyi ilə 1980-ci ildə Antarktidada 
Ozon qatının azalmasını müşahidə etmişdir. 
Ozonun  vertikal  istiqamdə  ölçülməsi,  20-35  km  hündürlüyə 
göndərilən  aerostatlara  quraşdırılmış  ozonozondlar  tərəfindən  həyata 
keçirilir. 
Ozonun  daha  geniş  miqyasda  öyrənilməsi  süni  peyklər  vasitəsilə 
həyata  keçirilir.  Amerikanın  NASA  proqramı  çərçivəsində  buraxılmış 
«Nimbus-7» süni peyki vasitəsilə alınmış rəngli şəkillər əsasında hələ 
1983-cü  ildə  Antarktida  üzərində  «Ozon  dəliklərinin»  varlığı  aşkar 
edilmişdir. 
Bu  kimi  tədqiqatlar  vasitəsilə  ozonun  əmələ  gəlməsi,  dağılması, 
eləcə  də  fəsillərdən  və  zonalardan  asılı  olaraq  ozonun  miqdarının 
dəyişməsi  öyrənilir.  Aşağıdakı  cədvəldə  atmosferin  yerə  yaxın 
təbəqəsində ozonun miqdarı göstərilmişdir: 
 
Müşahidə olunan ərazilər 
Ozonun orta miqdarı – mkq/m
3
 
Gün ərzində 
Saatda 
İsveç-Bredkalen 

45-105 
İsveçrə-Aroza 

20-100 
Fransa-Ver-Le-Peti 

4-320 
Çexiya-Koşetise 
88 
30-135 
Estoniya-Saarema 

30-150 
Rusiya-Mərkəzi Qaratorpaq zona 
52 
30-132 
 
Ozonun  fəsillər  üzrə  artıb-azalması  ən  çox  Şimal  yarım  kürəsində 
müşahidə  edilmişdir.  Artımın  miqdarı  qanunauyğun  olmayıb 
Avropanın  və  Şimali  Amerikanın  əhali  sıx  olan  rayonlarında  daha 
çoxdur: 
Alyaska-1,04  dəfə,  Havay  adaları  –  0,75  dəfə,  Almaniya  (dəniz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə