Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə8/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   4   5   6   7   8   9   10   11   ...   281

Elm haqqında elm 

 

 



 

24

Deməli, elmi-texniki tərəqqi bütövlükdə bəşər sivilizasiyası (məkan 



və zamanca lokal tarixi-coğrafi sivilizasiyalardan fərqli olaraq) miqyasında 

həyata keçən bir hadisədir. Onun nisbi müstəqil bir hadisə kimi meydana 

gəlməsini öz miqyasına və  əhəmiyyətinə görə, məsələn, elmin bir sosial 

sistem kimi formalaşması ilə müqayisə etmək olar. Elmi inqilablar isə, mə-

lum olduğu kimi, elmin daxili inkişafında və ya hətta onun en kəsiklərin-

dən birində baş verən keyfiyyət dəyişiklikləri kimi başa düşülür. Buna mü-

vafiq olaraq, elmi-texniki inqilab da nisbətən məhdud miqyasda, elmi-

texniki fəaliyyətin öz hüdudları daxilində baş verən keyfiyyət dəyişilməsi-

dir. Belə başa düşüldükdə elmi-texniki inqilablar prinsipcə çox ola bilər. 

Müasir dövrdə belə dəyişilmələrin həqiqətən olub-olmaması proble-

mi xüsusi bir problemdir; bizim qarşımızda duran əsas vəzifə elmi-texniki 

tərəqqinin öz hüdudlarını müəyyənləşdirmək, onun mənşəyini, mahiyyət 

və  məzmununu işıqlandırmaq olduğundan, biz bu xüsusi problemə geniş 

yer verməmişik. Lakin elmi-texniki inqilabın mahiyyətini məhz hansı hü-

dud daxilində axtarmaq lazım gəldiyi müəyyənləşdirilmişdir. Nisbi müstə-

qil elm və texnika sistemləri daxilində, habelə  məhsuldar qüvvələr siste-

mində baş verən keyfiyyət dəyişilmələrinin elmi-texniki inqilab kimi qiy-

mətləndirilməsinin qüsurluluğu aşkar edilmiş, elmi-texniki inqilabın məğ-

zini elmi-texniki biliklər sistemi (daha doğrusu, elmi-texniki fəaliyyətin 

koqnitiv en kəsiyi) arasındakı münasibətdə axtarmaq lazım olduğu əsaslan-

dırılmışdır. Böhran o zaman əmələ gəlir ki, sosial təşkilati strukturla koq-

nitiv və texnoloji en kəsikləri arasında ziddiyyət yaranır. Sosial strukturda 

bu ziddiyyətlərin həll edilməsinə yönəldilmiş tədbirlər həyata keçirildikdə 

həmin sahədə  sıçrayışlı inkişaf müşahidə olunur; elmi-texniki fəaliyyətin 

inkişafı bu inkişafa əngəl törədən təşkilati-sosial xarakterli maneçiliklərdən 

azad edilir. 

Ona görə  də, kitabda irəli sürülən praktik əhəmiyyətli  ən mühüm 

ideyalardan biri bütövlükdə Elm-Texnika-İstehsalat zəncirində  təşkilati 

strukturun bu hadisənin obyektiv məzmununa, inkişaf meyllərinə adekvat 

olması və ya heç olmazsa əsasən uyğun gəlməsi tələbinin əsaslandırılması-

dır. 

Bu istiqamətdəki tədqiqatdan hasil olan başlıca qənaət bundan iba-



rətdir ki, elm sisteminin həm koordinativ, həm də subordinativ təşkilinə və 

idarə olunmasına xidmət edən vahid operativ struktur – Elmlər Akademi-

yası (habelə ali məktəb və sahə institutları) mövcud olduğu kimi, elmi-tex-



Giriş 

 

 

 

25



niki fəaliyyətin də operativ surətdə idarə olunması üçün belə bir mərkəzi 

struktura – Elmi-Texniki Mərkəzə ehtiyac vardır. Yalnız bu cür mərkəzləş-

mə halında sahə elmlərinin pərakəndəliyi ucbatından həyata keçirilə bilmə-

yən mühüm bir tədbir həyata keçirilə bilər. Bu tədbirin mexanizmi belədir: 

1) Elmi-texniki fəaliyyət özü elmin və istehsalatın daxili bölgüsünə uyğun 

olaraq getdikcə diferensiallaşdırılır – elmi-texniki institutlar yaradılır; 2) 

Hər bir elmi-texniki institut həmin sahədə dünya elminin bütün nailiyyətlə-

rindən hazır şəkildə istifadə edə bilmək üçün müvafiq İnformasiya mərkə-

zi ilə  təchiz olunur, başqa sözlə, elmi-texniki instituta elmdən yalnız bir 

komponent – elmi informasiya daxil olur; 3) Yüksək kompetensiyalı elmi-

texniki ekspertin rəyi sosial-iqtisadi ekspertlə razılaşdırıldıqdan sonra bir-

başa hüquqi qüvvə kəsb edir – qərarı inzibati orqanlar yox, operativ orqan 

verir; 4) Elmi-texniki fəaliyyət sahəsində çalışan xüsusi səciyyəli kadrların 

hazırlanması məqsədilə təhsil sistemində müəyyən yeniliklər edilir: xüsusi 

ali məktəblər açılır və s.  

Elm və təhsilin əlaqəsinə həsr olunmuş fəsildə Elmlər Akademiyası-

nın kadr potensialından təhsil sistemində istifadə edilməsi və  əksinə, ali 

məktəblərin elmi potensialının elmi-texniki tərəqqiyə yönəldilməsi sahə-

sində konkret təkliflər irəli sürülür. 

Elmin təhsillə, mədəniyyətlə, istehsalatla, ictimai-siyasi həyatla əla-

qələrinin öyrənilməsi ancaq ona bir sosial sistem kimi baxdıqda mümkün 

olur.  


Müasir dövrdə elmin sosial strukturunun optimal təşkili ilə əlaqədar 

problemlər çoxdur. Elmin özünü kompleks surətdə tədqiq etmədən, elmşü-

naslığın nailiyyətlərinə istinad olunmadan bu problemləri uğurla həll et-

mək mümkün deyildir. Bundan başqa, elmin koqnitiv və sosial rakurslarını 

düzgün əlaqələndirə bilmək üçün regionun milli təfəkkür tərzinin spesifi-

kası və tarixi ənənələri nəzərə alınmalıdır. Bu baxımdan, respublikamızın 

sosial, iqtisadi və milli-mədəni xüsusiyyətlərini  əks etdirən regional elm-

şünaslığın xüsusi bir tədqiqat sahəsi kimi inkişaf etdirilməsinə  və onun 

nəticələrinin elmin təşkilində nəzərə alınmasına böyük ehtiyac vardır. 

Elmin əsl mahiyyəti, daxili məzmunu, heç şübhəsiz, elmi yaradıcılıq 

axtarışları  və elmi biliklər sistemi ilə  əlaqədardır ki, kitabın mühüm bir 

hissəsi bu məsələlərin işıqlandırılmasına həsr olunmuşdur. 

 



Elm haqqında elm 

 

 



 

26



 

 

 



  

 

 

 

 

 

BİLİK – ELM – BİLİK 

 

 



 

 

 

Biliklərin tarixi bölgüsü və iyerarxik strukturu 

 

 

Bilik və fəaliyyət 



 

 

Yeni idrak modelləri 

 

 

İnam, şübhə və idrak



 

 

 

Şərqdə və Qərbdə elmi biliyin xüsusiyyətləri



  


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə