Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

 
153 
 
Fekal  nümunələrindən  koksidi  oosistalarının  aşkarlanması  üçün  fekal  nümunələrinin  bir 
qismindən  flotasiya  üsulu  ilə  doymuş  natrium-xlor  məhlulunda  sentrafuqa  etməklə  bağırsaq 
koksidilərinin oosistaları ayrılmışdır. Bunun üçün 5q fekal nümunəsi  götürülüb çini kasada 15-20 
ml  su  ilə  yaxşı-yaxşı  qarışdırılıb  tənzifdən  süzüldükdən  sonra  plasmas  sınaq  şüşələrinə  tökülüb, 
2000-2500  dövr/dəqiqə  sürətlə  3-5  dəqiqə  müddətində  sentrafuqa  edilmişdir.  Sonra  məhlulun 
üzərindən  diametri  5-8  mm  olan  həlqə-ilgək  vasitəsilə  supernatantdan  götürüb  əşya  şüşəsinin 
üzərinə  damcı  formasında  qoyulub  üzəri  örtücü  şüşə  ilə  örtülüb  Amplival    (Carl  Zeiss) 
mikroskopunun  obyektivi (10х, 40х və 100х) altında baxılmışdır.  
Növlərin  identifikasiyasında  sporlaşmış  və  sporlaşmamış  oosistaların  morfologiyası, 
sporlaşma  müddəti,  oosistaların  ölçüsü  və  forma  indeksi,  mikropilenin  polyar  papaqcığın,  
oosistanın qalıq cisminın (xarici qalıq cismi) və sporosistaların qalıq cisiminin (daxili qalıq cismi) 
olub olmaması, sporlaşma nəticəsində  yaranan sporosistaların sayı və forması kimi əlamətlər əsas 
götürülmüşdür. Tədqiqatların nəticləri statistik işlənilmişdir [5]. 
 
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 
Balakən rayonunun fərdi donuzçuluq təsərrüfatlarında saxlanılan müxtəlif yaşdan olan 660 baş 
ev  donuzundan  221  başının  (36,4%)  Eimeria  və  İsospora  cinsinin  koksidiləri  ilə  yoluxduğu  aşkar 
edilmişdir.  Müəyyən  edilmişdir  ki,  donuzların  koksidilər  ilə  yoluxma  ekstensivliyi  yaş  və 
fəsillərdən asılı olaraq dəyişir, yəni fəsli xarakter daşıyır. Yoluxmanın daha yüksək ekstensivliyi 1-6 
aylıq çoşkalarda (42,7%) qeydə alınmışdır. Yaşı 6 aydan 1 yaşa qədər olan heyvanların koksidilər 
ilə yoluxması nisbətən aşağı (35,6%), ən az yoluxma (28,5%) isə yaşı 1 yaşdan 2 yaşa qədər olan 
heyvanlarda qeydə alınmışdır (cədvəl 1). 
Cədvəl 1 
Donuzların yaşından asılı olaraq koksidilər ilə yoluxması 
(2011-2012-cu illər) 
 
Qrup 
Heyvanların 
yaşı 
Tədqiq olunan və 
yoluxan heyvanların 
sayı 
İE, % 
İİ 
Tapılan koksidi növləri 
Cavan 
1-6 aylıq 
225/96 
42,7 
8-9 
E.debliecki, E.polita,  
E.perminuta, E.scabra 
6 aydan 1 
yaşa qədər 
230/82 
35,6 
6-8 
E.debliecki,, E.polita, 
E.perminuta, E.scabra, 
İsospora suis 
Yaşlı 
1 yaşdan 2 
yaşa qədər 
151/43 
28,5 
4-5 
E.debliecki, E.polita, 
E.perminuta, İsospora 
suis 
Cəmi 
606 
36,4 
6-7 
Eimeria deblieski, 
E.polita, E.perminuta, 
E.scabra, İsospora suis 
 
Azərbaycanın  şimal-qərbində  Böyük  Qafqazın  yamaclarında  yerləşən  bu  rayonunda  ev 
donuzlarında parazitlik edən 5 növ koksidi aşkar edilmişdir: Bunlardan Eimeria cinsinə daxil edilən 
4 növ - Eimeria debliecki, Eimeria polita, Eimeria perminuta, Eimeria scabra (=Eimeria scrofae) 
və İsospora cinsinə daxil edilən 1 növ - İsospora suis aşkar edilmişdir.  
Cədvəl 1-də verilən məlumatlardan görünür ki,  yaşı 1 aylıqdan 6 aylığa qədər və 6 aylıqdan 1 
yaşa  qədər  olan  cavan  heyvanlarda  invaziyanın  intensivliyi  müvafiq  olaraq  8-9  və  6-8,  yaşı  1 
yaşdan 2 yaşa qədər olan heyvanlarda isə 4-5 təşkil edir. 
Cədvəl  2-də  ev  donuzlarının  ayrı-ayrı  koksidi  növü  ilə  yoluxmasının  ekstensivliyi  və 
intensivliyi  haqqında  məlumatlar  verilir.  Bu  cədvəldə  təqdim  edilən  məlumatlardan  görünür  ki, 


 
154 
 
tədqiqat aparılan təsərrüfatlarda donuzlar arasında ən geniş yayılan növ Eimeria debliecki növüdür. 
Bu növlə yoluxma zamanı invaziyanın ekstensivliyi (20,6%) ilə yanaşı  intensivliyi də yüksəkdir (6-
7).  Ev  donuzlarının  E.polita  növü  ilə  yoluxmasının  intensivliyi  5-6  (İE=9,1%),  E.scabra  ilə  4-5 
(İE=8,1%), E.perminuta ilə 3-4 (İE=2,6%), İsospora suis ilə isə 2-3 (İE=11,2%) olmuşdur. 
 
Tədqiq  edilən  heyvanların  yaşdan  asılı  olaraq  koksidi  növləri  ilə  yoluxmasının  öyrənilməsi 
nəticəsində  müəyyən  edilmişdir  ki,  yaşı  1  aydan  6  aya  qədər  olan  donuzlarda  Eimeria  debliecki, 
Eimeria polita, Eimeria perminuta, Eimeria scabra (=Eimeria scrofae), yaşı 6 aydan 1 yaşa qədər 
olan heyvanların Eimeria deblieski, Eimeria polita, Eimeria perminuta, Eimeria scabra (=Eimeria 
scrofae)    İsospora suis,    yaşı  1  yaşdan 2  yaşa  qədər heyvanların  isə  Eimeria  debliecki,  Eimeria 
polita,  Eimeria  perminuta  və  İsospora  suis  ilə  yoluxduğu  müəyyən  edilmişdir.  Bu  məlumatların 
müqayisəli analizi göstərir ki, yaşı 1 aydan 6 aya qədər olan  donuzlarda Eimeria cinsinə aid 4 növ 
eimeriyaya təsadüf edilsə də İsospora cinsinə aid olan İsospora suis növünə təsadüf edilmir. Yaşı 1 
yaşdan  2  yaşa  qədər  olan  donuzlarda  isə  bu  ərazidə  təsadüf  edilən  4  növ  eimeriayadan  3  növünə 
(Eimeria  debliecki,  Eimeria  polita,  Eimeria  perminuta)  və  İsospora  cinsinə  aid  1  növə  (İsospora 
suis) təsadüf edilmişdir. 
 
Cədvəl 2 
Donuzların ayrı-ayrı koksidi növləri ilə yoluxması 
  
Koksidi növləri 
Heyvanların sayı 
İE, % 
İİ 
oosista 
yoxlanılan 
yoluxan 
Eimeria debliecki 
606 
498 
20,6 
6-7 
E.polita 
221 
9,1 
5-6 
E.scabra 
197 
8,1 
4-5 
E.perminuta 
63 
2,6 
3-4 
İ.suis 
272 
11,2 
2-3 
 
Fəsillərdən  asılı  olaraq  donuzların  yoluxmasının  öyrənilməsi  nəticəsində  cavan  heyvanların 
koksidilər  ilə  yoluxmasının  ən  çox  yazda  (48,5%)  və  payızda  (44,2%),  nisbətən  aşağı  yoluxma 
ekstensivliyinin  qış  aylarında  (34,5%),  ən  aşağı  yoluxmasının  yayda  (28,7%)  olduğu 
müəyyənləşdirilmişdir. 
Yaşı 1 aydan 1 ilə qədər olan cavan heyvanlarda olduğu kimi,  yaşı  1 ildən 2 ilə qədər olan 
yaşlı  heyvanlar  arasında  da  invaziyanın  yüksək  ekstensivliyi  yaz  və  payız  aylarında  qeydə 
alınmışdır (müvafiq olaraq 34,2% və 32,0%). Yaşlı heyvanlar qrupuna daxil etdiyimiz heyvanların 
Eimeria və İsospora cinsinə aid növlər ilə yoluxma ekstensivliyi qış aylarında 20,0%, yay aylarında 
isə qış aylarına nisbətən bir qədər yüksək (3,7%) olmuşdur. 
Koksidioz  invaziyasının  intensivliyinin  ilin  fəsillərindən  asılılığının  öyrənilməsi  göstərdi  ki, 
ən yüksək yoluxma payız və yazdadır (5-6 və 8-9), qışda və yayda isə aşağıdır (hər iki halda 4-5). 
Cavan  yaş  qrupuna  daxil  etdiyimiz  heyvanlarda  invaziyanın  intensivliyi  yaşlı  heyvanlar  qrupuna 
daxil edilən heyvanların müvafiq göstəriciləri ilə müqayisədə invaziyanın ekstensivliyinə müvafiq 
olaraq ilin bütün fəsillərdə yüksəkdir (cədvəl 3).  
Hər  iki  yaş  qrupundan  olan  heyvanların  koksidi  növləri  ilə  yoluxmasının  öyrənilməsi 
nəticəsində məlum olmuşdur ki, ilin fəsillərindən asılı olmayaraq cavan heyvanlar arasında 4 növ 
Eimeria (Eimeria debliecki, Eimeria polita, Eimeria perminuta, Eimeria scabra) və 1 növ İsospora 
(İsospora  suis),  yaşlı  heyvanlar  isə  3  növ  Eimeria  (Eimeria  debliecki,  Eimeria  polita,  Eimeria 
perminuta) və 1 növ İsospora (İsospora suis) yoluxub. 
Buradan belə nəticəyə gəlmək olar ki, ilin qış və yay fəsillərinə nisbətən yaz-payız aylarında 
xarici  mühitə  atılan  oosistaların  inkişafı  üçün  əlverişli  şərait  olduğundan  sağlam  və  ya  xəstə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə