Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

 
159 
 
2.
 
nisbi spesifikliyə malik olan fermentlər 
Fermentlərin  spesifikliyi  dedikdə,  onun  sabit  sürətdə  eyni  bir  maddənin  müəyyən 
reaksiyasını sürətləndirməsi nəzərdə tutulur. Məsələn, ureaza fermenti sidik cövhərini hidroliz yolu 
ilə ammonyaka və karbon qazına parçalayır. Ureaza bu reaksiyadan başqa heç bir kimyəvi prosesə 
katalitik  təsir  göstərmir.  Arginaza  fermentinin  təkcə  argininə  hidrolitik  təsir  etməsi  də  mütləq 
spesifikliyə  misal  ola  bilər.  Hətta  kimyəvi  tərkibinə  görə  argininə  çox  yaxın  olan  birləşmələr  də 
(məsələn, argininin metil efiri) arginazanın təsiri ilə parçalanmır. 
Fermentlərin  stereokimyəvi  spesifikliyi  də  mütləq  spesifikliyə  aiddir.  Hər  bir  ferment 
müəyyən bir maddənin iki optik izomerindən yalnız birinə təsir göstərə bilir. 
Nisbi spesifik fermentlər kimyəvi quruluşuna görə eyni bir qrupa daxil olan maddələrə təsir 
göstərirlər.  Mürəkkəb  efirlərin  hidroliz  reaksiyalarını  kataliz  edən  esterazalar  nisbi  spesifik  təsir 
göstərən fermentlərə aiddir: 
                               

R – C – O – R
1
 + H
2

 R – COOH + R
1
OH 
 
Esterazalar  mürəkkəb  efir  rabitəsinə  spesifik  təsir  göstərirlər.  Onların  təsiri  reaksiyaların 
kimyəvi  tərkibindən asılı deyil.  Lakin  nisbətən  yüksək dərəcədə təkmilləşmiş seçicilik qabiliyyəti 
olan  esterazalara  da  təsadüf  edilir.  Onlar  radikallarından  biri  eyni  olan  efir  rabitələrinə  təsir 
göstərirlər.  Fosfatazalar  yalnız  fosfat  turşusu  qalıqlarının  iştirak  etdiyi  efir  rabitələrini  parçalayır. 
Onlar  fosfat  turşusu  ilə  mürəkkəb  efir  rabitəsi  vasitəsi  ilə  birləşmiş  bütün  spirt  növlərinə  təsir 
göstərə bilir. 
Fermentlərin  aktivliyinin  temperaturdan  asılılığını  tələbələrə  izah  etmək  məqsədi  ilə 
müəllim  izah  edir  ki,  hər  bir  ferment  mühitin  temperaturunun  müəyyən  səviyyəsində  ən  yüksək 
aktivliyə  malik  olur.  Belə  temperatura  fermentlərin  optimal  temperaturu  deyilir.  Mühitin 
temperaturu  optimal  temperaturdan  aşağı  və  yuxarı  olduqda    fermentlərin  aktivliyi  azalır. 
Temperatur  40
0
C-yə  qədər  qalxdıqda  fermentlərin  əksəriyyətinin  aktivliyi  yüksəlir.  Bu  kimyəvi 
reaksiyaların  temperaturunun  yüksəkliyindən  asılılığı  haqqında  məlum  olan  ümumi 
qanunauyğunluğa müvafiq gəlir. Müəyyən edilmişdir ki, temperaturun 10
0
C yüksəlməsi fermentativ 
reaksiyaların sürətini iki dəfə artırır. Fermentlərin əksəriyyəti bu qanunauyğunluğa temperaturun 0
0
-
dən  50
0
C-yə  qədər  dəyişdiyi  şəraitdə  tabe  olurlar.  Lakin  temperatur  50
0
C-dən  yuxarı  qalxdıqda 
fermentlərin aktivliyi azalır. 60-70
0
C temperaturda isə onların əksəriyyəti inaktivləşmiş halda olur. 
Fermentlərin aktivlik dərəcəsi müəyyən temperaturun təsir müddətindən də asılıdır. 
Fermentlərin temperaturun dəyişməsinə qarşı həssaslığı termoləbillik  adlanır. Termoləbillik 
fermentlərin ən mühüm xassələrindən biridir [2-3]. 
Məməlilərin  fermentlərinin  əksəriyyəti  37-38
0
C  temperaturda  ən  yüksək  aktivliyə  malik 
olur.  Lakin  müstəsnalıq  təşkil  edən  fermentlərə  də  təsadüf  edilir.  Belə  ki,  katalaza  0-10
0

temperaturda  optimal  aktivlik  göstərir.  Əzələdə  olan  miokinaza  fermenti  100
0
C  temperaturda  öz 
aktivliyini mühafizə edir. Balıqların və başqa soyuqqanlı heyvanların bədənlərində olan fermentlər, 
məməlilərin fermentlərinə nisbətən, aşağı temperaturda fəaliyyət göstərirlər. 
Fermentlərin  aktivliyinin  temperaturdan  asılılığı  canlı  orqanizmdə  baş  verən  bəzi  kimyəvi 
reaksiyaların gedişini idarə etməyə imkan verir. Cərrahlar bir sıra mürəkkəb cərrahi müdaxilələrdə 
fermentlərin  bu  xassəsindən  istifadə  edirlər.  Onlar  əməliyyatdan  əvvəl  xəstənin  bədənini 
soyutmaqla  «qış  yuxusuna»  müvafiq  gələn  vəziyyət  yaradır  və  bu  yolla  fermentativ  reaksiyaların 
sürətinin  azalmasına, maddələr mübadiləsinin  yavaşımasına nail olurlar.  Bu, toxumalarda oksigen 
aclığı əmələ gəlməsinin qarşısını alır. 
Fermentativ  reaksiyaların  sürətinin  substratın  qatılığından  asılılığı  haqqında  məlumat 
vermək  məqsədi  ilə  müəllim  izah  edir  ki,  fermentativ  reaksiyaların  sürəti  fermentlərin  qatılığı  ilə 
düz mütənasibdir. Mühitdə ferment molekullarının artması zaman vahidi ərzində reaksiyaya girən 
substratın  miqdarının  yüksəlməsinə  səbəb  olur.  Fermentlərin  qatılığı  ilə  fermentativ  reaksiyaların 
Esteraza


 
160 
 
sürəti arasındakı asılılıq aşağıdakı düsturla ifadə olunur: 
 
V = k · [E] 
 
Burada V-reaksiyanın sürəti, K-sürət əmsalı, E-isə fermentin qatılığını ifadə edir. 
Fermentativ  reaksiyaların  sürəti  təkcə  fermentlərin  deyil,  həm  də  reaksiyaya  girən 
substratların qatılığından asılı olaraq dəyişə bilər. 
Fermentlər  mühitin  pH-na  qarşı  olduqca  həssasdırlar.  Bu  həssaslığı  izah  etmək  məqsədilə 
müəllim aşağıdakı məlumatı izah etməlidir. Fermentlərin əksəriyyəti pH-ın müəyyən bir qiymətində 
optimal  fəaliyyət  göstərirlər.  Fermentlər  polielektroliz  olduqlarına  görə,  onların  ion  yükü  pH-dan 
asılıdır. Bununla əlaqədar olaraq pH fermentlərin aktivliyinə də təsir göstərir. 
Bəzi  hallarda  fermentin  optimum  pH-ı  mühitdə  olan  maddələrin  təsiri  nəticəsində  dəyişə 
bilir,  çox  zaman  müxtəlif  bufer  sistemlər  fermentlərə  belə  təsir  göstərirlər.  Fermentlərin 
əksəriyyətinin  optimal  pH-ı  7-yə  yaxındır  (neytral  mühitdir).  Belə  fermentlər  həm  turş,  həm  də 
qələvi  mühitdə  zəif  fəaliyyət  göstərirlər.  Lakin  qüvvətli  turşu  və  ya  qələvi  mühitdə  optimal  təsir 
göstərən fermentlər də məlumdur. Məsələn, mədə şirəsində olan pepsin yalnız qüvvətli turş mühitdə 
(pH=1,5-2,5)  aktiv  fəaliyyət  göstərir.  Tripsin  isə  belə  mühitdə  öz  aktivliyini  itirir.  Ağız  suyunun 
amilazası və mədəaltı vəz şirəsindəki tripsin yalnız qələvi mühitdə (pH=8) aktiv olur. 
Fermentlərlə qeyri-üzvi katalizatorların oxşarlıq və fərqli cəhətlərini izah etmək məqsədi ilə 
müəllim  izah  edir  ki,  biokimyəvi  reaksiyaların  katalizatorları  olan  fermentlərin  kimyəvi 
katalizatorlara oxşar əlamətləri aşağıdakılardır: 
1.  Fermentlər  termodinamikanın  ümumi  qanunlarına  uyğun  gəlməyən  reaksiyaları  kataliz 
edə  bilmirlər.  Onlar  yalnız  enerji  mübadiləsi  baxımından  mümkün  olan  və  katalizatorsuz  şəraitdə 
baş verə bilən reaksiyaları sürətləndirirlər. 
2.  Fermentlər  kataliz  etdikləri  reaksiyanın  son  məhsulunun  tərkibinə  daxil  olmur  və 
reaksiyadan dəyişikliyə uğramamış şəkildə çıxırlar. 
3.  Fermentlər  dönər  reaksiyaları  dəyişmir,  yalnız  bu  reaksiyaların  müvazinət  həddinə 
çatmasını sürətləndirirlər. 
Bunlarla  yanaşı,  fermentlərin  bir  sıra  spesifik  xassələri  onları  kimyəvi  katalizatorlardan 
fərqləndirir.  Bu  fərqlər  ilk  növbədə  fermentlərin  bioloji  mənşəli maddələrdən  –  zülallardan  ibarət 
olması ilə əlaqədardır. 
1.  Kimyəvi  strukturuna  görə  bütün  fermentlər  zülallardır.  Buna  görə  fermentlər 
temperaturun və mühitin pH-nın təsirinə qarşı yüksək dərəcədə həssas olurlar. 
2.  Fermentativ  katalizin  sürəti  kimyəvi  katalizə  nisbətən  yüksək  olur.  Məsələn,  katalaza 
fermentinin  iştirakı  şəraitində  hidrogen-peroksidin  suya  və  oksigenə  parçalanması  ilə  nəticələnən 
reaksiyanın  sürəti  platin  və  ya  dəmirin  katalizatorluğu  şəraitində  gedən  eyni  reaksiyaya  nisbətən 
təxminən 100 min dəfələrlə artıq olur. Bir ferment molekulu adi bədən temperaturu şəraitində bir 
neçə  mindən  1  milyona  qədər  substrat  molekulunu  dəyişikliyə  uğrada  bilər.  Belə  sürət  heç  bir 
kimyəvi katalizator üçün xarakterik deyil. 
3.  Fermentlər  yüksək  dərəcədə  spesifikliyə  malik  olan  katalizatorlardır.  Yəni  hər  ferment 
konkret  bir  substrata  təsir  göstərə  bilir.  Hətta  bəzi  üzvi  maddələrin  stereoizomerlərindən  yalnız 
birinə  təsir  göstərə  bilən  fermentlər  də  mövcuddur.  Qeyri-üzvi  katalizatorlar  isə  müxtəlif 
reaksiyaların sürətini artıra bilirlər.  
4.  Fermentativ  reaksiyanın  sürəti  fermentin  miqdarı  ilə  düz  mütənasibdir.  Kimyəvi  kataliz 
zamanı isə reaksiyanın sürəti katalizatorun miqdarından ciddi şəkildə asılı olmur. 
5.  Kimyəvi  katalizatorun  fəallığı  dəyişmir,  fermentlərin  fəallığı  isə  tənzim  edilə  bilir.  Bu 
xassələr sayəsində fermentlər orqanizmdə gedən reaksiyaların sürətini mühit şəraitindən asılı olaraq 
dəyişə bilirlər. 
6. Fermentlər biokimyəvi reaksiyaları normal atmosfer təzyiqi, bədən temperaturu və neytral 
mühitə yaxın olan pH şəraitində kataliz edirlər. Onlardan fərqli olaraq kimyəvi katalizatorlar üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə