Elmi ƏSƏRLƏR, 2016, №6 (76) nakhchivan state university. Scientific works, 2016, №6 (76)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/81
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9565
1   ...   73   74   75   76   77   78   79   80   81

 
163 
 
students’ knowledge about  ferments  and achieve  formation of detailed information  in  them about 
this biological catalyst 
 
 
 
РЕЗЮМЕ  
М.Сеидов 
А.Алиев  
Методика темы «Ферменты» 
 
В  статье  рассмотрена  методика  наличия  ферментов  биологическим  катализатором, 
способность  селективности  этих  катализаторов,  зависимость  активности  ферментов  от 
температуры,  концентрации  водородных  ионов,  сходные  и  отличительные  характеры 
ферментов  от  катализаторов  химическая  природа  ферментов.  Задачами  статьи  являются 
повышение знаний студентов о ферментах и формировать у них подробную информацию об 
этих биологических катализаторах. 
 
 
 
 
NDU-nun  Elmi  Şurasının  26  aprel  2016-cı  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyə olunmuşdur (protokol № 09) 
       
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 6 (76) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 6 (76) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 6 (76) 
 
 
ZƏRÖVŞƏN BABAYEVA  
 
 
 
 
 
 
 Naxçıvan Dövlət universiteti 


 
164 
 
                                                                                 babayeva_z@yahoo.com 
UOT:372.8.57 
BİOLOGİYANIN TƏDRİSİNDƏ MÜASİR TEXNOLOJİ 
İNNOVASİYALARA İNTEQRASİYA PROBLEMLƏRİ 
 
 
Açar sözlər: müasir təhsil sistemi, texnoloji innovasiyalar, inteqrasiya, elektron resurslar
interaktiv rejim 
Key  words:  modern  education  system,  technological  innovations,  integration,  electronic 
resurs, interactive mode  
 
Ключевые слова: современная система образования, технологические инновации,  
интеграция, электронные ресурсы, интерактивный режим 
 
 
Təlim  texnologiyalarının  durmadan  təkmilləşməsi  tədris  prosesinə  hər  keçən  gün  yeni 
imkanlar yaradır. XIX-XXI əsri əhatə edən dövrdə biologiyanın tədrisdə yeri və tədrisi metodların-
da qlobal dəyişikliklər baş vermişdir. Canlı təbiəti öyrənən biologiya bir fənn kimi tədris prosesinin 
forma  və  metodlarının  özünəməxsusluğu  ilə  digər  fənlərdən  kəskin  fərqlənir.  Biologiyada  dəqiq 
obyektlər, onların üzvi aləmdə mürəkkəb və qarşılıqlı əlaqəsi və inkişafı öyrənilir. Tədris işləri xü-
susi  formalarda,  xüsusi  təlim  vəsaitləri  və  praktik  işlərlə  həyata  keçirilir.  Bioloji  fənlərin  səmərəli 
tədrisi  üçün  yuxarıda  göstərilənlərlə  yanaşı,  xüsusi  tədris  təchizat-bazası:  əyani  vəsaitlərlə  təchiz 
olunmuş kabinet, canlı təbiət guşəsi, tədris təcrübə sahəsi, müasir təlim texnologiyaları tələb olunur. 
Bütün  bunlarla  yanaşı,  yeni  təlim  texnologiyalarının  tədrisdə  yeri  müəyyənləşdirilməlidir.  Canlı 
orqanizmlərin  inkişafının  konkret  obyektlər  əsasında  öyrənilməsi,  təbiətdə  baş  verən  hadisələrin 
qarşılıqlı əlaqəsi, üzvi aləmin təkamülünün qanunauyğunluqları haqqında öyrənənlərdə düzgün dün-
ya görüşünün formalaşmasına təbii-elmi zəmin yaradır.  
Bioloji biliklərin artması, daha əhatəli və yaddaqalan olması ətraf mühitin qorunmasının zə-
ruriliyini  öyrətməklə,  təbiətə  məhəbbət  hissi  yaratmağa  imkan  yaradır  (1,  2).  Biologiyanın 
tədrisində mövcud imkanların genişləndirilməsi üçün təkcə adi dərsliklər, şifahi izahat kifayət deyil. 
Yaxın  illərdə  kütləvi  xarakter  daşıyacağına  inandığımız    Elektron  kitab  və  ya  E-book  -  16  Mb 
elektron  kitab  fləş-yaddaşın  köməyi  ilə  3200  mətn  səhifəsini  və  ya  10-a  qədər  orta  həcmli  kitabı 
yaddaşda saxlayır. Microsoft Word mətn redaktorlarında yaradılan DOC formatında, HTML və ya 
ZIP, RAR, ARJ mətnləri HTML dilinin vasitəsilə müxtəlif freym strukturların yaradılması, mətn və 
şəkillərin  formalaşdırılması,  siyahı  və  cədvəl  strukturlarının  təşkil  edilməsi,  şərh  və  istinadların 
daxil edilməsi əsasında yaradılır (4).  
Fənlər üzrə bu cür elektron kitabların hazırlanması eyni zamanda bir neçə kitabın bir arada 
istifadəsinə, istənilən məlumatın təkrar istifadəsinə imkan yaradar. Xüsusilə biologiya fənnlərin təd-
risi  və  öyrənilməsi  zamanı  bu  cür  E-bookların  istifadəsi  yüksək  səmərə  verərdi.  Artıq  interaktiv, 
elektron dərs və metodik vəsaitlərin hazırlanması zamanı bu məqamları nəzərə almağı düşünürük. 
Təbiətşünaslıqdan tutmuş, ümumi biologiyaya qədər elm sahəsini təşkil edən bu cür elektron kitab-
da verilmiş mövzunu öyrənən şagird,  yaxud tələbə istənilən bioloji fakt  və hadisəni təkrar öyrənə, 
yaxud,  müqayisə  edə  bilmək  imkanına  malik  olacaq.  Yaxın  gələcəkdə  elektron  kitabların  tədris 
sahəsinə geniş şəkildə daxil olacağına inanırıq. Bütün bu imkanları tədris prosesinə qazandıran YTT 
səmərəsini get-gedə artırmaqdadır.  
Təhsilin  tamamilə  elektron  versiyalardan  istifadəyə  keçəcəyi,  virtual,  onlayn  dərslər  for-
masında  təqdim  ediləcəyi  qaçılmazdır.  Bu  da  yeni  təlim  texnologiyalarının  fənlərin  tədrisində  nə 
qədər  əhəmiyyətli  yer  tutduğunu,  hətta  əvəzedilməz  olduğunu  göstərir,  yeri  və  həcmini 
müəyyənləşdirməyə  şərait  yaradır.  Son  illər  NDU-da  Elektron  Universitet  layihəsinin  köməyi  ilə 
sistemdə  video  kontentlərimizi  yerləşdirərək  tələbələrin  ixtiyarına  vermişik.  Bu  formatda  yazılıb 
təqdim edilmiş video-mühazirələr tədris üçün imkanları genişləndirməklə yer və məkan hüdudlarını 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə