158
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 6 (76)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 6 (76)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 6 (76)
METODİKA
MİRNAZİM SEYİDOV
mnazimseyid@gmail.ru
AKİF ƏLİYEV
Naxçıvan Dövlət Universiteti
UOT: 833·054
«FERMENTLƏR» MÖVZUSUNUN TƏDRİSİ METODİKASI
Açar sözlər: ferment, biokimyəvi katalizator, koferment, prostetit qrup, xoloferment,
aminturşu, maddələr mübadiləsi, assimilyasiya, dissimilyasiya
Key words: ferment, biochemical catalyst, coenzyme, prostatic group, holoenzyme, amino
acid, exchange of substances, assimilation, dissimilation
Ключевые
слова:
фермент,
биохимический
катализатор,
кофермент,
простетическая группа, холофермент, аминная кислота, обмен веществ
Pedaqoji yönümlü universitetlərin «Kimya» fakültələrində «Həyat fəaliyyətinin kimyəvi
əsasları» fənni tədris edilir. Bu sahədə olan dərsliklərdə fermentlər haqqında çox az məlumat verilir.
Bu məlumatlar isə tələbələrin fermentlər haqqında biliyinin tam formalaşmasını təmin etmir.
Göstərilən çatışmazlığı aradan qaldırmaq üçün yazılmış bu məqalənin qarşısında tələbələrin
fermentlər haqqında biliyini artırmaq, fermentlərin bioloji katalizator olduğunu və fermentativ
reaksiyaların orqanizm üçün nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu aydınlaşdırmaq, bir
sözlə, bu bioloji katalizatorlar haqqında onlarda ətraflı məlumatın formalaşmasına nail olmaq
məqsədi qoyulmuşdur.
Bu məqsədlə izah edilməlidir ki, fermetlər – canlı orqanizmdə gedən biokimyəvi
reaksiyaları sürətləndirmək qabiliyyətinə malik olan, lakin bu reaksiyaların son məhsullarının
tərkibinə daxil olmayan zülal təbiətli spesifik bioloji katalizatorlardır.
Saysız-hesabsız biokimyəvi reaksiyalardan ibarət olan maddələr mübadiləsi həyati
proseslərin əsasını təşkil edir. Bu reaksiyaların əksəriyyəti müvafiq fermentlərin katalizatorluğu
şəraitində baş verir [1-5].
Fermentlərin iştirakı olmadan biokimyəvi reaksiyalar çox zəif sürətlə keçər və coşğun həyati
proseslər üçün heç bir əhəmiyyət kəsb etməzdi. Beləliklə, fermentlər biokimyəvi reaksiyaları
sürətləndirərək, həyati proseslərin müəyyən istiqamətdə inkişafına yardım göstərirlər. Mübadilə
reaksiyalarının ardıcıllığı və qarşılıqlı əlaqəsi canlı hüceyrədəki fermentlər yığımı və onların nisbi
aktivliyi ilə əlaqədardır. Deyilənlərdən aydın olur ki, həyatın mahiyyətinin dərk edilməsində
fermentlərin öyrənilməsinin mühüm əhəmiyyəti vardır.
Müəllim tələbələrə fermentlər haqqında elmin – enzimologiya adlanmasını, enzimologiya
elminin inkişaf tarixi haqqında məlumat verdikdən sonra, fermentlərin spesifikliyi haqqındakı
aşağıdakı məlumatları çatdırmalıdır.
Bu məqsədlə müəllim qeyd etməlidir ki, fermentlərin ən mühüm xassələrindən biri bundan
ibarətdir ki, onlar hər hansı substratın müəyyən çevrilməsini sürətləndirməklə seçici təsir
göstərirlər. Bu fermentləri qeyri-üzvi katalizatorlardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir.
Təsir spesifikliyinin əlamətinə görə, fermentləri iki qrupa bölmək olar:
1.
mütləq spesifikliyə malik olan
fermentlər