Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   7   8   9   10   11   12   13   14   ...   134

24 
 Şahbuz rayonunun Keçili, Biçənək, Külüs. Ağbulaq, Ordubad rayonunun Qapıcıq, Qaranquş, 
Soyuqdağ, Göy-Göl, Culfa rayonunun Ərəfsə kəndi ərazisinə yaxın olan Aracıq dağında, Şahbuz və 
Babək rayonunun yüksək dağ ərazilərində və alp qurşağında rast gəlinir [1]. 
 
 
Astragalus aureus 
 
2.  A.vedica  (Takht.)  Czer.-Vedi  gəvəni.  Hündürlüyü  25-55  sm  olan  düz,  yuxarı  qalxmış, 
yarpaq  oxları  ilə  qalın  örtülmüş  çox  böyük  olmayan  qalın  budaqlı      kolcuqdur.  Tikanları  8  sm 
uzunluğunda,  incə  yaşılımtıl,  pırpızlıdır.Yarpaq  ayaları  12  mm  uzunluqda,  yuxarı  hissəsı  şişkin, 
kənarları kirpiklidir. Yarpaqları 6-12 cüt, ellipisvaridir.  Çiçəkləri 5-10 ədəd  yarpaqların içində, 3 
sm  diametrli,  kürəşəkilli  başcıq  çiçək  qrupudur.  Ləçəkləri  uzunsov-yumurtavaridir  və  kasacığın 
borucuğundan uzundur. Kasacıq 16 sm uzunluğunda, ipəkvaridir və dişicikdən uzundur. Dişicik 14 
mm  uzunluğunda,  çəhrayıdır.  Qanadları  və  qayıqcıq  dişicikdən  qısadır.  Erkəkcikləri  ağ-tüklü 
bizvaridir. Paxlası yumurtavaridir, tüklü, gövdəciklərin aşağı yarısı tüklü, yuxarısı isə qatlanmışdır. 
İyun-iyul aylarında çiçəkləyir və toxum verir. Kserofitdir. Şimal-İran coğrafi areal tipinə daxildir.  
Şahbuz rayonunun Badamlı kəndi ətrafında tək-tək, Babək rayonuunun Çalxanqala kəndi ətrafında 
isə kiçik talalarala rast gəlinir.  
3.A.karabagchensis  (Bunge)  Podlech  -  Qarabağ  gəvəni.  Düz  budaqlı  17-35  sm    hündürlüyündə 
tikanlı kolcuqdur. Tikanları 3-9 sm uzunluğunda, əyri, pırpızlı, adətən  yaşıldır. Yarpaq ayaları 12 
mm uzunluğunda, ağ-pırpızlı, kənarları kirpiklidir. Yarpaqları 6-9 cüt, yaşıl, üst səthi çılpaq, aşağısı 
isə  seyrək  pırpızlıdır.  Çiçəkləri  6-9  olmaqla  yarpaqların  ortasında  başcıq  təşkil  edir  və  silindirvari 
çiçək qrupunda toplanmışdır.  Ləçəkləri uzunsov,  şişkin, 10 mm uzunuluğundadır. Kasacıq 18 mm 
uzunluğunda, uzun ipəkvari-tükcüklü, sapvari-dişli, borucuğa bərabər və ya 1,5 dəfə ondan ucadır. 
Toxumluq  uzunsov,  tüklü,  əsasından  tükcüklü  gövdəciklidir.  İyun-İyul  aylarında  çiçəkləyir  və 
toxum  verir.    Kserofitdir.  Şimali-  İran  coğrafi  areal  tipinə  daxildir.  Babək  rayonunun  Çalxanqala, 
Buzqov, Şahbuz rayonunun Ayrınc, Türkeş, Kükü və Nursu ərazilərində   yayılmışdır. 
4.A.karjaginii  Boriss.(  A.barba  -  carpina  (Al.Theod.,  Fed.  et  Rzazade)-Karyagin 
paxladəni.  Hündürlüyü  30-60  sm-ə  qədər  olan  alçaq  boylu  koldur.  Qısa  budaqlı,  sıx  tikanlıdır, 
yarpaq  oxu  ilə  birlikdə  cavan  tikanları  ağımtıl-sarıdır,  3-7  sm  uzunluqda  olub,  qaidəsi  2  mm 
qalınlıqdadır. Yarpaqaltlıqarı dərivaridir, sətbəst hissəsi ensiz neştərvaridir, 1-2 mm uzunluqda və 8 
mm  enindədir.  Yarpaqları  4-5  cütdür,  ellipsvari  və  ya  uzunsov-neştərvaridir,  çiçəkləri  5-6  ədəd 
olmaqla  yarpaqların  qolyuğunda  sıx,  demək  olar  ki,  4-5  sm  enində  kürəşəkilli  çiçək  qrupuna 
yığılmışdır. Kasacığı 13 mm-ə qədər uzunluqdadır, ağ tükcüklərlə örtülmüşdür, dişcikləri bizvaridir 
və  borucuqdan  uzundur.  Tacı  bənövşəyidir,  bir  qədər  kasacıqdan  artıqdır,  yelkəni  2  sm-ə  qədər 
uzunluqda, 7 mm-ə qədər enindədir. Yumurtalıq sıx tükcüklüdür, yumurtavaridir. Paxlası açıqyaşıl 
rəngdədir. İyul ayında çiçəkləyir, avqust ayında isə toxum verir.  Kserofitdir. Endemikdir. Şimali-
İran  coğrafi  areal  tipinə  daxildir.  İyul  ayında  çiçəkləyir,  avqust  ayında  isə  toxum  verir.  Naxçıvan 


25 
MR-in əksər rayonlarının orta dağlıq qurşaqlarında, otlu, daşlı yamaclarında yayılmışdır.  
5.  A.microcephalus  Willd.  (A.pycnophyllus  Stev.;  A.andreji  Rzazade  A.gudrathii 
Al.Theod.,  Fed.  et  Rzazade)  -  Xırdabaşlıqlı  paxladən.  Hündürlüyü  60-80  sm,  qalın  budaqlı 
koldur.  Yarpaq  ayaları  və  yarpaq  oxları  ilə  örtülmüş  qısa  budaqları  vardır  [5].  Tikanları  2-3,5  sm 
uzunluğunda,  yana  əyilmiş,  cavanları  yaşıl  və  ya  sarımtıl,  müstəqil  hissəsi  kirpikli-tüklü  sonrası 
çılpaq və sarımtıldır. Yarpaqları 4-6 cüt, uzunsov ellipsvari və ya ellipsvari-lansetşəkilli, hər iki ucu 
yığılmış, təpəsi qısa bizvari sarımtıl tikanlı adətən mürəkkəb və ya yastı qalın, sıx ağ-tüklü 5-8 mm 
uzunluğunda 2 mm enindədir. Yarpaqları 4-6 cüt uzunsov ellipsvari və ya ellipsvari-neştərşəkillidir. 
Çiçəkləri  yarpaqların  içində  iki-iki  (üç-üç)  toplanmışdır.  Ləçəkləri  damarvari  yastı,  yuxarısı  qalın 
ağ-pırpızlı,  başlanğıcı  isə  çılpaqdır  və  kasacığın  uzunluğuna  bərabərdir.  Toxumluq  uzunsov  qalın 
tüklü  və  ya  çılpaqdır.Kserofitdir.  Kiçik-Asiya  coğrafi  areal  tipinə  daxildir.  İyul-avqust  aylarında 
çiçəkləyir və toxum verir.  
 
Astragalus microcephalus 
 
Naxçıvan  MR-in  əksər  rayonlarının  orta  dağlıq,  bəzən,  yüksək  dağlıq  qurşaqlarında,  daşlı 
yamaclarda yayılmışdır.       
 
Astragalus  microcephala  növünün  populyasiyalarının  qiymətləndirilməsinin  nəticələrinə 
uyğun  olaraq  II  SP  tipi  cavan  (∆=0,09-0,13;  ὠ=0,06-0,11  ),  IV,  V  və  VI  SP  tipi  yetişkəndir 
(∆=0,30-0,35;  ὠ=0,10-0,38).  Populyaisyaların  bərpa  qabiliyyəti  minimum  II  populyasiyada, 
maksimum  isə  V  populyasiyasında  müşahidə  olunmuşdur.  Astragalus  lagurusnövünün  yaş  və 
miqdar  spektri  I  və  III  populyasiyaların  g
1
-g

dövlərində  daha  çox  müşahidə  edilir.  Ən  aşağı 
nəticələr isə bütün populyasiyaların v dövründə öz əksini tapmışdır.Yaş və effektivlik indekslərinin 
qiymətləndirilməsindən  aydın  olur  ki,  1,  2  və  4  SP  yetişkəndir  (

=0,46-0,56);    2,  3  SP  keçid  yaş 
dövrünü  xarakterizə  edir  (

=0,31-0,42);  tam  yetkin  populyasiya  5  SP  ki,  burada  yaş  və  effektivlik 
indeksləri maksimuma çatmışdır (

=0,55-0,59).       
6.  A.oleifolia  DC.-  Zeytunyarpaq  gəvən.  Hündürlüyü  45  sm  uzunluğunda  gövdəcikli 
kolcuqdur. Yarpaq ayaları üçbucaqlı, ağ-pırpızlı, kənarı kirpikli, sonrası çılpaqdır. Yarpaqları 25 sm 
uzunluğunda, uzunsov-ellipisvaridir. Çiçəkləri çoxsaylıdır və silindrik çiçək qrupunda toplanmışdır. 
Ləçəkləri  enli,  uzunsov-  xətvari,  kasacığa  bərabər,  arxası  ağ-tüklüdür.  Kasacıq  13-15  mm 
uzunluğunda, ağ-tüklüdür və kasacığın borucuğundan 3 dəfə qısadır. Dişicik 25 mm uzunluğunda, 
kasacıqdan  2  dəfə  uzundur.  Erkəkcik  ağ-pırpızlıdır.  Gövdəcik  ancaq  başlanğıcda  pırpızlıdır.İyul 
ayında  çiçəkləyir,  avqust  ayında  isə  meyvələri  yetişir.  Kserofitdir.  Ermənistan-İran  coğrafi  areal 
tipinə daxildir [7].  
Culfa  rayonunun  Ərəfsə  kəndi  ərazisinə  yaxın  olan  Aracıq  dağında,  Şahbuz,  Ordubad  və 
Babək  rayonu  ərazisinin  orta  dağlıq  qurşaqlarında,  quru,  daşlı,  bəzən  çox  və  ya  az  rütubətli 
yamaclarında yayılmışdır. 
7.  A.  meyeri  Boriss-  Meyer  gəvəni.  Hündürlüyü  10-15  sm-ə  çatan,  15-25  sm  diametrində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə