Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   15   16   17   18   19   20   21   22   ...   134

40 
Carum  carvi  L.,  Centaurium  erythraea  Rafn.,  Chamaenerion  angustifolium  (L.)  Scop.,  Dictamus 
caucasicus  (Fisch.  et  C.  A.  Mey.)  Grossh.,  Glycyrrhiza  glabra  L.,  Heracleum  pastinacifolium 
C.Koch., Hippophae rhamnoides L., Humulus lupulus L., Hypericum perforatum L., İnula helenium 
L.,  Juniperus  communis  L.,  Malus  orientalis  Uglitzk.,  Melilotus  officinalis  (L.)  Pall.,  Menyanthes 
trifoliata  L.,  Nepeta  mussini  Spreng.,  Origanum  vulgare  L.,  Padus  avium  Mill.,  Pennisetum 
orientale  Rich.,  -Pimpinella  saxifraga  L.,  Potentilla  recta  L.,  Pyrus  caucasica  Fed.,  Rosa 
buschiana  Chrshan.,  Rosa  haemisphaerica  Herrm.,  Rosa  hracziana  Tamamsch.,  Rosa  canina  L., 
Rosa  orientalis  Dupont  ex  Ser.,  Rosa  pulverulenta  Bieb.,  Rosa  nisami  Sosn.,  Rosa  zangezura  P. 
Jarosch., Rosa floribunda Stev., Thymus migricus Klok. & Shost., Thymus collinus Bieb.  
 
РЕЗЮМЕ 
Гилал Гасымов 
Алкогольные напитки и уксус растений из флоры  
Нахчыванской Автономной Республики 
Этноботаника  является  отраслью  исследований  для  использования  разнообразных 
целей  полезных  растений  со  стороны  народа  и  изучает  отношения  человек-растения. 
Древние  люди  в  своей  жизнедеятельности  использовали  растения  как  лекарстао,  одеяние, 
крашение, в обыденной жизни и тем самым создали особое национальное этнобиологическое 
историческое богатство.  
На  основе  исследований  aлкогольные  напитки  и  уксус  растений  были  определены  в 
таксономическом  составе:  Artemisia  absinthium  L.,  Elytrigia  repens  (L.)  Nevski.,  Berberis 
iberica  Stev.  &  Fisch.  ex  DC.,  Berberis  densiflora  Boiss.  &  Buhse.,  Berberis  vulgaris  L.,  Betula 
pendula  Roth.,  Carum  carvi  L.,  Centaurium  erythraea  Rafn.,  Chamaenerion  angustifolium  (L.) 
Scop.,  Dictamus  caucasicus  (Fisch.  et  C.  A.  Mey.)  Grossh.,  Glycyrrhiza  glabra  L.,  Heracleum 
pastinacifolium  C.Koch.,  Hippophae  rhamnoides  L.,  Humulus  lupulus  L.,  Hypericum  perforatum 
L., İnula helenium L., Juniperus communis  L., Malus orientalis Uglitzk., Melilotus officinalis (L.) 
Pall., Menyanthes trifoliata L., Nepeta mussini Spreng., Origanum vulgare L., Padus avium Mill., 
Pennisetum  orientale  Rich.,  -Pimpinella  saxifraga  L.,  Potentilla  recta  L.,  Pyrus  caucasica  Fed., 
Rosa buschiana Chrshan., Rosa haemisphaerica Herrm., Rosa hracziana Tamamsch., Rosa canina 
L., Rosa orientalis Dupont ex Ser., Rosa pulverulenta Bieb., Rosa nisami Sosn., Rosa zangezura P. 
Jarosch., Rosa floribunda Stev., Thymus migricus Klok. & Shost., Thymus collinus Bieb.  
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev
 
 
 
 


41 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
RAMİZ ƏLƏKBƏROV 
AMEA Naxçıvan Bölməsi 
ramiz_alakbarli@mail.ru 
UOT 581,6:,581,9: 581,19 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILAN DALAMAZ CİNSİNƏ 
DAXİL OLAN LAMIUM L. POPULYASİYALARININ QURULUŞU VƏ 
MƏHSULDARLIĞI   
Açar sözlər: senopopulyasiya, bitki ehtiyatı, məhsuldarlıq, yaş indeksi, effektivlik indeksi 
Keywords: population, vegetable stock, productivity, humidity index, efficiency index 
Ключевые  слова:  ценопопуляции,  растительный  запас,  продуктивность,  индекс 
влажности, индекс эффективности 
Dalamaz (Lamium L.) cinsi Dodaqçiçəklilər (Lamiaceae Lindl.) fəsiləsi nümayəndələrindən 
biridir.  Belə  ki,  bu  cinsin  Azərbaycan  florasında  5  növü,    Naxçıvan  MR  florasında  isə  4  növü 
yayılmışdır [1, s. 332-344; 12, s.196 ]. Naxçıvan MR florasında rast gəlinən Lamium L. cinsinin 4 
növü  bölgə  üçün  xarakterikdir.  Bu  növlərin  demək  olar  ki,  hamısı  (4  növ)  tədqiqat  obyekti  üçün 
seçilmişdir.  Bunlara    Lamium  album  L.  -  Ağ  dalamaz,  Lamium  amplexicaule  L.  -  Gövdəni 
qucaqlamış yarpaq dalamaz, Lamium purpureum L. - Purpur dalamaz, Lamium tomentosum Willd. - 
Keçətük  dalamaz  növləri  daxildir.  Bu  növlər  əsasən  kseromezofit  və  mezofit  bitki  olub,  əsasən 
regionun aşağı və orta dağ qurşaqlarının daşlı-qayalı  yamaclarında və nisbətən rütubətli  yerlərində 
rast  gəlinmişdir.  Populyasiyalarına  Naxçıvan  Muxtar  Respublikasının  Ordubad,  Babək,  Şahbuz, 
Şərur, Kəngərli rayonlarında rast gəlinmişdir.  
Tədqiqatın əsas məqsədi Naxçıvan Muxtar Respublikasının yuxarıda göstərilən rayonlarında təbii 
bitkiliklərin əsas fitosenoloji komplekslərində yayılan Lamium L. cinsinə daxil olan növlərinin fitosenoloji 
vəziyyətinin və ehtiyatının müəyyənləşdirilməsi, eyni zamanda senopopulyasiyalarının qiymətləndirilməsi 
ilə məhsuldarlıq arasındakı dinamik əlaqənin müqayisəli öyrənilməsindən ibarət  olmuşdur.  
MATERİAL VƏ METODİKA 
2015-2016-cı  illərdə  Lamium  L.  cinsinə  daxil  olan  bu  növlərin  öyrənilməsi  məqsədilə  10 
populyasiyası seçilmişdir. Belə ki, tədqiqat aparılarkən tədqiq edilən növlərinin yayıldığı 4 bitkilik 
tipi  (yarımsəhra,  dağ-kserofit,  bozqır  və  kolluq)  müəyyənləşdirilmişdir  ki,  onların  da  yarımsəhra, 
dağ-kserofit  və  bozqır  bitkiliyində  Lamium  album  L.,  Lamium  amplexicaule  L.,  Lamium 
tomentosum Willd. növləri, Lamium purpureum L. növü isə aşağı dağlıqdan, yüksəkdağlıq (2600 m 
d.s.h.) zonalarının çay kənarlarında, çəmən, dağ-kserofit və digər bitkiliklərində yayıldığı müəyyən 
edilmişdir.  Demək  olar  ki,  polimorf  növ  olub,  hər  yerdə  rast  gəlinir.  Bu  növlərin  məhsuldarlığı 
ümumi  qəbul  olunmuş  metodikalara  əsasən  öyrənilmişdir  [4,  s.  83;    7,  s.  115].  Növlərin 
məhsuldarlığının  öyrənilməsi  üçün  seçilmiş  senopopulyasiyaların  ərazisi  orta  hesabla  2-4  hektar 
olmuşdır.  Növün  yayıldığı  konkret  ərazilərdə  ehtiyatının  təyini  üçün  xüsusi  meydançalar 
işarələnmış və model nümunələri seçilmişdir. Hər bir sahə 25-30 meydançada (ölçüsü 1x1) ibarət 
olmaqla,  növlərin  senopopulyasiyalarının  qiymətləndirilməsi  üçün  hesablamalar  aparılmışdır. 
Bitkinin xammalının ehtiyatının hesablanması üçün bundan başqa hər populyasiyadan 15-20 model 
bitki toplanılmaqla çəkilmişdir. Ərazilərin layihə örtüyü hesablanmışdır [8, s. 19; 10, s. 167]. 
Növlərin senopopulyasiyalarının qiymətləndirilməsində geobotaniki araşdırmalar zamanı bir 
sıra metodikalardan da istifadə edilmişdir: Belə ki, fitosenozun yazılışı B.A. Yurseva [13, 69-83], 
fitosenotik  kompleksin  adlandırılması  isə  R.V.Kamelinin  işlərinə  [6,  s.  228-234]  görə 
əsaslanılmışdır.  T.A.  Rabotnovun  və  A.A.  Uranovun  [11,  s.  7-33]  ontogenezin  diskret  təsviri 
metodikasından  istifadə  etməklə,  bitki  fərdlərində  inkişaf  mərhələləri  xarakterizə  olunmuşdur. 
Bitkilərin  həyati  formaları,  ontogenetik  vəziyyətinin  diaqnozları  açarlarına  əsasən  aparılmışdır. 
Bitkilər  immatur  (im),  virginil  (v),  cavan  generativ  (g
1
),  orta  yaşlı  (g
2
)  və  yaşlı  generativ  (g
3
), 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə