Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)


  Sürünən  ayrıq-  Elytrigia  repens



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

34 
2.  Sürünən  ayrıq-  Elytrigia  repens  (L.)  Nevski.  Bitkinin  kökümsovları  nişasta  ilə  zəngin 
olduğundan  ondan xüsusi alkoqollu içki və pivəyə bənzər içki  hazırlanır. 
Zirinc - Berberis L. Cinsin bütün növlərinin meyvələrindən zirin likoru alınır. 
Kol bitkiləridir. Çiçəkləri salxımda toplanıb və sarıdır. Yarpaqları sadə və kənarları dişciklidir. 
Yarpaqaltlıqları  sadə,  3  bölümlü  tikan  şəklindədir.  Çiçək  yanlığı  tacşəkillidir.  Kasa  yarpaqları  və 
ləçəkləri 6, erkəkcik 6, dişicik bir olub, ağızcıq oturaqdır. Cinsin Azərbaycanda 2 növü, Naxçıvan 
MR-də 4 növü yayılmışdır. 
 
3.  Gürcü  zirinci - Berberis iberica Stev. &  Fisch.  ex  DC. Hündürlüyü 2 m, cavan 
budaqları zəif künclü, qabığı bozumtul-qırmızı, tikanları bərk, aşağıdakılar üçlü,  yuxarıdakılar isə 
sadədir.  Yarpaqları  dərivari,  tərs-yumurtavari  və ya  uzunsov  tam  kənarlıdır.  Salxımı  çoxçiçəkli  və 
əyridir.  Meyvələri  uzunsov  silindrik  və  açıq  qırmızıdır.  Orta  dağlıq  qurşağın  quru  daşlı 
yamaclarında  yayılmışdır.  Ç.  və  m.  IV-V.  Mezokserofit.  Coğrafi  tipi:  Şərqi  Qafqaz-Şimali    İran. 
Yayılması: BQ, KQ, Diabar, Naxçıvan dağlıq. Ümumi yayılması: Şimali İran. 
  4.  Sıxçiçək  zirinc  -  Berberis  densiflora  Boiss.  &  Buhse.  Hündürlüyü  1-3(4)  m,  güclü 
budaqlanan  koldur.  Cavan budaqları  bozumtul-sarıdır.  Yarpaqları  tam  kənarlı,  tərs  yumurtavari  və 
ya  uzunsov,    saplaqlı    yuxarı  yarpaqları  tamkənarlı,   aşağı  yarpaqları  dişciklidir. Aşağı budaqların 
tikanları 3 bölümlü, yuxarıdakılar sadədir. Çiçəkləri sıx çoxçiçəkli salxımda toplanıbdır. Meyvələri 
yumurtavari-şarşəkilli  və  ya  yumurtavari-uzunsov-dur.  Orta  dağlıq  qurşağın  quru  daşlı 
yamaclarında  və  kolluqlarında  yayılmışdır.  Ç.  və  m.  IV-V.  Mezokserofit.  Coğrafi  tipi:  Ön  Asiya. 
Yayılması: BQ, KQ, Diabar, Naxçıvan dağlıq. Ümumi yayılması: İran. 
 
 
 
5. Adi zirinc - Berberis vulgaris L. 
6. Əyilən tozağacı-Betula pendula Roth. Bitki tumurcuqlarından spirtli  içki alınır.  
7. Adi zirə-Carum carvi L. Likor, zirə cövhəri, nanəli likor və nanə cövhərinə əlavə olunur.  
İkiillik ot bitkisidir. Kökləri iyşəkilli lətlidir. Gövdənin hündürlüyü 30-80 (100) sm, düzqalxan və 
budaqlanandır.  Yarparqları  iki,  üç  lələkşəkilli,  aşağı  hissəsi  uzun  saplaqlı,  yuxarı  hissəsi  kiçik  və 
qısa  saplaqlı,  çiçəkqrupu  mürəkkəb  çətir,  yastılaşmış  ağ  rəngli  meyvələri  vardır.  Sallaq 
meyvələrinin uzunluğu 3-7 mm, eni isə 1,5 mm-dir. 
Azərbaycanda  Böyük  Qafqaz  (Qubanın  dağ  massivi),  Böyük  Qafqazın  şərqi,  qərbi,  Kiçik 
Qafqazın  simalı,  mərkəzi,  cənubu,  Lənkəran  və  Naxçıvan  dağlıq  ərazilərində  yayılmışdır.  Quru 
dərələrdə,  rütublətli  çəmənliklərdə,  çay  kənarlarında,  dağlarda,  kəsilmiş  meşələrdə,  meşə 
kənarlarında və bozqır çəmənliklədə yaşayır.  
Meyvələrinin  tərkibində  3-6%  efir  yağı,  karvon  (40-50%),  limonen,  karvakrol,  20%  piy 
yağları  və  flavonoidlər  vardır.  Meyvələrində  başlıca  olaraq  karvon,  limonen,  aşı  maddələri  və 
22%yağlar vardır. 


35 
8.  Çətirli  qızılçətir-  Centaurium  erythraea  Rafn.  Gövdəsi  düz  və  budaqlanan,  5-30  sm 
hündürlükdə, alt yarpaqları tərs elliptik, digər yarpaqları uzunsov elliptik və kütdür. Kasacıq tacdan 
iki  dəfə  qlsadır.  Çiçəkləri  qalxanvari  çiçək  qrupunda  toplanıbdır.  Tacı    çəhrayıdır.  Orta  dağlıq  
qurşağın  çəmən və kolluqlarında yayılmışdır. Ç. və m. V,VIII -IX. Mezofit. Coğrafi tipi: Avropa-
Aralıq  dənizi.  Yayılması:  Bütün  Azərbaycan.  Ümumi  yayılması:  Balkan-Kiçik  Asiya,  Avropa, 
Skandinaviya.  Tərkibində  sentaurin  acı  maddəsi  vardır.  Yarpaqlarının  cövhəri  narınc  arağının 
tərkibinnə əlavə olunur.  
9.  Daryarpaq  xamaenerion-  Chamaenerion  angustifolium  (L.)  Scop.  Çoxillik  yoğun  və 
sürünən  kökümsovlu  bitki  olub,çoxlu  kök  pöhrələrinə  malikdir.  Gövdəsi  düz  və  budaqlanan,  incə 
tükcüklü,  aşağısı  çılpaqdır.  Yarpaqları  növbəli,  oturaq,  uzunsov  və  ya  xətti-neştərvari,  sivri, 
tamkənarlı və ya kənarları nadirən kiçik vəzicikli və ya vəzicikli dişcikli, üzəri tutqun yaşıl, parlaq, 
aşağısı göyümtül, aydın orta damarlıdır. Çiçəkləri uzun seyrək sünbül olub, xətti çiçəkyanlıqlarının 
qoltuğunda  yerləşir.  Kasacıq  rəngli,  onun  payı  neştərvari  və  ya  xəttidir.  Ləçəkləri  çəhrayı  bəzən 
solğun çəhrayı və  ya ağdır. Ç.VII-VIII.m.VIII-IX.Yüksək dağlıq və subalp qurşağın meşə, çəmən 
və otlu yamaclarında yayılmışdır.   
Tərkibində triterpenoidlər, C vitamini, yüksək alifatik birləşmələr və spirtlər, kökümsovunda 
kraxmal, 15% selik, şəkəl, pektin, gövdəsində 4-6% aşı maddələri,  yarpaqlarında oleanol, ursol, C 
vitamini, 5,65-20% aşı maddələri, seksanqularetin, kempferol, kversetin, mirisetin, 3-O-arabinozid 
kversetin, 3-O-arabinozid mirisetin, 3-O-qlükozid kempferol, antosian və s. birləşmələr vardır. 
Bitkinin  kökümsovları  şirin  dada  malikdir,  yeyilir  və  tərəvəz  kimi  istifadə  olunur. 
Kökümsovlarından alınan un çörəkbişirmə zamanı çörək ununa qarışdırıldıqda çörək şirintəhər dada 
malik  olur.  Kökümsovları  bişirilmiş  və  ya  çiy  halda  yeyilir.  Təzə  yarpaqlarından  sup  bişirilir  və 
salat  hazırlanır.  Yerüstü  hissələrindən  dəmlənmiş  çay  mədə-bağırsaq  xəstəliklərində  ishala  və 
dizenteriyaya  qarşı,  mədə-bağırsaq  xorasında,  qastritdə  və  kolitlərdə  iltihabgötürücü  dərman  kimi 
istifadə olunur. Bitkinin şirin köklərini qıcqırtmaqla xüsusi spirtli içki hazırlanır.   
10.  Qafqaz  alışanı  -  Dictamus  caucasicus  (Fisch.  et  C.  A.  Mey.)  Grossh.  Çoxillik, 
gövdəsinin hündürlüyü 50-80 sm olub, azca şırımlıdır. Yarpaqları oturaq və lələkvaridir.  Kənarları 
narın mişardişli, alt tərəfi azca qıvrım tükcüklüdür. Uzun çiçəkləri saplaqlı, ləçəkləri çəhraymtıl və 
qırmızı  damarlı,  çiçək  qrupu  süpürgəvari-salxımdır.  Orta  dağlıq  qurşaqda  yayılmışdır.  Ç.  və  m. 
V,VI-VII,VIII. Mezokserofit. Coğrafi tipi: Qafqaz. Yayılması: Naxçıvan. Meyvələri anizet likoruna 
və absent (yovşan arağı) arağına vurulur.    
11.  Tüksüz  biyan-  Glycyrrhiza  glabra  L. Çoxillik ot bitkisi olub, hündürlüyü 50-200 sm-
dir. Gövdəsi çılpaq, çoxsaylı, düzqalxan, sadə və budaqlanandır. Yarpaqları cüt olmayan  mürəkkəb 
lələyəbənzər olub, hündürlüyü 5-20 sm-dir. Yarpaqları parlaq, möhkəm, uzunsov-yumurtaşəkilli və 
ya  neştərşəkilli  olub,  yapışqanlıdır.  Çiçəklərinin  uzunluğu  12  mm,  çiçək  tacı  ağımtıl-çəhrayı, 
kasacığı itidişciklidir. Meyvəsi uzunsov düz və ya azacıq əyilmiş formalı olur. Yeraltı sistemi ana 
kökdən, üfüqi  və  şaquli  kökümsovlardan  (stolonlar)  çox  yaruslu sistemdən  ibarət  olmaqla,  kökləri 
ilə torpağa möhkəmlənir. Kökləri ilə torpağın 8 m dərinliyinə qədər gedə bilir. Yerüstü gövdəsi ana 
kökdən inkişaf edir. Çiçəkləmə may-iyun aylarında, meyvələrin yetişməsi isə sentyabrda olur. 
Azərbaycanda  Böyük  Qafqaz  (Qubanın  dağ  massivi),  Samur-Şabran  düzənliyi,  Kür-Araz 
düzənliyi,  Alazan-Əyriçay  vadisi,  Lənkəran,  Naxçıvan  düzənlik  və  Muğan-Lənkəran  düzənliyində  
yayılmışdır. Çayın kənarlarında, dərin olmayan kiçik yarğanlarda, əkin sahələrində rast gəlinir.  
Çoxillik  yabanı  çılpaq  biyan  ilin  müxtəlif  vaxtlarında  kök  və  gövdələri  toplanılır  və 
keyfiyyətli dərman bitkisi xammalı kimi istifadə edilir. Xammal 70-75% köklərdən, demək olar ki, 
bərpa  olunmuş  pöhrəliklərdən  toplananvegetativ  orqanlardan  ibarətdir.  Qazaraq  kök  və 
kökümsovları,  yerüstü  hissələri  toplanılır.  Xammalın  toplanılması  bıçaq  və  xüsusi  maşınla 
toplanılır.  Xammalın  təkrar  toplanılması  8  ildən  bir  aparıla  bilər.  Qurudulma  çardaxda  yüksək 
temperaturda aparılır. 
Köklərində  23%  qliçirrianin,  4%  flavonoidlər,  steroidlər,  efir  yağları,  askorbin  turşusu,  acı 
maddələr,  piqmentlər  və  qatran  vardır.  Şirin  dadlı  biyan  köklərndə  saponinlər  -  qliçirrazin  (23%, 
şəkərdən  dəfələrlə  şirin),  flavonoidlər  (4%-ə  qədər)  (likviratin,  likviritigenin,  izolikviritin), 
qliserritin  turşusu,  askorbin  turşusu,  steroidlər,  efir  yağı,  şəkər,  piqment,  qatran,  aspargin  və  selik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə