Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   14   15   16   17   18   19   20   21   ...   134

38 
Meyvə  və  yarpaqları  çay  kimi  istifadə  olunur.  Ç.  və  m.  VI-VII.  Kseromezofit.  Coğafi  tipi:  Ön 
Asiya. Yayılması: Naxçıvan. Ümumi yayılması: Kiçik Asiya, İran.  
30.  Qraçiya  itburnusu  -  Rosa  hracziana  Tamamsch.  Gövdəsi  80-100  sm  hündürlükdə, 
əsası  birdən  genişlənən  və  az-çox  arxaya  əyilmiş  tikanlı  bitkidir.  Yarpaqları  7-11  yarpaqcıqlıdır. 
Yarpaqaltlıqları qulaqcıqlı, yarpaqcıqları xırda, elliptik və orta damar boyu vəzilidir. Çiçəkləri tək, 
mevələri qırmızı və armudvaridir. Orta dağlıq qurşağın quru yamaclarında yayılmışdır. Ç. və m. VI-
VII. Kserofit. Coğafi tipi: Atropatan. Yayılması: Naxçıvan dağlıq.  
31. İt itburnusu - Rosa canina L. Orta hündürlükdə koldur. Tikanlarının hamısı eyni, bərk, 
əyri  və  əsası  genişlənmişdir.  Yarpaqları  5-7  cüt  yarpaqcıqlıdır.  Yarpaqcıqlar  bir  və  ya    ikiqat 
mişardişli, hər iki tərəfi  çılpaq və vəzisizdir. Çiçəkləri  bir və  ya 3-5-li qruplar halında olur.  Kasa 
yarpaqları əsasən qıvrılmışdır. Ləçəkləri böyük və əsasən çəhrayıdır. Orta dağlıq və subalp qurşağın 
meşə kənarı və  kolluqlarında yayılmışdır. Qiymətli dərman bitkisidir. Ç. və m. V,VI-VII. Mezofit. 
Coğrafi tipi: Qərbi Paleoarktik. Yayılması: BQ, KQ, Alazan-Əyriçay, Lənkəran, Naxçıvan. Ümumi 
yayılması: Avropa, Afrika, Şimali Amerika. 
 
 
 
32.  Şərq  itburnusu  -  Rosa  orientalis  Dupont  ex  Ser.  Hündürlüyü  60-75  sm,  incə,  iti, 
ağımsov-sarımtıl,  əsası  az  genişlənən  və  az  tikanlı  bitkidir.Yarpağı  5  yarpaqcıqlı,  yarpaq  oxu 
tükcüklü,  yarpaqaltlığın  əsası  genişlənmiş,  yarpaqcığı  yumurtavari,  hər  iki  tərəfi  sıx  tükcüklü  və 
vəzisizdir.  Meyvələri  şarşəkilli-tərs  yumurtavari  və  sıx  sərt  tükvari  tikancıqlıdır.  Orta  dağlıq  və 
sublp  qurşağın  qayalıqlarında  yayılmışdır.  Ç.  və  m.VI-VII.  Kserofit.  Coğrafi  tipi:  Atropatan. 
Yayılması: Naxçıvan dağlıq. 
33.  Azərbaycan  itburnusu  -  Rosa  pulverulenta  Bieb.  Gövdəsi  qılvari  tikancıqla  qarışıq,  
bərk,  iynə  və  bizvari  qeyri  bərabər  tikanlıdır.  Yarpaq  oxu  və  yarpaqaltlığı  vəzili  və  tikanlı, 
yarpaqcıqları  5-7,  geniş-oval  və  ya  girdə,  alt  tərəfi  iyli  vəzilidir.  Çiçəkləri  tək  və  ya  2-3-dür. 
Ləçəkləri  tutqun  çəhrayıdır.  Meyvələri  oval,  qara  qırmızı  və  əsası  vəzilidir.  Orta  dağlıq  qurşağın 
meşəsiz  yamaclarında  yayılmışdır.  Ç.  və  m.V,VI-VII.  Mezokserofit.  Coğrafi  tipi:  Şərqi  Aralıq 
dənizi. Yayılması: Naxçıvan dağlıq. Ümumi yayılması:Avropa, Asiya. 
34.  Nizami  itburnusu  -  Rosa  nisami  Sosn.  Hündürlüyü    120-180    sm    olan  koldur.  
Budaqları  arxaya  əyilmiş,  yastıtəhər  birtipli  tikanlarla  örtülmüşdür.  Yarpaqları    7    yarpaqcıqlıdır, 
əsas oxu qısa tükcüklərlə və vəzili qarmaqvari tikanlarla örtülmüşdür. Çiçək daşıyan  yarpaqaltlığı 
uzunsov-neştərşəkilli, yarpağabənzər  qulaqcıqlıdır. Çiçəkləri ağ, meyvələri kərpici-qırmızıdır. Orta 
dağlıq və subalp qurşağın meşələrində ayılıbdır. Ç. və m. VII-VIII. Mezofit. Coğrafi tipi: Qafqaz. 
Yayılması: KQ, Naxçıvan dağlıq. 


39 
35. Zəngəzur itburnusu - Rosa zangezura P. Jarosch. Gövdəsi eyni tipli, düz, geniş əsası 
tikanlı,  yarpaqları  sıx  vəzili,  yarpaqaltlıqları  qısa  iti  qulaqcıqlı  və  kənarları  vəzili  kirpikciklidir. 
Yarpaqcıqları 7, bəzən 5-9, tərs  yumurtavari, ellipik, əsası pazvari, hər  tərəfi və xüsusən altı iyli 
vəzili  və    kənarları  ikiqat  vəzili  dişciklidir.  Çiçəkləri  tək  və  ya  2-3,  ləçəkləri  ağ  və  ya  solğun 
çəhrayıdır. Meyvələri oval və ya geniş ovaldır. Subalp qurşağın çəmən və kolluqlarında rast gəlinir. 
Ç. və m. VI-VII. Mezofit. Coğrafi tipi: Atropatan. Yayılması: Şamaxı, Naxçıvan dağlıq.   
36.  Sıxçiçəkli  itburnu  -  Rosa  floribunda  Stev.  Üzəri  eynitipli,  əsası  enliləşən  düz,  bəzən 
oraqvari əyri tikanlı koldur. Yarpaqları yumşaq tükcüklü,  yarpaqaltlıqları qısa və iti qulaqcıqlı, 5-7 
ədəd,  forması  elliptikdən  tərs  yumurtavariyə  qədər  dəyişən,  üzəri  tək-tək  tükcüklü,  alt  tərəfi  iyli 
vəzili və yumçaq tükcüklüdür. Çiçəkləri tək bəzən 2-3 olur. Ləçəkləri solğun çəhrayıdır. Meyvələri 
geniş  ovaldan  yumurtavariyə  qədər  dəyişir  və  bəzən  vəzili  qopartikanlıdır.  Orta  dağlıq  qurşağın 
meşə və kolluqlarında yayılmışdır. Ç. və m. VI-VII. Mezokserofit. Coğrafi tipi: Avropa. Yayılması: 
BQ, KQ, Kür-Araz düzənliyi, Lənkəran, Naxçıvan dağlıq. Ümumi yayılması: Krım.  
Kəklikotu  -  Thymus    L.  Yarım  kolcuq  bitkilər  olub,  yarpaqları  tam  kənarlı,  nadirən 
dişciklidir.  Kasacıq  silindrik  və  ya  zəngşəkilli,  iki  dodaqlı,  alt  dodaq  iki  bölümlü,  üst  dodaq  3 
dişciklidir. Kasaclq ağzı sərt tükcüklüdür. Tac iki dodaqlı, bənövşəyi, bənövşəyimtil və ya ağ, üst 
dodaq oyuqlu, alt dodaq 3 pərlidir. 4 erkəkciklidir. Azərbaycanda 16 növü, Naxçıvan MR-də 7 növü 
yayılmışdır. Müxtəlif növlərindən likor alınır 
37. Mehri kəklikotusu - Thymus migricus Klok. & Shost. Gövdəsi 4-12 sm hündürlükdə, 
yarpaqları  saplaqlı,  uzunsov  və  ya  yumurtavari,  vəzili  nöqtəli,  üzəri  çılpaq,  yandamar  qabarıqdır. 
Çiçək qrupu uzunsov, kasacığın üst dodağının dişciyi neştərvari və yanları qılcıqvari, tac ağımtıl və 
ya parlaq çəhrayımtıldır.  Orta  dağlıq qurşağın qayalıq ərazilərində yayılmışdır. Ç. və m. VI,VII -
VII,VIII. Kserofit. Coğrafi tipi: Şimali İran. Yayılması: Naxçıvan dağlıq.  
38.  Təpəlik  kəklikotu  -  Thymus collinus  Bieb. Gövdəsi çoxsaylı, budaqlanmış, 10-20 sm 
hündürlüyündə və yumşaq tüklü bitkidir. Saplaqlı yarpaqları yumurtavari və ya enli neştərvari olub, 
hər iki tərəfi seyrək vəzili-nöqtəlidir. Kasacığın üst dişciyi nisbətən qısadır. Tacı bənövşəyidir. Orta 
dağlıq və subalp qurşağın qayalıq ərazilərində yayılmışdır. Ç. və m. VI,VII-VIII. Kserofit. Coğrafi 
tipi: Qafqaz. Yayılması: BQ, KQ, Naxçıvan dağlıq. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan etnoqrafiyası: 3 cilddə, I c., baş red. Bünyadov T.Ə. Bakı: Şərq-Qərb, 2007, 544 s.  
2.
 
Mustafayeva  İ.R.,  İbadullayeva  S.C.,  Ələkbərov  R.Ə.,  İsmayılov  A.H.,  Qasımov  H.Z., 
Qasımova Ş.Ş.  Farmakoqnoziya botanikanın əsasları ilə. Dərslik. Naxçıvan: Əcəmi, 2015, 668 
s.  
3.
 
Seyidov  M.M.,  İbadullayeva  S.C.,  Qasımov  H.Z.,  Salayeva  Z.K.  Şahbuz  Dövlət  Təbiət 
Qoruğunun flora və bitkiliyi. Elmi metodiki vəsait. Naxçıvan: Əcəni, 2014, 524 s.  
4.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri. 
Naxçıvan: Əcəmi, 2008, 364 s. 
5.
 
Гроссгейм А.А. Растительные ресурсы Кавказа. Баку: АН Азерб. ССР, 1946, 671 с. 357-
369 
 
ABSTRACT 
Hilal Gasimov 
Alcoholic drinks and vinegar plants from the flora of the  
Nakhchivan Autonomous Republic 
 Ethnobotany  is  the  research  purposes  and  it  reflects  human-plant  attitude.  Ancient  people 
used  plants  in  their  own  lifetime  widely  as  herbal,  nutrition,  clothing,  dyeing  and  established 
national-etnobiological characteristics of historical heritage.  
Based on research, alcoholic beverages and vinegar plants were identified in the taxonomic 
composition:  Artemisia  absinthium  L.,  Elytrigia  repens  (L.)  Nevski.,  Berberis  iberica  Stev.  & 
Fisch.  ex  DC.,  Berberis  densiflora  Boiss.  &  Buhse.,  Berberis  vulgaris  L.,  Betula  pendula  Roth., 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə