18
8
Yonca kök-yumurucuq uzunburunu –
S.ineps. Gull
23
Qarayonca sovkası – Chloridae dipsacea
L.
9
Daralın uzunburunu – S.cylindricoelus
Gahr
24
Qamma sovkası – Phytometra qamma L.
10
Adi yonca uzunburunu – Phytonomus
mirinus P.
25
Damcıləçəkli sovka – Ph.sonfuca Steph
11
Yonca yarpaqyeyəni və ya fitonomus –
Ph.variabiels Hrbst.
26
Üçyarpaq yonca sovkası – Scotogramma
trifolii Rott.
12
Sarı yonca toxumyeyəni – Tychius fiavus
Beck.
27
S-qara ləkəli sovka – Graphiphora S-
nigrum L.
13
Sarıayaq qarayonca toxumyeyəni – Apion
flampes Pauk.
28
Qonur boz sovka – Athetis ambidua
Sghift.
14
Qarayonca uzunburunu – A.apriaans
Hrbst.
29
Karadrina – Laphygma exigua Hb.
15
Yonca qızılböcəyi – Speonptera montana
Jak.
30
Çəmən kəpənəyi – Loxostege sticticalis L.
Naxçıvan MR ərazisində yonca bitkisi üçün qorxulu zərərverici bu növlər bitkinin əsasən yarpaq,
gövdə və kökləri ilə qidalanmaqla onlara ciddi zərər verir və məhv edirlər. Bu zərərvericilərin əksəriyyəti
sürfə mərhələsində daha qorxulu olur. Ən çox ziyan verən yonca yarpaq uzunburunu, yaxud fitonomus,
yonca yoğunayağı, tumurcuq çəhrayı ağcaqanadı, yonca bağacığı, kök-yumrusu uzunburunu və s.
növlərdir. Bunlarla bərabər dövri zərər verən, az qorxulu olan növlərə də təsadüf olunur. Yüksək
zərərvermə dərəcəsinə malik, müntəzəm xarakter daşıyan növlərin bioloji və ekoloji xüsusiyyətlərinin
öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Zərərverici növün inkişaf dinamikasını müəyyən etməklə onun
hansı mərhələdə zərər verdiyini, onların xarakter xüsusiyyətlərinin müəyyən olunması, onlara qarşı
vaxtında mübarizə tədbirlərinin artırılmasına imkan verir. Eyni zamanda proqnozlaşdırmalar aparmağa
imkan verir. Buna görə də xarakter növlərin bioloji və ekoloji xüsusiyyətlərinin öyrənilməsi, inkişafın
ayrı-ayrı mərhələlərinin müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.
Phytonomus variabilis Hrbst-Fitonomus. Fitonomus, böcəklər (Coleoptera) dəstəsinin
uzunburun böcəklər (Curculionidae) fəsiləsinə daxildir.
Yetkin fərdin böyüklüyü 5-8 mm olur.Böcəyin başı boru formasındadır.Cavan böcəklərin
rəngi sarımtıl-bozdur.Yaşlı böcəklərin üzəri boz tükcüklərlə örtülü olur. Böcəklərin üst tərəfindən
uzununa doğru əvvəlcə enli, sonra isə birdən nazilən tünd-qəhvəyi rəngli zolaq gedir.
Yumurtası 0,5-0,65 mm böyüklükdə olub, ellips şəklindədir. Əvvəlcə sarı-kəhraba rəngində
olur. İnkişaf etdikcə tədricən tutqunlaşır.
Sürfələrinin uzunluğu 10 mm-dir. Ayaqsızdır, bədənin üst tərəfindən hər buğumda bir cüt iri
şişkinlik vardır. Bunlar sürfənin hərəkət etməsinə kömək edir. Sürfələrin rəngi yaşıldır, başı qonur,
yaxud qara rənglidir. Pupu böcəklərə xas olan açıq tipdədir və ipək sapdan toxunmuş barama içərisində
yerləşir. Azərbaycanda yonca bitkisi əkilən bütün rayonlarda fitonomus geniş yayılmaqla onun ən
təhlükəli zərərvericisi hesab olunur. Fitonomus əsasən yoncalıqlarda, şaxta tutmayan yerlərdə torpağın
üst qatında və yaxud alaq otları altında qışlayır. Qışlama yerlərində temperatur 12
0
–dən yuxarı olduqda
böcəklər qış yuxusundan oyanır. Havanın rütubəti çox olduqda böcəyin aktivliyi zəifləyir. Havanın orta
temperatur 24-25
0
C-dən yuxarı olduqda böcəklərin fəallığı bir daha zəifləyir və hətta yay
«diapazuasına» getməyə məcbur olur. Naxçıvan MR ərazisində aparılan tədqiqatlara əsasən noyabr
ayından iyun ayının ortalarınadək yumurta qoya bilir. Lakin muxtar respublika ərazisində havanın
temperature 12
0
C-dən aşağı olduğundan, qış dövründə mart-aprel ayınadək böcəklər qış «diapazuasına»
gedir. Aprel ayından başlayaraq yumurtatökmə başlayır, bu proses iyul ayının əvvəllərinədək davam
edir. Sonra sürfə dövrü baş verir. Sürfə dövrü aprel-may ayından başlayır, puplar may-iyun aylarına,
yeni cavan yetkin fərdlər isə iyun ayından müşahidə olunur.
19
Cədvəl 2.
Naxçıvan MR ərazisində fitonomusun inkişaf dövriyyəsi
Fərdin inkişaf
mərhələsi
Müşahidə olunduğu
dövr
İnkişaf müddəti
Fərdin ölcüləri
Yumurta
Mart-aprel
10-12 gün
0,5-0,65 mm
Süfrə
Aprel-may
15-28 gün
10
Pup
Aprel-iyun
6-12 gün
-
Yetkinfərd
May-iyun
10-11 ay
5-8 mm
Böcəyin yumurta qoyması iqlim şəraitindən və böcəyin fizioloji vəziyyətindən
asılıdır.Hesablamalara görə bir fərd həyatı dövründə 2500-ə qədər yumurta qoya bilir. Bir gün
ərzində 60-80 yumurta qoya bilir və bu proses bir ayadək davam edir.
B.V.Yakovlevin tədqiqinə görə yumurtaların inkişafı 22
0
C-də 10 gün müddətinə, 17,6
0
C
temperaturda isə 18 günə başa çatır [11]. Sürfələr istisevəndirlər, bitkilərin üst yarus yarpaqları ilə
qidalanırlar, havanın temperatur 35
0
C-ə çatdıqda, qidalanma passivləşir.
Yaşlı sürfələr yarpaqların altında puplaşırlar. Pupların inkişafı 6-11 gün davam edir. Puplardan
yeni cavan fərdlər çıxır. Böcəklər yetkinlik dövründə xortumları ilə bitkilərin gövdələrini deşib,
yumurtaqoyanı vasitəsilə ora yumurta qoyurlar. Hər bir deşikdə 15-20 yumurta olur. Naxçıvan
şəraitində yumurtalayan embrionun inkişafı iqlim şəraitindən asılı olaraq 10-18 günə başa çatır. Bir
nəslin inkişafı B.V.Yakovlevə görə 31 gündən 56 günədək davam edir. İkinci nəsil fərdləri mayın
sonları və iyunun əvvəllərində müşahidə olunmağa başlayır [11, s.177-178]. S.M.Posrevoy,
M.V.Arsenova görə bunlar 56-60 günədək yaşamaqla yeni yonca bitkisi ərazilərinə yayılmaqla
qidalanaraq yumurta qoyma qabiliyyətinə malik olurlar [8]. Yetkin fərdlər havanın temperature 11-
12
0
C olduqda qışlamaya gedirlər. Naxçıvan MR ərazisində bu proses uzana bilir. Eyni zamanda
Naxçıvan ərazisində yonca yarpaqyeyəni ildə bir nəsil verə bilir. İkinci nəslin inkişafı başa çatmır.
Fitonomusun əsas zərərverici fazası onun sürfəsidir. Sürfələr yoncadan başqa heç bir bitki ilə
qidalanmır. Qidalanma nəticəsində yem məhsulu kəmiyyətcə azalmaqla, onun keyfiyyəti aşağı düşür.
Bruchophagus gibbus B - Yonca yoğunayağı. pərdəqanadlılar (Hymenoptera) dəstəsinin
yoğunayaqlılar (Eurytomidae) fəsiləsinə mənsubdur.
Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə qara rəngli həşərat olub, ayaqlarının baldır və
pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavaridir,
parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcükləri olur.
Yumurtası olduqca kiçik- 0,04-0,02 mm enində olub, ovalvari, yarımşəffaf və saplaqlıdır.
Sürfələri ağ rəngli və ayaqsızdır. Yaxşı inkişaf etmiş qəhvəyi rəngli üst çənələrə malikdir. Uzunluğu
1,5-2 mm-ə malikdir. Yonca yoğunayağı sürfə mərhələsində yonca toxumlarının daxilində qışlayır.
Bu sürfələr toxum daxilində pup halına keçir. Həmin puplardan aprel ayının II-III ongünlüyündə
yetkin fərdlər çıxmağa başlayır.Onlar toxumların qabığını girdə halda gəmirərək xaricə çıxır və
müxtəlif bitki çiçəklərinin nektarı ilə qidalanır. Bir müddət keçdikdən sonra dişi yoğunayaq sırf
yetişmə dövründə olan paxlalı bitkilərin paxlalarına tək-tək yumurta qoyur. Dişi fərdlər yumurta-
qoyanları vasitəsilə paxlanın qabığını deşir və yumurtalarını toxumların üzərinə tokür. Hər bir dişi
yoğunayaq 16-65 yumurta qoya bilir. Yumurtanın rüşeym inkişafı 3-5 günə başa çatır və əmələ
gələn sürfələr həyatının sonuna qədər bir toxumla qidalanır və başqalarına keçmir.
Aparılan tədqiqat işləri ilə müəyyən edilmişdir ki, yonca yoğunayağı Azərbaycan şəraitində 3-
4 nəsil verir. Naxçıvan MR ərazisində yayın kəskin istiləri və qışın mənfi temperatura malik olması
ilə əlaqədar 2 nəslin inkişafı müşahidə olunur. Zərərvericinin birinci nəsli köhnə yoncalığın birinci
çalım toxumlarında, ikinci nəsil isə birillik cavan yoncalıqlarda yayılmış olurlar.Sürfələrin əsas
hissəsinin diapauza halına keçməsi ilə əlaqədar heç bir nəsil inkişafını tam başa vurmur.Sürfələr
yalnız gələn ilin yazında inkişafını davam etdirir.
Yonca yoğunayağının şiddətli zədələdiyi toxumlardan ancaq qabıq qalır. Nisbətən zəif
zədələdiyi toxumlar isə cücərmə qabiliyyətini itirir. Beləliklə, növ toxumçuluğa ciddi zərər
verməklə, təsərrüfat zərərinə malik olur.
Otiorrhynehus ligustuci L - Yonca böcəyi. Azərbaycanda geniş yayılan növ olub, müxtəlif
ekoloji şəraitdə yayılma xüsusiyyətinə malikdir. Bitki örtüyü ilə zəngin olan, eyni zamanda alp
sahələrdə, üzümlük və meyvə bağlarında da rast gəlmək olur. Müəlliflərin tədqiqatlarına görə Kür-Araz
düzənliyində qeydə alınmamışdır. Dağlıq ərazilərdə, hətta dəniz səviyyəsindən 2000 m yüksəklikdə rast
Dostları ilə paylaş: |