Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   27   28   29   30   31   32   33   34   ...   134

64 
Hal-hazırda  məlum  olmuşdur  ki,  faqositozdan  başqa  yad  cisimləri  zərərsizləşdirilməsində 
antitellər də iştirak edirlər. Onların yaranmasında mütləq makrofaqlar iştirak etməlidirlər. Onlar yad 
zülalları (antigenləri) tuturlar və onları öz səthində hissələrə (antigen determinantlar) bölürlər.  Bu 
zaman bunlarla bu determinantları birləşdirən xüsusi antitellər (immunoglobulin zülallar) hasil edən 
limfositlər   əlaqəyə  yaradırlar. Bundan sonra  limfositlər  bölünürlər  və qana  bir  çox  yad  zülalları  -  
antigenləri birləşdirən antitellər hasil edirlər.   
Sxem 1.  Faqosit tərəfindən yad cismin həzm olunması 
 
Faqostitoz  zamanı  sitoplazmatik  membran  udularaq maddə  ilə  birlikdə  hüceyrənin  daxi-
linə  doğru  çökür  və faqositoza  uğrayan  hissəcik  ətrafında  qovuqcuq  əmələ gəlir.  Ona  faqo-
som  deyilir.  Bu  zaman  ilkin  lizosomlar faqosoma yaxınlaşaraq möhtəviyyatın faqosoma tökür və 
həzm vakuolu yaranır.  Hüceyrə  daxili  həzm  vakuolu sonradan  yaranan  nisbətən  iri  lizosomdur.  
Lizosomun  fermentlərin  təsirindən  həzm  vakuolundakı  qida  maddələri  parçalanaraq  hüceyrə 
tərəfindən mənimsənilir. 
Lizosomların faqosom xüsusiyyəti mühüm əhəmiyyət daşıyır. Lizosomların bu xüsusiyyətini 
nəzərə alaraq alimlər uzun illərdir müxtəlif tətqiqatlar aparmışlar. Bu tətqiqatların nəticəsində 2016 
- cı ildə yapon alimi, molekulyar bioloq Yoshinori Ohsumi autofagiya mexanizmlərinin tədqiqatı işi 
ilə əlaqədar Fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatı almışdır.  
Laureatın  sözlərinə  görə  28  il  əvvəl  mühüm  hesab  prosesə,  hüceyrə  daxilində  deqradasiya 
prosesinə nəzər yetirmişdir. Tədqiqatlarında hüceyrələrin təmizliyini və orqanizmdə olan təhlükəli 
zülallardan  və  zərərli  maddələrdən  qorunmağın  mühüm  olduğunu  qeyd  etmişdir.  Ohsumi  Nobel 
mükafatının onun üçün mühüm əhəmiyyət daşıdığını və bu mükafatı qazanmaq cavan yaşlarından 
onun  onun  ən  böyük  arzusu  olduğunu  bildirmişdir.  O,  söyləyirdi  ki,  mən  həmişə  inanırdım  ki, 
başqalarının edə bilməyəcəyini mən bacaracağam. 
Yoshinori Ohsumi dünyada ilk dəfə autofaqiya prosesinə təsir edən genləri müəyyən etmişdir. 
Nobel  mükafatının  rəsmi  səhifəsində  verilən  məlumata  görə  autofagiya  “autos”  yunanca  “özü”, 
“fagein”-“udmaq”,  yəni  autofagiya  “özünü  udmaq”  deməkdir.  Hər  bir  eukariot  orqanizmlərin 
hüceyrələrində  xüsusi  orqanellər-hüceyrənin  lazımsız  komponentlərini  məhv  edən  lizosomlar 
mövcuddur.  
Autofaqiya müxtəlif proseslərdə iştirak edir: 
1.
 
Hüceyrə  daxilində  hüceyrə  maddəsinin  bir  hissəsini  həzm  edərək  enerjiyə  olan  tələbatını 
ödəyə bilir. 
2.
 
Həmçinin autofaqiya hüceyrəyə daxil olan bakteriya və virusları məhv edə bilər.  
3.
 
Autofaqiya embrionun inkişafına və hüceyrələrin differsiyasiyasına kömək edir.  
4.
 
Eləcə də hüceyrələr autofaqiyanı qocalmanın qarşısın alan  zədələnmiş zülal və orqanellərin 
aradan qaldırılmasına istifadə edirlər.  
Osumi autofaqiyanı mayanın misalında öyrənmişdir. O, sübut etmişdir ki, mayanın lizosom-
ları vardır və onları autofaqiyaya nəzarət edən genlərin öyrənilməsində və araşdırılmasında orqaniz-
min modeli kimi istifadə etmişdir. Osuminin tədqiqatlarının nəticəsində bütün dünya autofaqiyanın 
fizioloji  proseslərdə  rolunu  və  autofaqiya  genlərində  baş  verən  mutasiyaların  xəstəliklər  törədə 
biləcəyini  öyrənmişdi.  Araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,  autofaqiyaya  nəzarət  edən 
genlərdə baş verən pozulmalar Parkinson və xərçəng xəstəlikləri yaradır.  
Faqositoz  orqanizm  strukturlarının  dağılmasının  qarşısını  alır  və  yenidən  yaranmasına  kö-
məklik  edir.  Qoruma,  təmizlənmə,  bərpa  olunma-faqositozun  biri-birindən  fərqli  bu  mühüm  üç 
funksiyası  insanla  bütün  həyatı  boyu    yanaşı  yaşayır  və  orqanizmin  daxili  mühitinin  sabitliyini, 


65 
yaşamamızı təmin edir. Buna görə bu prosesin böyük bioloji əhəmiyyəti vardır. Ancaq təkcə immun 
sistemin  iş  qabiliyyətinə  arxalanmaq  olmaz,  ona  aktiv  şəkildə  köməklik  etmək  lazımdır.  Bunun 
üçün  sağlam  həyat  tərzi  keçirmək,  faydalı  vərdişlərə  yiyələnmək,  stresslərdən  uzaq  olmaq  və 
immun sistemi gücləndirmək lazımdır. 
 
ƏDƏBİYYAT 
1.
 
Qorxmazov V. M., Əliyev S.M., Histologiya . Bakı, 1995 
2.
 
Əmirova F., Hüseynov Ə., Ümumi sitologiya. Bakı, 2005 
3.
 
Hacıyev D. V.,  Əliyev V.Ə.,  Əliyev S.D.,  Tibbi biologiya. Maarif, 1993 
4.
 
Зенгбуш  П.  Молекулярная  клеточная  биология.  Б.3т.  Т.2.М. Мир, 1982. 
5.
 
http://tass.ru/nauka/3673232 
 
ABSTRACT 
Vusala Ismayilova 
Secret life of organisms - фагоситоз 
In article it becomes clear that the phagocytosis plays an important role in protection of an 
organism against stranger particles, bacteria, viruses, toxins. Thanks to phagocytic activity of these 
cages  the  organism  is  unreceptive  to  a  number  of  infectious  diseases.  Violations  of  functions  of 
phagocytes  lead  to  the  raised  susceptibility  to  infections.  Having  carried  out  a  phagocytosis  of  a 
bacterium, a fungus,  a  virus  or  other particle, the  phagocyte  realizes  other  unique  phenomenon:  it 
prezentirut antigens. Their main mission – to distinguish and destroy the harmful objects which got 
into  an  organism.  The  last  is  carried  out  by  a  phagocytosis  -  "consuming"  by  phagocytes  of  any 
solids to which in our body not the place. Phagocytes in blood of the person are capable to keep her 
health, and fabric phagocytes are responsible for a safe condition of bodies. 
 
 
РЕЗЮМЕ 
Вюсала Исмаилова 
Тайная жизнь организмов - фагоситоз 
В  статье  выясняется,  что  фагоцитоз  играет  важнейшую  роль  в  защите  организма  от 
чужеродных  частиц,  бактерий,  вирусов,  токсинов.  Благодаря  фагоцитарной  деятельности 
этих  клеток  организм  оказывается  невосприимчивым  к  ряду  инфекционных  заболеваний. 
Нарушения  функций  фагоцитов  приводят  к  повышенной  восприимчивости  к  инфекциям. 
Осуществив  фагоцитоз  бактерии,  грибка,  вируса  или  другой  частицы,  фагоцит  реализует 
другое уникальное явление: он презентирует антигены. Их главная миссия – распознавать и 
уничтожать проникшие в организм вредоносные объекты. Последнее осуществляется путем 
фагоцитоза  –  «пожирания»  фагоцитами  любых  твердых  частиц,  которым  в  нашем  теле  не 
место.  Фагоциты  в  крови  человека  способны  сохранять  ее  здоровье,  а  тканевые  фагоциты 
отвечают за благополучное состояние органов. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə