Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   35   36   37   38   39   40   41   42   ...   134

79 
sərtqanadlı isə bitkinin həm vegetativ, həm də generativ orqanaları ilə qidalanaraq buğda bitkisinin 
ayrı-ayrı  orqanlarının  zədələnməsinə,  qurumasına,  məhsuldarlığın  aşağı  düşməsinə  və  hətta  ziyan 
çox olarsa, bitkinin tamamilə məhv olmasına səbəb olur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycanın heyvanlar aləmi. Buğumayaqlılar. II cild. Bakı: Elm, 2004, 388s. 
2.
 
Boqaçev  A.V.  Azərbaycanın  kənd  təsərrüfatı  bitkilərinin  zərərvericiləri  və  onlarla  mübarizə 
tədbirləri. Bakı: Azərb. EA nəşriyyatı,1953, s.156-161. 
3.
 
Mirzəyeva N.B. Azərbaycanın yarpaqyeyən böcəkləri. Bakı: Elm, 1988, 212 s. 
4.
 
Дунаев Е.А. Методы эколого-энтомологических исследований. Москва: Мосгор СЮН, 
1997, 44 с. 
5.
 
Лобанов  Л.А.  Введение.  Жуки  (Coleoptera)  и  колеоптерологи.  1999-2012. 
http://www.zin.ru/animalia/coleoptera/rus/intro.htm. Пос. из. стр. сайта – 12 января 2016 г.  
6.
 
Самедов  Н.Г.  Фауна  и  билогия  жуков,  вредящих  сельскохозяйственным  культурам  в 
Азербайджане. Баку: АН Азерб. ССР, 1963, 385 с. 
7.
 
Фасулати  К.К.  Полевое  изучение  наземных  беспозвоночных.  Москва:  Высшая  школа, 
1971, 424 с. 
ABSTRACT 
Gulnar Gahramanova  
Akif Bayramov  
Harmful influence of beetles (Coleoptera), which spread in grain fields on different organs of 
plant 
The material of the study was the harmful insects of grain crops in the Ganja-Gazakh region. 
Field work was carried out on stationary fields of agrocenoses of winter wheat, located at different 
coordinates.  According  to  the  peculiarities  of  the  trophic  connection  from  certain  42  species,  25 
phytophages,  6  are  myxophytophages,  4  are  myxozoaphages,  6  are  zoophagous  and  one  is 
kaprophagous. 
It  has  been  determined  that  the  most  harmful  species  for  plants  which  are  spread  in  winter 
wheat  agrocenosis,  belong  to  Carabidae  (Z.tenebrioides  longulus  R&S,  Z.morio  morio  Mén., 
A.picipes  Ol.,  D.obscurus  Dej.,  H.froelichii  Sturm,  H.tardus  Pan.,  H.griseus  Pan.,  H.rufipes 
DeGeer,  H.calceatus  Duft.,  C.melancholicus  melancholicus  Dej.),  Melyridae  (E.hirtus  L.), 
Tenebrionidae  (P.daghestanica  Reit.,  P.elongata  Men.,  O.flavipennis  Küst.),  Scarabaeidae 
(A.austriaca  Herbst,  A.lineatus  L.,  B.leucaspis  Lap.,  O.cinctella  Schaum)  and  Chrysomelidae 
(O.melanopus  L.)  families.  The  mentioned  species  infect  the  generative  and  vegetative  organs  of 
plants. But the most species harm the wheat grains at the milk and wax ripeness stages.  The degree 
of damage to each type of pest depends on the biotic and abiotic factors, especially on the quality 
and quantity of the forage reserve. 
 
РЕЗЮМЕ 
Гюлнар Гахраманова  
Акиф Байрамов 
Нанесенный вред растениям жесткокрылыми (Coleoptera)на пшеничных полях 
 
 
   Материалом  исследования  служили  вредоносные  насекомые  зерновых  культур  в 
Ганджа-Газахском  регионе.  Полевые  работы  проводились  на  стационарных  полях 
агроценозов  озимой  пшеницы,  находящихся  на  разных  координатах.  По  особенностям 
трофической  связи  из  определенных  42  видов  25-  фитофаги,  6  –  миксофитофаги,  4  – 
миксозооафаги, 6 – зоофаги и один капрофаг.  
Во время исследований в пшеничных агроценозах были обнаружены в основном виды 
из  семейства  Carabidae  (Z.tenebrioides  longulus  R&S,  Z.morio  morio  Men.,  A.picipes  Ol., 
D.obscurus Dej., H.froelichii Sturm, H.tardus Pan., H.griseus Pan., H.rufipes DeGeer, H.calceatus 


80 
Duft., 
C.melancholicus 
melancholicus 
Dej.), 
Melyridae 
(E.hirtus 
L.), 
Tenebrionidae 
(P.daghestanica  Reit.,  P.elongata  Mén.,  O.flavipennis  Küst.),  Scarabaeidae  (A.austriaca  Herbst, 
A.lineatus  L.,  B.leucaspis  Lap.,  O.cinctella  Schaum)  и  Chrysomelidae  (O.melanopus  L.). 
Отмеченные  виды  наносят  вред  генеративным  и  вегетативным  органам.  Но  многие  виды 
наносят  ущерб  зернам  пшеницы  во  время  молочного  и  воскового  периода.  Степень 
повреждения  каждого  вида  вредителя  зависит  от  биотических  и  абиотических  факторов, 
особенно, от качества и количества кормовой базы. 
 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev
 
 
 
 


81 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
AFAQ ƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT: 372.8/58 
MÜRƏKKƏBÇİÇƏKLİLƏR – ASTERACEAE  DUMORT FƏSİLƏSİNİN  
TƏDRİSİ MƏSƏLƏLƏRİ 
Mürəkkəbçiçəklilər  fəsiləsi  növ  sayına  görə  böyük  fəsilələrdən  biridir.  Fəsilə  dünyada 
Səhləbkimilərdən sonra ikinci yeri tutur. Biologiyanın tədrisində sözügedən fəsilənin sistematikada 
yerinin  müəyyənləşdirilməsi  əsas  məsələlərdən  biridir.  Bu  baxımdan,  öncə  sistematika  ilə  bağlı 
aşağıdakı məlumat diqqətə çatdırılsa, faydalı olar: 
                      Aləm: Bitkilər 
                      Şöbə: Örtülütoxumlular 
                      Sinif: İkiləpəlilər 
                      Sıra: Astraçiçəklilər 
                      Fəsilə: Mürəkkəbçiçəklilər. 
Tədris prosesində bu fəsilənin iki yarımfəsiləsinin olduğu da yada salınmalıdır. Yarımfəsilələr 
bunlardır: 1. Boruçiçəklilər – Tubuliflorae və ya Asteroideae. 2. Dilcikçiçəklilər – Liguliflorae və 
ya  Cicborioideae.  Həmçinin  fəsilənin  cinsləri    12-13  tribada  yerləşir.  Tədris  prosesində  fəsilənin 
xarakterik tribaları haqqında da danışmaq lazımdır: 
1.Günəbaxan – Heliantheae 
2. Çobanyastığı – Anthemideae 
3. Artişok – Cynareae 
4. Mutiza – Mutisieae 
5. Kasnı (Südləmə) – Cichorieae (Lactuceae
Mürəkkəbçiçəklilər  fəsiləsinin  dünyada 1200-ə qədər  cinsi,  24000-ə  yaxın növü  yayılmışdır. 
Azərbaycanda  117  cinsdə  toplanan  650  növü  vardır. Mövzunun  sistematikasının məlumatı zamanı 
fəsilənin Naxçıvan Muxtar  Respublikasında olan  cins  və növlərinin sayının  da vurğulanması  daha 
maraqlı olar. Bu baxımdan, qeyd etmək lazımdır ki, fəsilənin  muxtar Respublikada 89 cinsə daxil 
olan 437 növü məlumdur. 
Mürəkkəbçiçəklilər  fəsiləsinin  nümayəndələri  bütün  iqlim  qurşaqlarında  yayılmışdır.  Mülayim 
iqlimə  malik  ərazilərdə  çoxillik  ot  və  kol  nümayəndələri  bitir.  Qeyd  etmək  olar  ki,  bunlar  hiqrofil  və 
hidrofil  yerlərdə  çox  az  rast  gəlinir.  Fəsilənin  birillik  növləri  quru  dağətəyi  yerlərdə,  savannalarda 
yayılmışdır. Ağac və lian formalarına isə tropik və subtropik zonalarda rast gəlmək olur. 
Fəsilənin öyrədilməsi prosesində onun nümayəndələrinin xarakterik  əlamətləri məsələsinə də 
diqqət  yetirmək  lazımdır.  Belə  ki,  bu  fəsiləyə  aid  olan  növlərdə  süd  borularının  və  inulin  maddə-
sinin  olması  xarakterik  əlamətdir.  Mayalanma  olmadan  toxumun  əmələ  gəlməsi  (Apomiksis)  də 
fəsilə nümayəndələrində geniş yayılmışdır. Çiçək qrupu səbət çiçək qrupudur. 
Həyat formalarına  görə  Asteraceae  Dumort fəsiləsinə  daxil  olan  nümayəndələr ot,  yarımkol, 
kol, lian və ağac bitkilərdir. Mövzunun öyrədilməsi prosesində onun çiçəkləri də unudulmamalıdır.  
Fəsilənin  generativ  orqanlarından  olan  çiçəklərin  quruluş  xüsusiyyətlərinə  gəldikdə,  demək  olar 
ki, bura  aid  olan növlərin  kasacığı olmur.  Onun  əvəzinə  tükcüklərdən,  pulcuqlardan  ibarət kəkil olur. 
Tədris zamanı qeyd etmək olar ki, kəkil – pappus deməkdir, yəni onun bəzi elmi ədəbiyyatlarda pappus 
adlandırılması  bununla  əlaqədardır.  Kasacığın  funksiyasını  çiçək  yanlığı  yerinə  yetirir.  Çiçək  tacı 
beşüzvlü,  bitişik  yarpaqdan  ibarət  olur.  Tacın  5  tipi  məlumdur:  boruşəkilli,  dilcikşəkilli,  ikidodaqlı 
dilcikşəkilli, yalançı dilcikşəkilli, qıfvari. Beş ədəd erkəkciyi vardır. Çiçəyin erkəkcikləri tacın borusuna 
bitişmişdir. Dişiciyi bir ədəddir və iki meyvə yarpağından əmələ gəlmişdir. Yumurtalığı  bir yuvalıdır və 
alt  vəziyyətdə  olur.  Meyvələri  toxumca  meyvədir.  Qeyd  etmək  olar  ki,  bu  bitkilərin  toxumları 
endospermsizdir. Çiçəkləri ali quruluşlu səbət çiçək qrupunda sıx yerləşir. Səbətdəki kənar çiçəklər orta 
çiçəklərdən fərqli olur. Belə ki, kənar çiçəklərin tacı dilcik formasındadır, orta çiçəklərin tacı isə dişcikli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə