Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   37   38   39   40   41   42   43   44   ...   134

84 
Mürəkkəbçiçəklilər  fəsiləsini  bəzi  növlərinin  adının  mənası  da  onların  bəzi  xüsusiyyətinlərə 
uyğundur. Bunları aşağıdakı kimi qeyd etmək olar: 
Astra (Aconitum) – latın dilində “aconitum”, yunanca “akoniton” sözünün latınlaşmış forma-
sıdır.  Bu  ad  bitkiyə  canavar  və  başqa  yırtıcı  heyvanları  zəhərləmək  üçün  istifadə  olunduğu  üçün 
verilmişdir. 
Günəbaxan (Helianthus) – lüğəti mənası “helios”  – günəş, “anthos” – çiçək deməkdir. 
Andız (İnula) – lüğəti mənası “inaein”  – təmizləmək deməkdir. 
Çobanyastığı (Pyrethrum)– lüğəti mənası yunan dilində “pyretros” isitmə, qızdırma deməkdir. 
Boymadərən    (Achillea)  –  bitkinin  adı  Troya  müharibəsinin  mifoloji  qəhrəmanı  Axillanın 
şərəfinə adlandırılıb. 
Dəvədabanı  (  Tussilago)  –  lüğəti  mənası  “tussis”  –  öskürək,  “agere”  –  hərəkətə  gətirmək 
deməkdir. 
Eupator (Eupatorium) – Pont çarı Mitridat Eupatorun şərəfinə belə adlandırılmışdır. 
Güləvər  (Centaurea) – lüğəti mənası “kentein” – öküz, “tauros” – öldürmək deməkdir. 
Heterasiya  (Heteracia) – lüğəti mənası “heteros” –  sökmək, “achenia”– toxumca deməkdir. 
Xırdaləçək (Erigeron) – lüğəti mənası “eri”  – erkən, “geron” – löhnə deməkdir. 
Payızgülü (Chrysanthemum) – lüğəti mənası “chrysos”  – qızıl, “anthemos” – çiçək deməkdir. 
İkibaşlı (Dichrocephala) – lüğəti mənası “dichros”  – ikirəngli, “kephale” – baş deməkdir. 
Göyçiçək (Cichorium) – lüğəti mənası “kio”  – getmək, “chorion” – sahə deməkdir. 
Beləliklə, Mürəkkəbçiçəklilər fəsiləsinin tədrisində sözügedən məlumatların verilməsi dərsin 
keyfiyyətini artıran cəhətlərdən biri kimi faydalıdır. 
 Əyani vəsait kimi bir qrup növlərin şəkillərindən hazırlanmış slaydların nümayiş etdirilməsi 
və  ya  hazır  herbari  materiallarının  şagirdlərə  göstərilməsi  dərslərin  yüksək  səviyyədə  mənim-
sənilməsinə  əsaslı  təsir  göstərər.  Dərs  prosesində  təbiətin,  o  cümlədən  “Qırmızı  Kitab”-lara  düşən 
növlərin qorunması haqqında da şagirdlərə məlumatların verilməsi məqsədəuyğundur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan  Respublikasının  Qırmızı  Kitabı,  Nadir  və  nəsli  kəsilməkdə  olan  bitki            və 
göbələk növləri, ikinci nəşr, Bakı, Şərq- Qərb, 2013, s.670.  
2.
 
Əsgərov A., Azərbaycanın Bitki Aləmi, Teas Press Nəşriyyat evi, 2016,  s.443. 
3.
 
Qurbanov E.M., Ali bitkilərin sistematikası, BDU, 2009, s.420. 
4.
 
Naxçıvan  Muxtar  Respublikasının  Qırmızı  Kitabı  (Ali  sporlu,  çılpaqtoxumlu  və    örtülü-
toxumlu bitkilər) II cild, Əcəmi 2010, s. 676.  
5.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.,  Naxçıvan  Muxtar  Respublikası  Florasının    Taksonomik 
Spektri, Əcəmi 2008, s.350.  
6.
 
Seyidov  M.,  İbadullayeva  S.,  Qasımov  H.,  Salayeva  Z.  Şahbuz  Dövlət  Təbiət  Qoruğunun 
Flora və Bitkiliyi, Əcəmi, 2014, s.523.  
 
ABSTRACT 
Afaq Alieva 
The teachıngıssuesfamıly Asteraceae – Asteraceae  dumort 
The  article  discusses  modern  methods  of  learning  some  common  known  species  of 
Asteraceae plants (Asteraceae Dumort). For this are purpose to consistently compile, short and clear 
lessons  schemes.  At  the  same  time,  the  text  of  the  provisions  mentioned  systematic  characteristic 
performance,  life  forms,  morphological  characteristics  and  habitat  in  some  climatic  zones 
Asteraceae  plant  species.  It  marked  the  first  time  the  names  of  some  species  in  the  Azerbaijani 
language. It marked the first time the names of some species in the Azerbaijani language. Prepared 
structure  of  one  of  the  generative  organs  of  the  plant  flowers.  In  addition,  we  compiled  a  list  of 
plants,  including  the  Red  Data  Book  species  and  having  economic  value.  For  a  conscious 
understanding of the  topic is recommended in the tutorial, to demonstrate how arevisual aid plant 
pictures using slide or herbarium materials. 


85 
РЕЗЮМЕ 
Афаг Алиева 
Вопросы преподавания семейства сложноцветных- Asteraceae dumort 
В  статье  обсуждается  современных  способов  обучения  некоторых  широко  распрос-
траненных  известных  видов  сложноцветных  растений  (Asteraceae  Dumort).  С  этой  целю 
последовательно составлено краткий и ясный схем уроков. Одновременно в тексте отмечено 
систематических положений, характерные показатели, жизненные формы, морфологических 
особенностей  и  место  распространения  в  отдельных  климатических  поясах  видов  сложно-
цветных растений. Впервые отмечена названий некоторых видов на азербайджанском языке. 
Подготовлено  структуры  одним  из  генеративных  органов  цветы  растений.  Кроме  того, 
составлены  список  растений,  включающий  в  Красной  Книги  и  видов  имеющий  народно-
хозяйственных  значений.  Для  сознательного  понимания  темы  рекомендуется  в  уроке, 
демонстрировать  как  наглядное  пособиефотографии  растений  с  помощью  слайдом  или  с 
гербарными материалами.  
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə 
çapa tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru, 
dosent   M. Piriyev
 


86 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
TARİYEL TALIBOV 
AMEA Naxçıvan Bölməsi 
t_talibov@mail.ru 
ENZALƏ NOVRUZOVA 
AMEA Naxçıvan Bölməsi 
enovruzova_32@mail.ru 
UOT:581.9 
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASINDA DRYOPTERİDACEAE R.-C. 
CHİNG FƏSİLƏSİNİN FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ  
VƏ ƏHƏMİYYƏTLİ NÖVLƏRİ 
Açar  sözlər:  Naxçıvan  Muxtar  Respublikası,  Dryopteridaceae  R.-C.  Ching,  fəsilə,  cins,  növ, 
fitosenologiya, formasiya, assosiasiya, əhəmiyyətli növlər 
Key  words: Nakhchivan  Autonomous Republic, Dryopteridaceae R.-C. Ching, family, genus, 
species, phycenologic, formation, association, significance species 
Ключевые слова: Нахчыванской Автономной Республики, Dryopteridaceae R.-C. Ching, 
семейства, род, вид, фитоценология, ассосиации, формации, полезных видах 
Müasir  geobotaniki  axtarışlar  zamanı  ekobiomorfun  quruluşunun  öyrənilməsi  üçün  bitki 
qruplaşmalarının  və  onların  hansı  qrupa  mənsub  olmasının  müəyyən  edilməsi  vacib  məsələlərdən 
sayılır. Bitkilərin filogenetik tədqiqi zamanı onların hansı bitki qruplaşmasının tərkibində yaranması 
məsələsinin  araşdırılması  düzgün  nəticələr  alınmasına  zəmin  yaradır.  Hazırda  Naxçıvan  Muxtar 
Respublikası  biomüxtəlifliyində  17  bitkilik  tipi  mövcuddur  [5,  s.148-154].  Bu  bitkilik  tiplərində 
Drypoteridaceae  R.-C.  Ching  fəsiləsinə  aid  olan  növlər  formasiyalar,  assosasiyalar  və  qruplar 
şəklində yayılmışdır.  
Təbiətdə mürəkkəb fitosenozların yaranması qanunauyğunluqlarının tədqiqi üçün ilk növbədə 
bitki  qruplaşmalarının  dinamikası  öyrənilməlidir.  Qıjılar  şöbəsinə  daxil  olan  Ayıdöşəyikimilər 
fəsiləsinə  aid  olan  növlərin  ilk  olaraq  hər  birinin  ayrı-ayrı  bitkilik  tipində  yer  almasının  xarakteri 
apardığımız tədqiqatlar nəticəsində  müəyyənləşdirilmişdir. 
Geobotanikada bitkilərin təsnifatı bir neçə bölməyə ayrılır, onların içərisində əsas taksonomik 
vahid formasiyalardır. Bitki örtüyü çoxsaylı formasiyalardan təşkil olunmuşdur və bu fitosenozları 
bir-birindən  fərqləndirmək  üçün  taksonomik  vahidlərdən  istifadə  etmək  lazımdır.  Bu  taksonomik 
vahidlər  aşağıdakılardır:  assosiya,  assosiya  qrupu,  assosiya  sinfi,  formasiya,  formasiya  qrupu, 
formasiya  sinfi  və  bitkilik  tipi.  Bunların  içərisində  ən  kiçik  sistematik  vahid  assosasiya,  ən  böyük 
sistematik  vahid  isə  bitkilik  tipi  hesab  olunur.  Floranın  formalaşmasında  mühüm  yeri  olan 
Dryopteridaceae  R.-C.Ching  fəsiləsinə  daxil  olan  növlər  də  özünəməxsus  assosiya,  formasiya  və 
bitki qruplaşmaları əmələ gətirirlər [1, s. 3-8; 3, s. 145-150]. 
-
 
Formasiya: Querceto-Crataegueta, Querceto- Fraxsinueta  
-
 
Assosiasiya:  Quercetum  macranthosum  +  Crataeguetum  meyeriosum    Euonymuetum 
europaeosum+Fraxinuetum excelsiosum+Dryopteretum filix - masosum 
Dryopteridaceae  R.-C.Ching-Ayıdöşəyikimilər  fəsiləsinin  Dryopteris  Adans.-  Ayıdöşəyi 
cinsinə  daxil  olan  Dryopteris  filix-mas  (L.)  Schott  -  Erkək  ayıdöşəyi növü Şahbuz  rayonunun  Ba-
tabat  və  Ordubad  rayonunda  Tillək  meşələrində  və  hündür  dağlığın  meşə-kolluq  ərazilərində 
yayılmışdır.  Enliyarpaqlı  və  iynəyarpaqlı  meşələrin  rütubətli  yerlərində  palıd-  göyrüş  -  yemişan 
formasiyalarında  gur  yaruslar  əmələ  gətirən  adi  meşə  bitkisidir.  Meşələrdə  Quercus  macranthera 
Fisch.  et  C.A.Mey.,  Crataegus  meyeri  Pojark,  Fraxinus  excelsior  L.  ağacları  və  Euonymus 
europaea  L.  -  Avropa  gərməşovu,  Rosa  canina  L.  -  İtburnu  və  Cotoneaster  integerrimus  Medik.- 
Tamkənaryarpaq dovşanalması kimi kollarla assosiasiya əmələ gətirirlər. Birinci yarusda ot bitkiləri 
Solenanthus circinatus Ledeb.–Qıvrım boruçiçək, Ranunculus sceleratus L. – Zəhərli qaymaqçiçək, 
Rhinanthus  vernalis  (N.  Zing.)  Schischk.–Yaz  çınqılotu,  Filipendula  ulmaria  (L.)  Maxim.  – 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə