Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   45   46   47   48   49   50   51   52   ...   134

101 
       
 
Şəkil 1.  Genofondda üzüm sortların yarpaqlarında mildiuya və oidiuma yoluxma 
 
Ümumiyyətlə, aparılan müşahidə işlərindən aşağıdakı nəticələr alınmışdır: 
-  Muxtar  respublikada  düzən  ərazilərdə  üzüm  tənəklərində  yoluxma  mildiuya  nisbətən  daha 
geniş, 0-4 bal, oidiuma 0-3 bal həddində olmuşdur; 
- Üzüm sortlarının yarpaqlarında mildiuya yoluxma: 0 bal - 1,0 %, 0-1 bal - 8,7 %, 1-2 bal - 
28,3 %, 2-3 bal - 52,1 %, 3-4 bal - 9,9 % , oidiuma isə 0- bal - 4,3 %, 0-1 bal - 69,1 %, 1-2 bal - 
48,0 %, 2-3 bal - 8,6 %  olduğu müəyyən edilmişdir; 
- Üzüm sortlarının salxımlarında mildiuya yoluxma: 0 bal - 1,0 %, 0-1 bal - 8,7 %, 1-2 bal - 
28,3 %, 2-3 bal - 52,1 %, 3-4 bal - 9,9 % , oidiuma isə 0- bal - 4,3 %, 0-1 bal - 69,1 %, 1-2 bal - 
48,0 %, 2-3 bal - 8,6 %  olduğu müəyyən edilmişdir; 
- Naxçıvan MR-in aborigen üzüm sortlarından Ağ aldərə, Ağ kələnpur, Bəndi, Qara kürdəşi, 
Kəhrəba,  Qara  xəlili  üzüm  sortlarının  tənəkləri  və  yarpaqları  mildiu  və  oidium  xəstəliklərinə 
nisbətən dözümlü olduqları müəyyənləşdirilmişdir;  
- Qəhvəyi  kişmişi,  Bəndi,  Qırmızı hüseyni,  Qara  kürdəşi,  süfrə  sortlarının  salxımları  mildiu, 
oidium xəstəliklərinə yoluxmaları üzrə dözümlü olmuşlar; 
-  Muxtar  respublikada  aran  ərazilərə  nisbətən  üzüm  becərilən  dağətəyi  və  dağlıq  zonalarda 
üzüm tənəkləri mildiu və olidium xəstəliklərinə nisbətən az yoluxurlar. 
-  Seleksiya  işlərində  mildiu  və  oidium  xəstəliklərinə  dözümlü  hibridlərin  əldə  olunmasında 
Ağ aldərə, Kəhrəba, Qəhvəyi kişmişi, Qırmızı hüseyni, Ağ kələnpur, Bəndi sortlarından donor kimi 
istifadə olunması məqsədəuyğun hesab edilir.   
 
ƏDƏBİYYAT 
 
1.
 
Ağayeva  Z.M.,  Pənahov,T.M.,  Nurəddinova  H.R.  Azərbaycanda  üzümün  xəstəlik  və 
zərərvericiləri, onlarla mübarizə üsulları. Bakı, Müəllim, 2010, 94 s. 
2.
 
Quliyev  V.M.  Naxçıvan  Muxtar  Respublikasının  ampeloqrafiyası.  Naxçıvan,  Əcəmi  2012, 
584 s. 
3.
 
Cəfərov İ. H. Fitopatologiya. Bakı: Şərq- Qərb, 2012, 566 s.  
4.
 
Şıxlinski H.M. Üzümün xəstəlikləri və onlarla mübarizə üsulları. Bakı, Azərnəşr, 2004, 134 
s. 
5.
 
Лазаревский М.Л. Изучение сортов винограда. Ростов на Дону, 1995, 150 
6.
 
Недов Р.Н.  Новые методы фитопатологических и иммунологических исследований в 
виноградарстве. Кишинев: Шитиинца, 1985, 138 с. 
 
 
 
 
 
 
 
1,00%
8,70%
28,30%
52,10%
9,90%
0,00%
10,00%
20,00%
30,00%
40,00%
50,00%
60,00%
0-бал
0-1 бал 1-2 бал 2-3 бал 3-4 бал
Милдиу
4,30%
39,10%
48,00%
8,60%
0,00%
10,00%
20,00%
30,00%
40,00%
50,00%
60,00%
0-бал
0-1 бал
1-2 бал
2-3 бал
Оидиум


102 
ABSTRACT 
Varis Guliyev 
Mildiu and oidium diseases of grape varieties 
 
On this article there is given research results of mildiu and oidium disease infections of grape 
varietis cultivated in in Nakhchivan Autonomous Republic. Mildiu and oidium is the most common 
fungal  disease  of  the  varieties  of  the  V/Vinifera  L.  species.  The  fungal  diseases  brought  from 
France  to  North  America  in  1878,  and  from  there  it  spread  throughout  the  whole  of  Europe.It  is 
very difficult to get products from grape varieties without fighting the disease. On the course of the 
study there were assessed infections of the mildiu and oidium diseaseof the 43 grape varieties, there 
were ultimately selected resistant and tolerant varieties. 
 
 
 
 
РЕЗЮМЕ 
Варис Кулиев 
Болезни сортов винограда милдью и оидиум 
 
В  статье  освещено  результаты  исследований  повреждения  сортов  винограда  болезней 
милдью  и  оидиуму  возделываемых  в  Нахчыванской  Автономной  Республике  .Милдью 
(Plasmopora  vitisola  Berlttoni)  и    оидиум  (Uncinula  necator  Burrill)  самая  опасная  грибная 
болезнь  сортов  винограда  вида  V/Vinifera  L.  Она  была  завезена  в  1878  г.  из  Северной 
Америки  на  юг  Франции  и  распространилась  оттуда  за  немногие  годы  на  все  области 
виноградарства  Европы.  Без  достаточной  борьбы  они  наносит  тяжелый  ущерб  урожаям  и 
кустам  винограда.  В  ходы  исследований    проводилась  оценка  степени  устойчивости 
изучаемых 43 аборигенных сортов винограда к милдью и оидиуму.  В результате выделены 
устойчивые и толерантные сорта.
  
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

 
 
 


103 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
SEYFƏLİ QƏHRƏMANOV 
AMEA Naxçıvan Bölməsi 
seyfali1947@mail.ru 
UOT: 581.526.325.2:582.263 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ QANLIGÖL VƏ BATABAT GÖLLƏRİNİN 
YAŞIL VƏ GÖY-YAŞIL YOSUNLARININ TAKSONOMİK TƏRKİBİ VƏ BİOEKOLOJİ 
XÜSUSİYYƏTLƏRİ 
Açar  sözlər:  göy-yaşıl  yosun,  yaşıl  yosun,  plankton,  bioekologiya,  kosmopolit,  indifferent, 
boreal, arktoalp, asidofil, oliqo-α-mezosaproblar oliqo-β-mezosaproblar 
Key  words:  blue-green  algae,  green  algae, 
plancton,  bioekological,  cosmopolitan, 
indifferent, boreal, arktoalp, asidofil, 
oligo-α-mesosaprobiotics, oligo-β-mesosaprobiotics  
Ключевые  слова:  синезеленые  водоросли,  зеленые  водоросли,  планктон,  биоэкологи, 
космополит, индифферент, бореал, арктоалп, ацидофил, олиго-α-мезосапробиоты, олиго-β-
мезосапробиоты  
Naxçıvan MR-in eko-coğrafi şəraitlərinə uyğun  olan Ərzurumun dəniz səviyyəsindən 3100-
3142  m  hündürlükdə  yerləşən,  Qızılqaya  dağındakı  böyük  və  kiçik  həcmli  “Yeddıgöllər”-ində  33 
növ  və  növdaxili  takson  yaşıl  və  11  növ  və  növdaxili  takson  göy-yaşıl,  43  növ  diatom  yosunların 
yayıldığı  aşkar  edilmişdir.  Göllərdə  suların  temperaturu  uzun  müddət-t  9
0
 
C,  tərkibi  isə 
hidrokarbonatlı olmuşdur [73, 189, 193]. Trabzonun Yanbolu dərəsindəki suyun temperaturu 5-26
0
 
C, pH 6,8 və 8,1-ə bərabər olan zaman, orada 16 növ və növdaxili takson Cyanoprokaryota, 14 növ 
və  növdaxili  takson  Chlorophyta  aşkar  olunmuşdur.  Dağbaşı  gölündən  temperatur  16

  C  olan 
dövrlərdə  24  növ  Chlorophyta,  13  növ  Cyanophyta  tapılmışdır  [4,  8,  9].  Tədqiqatlar  aparılan 
Qanlıgöl  və  Batabat  gölləri  dəniz  səviyyəsində  2424  m,  2097  m,  2120  m,  2222  m  hündürlükdə 
yerləşirlər.  Qanlıgöl  və  Batabat  gölləri  su  toplamasına  və  tərkiblərinə  görə  də  müqayisə  olunan 
sututarlarla uyğunluq təşkil edirlər [3].  
 Material  və  metodlar:  Tədqiqat  obyekti  olaraq  Qanlıgöl  və  Batabat  gölləri  seçilmişdir. 
2009-2014-cü  illərdə  gedilən  ekspedisiyalar  və  seçilmiş  sərbəst  marşrutlar  zamanı  Qanlıgöl  və 
Batabat  göllərinin  müxtəlif  yerlərində  əvvəlcədən  ayrılmış  daimi  stasionar  məntəqələrdən  qəbul 
edilmiş  ümumi  metodlarla  yosun  nümunələri  toplanılmış,  mikroskopik  tədqiqatlar  vasitəsilə  və 
təyinedicilərdən  istifadə  etməklə  onların  növ  tərkibləri  öyrənilmişdir  [5,  6,  7].  Batabat  və 
Qanlıgölün  üzəri  qış  aylarında  (Dekabr-fevral,  bəzi  illərdə  mart  ayları)  buzla  örtüldüyü  üçün 
nümunələrin  toplanılması  aprelin  ortalarından  başlayaraq,  oktyabrın  sonlarına  qədər  davam 
etmişdir.  Fəsilələr  və  cinslər  üzrə  göy-yaşıl  və  yaşıl  yosunların  taksonomik  strukturu  Beynəlxalq 
nomenklaturalar: Eol.org, İtis.org və Biolib. cz/en-ə görə tərtib edilmişdir [11, 12]. 
Qanlıgöl  Naxçıvançayın  sağ  qolu  olan  Küküçayın  mənbə  hissəsində,  Keçəldağ  zirvəsindən 
(3119  m  d.s.h.)  cənub-qərbdə  2424  m  d.s.h.-də  yerləşir.  Sahəsi  10,2  ha,  həcmi  1,2  mln.  m
3

uzunluğu  460  m,  maksimal  eni  380  m,  orta  eni  222  m,  sahil  xəttinin  uzunluğu  1430  m-dir.  XVI 
əsrin axırlarında Heydərxan tərəfindən süni gölə çevrilmişdir. 1865-ci ildə Kəlbəlixan gölün bəndini 
yüksəltmiş, tutumunu artırmışdır. Suyunu atmosfer yağıntıları və ətrafındakı bulaqlar təşkil edir. O, 
10  m  hündürlükdən  şəlalə  ilə  Küküçayına  tokülür  ki,  Naxçıvançayın  su  balansının 
tənzimlənməsində  mühüm  əhəmiyyətə  malikdir.  Aprelin  axırları  və  mayın  əvvəllərinə  qədər  səthi 
buz ilə ortülü olur. Yay aylarında suyunun səthində temperatur 18
o
C-yə, maksimal şəffaflığı 80 sm-
ə  çatır.  Suyu  hidrokarbonatlı  olub,  ionların  ümumi  miqdarı  yazda  75,5  mq/l,  yayda  isə  suyun 
buxarlanması ilə əlaqədar, eləcə də yağış və qar suları hesabəna deyil ətrafdakı bulaqların hesabına 
dolduğu üçün mineral maddələrin ümumi miqdarı 136,6 mq/l-ə çatır [1]. 
Batabat-1 golünün tutumu 1,8 mln. m
3
, sahəsi 18 ha, uzunluğu 530 m, orta eni 302 m, sahil 
xəttinin  uzunluğu  1800  m-dir.  Dəniz  səviyyəsindən  2222  m  hündürlükdə  yerləşir.  Əsas  suyunu 
Zorbulaqdan, qar və yağış sularından alır. Göldə mineral maddələrin ümumi miqdarı yazda 90 mq/l, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə