Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   46   47   48   49   50   51   52   53   ...   134

104 
yayda-98,7 mq/l, payızda isə 146,0 mq/l-ə bərabər olur. Zorbulağın suyunda isə mineral maddələrin 
ümumi  miqdarı  124  mq/l-dir.  Suyu  hidrokarbonatlı-kalsiumludur.  Suyunun  şəffaflığı  80  sm-dən 
artıq olur. Gölün dib hissəsində müəyyən qədər torf çoküntüləri və əhəngdaşı töküntüləri müşahidə 
edilir [1, s. 67]. 
Batabat-2  gölü  dəniz  səviyyəsində  hündürlüyü  2120  m-də  yerləşir.  Sahəsi  7  ha,  tutumu  0,8 
mln. m
3
-dir. Əsas suyunu qar və yağış sularından alır. Mineral maddələrin ümumi miqdarı yazda 90 
mq/l,  yayda  98,7  mq/l,  payızda  isə  146,0  mq/l-ə  bərabərdir.  Suyunun  tərkibi  hidrokarbonatlı-
kalsiumludur. Ətrafındakı bulaqlar, qar və yağış suları hesabına su ilə dolur. Gölün ətrafı çoxlu torf 
çoküntüləri ilə zəngin olub, ortasında qalın torf qatından ibarət “Üzən ada” movcuddur. “Üzən ada” 
küləyin istiqamətindən asılı olaraq gölün müxtəlif yerlərinə doğru hərəkət edə bilir [1, s. 67].  
 
 
 
Xəritə Google earth. Batabat-2 gölündə ayrılan stasionar məntəqələr 
 
Batabat-3  gölü  2097  m  dəniz  səviyyəsindən  hündürlükdə  yerləşib,  buradakı  göllərdən  ən 
dərinidir. Suyunu ətrafındakı bulaqlardan və qar sularından alaraq, Naxçıvançayın axımının tənzim 
edilməsində mühüm rol oynayır. Suyu hidrokarbonatlı-kalsiumludur. Dəniz səviyyəsindən 2097 m 
hündürlükdə yerləşir. Suyunun tərkibi Batabat-1 və Batabat-2 göllərində olduğu kimidir [1, s. 67]. 
Tədqiqatın nəticələrinin müzakirəsi 
Toplanılmış  nümunələrin  mikroskopik  tədqiqatlarından  alınan  nəticələrə  görə  Qanlıgöldə 
göy-yaşıl  yosunlarından: Synechocystis aquatilis C. Sauvageau, Synechococcus elongatus  (Nageli) 
Nageli,  Gloeocapsa  minor  Hollerbach  ampl.  f.  minor,  Anabaena  variabilis  F.T.  Kützing,  A. 
macrospora  Klebahn,  Aphanizomenon  elenkinii  Keissler  növləri  müəyyən  edilmişdir  Yaşıl 
yosunlardan  isə  Ulothrix  variabilis  F.T.  Kützing,  Ulotrix  zonata  (Weber  et  Mohr)  F.T.  Kützing, 
Ulotrix  subtilissima  Rabenhorst,  Spirogyra  sp.,  Cosmoastrum  turgescens  (De  Not.)  Palamar-
Mordvintzeva, Cosmarium granatum Brebisson et al  Ralfs, C. formosulum Hoffman in Nordstedt, 
Oocardium  stratum  Nageli  növləri  tapılmışdır.  Göy-yaşıl  yosunların  sayı  6,  yaşıl-8  olmuşdur. 
Ümumi növ sayının 42,9 %-ni   göy-yaşıl, 57,1 %-ni yaşıl yosunlar təşkil etmişdir. Göy-yaşıl yosun 
növləri  bir  sinif,  3  yarımsinif,  3  sıra,  4  fəsilə  3  yarımfəsilə,  5  cinsə,  yaşıl  yosunlar  isə  2  sinif,  bir 
yarımsinif,  3  sıra,  3  fəsilə,  5  cinsə  daxil  edilmişdir.  Ekoloji  xüsusiyyətlərinə  görə  burada  yayılan 
yosunlar arasında oliqohaloblar, halofoblar, halofillər, mezohaloblar oliqo-α-mezosaproblar, oliqo-
β-mezosaproblar, asidofillər də müşahidə olundu. Lakin, dağ göllərinin sularınına məxsus, yüksək 
dərəcədə  təmizliyə  görə  burada  oliqo-α-mezosaproblar,  oliqo-β-mezosaproblara  az  rast  gəlinir. 
Polisaprob növlər isə müşahidə olunmadı. 


105 
 
Histoqram 1. Qanlıgöldə göy-yaşıl yosunların cinslər üzrə yayılması 
 
Batabat  göllərində  (1,  2,  3)  2009-2014-cü  illərdə  aparılan  tədqiqatlar  zamanı  yaşıl  yosun 
növlərindən: Ulothrix implexa (F.T. Kützing) F.T. Kützing, U. tenuissima F.T. Kützing, U. zonata 
(Weber  et  Mohr)  F.T.  Kützing,  Ankistrodesmus  arcuatus  (Korschikoviella),  Spirogyra  sp., 
Cosmoastrum  turgescens  (De  Not.)  Palamar-Mordvintzeva,  Actinotaenium  cucurbitinum  (Bisset) 
Teiling, Cosmarium subreniforme Nordstedt, C. subguadratum Nordstedt, C. meneghini Brebisson 
et al  Ralfs, C. botrutis Meneghini et al Ralfs, Staurastrum gracile Ralfs et al  Ralfs, Cylindrastrum 
capitulum  (Brebisson)  Palamar-Mordvintzeva,  Pediastrum  muticum  F.T.  Kützing  növləri  aşkar 
olunmuşdur. Burada tapılan  14  yaşıl  yosun növləri 3 sinif, bir  yarımsinif, 4 sıra,  5 fəsilə, 9 cinsə 
daxildir.  
 
Diaqram. Batabat göllərində yaşıl yosunların cinslər üzrə yayılması 
 
Aparılmış  tədqiqatlar  zamanı  Batabat  ərazisində  yerləşən  hər  üç  göllərdə  göy-yaşıl  yosun 
növlərindən  Synechococcus  cedrorum  C.  Sauvageau,  Merismopedia  tenuissima  E.  Lemmermann, 
M.  glauca  (Ehrenberg)  F.T.  Kützing,  M.  elengatus  Nageli,  M.  marssonii  E.  Lemmermann, 
Microcystis  parietina  (Nageli)  Elenkin,  M.  hansgirgiana  (Hansgirg)  Elenkin,  M.  muscicola 
(Meneghini)  Elenkin,  Gloeocapsa    minima  (Keissler)  Hollerbach,  Anabaena  constricta  (Szafer) 
Geitler,  A.  variabilis  F.T.  Kützing,  A.  macrospora  Klebahn,  A.  spiroides  Klebahn, 
Cylindrospermum  licheniforme  (Bory)  F.T.  Kützing  et  al  Bornet  et  Flahault,  C.  muscicola  F.T. 
Kützing,  Scytonema  hoffmanii  C.Agardh,  Oscillatoria  acuminata  Gomont,  O.  subtilissima  F.T. 
0
10
20
30
40





16.7 
16.7 
16.7 
33.3 
16.7 
Növ sayı
Növ sayına görə %-lə 
3; 21%
1; 7%
1; 7%
1; 7%
1; 7%
4; 30%
1; 7%
1; 7%
1; 7%
Ulothrix F.T. Kützing
Ankistrodesmus Corda
Spirogyra Link 
Cosmoastrum Pal.-Mordv. 
Actinotaenium (Nageli) Teiling
Cosmarium Corda 
Staurastrum F.J.F. Meyen
Cylindriastrum (W.B.Turner) 
Pediastrum Meyen


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə