Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   42   43   44   45   46   47   48   49   ...   134

95 
stafilokokklara,  göy-yaşıl  irin çöplərinə, protej  və bağırsaq  çöplərinə qarşı bakteriostatik təsir  göstərir. 
Fleqmona, çiban və digər irinli  iltihablı prosesləri yetişdirərək təmizləyir.  
Müasir fitoterapiyada böyük bağayarpağı preparatları tənəffüs yolları xəstəliklərində (bronxit, 
göyöskürək, bronxial astma, vərəm), mədə-bağırsaq xəstəliklərində (hipo və hiperasid qastrit, mədə 
və  onikibarmaq  bağırsağın  xora  xəstəlikləri,  babasil  və  s.)  məsləhət  görülür.  Böyük  bağayarpağı 
bitkisindən Fransada kəskin və xroniki enterit, dizenteriya, bağırsaq vərəmi və xroniki nefrit xəstə-
liklərinin müalicəsində; Almaniyada çiban, mədə-bağırsaq və yuxarı tənəffüs yolları xəstəliklərinin 
müalicəsində;  Çin  təbabətində  böyük  bağayarpağının  yarpaqlarından  bronxit  və  plevrit,  habelə 
sidikqovucu kimi böyrək xəstəliklərinin, toxumlarından isə şəkərli diabet, dispepsiya, öskürək, kişi 
və qadın sonsuzluğu hallarının müalicəsində istifadə edilir.  
Əbu Əli İbn Sina böyük bağayarpağı bitkisi haqqında  yazır ki, onun kökü yaralar üçün çox 
faydalıdır. Köhnə və təzə yaralara qarşı onun yarpağından yaxşı bir şey fikirləşmək mümkün deyil. 
Şirəsi qulaq ağrısını, böyrək və sidik kisəsi ağrılarını sakitləşdirir, babasil qanaxmalarını dayandırır, 
bağırsaq yaralarını sağaldır. O, böyük bağayarpağından herpesə, müxtəlif şişlərə, yanıqlara, parotit, 
ödə  və  qızılyel  xəstəliklərinə  qarşı  istifadə  etmişdir.  Orta  əsr  şərq  təbabəti  mənbələrində  böyük 
bağayarpağının kök, yarpaq və toxumlarından qan təzyiqi, sinə ağrısı, boğaz ağrısı, mədə, böyrək, 
sidik kisəsi iltihabı, çiban və irinli yaralara qarşı istifadə olunduğu göstərilir.  
Müasir  fitoterapiyada  böyük  bağayarpağı  biktiksinin  təzə  yarpaqlarından  alınmış  şirədən 
(Succus  Plantaginis),  quru  yarpağından  alınmış  həlimdən  (Decoctum  folli  Plantaginis  majoris)  və 
isti sulu dəmlənməsindən  (İnfusum folli Plantaginis majoris) aşağıdakı qaydada istifadə olunur. 
Bağayarpağının təzə şirəsi (Succus Plantaginis) bərabər nisbətlə götürülmüş iri bağayrpağı - 
P.  major  L.  və  birə  bağayrpağı  -  P.  psyllium  L.  növlərinin  təzə  yarpaqlarından  alınır.  Bu  şirədən 
gündə 3 dəfə, yeməkdən 15-20 dəqiqə əvvəl, hər dəfə bir xörək qaşığı qədər qəbul edilir. Terapevtik 
effektin  alınması  üçün  qəbul  müddəti  1  aydır.  2.  Böyük  bağayarpağı  həliminin  hazırlanması  üçün 
10  q  (2  xörək  qaşığı)  xırdalanmış  quru  xammal  üzərinə  200  ml  qaynar  su  tökərək  adi  qayda  üzrə 
həlim hazırlanır. Süzüldükdən sonra qalıq çıxılır. Alınmış həlimdən gündə 3-4 dəfə, hər dəfə 50-60 
ml,  yeməkdən  15-20  dəqiqə  əvvəl  qəbul  edilir.  3.  Böyük  bağayarpağının  isti  sulu  dəmləməsini 
hazırlmaq üçün: 10q (2 xörək qaşıığı) xırdalanmış quru xammal üzərinə 200 ml qaynar su tökərək 
adi qayda üzrə dəmlənərək süzülür. Bağayarpağı həlimi kimi istifadə edilir. 
Müasir təbabətdə böyük bağayarpağının yarpağından hipoasid qastrid, duodenit, mədə və 12-
barmaq bağırsaq yaralarının müalicəsində istifadə olunan “Plantaqlusid” (Plantaglucidum) preparatı 
alınır. Çiban və irinli yaraların  yetişdirilib təmizlənməsi üçün böyük bağayarpağının təzə dərilmiş 
yarpağını  yuyub  üzərindən  qaynar  su  axıtdıqdan  sonra  çiban  və  irinli  yara  üzərinə  sarğı  qoyulur. 
Çöl şəraitində  yuyulmuş bağayarpağının  yarpağını ağız suyu ilə isladıb  (dilin köməkliyi ilə) sarğı 
qoymaq olar. Xalq təbabətində mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün böyük bağayarpağının 
təzə  yarpaqlarından  aşağıdakı  qaydada  istifadə  olunur.  Böyük  bağayarpağının  yuyulmuş 
təmizlənmiş  təzə  yarpaqları  xırda-xırda  doğranılaraq  təzə  təbii  balla  qarışdırılır,  şüşə,  yaxud  çini 
qaba doldurulur, ağzını kip  bağlandıqdan sonra 10 gün qaranlıq yerdə saxlanılır. Belə hesab olunur 
ki,  bu  müddətdə  bağayarpağının  keyfiyyəti  bala  keçir.  10  gündən  sonra  süzməklə  bağayarpağı 
baldan  ayrılır.  Bu  baldan  hər  gün  səhər-səhər  acqarına  bir  xörək  qaşığı  qəbul  edilir.  Böyük 
bağayarpağının qurudulmuş yarpaqları bir çox dərman bitkiləri yığınlarının da tərkibinə daxildir 
 
ƏDƏBİYYAT 
 
1.
 
Dəmirov İ.A., Hüseynov D.Y., Şükürov C.Z. Bitkilər və təbabət. Bakı: Gənclik, 1992, 126 s. 
2.
 
Əliyev N.İ. Azərbaycanın dərman bitkiləri və fitoterapiya, Bakı, Elm,1998,344 s. 
3.
 
Quliyev A.Ə., Ömərova S.N. Enzimologiyanın əsasları. Bakı, 2010, 279 s. 
4.
 
İbrahimov  Ə.Ş.,  Piriyev  M.Z.,  Qənbərov  D.Ş.,Hüseynov  H.T.  Fermentlər.”Victory”  nəş. 
Naxçıvan, 2014, 160 s. s.94-110 
5.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri 
(Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan, Əcəmi, 2008, 364 s. 
 


96 
 
6.
 
Səfərov H.İ. Bioloji kimya. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1958, 358 s.  s. 88-106 
7.
 
Флора Азербайджана. Изд. АН АзССР, ТТ. I-VIII. 1950-1961  
 
 
ABSTRACT 
 
The distribution, importance and use in the learning process of enzyme composition plant 
species in the flora of Nakhchivan Autonomous Republic 
 
The present article deal with some plant species which spreading in the area of Nakhchivan 
Autonomous Republic and enzyme composition plant species. This article has been prepared for III-
IV  course  full-time  and  part-time  students,  because  there  is  not  educational  resource    concerning 
enzymology  in  Azerbaijani.  Taking  into  account  of  student´s  need  this  article  has  been  prepared 
cited  existing  literature  sources  and  compiled  on  the  basis  of  lectures.  Simple  and  comprehensive 
resource  compiled  appropriate  teaching  program  and  covers  enzymology  course  entirely.  The 
general  information  about  enzymes,  their  biological  role,  learning  and  development  history, 
experimental importance of enzymes, do not taking into account at teaching process, but important 
some materials have been included and enriched. The information have been  given about some of 
the plants are part of the enzyme.  
 
РЕЗЮМЕ 
 
Распространение, медицинское значение и использование в процессе обучение 
растений содержаший ферменты во флоре Нахчыванской Автономной Республики 
 
 
В представленной статье приводятся сведения о широко распространенной и одной из 
ценных  полезных  растений  на  территории  Нахчыванской  Автономной  Республики 
имеюшиеся  в  составе  ферменты  или  ензимы.  В  отделе  по  специальности  Биологических 
факультетов  III-IV  курсов  обучается  Ферментология  Государственных  Университетов  и 
Высших  ученых  заведениях.  Однако,  отсутствие  учебных  пособий  по  Ферментологии 
(Этзимология)  учащихся  вытерпывають  большой  трудности.  Для  их  помошь  на  основе 
преподованные  лекции  нами  подгоеовлено  учебных  пособий  «Ферменты».  Добавлено 
некоторые  лекарственные  растения  из  природной  флоры  Нахчыванской  АР,  где  содержать 
ферменты.  Указывается  распространение,  обилие  этих  растений,  биологические  роль  их 
ферментов и медицинское значение.  
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə