112
Park və bağlarda yaşıllaşdırmada istifadə olunur. Azərbaycanın Qırmızı Kitabı”na daxil edilməsi
tövsiyə olunur. Naxçıvan MR – də dağlıq ərazilərdə yayılmışdır.
ƏDƏBİYYAT
1.
Azərbaycanın ağac və kolları. III cild, 1970 322 s.
2.
Azərbaycan dendroflorası Üç cilddə. I cild, Baki: Elm, 2011, 312 səh.
3.
Azərbaycan dendroflorası II cild, Baki: Səda, 2015, 392 səh.
4.
Azərbaycan florasının konspekti. I-III cildlər, 2005; 2006; 2008
5.
Деревья и кустарники СССР, т.3,1954, Флора Азербайджана, т.5, 1954
6.
Мак-Кой П. Комнатные растения : энциклопедия. — М.: Росмэн, 1998, 255 стр.
7.
Bärtels A. Farbatlas Mediterrane Pflanzen. — Stuttgart (Hohenheim): Ulmer Verlag, 1997.
8.
İbrahimov Ə.M. Naxçıvan muxtar Respublika ərazisində yayılan ağac və kolların tədqiqi
vəziyyəti (Yabanı, mədəni və introduksiya olunmuşlar) // AMEA Naxçıvan Bölməsinin
Xəbərləri, təbiət və texniki elmlər, 2012, № 4, s.89-104
9.
Talıbov T.H., İbrahimov Ə.M. Naxçıvan Muxtar Respublikasının dendroflorası // AMEA
Naxçıvan Bölməsinin Xəbərləri, Təbiət və texniki elmlər seriyası, 2013, № 4, s.60-77
10.
Talıbov T.H., İbrahimov Ə.M. Naxçıvan şəhərinin yaşıllaşdırılmasında istifadə olunan ağac və
kollar / Botanika bağlarında və dendroparklarda landşaft memarlığı. V beynəlxalq konfransın
materialları, 5-8 noyabr 2013. Bakı, 2013, s. 25-34
11.
It collected area of the Batumi Botanical Garden. Batumi Botanical Garden Index Seminum
Tbilisi: № 40, 2012, 43 p.
12.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri
(ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). Naxçıvan: Əcəmi, 2008, 364 s.
13.
Talıbov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı (Ali spоrlu,
çilpaqtохumlu və örtülütохumlu bitkilər). Naxçıvan: Əcəmi, 2010, 676 s.
ABSTRACT
Teyyub Pashayev
The introduced aboriginal and external bush plants in Botanical garden part II
The article provides information about carried out investigations in Botanical garden of
Bioresource Institute of Nakhchivan Section of ANAS in recently years. The main purpose of this
scientific investigation, extension of aboriginal and external ornamental, exotic bush plants for
greenery of cities and settlements of Nakhchivan Autonomous Republic. The investigations are
carrying out on aboriginal and external ornamental bush plants also their bioecological features and
extension methods are studying. The bush plants which conform the climate of Nakhchivan
Autonomous Republic and determining durability increase and recommend for greenery. Also the
article provides large information about spreading areas, bioecological features, extension methods,
botanical description of aboriginal and external bush plants of noted below in Botanical garden of
Bioresources Institute of Nakhchivan Section of ANAS: Cotenaster melanocarpus Fisch. Ex Blytt,
Lonucera iberica Bieb., Limonium meyeri (Boiss.) O.Kuntze, Eucalyptus obliqua L'Her., Cercis
siliquastrum L., Chamaerops humulis L., Hibiscus syriacus L., Cotinus coggygria Scop., Rosa
zangezura P.Jarosch, Ribes nigrum L, Rhamnus cathartica L., Syringa vulgaris L., Jasminum
fruticans L.
РЕЗЮМЕ
Тейюб Пашаев
Интродукция местных и завезенных растений в Ботаническом саду II част
В статье приводятся сообщения о проведенных в последние годы научно –
исследовательских работах в Ботаническом саду Института Биоресурсов Нахчыванского
Отделения Национальной Академии Наук Азербайджана. Основная цель исследовательской
работы заключается в увеличении количества местных и завезенных декоративных и
113
экзотических кустарников для озеленения городов и поселков автономной республики. В
настоящее время на основе местных и завезенных растений проводятся научно –
исследовательские работы, изучаются их биологические особенности и способы
распространения. Кустарники приспособленные к климату автономной республики и
отличающиеся высокой устойчивостью, считаем пригодными для озеленения городов и
поселков. Также в статье указываются сортимент местных и интродуцированных
кустарников, произрастающие в Ботаническом саду Института Биоресурсов, их
распространение, биологические особенности, способы их размножения, ботанический
облик. В заключении дается обширное сведение о видах: Cotenaster melanocarpus Fisch. Ex
Blytt, Lonucera iberica Bieb., Limonium meyeri (Boiss.) O.Kuntze, Eucalyptus obliqua L'Her.,
Cercis siliquastrum L., Chamaerops humulis L., Hibiscus syriacus L., Cotinus coggygria Scop.,
Rosa zangezura P.Jarosch, Ribes nigrum L, Rhamnus cathartica L., Syringa vulgaris L.,
Jasminum fruticans L.
NDU-nun Elmi Şurasının 27 aprel 2017-ci il tarixli qərarı ilə çapa
tövsiyyə olunmuşdur. (protokol № 08)
.
Məqaləni çapa təqdim etdi: Biologiya üzrə fəlsəfə doktoru, dosent
M. Piriyev
114
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 3 (84)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 3 (84)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 3 (84)
ŞƏFA XASAYEVA
AMEA Zoologiya İnstitutu
shafa_xasayeva@mail.ru
MAHİR MƏHƏRRƏMOV
AMEA Naxçıvan Bölməsi
mahir_maherramov@mail.ru
UOT: 595.44
GƏDƏBƏY RAYONU ƏRAZİSİNDƏ HÖRÜMÇƏKLƏRİN
(ARACHNIDA, ARANEAE) ÖYRƏNİLMƏSİNƏ DAİR
Açar sözlər: hörümçək, növ, cins, fəsilə
Key words: spider, species, genus, family
Ключевые слова: паук, вид, род, семейство
Gəncə-Qazax bölgəsinə daxil olan Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq
qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin
və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Rayon ərazisi üçün kəskin parçalanmış orta
dağlığın enliyarpaqlı meşə və meşədən sonrakı meşə-kolluq landşaftları xarakterikdir [3, s. 298].
Gəncə-Qazax bölgəsinin hörümçəklərinin öyrənilmə tarixinə nəzər saldıqda aydın oldu ki,
rayon ərazisində indiyə qədər heç bir araxnoloji tədqiqat işi aparılmamışdır. Bunu nəzərə alaraq
2015-ci ildən başlayaraq ilin müxtəlif fəsillərində Gədəbəy rayonunda tədqiqatlar aparmağa
başlamışıq. İlkin tədqiqatlar iyul və oktyabr aylarında rayonun ətraf kənd (Yeni Saratovka, Yeni
İvanovka) və qəsəbələrində aparılmış və 100-ə yaxın araxnoloji nümunə götürülmüşdür.
Material və metodika
Tədqiqat zamanı materialın yığılması ümumi qəbul olunmuş metodika ilə - vizual axtarma və
əl (manual) ilə toplama yolu ilə aparılmışdır. Hörümçəklər yaşaya bilən bütün yerlər diqqətlə
nəzərdən keçirilmişdir. Bundan başqa nümunələrin toplanmasında çətir, entomoloji tor, eksqauster,
tələlərdən, botrobiont hörümçəklərin yuvalardan çıxarılması və s. üsullardan istifadə olunmuşdur.
Bütün toplanılan materiallar 75 %-li etil spirtində fiksasiya edilib, etiketlənmişdir [16, s. 281].
Materiallar NİKON SMZ 1270 mikroskopu vasitəsilə yetkin fərdlər üzrə təyin edilmişdir.
Növlərin sistematikası əsasən Avropanın hörümçəklər faunası vasitəsilə, dünyada yayılması isə
Platnikin dünyanın hörümçəkləri kataloquna əsaslanaraq verilmişdir [23, 24].
Nəticələr və onların müzakirəsi
Toplanılmış materialların təyini zamanı 8 fəsilə, 20 cinsə aid 20 növ hörümçək aşkar
edilmişdir. Bunlardan 3 cins (Agalenatea Archer, 1951; Nuctenea Simon, 1864; Micaria Westring,
1851) və 10 növ [Agalenatea redii (Scopoli, 1763); Nuctenea umbratica (Clerck, 1757); Micaria
albovittata (Lucas, 1846); Arctosa cinerea (Fabricius, 1777); Aulonia albimana (Walckenaer,
1805); Pardosa proxima (C. L. Koch, 1847); Trochosa terricola Thorell, 1856; Chinattus
caucasicus Logunov, 1999; Steatoda albomaculata (De Geer, 1778); Xysticus ninnii (Thorell,
1872)] Gəncə-Qazax bölgəsi üçün ilk dəfə qeyd olunub.
Fəsilə: Araneidae Simon, 1895
Cins: Agalenatea Archer, 1951
Növ: Agalenatea redii (Scopoli, 1763)
Material: 1juv., Gədəbəy, 25.07.2015, E.F.Hüseynov, X.Ə.Əliyev; 2♂♂, Gədəbəy, Yeni
Saratovka, 06.10.2015, Hüseynov E.F ., Əliyev X.Ə;
Azərbaycanda yayılması: Abşeron yarımadası, Böyük Qafqazın cənub hissəsi, Muğan düzü,
Lənkəran Təbii Vilayəti [11, 13, 14, 15]. Gəncə-Qazax bölgəsi üçün yeni cinsdir.
Dünyada yayılması: Palearktika.
Cins: Araneus Clerck, 1757
Dostları ilə paylaş: |