Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   53   54   55   56   57   58   59   60   ...   134

119 
albimana  (Walckenaer,  1805);  Pardosa  proxima  (C.  L.  Koch,  1847);  Trochosa  terricola  Thorell, 
1856;  Chinattus  caucasicus  Logunov,  1999;  Steatoda  albomaculata  (De  Geer,  1778);  Xysticus 
ninnii  (Thorell,  1872)]  and  3  genus  (Agalenathea  Archer,  1951;  Nuctenea  Simon,  1864;  Micaria 
Westring, 1851) are recorded for the first time for the fauna of Gyanja-Gazakh region.  
 
 
РЕЗЮМЕ 
Шафа Хасаева 
Махир Магеррамов 
 
К ИЗУЧЕНИЮ ПАУКОВ (ARACHNIDA, ARANEAE) ГЕДАБЕКСКОГО РАЙОНА 
 
Гедабекский  район,  входящий  в  состав  Гянджа-Газахский  регион,  находится  на 
среднем  и  высокогорном  поясах  Малого  Кавказа.  При  рассмотрении  истории  изучения 
пауков региона выяснено, что проведенные исследовательские работы на территории района 
носили поверхностный характер. 
Статья  подготовлена  на  основании  материала,  собранного  в  Гедабекском  районе  в 
2015-м  году.  В  результате  исследований  было  обнаружено  20  видов  пауков  из  20  родов, 
принадлежащих  к  8-ми  семействам.  Отмечено  места  находки  каждого  вида,  вычислено 
частота  встречаемости,  по  литературным  и  интернетным  данным  указано  распространение 
видов в Азербайджане и в мире. Из них 10 видов [Agalenatea redii (Scopoli, 1763); Nuctenea 
umbratica  (Clerck,  1757);  Micaria  albovittata  (Lucas,  1846);  Arctosa  cinerea  (Fabricius,  1777); 
Aulonia  albimana  (Walckenaer,  1805);  Pardosa  proxima  (C.  L.  Koch,  1847);  Trochosa  terricola 
Thorell,  1856;  Chinattus  caucasicus  Logunov,  1999;  Steatoda  albomaculata  (De  Geer,  1778); 
Xysticus  ninnii  (Thorell,  1872)]  и  три  рода  (Agalenathea  Archer,  1951;  Nuctenea  Simon,  1864;  
Micaria Westring, 1851)  впервые отмечаются для фауны Гянджа-Газахского региона.  
  
 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev
 
 
 
 
 


120 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
KÖNÜL İBRAHİMOVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
konul.ibragimova.79@mail.ru 
UOT:
 
591.104 
RÜŞEYM DÖVRÜNDƏ ACLIĞIN 17 GÜNLÜK SİÇOVULLARIN BAŞ BEYNİN 
MÜXTƏLİF STRUKTURLARINDA QAYT MÜBADİLƏSİNƏ TƏSİRİ 
 
Açar sözlər: QAYT, Qlu, Asp, QDK, QAYT-T, qida deprivasiyası, aclıq 
Ключевые слова: ГАМК, Глу, Асп, ГДК, ГАМК-Т, пищевая депривация, голодания 
Key words: GABA, Glu, Asp, food deprivation, starvation 
İşin  məqsədi  rüşeym  dövründə  aclığa  məruz  qalmış  17  günlük  siçovulların  baş  beyninin 
müxtəlif  strukturlarının  toxumasında  QAYT,  Qlu  və  Asp-ın  miqdarını,  QDK  və  QAYT-T-nin 
fəallığını öyrənməkdən ibarət idi.  
Rüşeym  dövründə  qida  deprivasiyasına  məruz  qalmış  17  günlük  siçovulların  öyrənilən  baş 
beyin strukturlarında QAYT-ın miqdarı kontrol ilə müqayisədə çox, sərbəst Qlu və Asp-ın miqdarı 
az olur. QDK fermentinin fəallığı göstərilmiş şəraitdə MSS-nin müxtəlif strukturlarında kontrol ilə 
müqayisədə  yüksəlir.  Bu  zaman  QAYT-nin  fəallığı  QDK-nın  fəallığından  fərqli  olaraq  kontrolla 
müqayisədə, əksinə, azalır.  
Antenatal  dövrdə  orqanizmin  məruz  qaldığı  zərərli  və  stres  amillərin  təsiri  nəticəsində 
postnatal ontogenezdə bir çox biokimyəvi və fizioloji dəyişikliklər yaranır (11). Təsir edən amildən, 
onun təsir müddətindən və ağırlığından asılı olaraq baş verən bu patoloji dəyişikliklər uzun müddət 
davam  edir  və  bəzən  də  davamlı  ola  bilir  (8).  Həmçinin  baş  verən  dəyişikliklər  amilin  prenatal 
ontogenezin  hansı  dövründə  təsirindən  də  asılıdır  (3).  Məməlilərdə  enerji  defisiti  orqanizmin 
mübadilə vəziyyətində dəyişikliklərə səbəb olur və iştahanın yüksəlməsi ilə yanaşı gedir. Boğazlıq 
dövründə ananın qida  tələbatının  yüksəlməsi  onun  embriona  verərək  itirdiyi  enerji  ilə  əlaqədardır. 
Bu səbəbdən boğaz siçanlarda iştaha yüksəlir. Enerji resursların defisiti qida tələbatının yüksəlməsi 
nəticəsində bərpa olunur (6).  
Müxtəlif zərərli və stres amillərin prenatal ontogenezdə təsiri nəticəsində QAYT mübadiləsin-
də ciddi dəyişikliklər baş verir. Bu dəyişikliklər  QAYT-ın stres məhdudlaşdırıcı olduğunu göstərir 
(7).  Aclıq  stres  amillərindən  biri  olduğundan  (10)  onun  prenatal  ontogenezdə  təsiri  nəticəsində 
QAYT  mübadiləsində  dəyişikliklər  baş  verə  bilir  (13).  QAYT  mübadiləsində  iştirak  edən  kompo-
nentlər sinir sistemində mübadilə proseslərini dəyişə bilir (4). QAYT və  Qlu-nun iştahada mühüm 
rolu olduğu müəyyənləşdirilmişdir (18).  
Bütün  yuxarıdakılara  əsasən prenatal inkişafın  rüşeym  dövründə  qida  deprivasiyasına məruz 
qalmış siçovulların baş beyninin müxtəlif strukturlarında QAYT mübadiləsində iştirak edən kompo-
nentlərin  səviyyəsinin  (QAYT,  Qlu  və  Asp-ın  miqdarının,  QDK  və  QAYT-T-nin  fəallığının) 
dəyişməsini öyrənməyi qarşımıza məqsəd qoyduq. 
MATERİAL VƏ METODLAR 
Təcrübələrdə  cinsi  xətti  qeyri-müəyyən  olan  adi  qidalanma  rejimi  üzrə  vivari  şəraitində 
saxlanılan altıaylıq ağ siçovullardan istifadə olunmuşdur. Erkək və dişi siçovullar cütləşdirildikdən 
sonra  dişi  siçovullar  2  qrupa  ayrılmışdır.  Birinci  qrupa  kontrol  heyvanlar,  ikinci  qrupa  isə 
cütləşdirildikdən  sonra  aclığa  məruz  qalmış  heyvanlar  aid  edilmişdir.  Mayalanmanın  getməsini 
nəzarətdə saxlamaq üçün vaginal yaxma hazırlamaq vasitəsindən istifadə olunmuşdur (2). 
Hər iki qrup heyvanlardan alınan 17 günlük balalar dekapitasiya olunaraq baş beynin müxtəlif 
strukturlarının  (baş  beyin  yarımkürələrinin  qabığı,  beyincik,  beyin  sütunu,  hipotalamus) 
toxumasında  QAYT  mübadiləsində  iştirak  edən  komponentlərin  miqdar  və  fəallıq  göstəriciləri 
(QAYT,  Qlu  və  Asp-ın  miqdarı,  QDK  və  QAYT-T-nin  fəallığı)  təyin  edilmişdir.  Baş  beyin 
strukturlara Paxinos atlasına görə ayrılıb (15). Aminturşular Dozenin elektroforez (14), Roberts E., 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə