Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   56   57   58   59   60   61   62   63   ...   134

125 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
GƏRAY MİRZƏYEV 
garay.mirzəyev@mail.ru 
Azərbaycan Dövlət İqtisad Universiteti -UNEC 
QAÇAY İSMAYILOV 
qacayismayılov@bax.az 
Azərbaycan Dövlət  Pedoqoji Universiteti 
UOT: 574, 578(26) 
XƏZƏRİN ABŞERON YARIMADASININ SAHİLBOYU SULARININ 
MAKROZOOBENTOSUNUN MÜASIR VƏZİYYƏTİNƏ DAİR 
Açar  sözlər:  Xəzər  dənizi,  Abşeron  yarımadası,  makrozoobentik  orqanizimlər,  molyuska, 
yanüzənxərçənglər 
Key  words:  Caspian  Sea,  Absheron  peninsula,  Makrozoobenticorqanisms,  Shellfish, 
amphipods 
Ключевые  слова:  Каспийское  море,  Апшеронский  полуостров,  макро-  бентических 
организмы, моллюски, бокоплавы 
Abşeron  yarımadası  Orta  Xəzərin  cənub-qərb,  Cənub  Xəzərinin  isə  şimal  –  qərb  hissəsini 
əhatə edərək özünəməxsus ekoloji  xüsusiyyətləri ilə xarakterizə olunur. Yarımada Xəzərin çox da 
dərin olmayan ərazisində yerləşir və bütün il boyu yarımadanı əhatə edən sularda temperatur +6 və 
+10 
0
C-dən  aşağı  düşmür.  Abşeron  yarımadasının  sahilboyu  sularındayaşayan  makrozoobentik 
orqanizimlər ümumi Xəzərin biomüxtəlifliyinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Son 
illərdə  Xəzər  dənizinin  səviyyəsinin  qalxması  ilə  eləcə  də  neftin  çıxarılmasının  intensivləşməsi 
Xəzərin Abşeron yarmadasının ekoloji vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. 
Məhz  yaranmış  yeni  ekoloji    şəraitdə  Xəzərin  Abşeron  yarımadasının  sahilboyu  sularında 
yaşayan  bentofaq  balıqların,  makrozoobentik  orqanizimlərin  növ  tərkibinin,  miqdarının  və  yayıl-
masının  öyrənilməsinin  istər  nəzəri,  istərsə  də  praktiki  cəhətdən  böyük  əhəmiyyəti  vardır.  Çünki, 
makrozoobentik  orqanizimlər  yalnız  vətəgə  əhəmiyətli  balıqların  qidasını  deyil,  eyni  zamanda 
Xəzər  ekosistemində  tarixən  formalaşmış  qida zəncirinin  mühüm  bir  həlqəsini  təşkil edirlər. Buna 
görə də qarşıya yaranmış yeni ekoloji şəraitdə Xəzərin Abşeron yarımadasının sahilboyu sularında 
yaşayan  makrozoobentik  orqanizimlərin  fəsillər  üzrə  növ  tərkibinin  və  miqdarca  yayılmasının 
öyrənilməsi qoyulmuşdur. 
Tədqiqata  aid  nümunələr  2012-  2013-  cü  illərdə  müxtəlif  fəsillər  üzrə  (yaz,  yay,  payız) 
Abşeron  yarımadasının  sahilboyu  sularından  toplanmışdır.  Nümunələrin  toplanması  və  işlənməsi 
hidrobiologiyada  və  ixtiologiyada  qəbul  olunmuş  ümumi  metodlar  [4,  7]  əsasında  aparılmışdır. 
Keyfiyyət  nümunələri  kəfkir,  sıyrıc  və  siqsibi  draqı  ilə  miqdar  nümunələri  isə  götürülmə  sahəsi 
0,025m
2
  olan  Petersen  dibgötürən  cihaz  vasitəsiləgötürülmüşdür.  Toplanmış  nümunələr  yuyul-
duqdan sonra, orqanizmlərlə birlikdə qalıq 4%- li  formalin məhlulu ilə fiksə edilmişdir. Sonra isə 
orqanizimlərin laboratoriya şəraitində növ tərkibi və biokütləsi təyin olunmuşdur. Makrozoobentik 
orqanizimlərin növ tərkibinin təyin edilməsində  “Атлас безпозвоночных Каспийского моря”[2] 
kitabından istifadə olunmuşdur. 
Xəzər dənizinin Abşeron yarmadasının sahil boyu sularında yaşayan makrozoobentik orqanizim-
lərin  növ  tərkibi  və  yayılması  haqqında  məlumatlar    bir  sıra  tədqiqatçıların  [1,2,3,4,5,  6]  işlərində 
verilmişdir. Bu tədqiqatçılar Xəzərin Abşeron  yarmadası üçün 109 növ makrozoobentik orqanizimlər 
olduğunu göstərir. Lakin qeyd etmək lazımdır ki, 10 ildən artıqdır ki, Xəzərin Abşeron yarmadasının 
makrozoobentosuna aid tədqiqat  işlərinə rast  gəlinmir.  
Aparılan tədqiqatlar nəticəsində Xəzərin Abşeron yarmadasının sahilboyu sularında 9 sistematik 
qrupa  daxil  olan  48  növ  makrozoobentik  orqanizimlər  qeyd  edilmişdir  ki,  bunların  3  növü  çoxqıllı 
qruplara (Polychaeta), 2 növ bığayaq xərçənglərə (Cirripedia), 2 növ az qıllı  qurdlara (Oligochaeta),8 
növü  kum  xərçənglərinə  (Cumasea),  4  növü  mizid  xərçənglərinə    (Mysidasea),  15  növü    yanüzən 


126 
xərçənglərə  (Amphipoda),  10  növü    mollyuskalara  (Mollusca),  3  növü  onayaqlı  xərçənglərə 
(Decapoda), 1 növü isə xironomid sürfələrinə (Chironomidae) aid  olmuşdur (cədvəl 1). 
Cədvəl 1 
2012-2013 – cü illərdə Xəzərin Abşeron yarmadasının makrozoobentosunun növ 
tərkibi vəfəsillər üzrə yayılması 
 
 
 
№ 
Illər 
Fəsillər 
 
Növlər 
2012 
2013 
yaz 
yay 
payız 
yaz 
yay 
payız 
Polychaeta 
 
 
 
 
 
 

Nereisdiversicolor Müller 
+ + 
+ + 
+ + 
+ + 
+ + 
+ + 

N.succinea (leucart) 







Hypania invalida (Crube) 






 
Oligochaeta 
 
 
 
 
 
 

Pşammoryctides deserticola 
(Grimm) 
++ 






Isochaetides michaelseni (Last.) 






 
Cirripedia 
 
 
 
 
 
 

Balanus improvisus Darwin 
+ + 
+ + 
+ + 
+ + 
+ + 
+ + 

B. eberneus Gould 






 
Cumasea 
 
 
 
 
 
 

SchizorhynchuseudorelloidesSars 







Pterocumapectinata (Sowinskyi) 






10  P. rostrata (Sars) 






11  P.sowinskyi(Sars) 






12  p.grandisSars 
+ 
+ 
+ 
+ 
+ 
+ 
13  Stenocumatenuicauda (Sars) 






14  S. gracillis (Sars) 
+ 
+ 
+ 
+ 
+ 
+ 
15  S.graciloides (Sars) 






 
Mysidasea 
 
 
 
 
 
 
16  Hemimysisanomala (Sars) 






17  Paramysisbaeri (Sars) 






18  P.grimmi (Sars) 






19  P. lacustris (Cz.) 






 
Amphipoda 
 
 
 
 
 
 
20  Dikerogammarushaemobaphes 
(Eichw.) 
+ 
+ 
+ 
+ 
+ 
+ 
21  Axelboeckiaspinoza(Sars) 






22  Amathillinamaximovitschi (Sars) 
+ 
+ 
+ 
+ 
+ 
+ 
23 
A.
 
affinisSars 
+ 
+ 
+ 
+ 
+ 
+ 
24  N.phargoidesrobustoides 
(Grimm) 
+ + 
+ + 
+ + 
+ + 
+ + 
+ + 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə