Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   49   50   51   52   53   54   55   56   ...   134

110 
və  eləcə  də  alçaq  çəpərlər  salmaq  üçün  qiymətli  koldur.  Dovşanalmasının  meyvələri  quşlar  üçün 
yaxşı  yemdir.  Qarameyvə  dovşanalmasının  yarpaqlarında  115,8-250  mq%  C  vitamini  vardır. 
Yaşıllaşdırmada  geniş  istifadəsi  tövsiyə  olunur.    AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar 
İnstitutunun Nəbatat bağında əkilib becərilir və artırılır. 
Eucalyptus  obliqua  L'Her.  —  Əyri  evkalipt  -  Mərsinkimilər  fəsiləsinə  aid  olub,  ağac  və  ya 
kollardır.  Bitki  latın  dilində  «Eucalyptus»  adlanır.  Əsasən  tropik  və  subtropik  iqlim  zonalarında 
təbii  yayılmışdır.  Dünyada  evkaliptin  600  növü  məlumdur.  Vətəni  Avastraliyada  onun  boyu  100 
metrə  çatır.  Qabığının  quruluşuna  görə  evkaliptlər  bir  neçə  qrupa  bölünür:  qabığı  hamar  olanlar, 
parçalanaraq  lövhəciklərlə  tökülənlər,  iri  gövdədə  və  budaqlarda  qabığı  həmişəlik  qalanlar. 
Yarpaqları  ətirlidir,  formaca  eyni  növ  daxilində  çoxlu  müxtəliflik  vardır.  Hətta  bir  budaqda  belə 
uzunsov, ovalvari, lansetvari formalı,  yaşıl və  göyümtül rəngli  yarpaqlara təsadüf edilir. Qafqazda 
və  Cənubi  Qafqazın  qərbində  subtropik  iqlim  zonasında,  Azərbaycanda  subtropik  zonada, 
Zaqatalada, Lənkəranda, Astarada, Bakıda əkilib becərilir. Təbii halda Azərbaycanda, Tamaniyada, 
Yeni Qvineyada, Yeni Zelandiyada və s. yerlərdə yayılmışdır.  
Cercis  siliquastrum  L.  —  Avropa  ərkəvanı  -  Fabakimilər  (Paxlakimilər)  fəsiləsinə  aiddir. 
Bitki  latın  dilində  «Cercis»  adlanır.  Yarpağını  tökən  ağac  və  yaxud  kol  bitkiləridir.  Gövdəsi 
qaramtıl  –  qəhvəyi  olub  üzərində  dərin  çatları  vardır.  Yarpaqları  sadə,  bütöv,  yumru,  bəzən 
yumurtavari  və  ya  ürəkşəkillidir,  kənarları  tamdır.  Çiçəkləri  narıncı  olub  ilk  baharda  ağac 
yarpaqladıqda onunla bərabər çiçəkləmə də davam edir. Toxumları qəhvəyi rəngdə, yumru olmaqla 
paxlameyvədə  4  –  7  ədəd  olmaqla  budaqlarda  topa  şəklində  yerləşirlər.  Toxumla  artırılması  çox 
asandır.  AMEA  Naxçıvan  Bölməsi  Bioresurslar  İnstitutunun  Nəbatat  bağında  əkilib  becərilir. 
Yaşıllaşdırmada geniş istifadəsi tövsiyə olunur.  
Chamaerops humulis L.  —  Alçaqboylu  xamerops – Təbii halda Avropanın qərb hissəsində, 
Aralıq  dənizi  ölkələrində,  İspaniyada,  Fransanın  cənubunda  yayılmışdır.  Alçaqboylu  koldur. 
Gövdəsi bozumtul – göy rəngli sərt yarpaqlardan ibarət sıx çətir əmələ gətirir. Yarpaq saplaqlarının 
uzunluğu  70  –  80  sm,  ayası  yelpikvari,  diametri  50  –  60  sm,  qaidəsinin  kənarında  pazvari  oyuq 
vardır. Hamaşçiçəyi gövdənin qaidəsi yaxınlığında yerləşən və uzunluğu 30 – 40 sm - ə qədər olan 
qıçalardır. İkicinsli çiçəkləri oturaqdır, yaşılımtıl – sarı rəngdədir. Meyvəsi sarımtıl rəngli, oval və 
ya  yumurtavaridir.  Mayın  birinci  yarısında  çiçəkləyir,  meyvələri  noyabrda  yetişir.  Toxum  və  kök 
pöhrələri  ilə  çoxaldılır.  İstisevən,  quraqlığa  davamlı  bitkidir.  Azərbaycanda  Abşeron,  Lənkəran, 
Gəncə, Qəbələ və digər rayonlarda park və bağlarda becərilir. 
Cotinus coggygria Scop. - Adi sarağan (Vəlgə) - Sumaqkimilər fəsiləsinə aiddir. Bu cinsin iki 
növü  vardır,  Aralıq  dənizi  ölkələrində,  Kiçik  Asiyadan  Əfqanıstan  və  Çinə  qədər  olan  geniş 
ərazilərdə yayılmışdır. Bir və yaxud ikievli bitkilərdir. Hündürlüyü 3  m - ə çatan, şarşəkilli çətiri 
olan  kol  və  yaxud  ağac  bitkisidir.  Gövdəsinin  rəngi  bozumtul  –  qonur,  zoğları  çılpaq,  parıldayan, 
yaşıldır.Yarpaqları sadə, 5 – 10 sm uzunluğunda və 3 – 4 sm enində olub üzəri çılpaq, tünd boz – 
yaşıl,  alti  isə  açıq  rəngdədir.    Yaşıllaşdırmada  geniş  istifadə  edilir.  Efir  yağlı,  aşı  maddəli  olub, 
ətriyyatda,  təbabətdə  və  boyaqçılıqda  istifadə  olunur.  Yarpaqlarında  11-20%-ə  qədər  aşı  maddəsi 
olur  ki,  bunlardan  da  texniki  və  tibbi  tannin  almaq  olur.  Tibbi  tannindən  müxtəlif  preparatlar 
(tannalbin,  tannoform)  hazırlanır.  Sarağanın  yarpaq  və  çiçəklərində  efir  yağı  vardır  bu  da  ətriyyat 
sənayesində istifadə olunur. Əsas tərkib hissəsi-mirsen, kamfen və s. ibarətdir. Yarpaqlarında 91,7 
mq% C vitamini olur. Quraqlığa, kölgəyə, küləyə, şaxtaya davamlıdır, əhəngli və  gilli torpaqlarda 
inkişaf  yaxşı  edir.  Azərbaycanda  1  növü  vardır,  Böyük  Qafqazda,  Kür  –  Araz  ovalığında  və 
Naxçıvanda yayılmışdır.  
Hibiscus  syriacus  L.  -  Suriya  hibiskusu  -  Əməköməcikimilər  fəsiləsinə  aid  olan  çoxillik 
kol  bitkisidir.  Təbii  halda  Cənub  Şərqi  Asiya  ölkələri,  Çin,  Koreya  və  s.  ərazilərdə  yayılmışdır.  
Yarpağını  tökən  hündürlüyü  4  –  5  m  olan  koldur.  Rusiya,  Orta  Asiya  Respublikaları,  Ukrayna, 
Moldova  və  digər  bir  sıra  ölkələrdə  mədəni  halda  becərilir.  Yarpaqları  açıq  –  yaşıl  olub, 
yumurtavaridir,  uzunluğu  10  sm  -  ə  qədərdir.  Çiçəkləri  çox  müxtəlif  rənglərdə  olur.  Dekorativ, 
dərman  və  lifli  bitkidir.  Yaşıllaşdırmada  tək-tək,  qrupla  park  və  bağlarda  əkmək  üçün  istifadə 
olunur. Azərbaycan florasında 4 növü vardır ki, bunlardan da 3-ü mədəni şəraitdə becərilir. AMEA 
Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında əkilib becərilir və artırılır. 


111 
Rosa  zangezura  P.Jarosch.  Zəngəzur  itburnusu  -  Gülçiçəklikimilər  fəsiləsinə  aiddir.  Bu 
cinsin 300 növündən Naxçıvanda 33 növ itburnu rast gəlinir. Çiçəkləri açıq və tünd çəhrayı rəngdə 
olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə 
də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C 
vitamini  azalır.  Kökündə,  gövdəsində  və  yarpağında  aşı  maddəsi,  meyvəsində  8,09%şəkər,  2,74% 
pektin, 2,18% pentazon, 3,58% aşı və rəngləyici maddə, 500-1077mq% vitamin, 0,071% efir  yağı 
vardır. İtburnundan alınan dərman preparatları qan dövranının yaxşılaşdırılmasında, böyrək, mədə, 
dəri  xəstəliklərinin  və  yaraların  müalicəsində  istifadə  edilir.  Tərkibində  çoxlu  miqdarda 
mikroelementlər, mürəkkəb efir, fitonsid və s. vardır. Ondan mürəbbə, cem, vitaminli içki, kompot 
və s. hazırlanır. Azərbaycan florasında 34 növü vardır, 6 növü mədəni şəraitdə becərilir. 
Ribes nigrum L. - Qara qarağat – Rusalçasıkimilər fəsiləsinə aiddir. Yarpağını tökən 1,5 m 
hündürlüyündə  olan  çoxillik  kol  bitkisidir.  Şaxtayadavamlı  bol  məhsul  verən,  çoxillik,  kol 
bitkisidir.  Xəstəlik  və  ziyanvericilərə  qarşı  dözümlüdür.  Əsasən  qələm  və  kök  vasitəsi  ilə  çoxalır. 
Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvələri iyul-avqustda yetişir, yumru və 
ya oval formalıdır, rəngi yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı şirin, turşməzə, qabığı 
nazik  və  incətüklüdür.  Çoxlu  xırda  toxumları  vardır.  Qarağat  giləmeyvəsinin  tərkibində  insan 
orqanizminin  normal  inkişafı  üçün  zəruri  olan  çoxlu  şəkər,  zülal,  yağ,  turşu,  vitamin  və  bir  sıra 
başqa faydalı maddələr vardır. 150 qram qırmızı qarağatda 40, qara qarağatda isə 79-80 milliqram 
"C"  vitamini  vardır.  Qarağat  meyvələrinin  tərkibində  şəkərin  miqdarı  16,2-18,  ümumi  turşunun 
miqdarı  isə  1,8-3  faizdir.  Qarağat  yarpaqları  ətirli  və  turş  olduğundan  tərəvəzlərin 
konservləşdirilməsində    ədəva  kimi  istifadə  edilir.  Qarağatdan  sinqa  xəstəliyi,  mədə  pozuntuları 
zamanı müalicə vasitəsi kimi də istifadə olunur. Azərbaycan florasında 3 növü vardır ki, bunlardan 
biri  mədəni  şəraitdə  becərilir.  Azərbaycanda  Lənkəran,  Şəki,  Zaqatala  rayonlarının  meşəliklərində 
yayılmışdır. Həmçinin həyətyanı sahələrdə də kifayət qədər əkilib, becərilir. 
Rhamnus  cathartica  L.  -  İşlətmə  murdarçası    Murdarçakimilər  fəsiləsinə  aid  kol  bitkisidir. 
Hündürlüyü 3 m - ə qədər olub, gövdəsi gümüşü – boz rəngdədir. Yarpaqları yumurtavari və yaxud 
ellipsvaridir.  Dərman,  boya,  aşılayıcı  əhəmiyyətə  malikdir.  Meyvələrində  pektin  maddələri,  kitrə, 
piq-mentlər,  acı  maddələr,  qabığında  isə  aşı  maddələri  vardır.  Xalq  təbabətində  meyvələrindən 
başqa  qabığı  da  işlətmə  dərmanı  məqsədilə  istifadə  edilir.  Təzə  yarpaqlarında  422,7-742,2  mq%, 
qurumuş  yarpaqlarda  isə  1140-1257  mq%  C  vitamini  vardır.  Toxumlarında  8-12%-ə  qədər  yağ 
vardır. Azərbaycan florasında 5 növü vardır ki, bunlardan biri də mədəni şəraitdə becərilir. AMEA 
Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nəbatat bağında əkilib becərilir və artırılır. 
Syringa  vulgaris  L.  –  Adi  yasəmən  Zeytunkimilər  fəsiləsinə  aiddir.  Yasəmənin  Cənub-Şərqi 
Avropada  (Macarıstan,  Balkanlar)  və  Asiyada  yabanı  halda  bitən  10  növü  məlumdur.  Amerika, 
Asiya  və  Avropada  geniş  yayılmış,  çiçəklənən  kolcuq  və  ya  kiçik  ağaccıqdır.  Yasəmənin 
yarpaqlarının  üst  tərəfi  tünd  yaşıl,  altı  isə  açıq  yaşıl  rəngdədir.  Yazda  birillik  budaqlarının 
tumurcuqlarından uzunluğu 40 - 50 sm olan süpürgəcik formada çiçəklər əmələ gəlir.Bu çiçəklərin 
hər  birində  3-5  cüt-cüt  komacıqlar  yerləşir.  Çiçəyi  boru  və  tacdan  ibarətdir.  tacı  tünd  yasəməni 
rəngdədir.  Yasəmənin  meyvəsi  -  quru  dərili  qutucuq  olur.  Yasəmən  toxumları  və  vegetativ  üsulla 
(qələmlər, calaq, kök pöhrələri, budaqları basdırmaqla) çoxaldılır. Yasəmən gözəl və ətirli çiçəkləri 
ilə  yaşıllaşdırmada  geniş  istifadə  edilir.  Çiçəklərindən  alınan  efir  yağı  ətriyyatda  istifadə  olunur. 
Xalq təbabətində böyrək xəstəliyinə qarşı istifadə olunur, vitaminli, dekorativ bitkidir.  
Jasminum  fruticans  L.  –  Kolvari  jasmin  Zeytunkimilər  fəsiləsinə  aid  həmişəyaşıl  bəzən 
yarpağını tökəndir.  Qərbi Avropa, Türkiyə, Suriya, Livan, İran, Qafqaz və Qara dəniz sahillərində 
geniş  yayılmış  növdür.  Daölıq  ərazilərdə  daşlı  –  çınqıllı  yamaclarda  sıx  kolluqlar  yaradır.  Aşağı 
dağlıqdan başlayaraq 1800 m hündürlüyədək olan ərazilərdə geniş yayılmışdır. Yarpaqları sadə və 
ya mürəkkəb lələkvaridir. Kasacığı boruvari-zəngvari, konusvari və ya boruvari, meyvəvermə vaxtı 
dəyişmir və ya bir az artır; yuxarı dodağı üç dişlidir. Çiçək tacı həmişə iki dodaqlıdır; yuxarı dodağı 
oraqvari  və  ya  düzdür;  aşağı  dodağın  orta  qanadı  yanlardan  çox  iridir;  bəzən  yanlara  bərabərdir. 
Erkəkcikləri  ikidir,  sütuncuğu  sapvaridir;  dişicik  ağzı  iki  qanadlıdır.  Qozaları  yumurtavari,  yumru 
və  ya  bəzən  təxminən  üç  hissəli,  hamardır.  Çoxalması:  Təbiətdə  əsasən  toxum  vasitəsilə  çoxalır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə